Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə3/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   2   3   4   5   6   7   8   9   ...   203

7

* * *


Biz buna yəqinlik hasil etdik ki, A.Dümanın «Qafqaz» əsərinin Azərbaycan 

dilində kamil tərcüməsinin işıq üzü görməsi ictimai həyatımızın vacib ədəbi, es-

tetik hadisə lərindən biri olmaqla yanaşı, həm də və daha çox Azərbay can-Fransa 

ədəbi əlaqələri tarixində əlamətdar hadisə kimi qalacaqdır. İnanıram ki, müstəqil 

Azərbaycanımızın beynəl xalq ədəbi əlaqələrini daha da genişləndirmək bundan 

sonra da ölkəmizin təkcə yazıçı, alim, tərcüməçi və naşirlərinin deyil, həm də 

yaradıcılıq  qurumlarımızın,  araşdırma  mərkəzlərimizin  vacib  vəzifələrindən 

olacaqdır.



akademik Bəkir NƏBİYEV

5 iyul 2010-cu il


8

QAFQAZ HAQQINDA ÜMUMİ MƏLUMAT

GİRİŞ

BİRİNCİ DÖVR 

PROMETEYDƏN İSA PEYĞƏMBƏRƏ QƏDƏR

Biz oxucularımıza Qafqazın topoqrafiyası, tarixi haqqında mümkün qədər 

yığcam məlumat verəcəyik.

Şübhəsiz,  bəzi  oxucularımız  danışacağımız  məkan  haqqında  bizdən  də 

yaxşı bilirlər, ancaq heç də bütün oxucuların Qafqaz haqqında geniş mə lumata 

malik olduğunu söyləmək olmaz. 

Qafqaz silsiləsi 40-45 dərəcə şimal enliyi, 35 və 47 dərəcə şərq uzunluğunda 

yerləşir və Xəzərdən Azov dənizinə, Anapadan Bakıya qə dər uzanır.

Qafqaz dağlarında üç əsas, yəni hündür zirvə vardır: Elbrus – hün dürlüyü 

14600 fut, Kazbek (əvvəllər bunu gürcülər Mkinvari

*

 adlandı rırdılar) – hündür-



lüyü 14400 fut və Şat-Elbrus – hündürlüyü 12000 fut dur. 

İndiyə qədər Elbrusun zirvəsi fəth edilməmişdir. Dağlıların fikrin cə, bunun 

üçün Allahın izni olmalıdır; Bibliyadakı əfsanəyə görə, Nuhun gəmisindən uçan 

göyərçin həmin bu zirvəyə qonubmuş.

Elbrusdan 200 fut alçaq olan Mkinvari, mifoloji əfsanələrdəki deyimlərə 

görə, Prometeyin zəncirləndiyi qayadır. Ruslar ona Kazbek de yirlər, çünki bu 

dağın ətəyində yerləşən Stefan-Ezminda kəndi qədim za man lardan indiyə qədər 

dərənin sahibi və mühafizəçisi olan Qazı bəylərin iqamətgahıdır. 

Dağıstan  ərazisində  yüksələn  Şat-Elbrusa  gəlincə,  deməliyəm  ki,  onun 

zirvəsi Simurq quşunun yuvasını xatırladır; bu quşun yanında qartal milçəyə, 

kondor

**  


isə kalibrə bənzəyir.

Qafqaz  –  bu  nəhəng  sədd,  möhtəşəm  qala,  sıldırım  zirvəsi  daima  qarla 

örtülü olan qranit divar şimala doğru meyl edən özülü üzərində uyuyur; təkcə 

Qafqaz yox, həmçinin Tavr, Dəmavənd və Tavrida dağları da vaxtilə hər tərəfdən 

nəhəng dənizin sularında qərq olmuş adalar kimi göyə baş qaldırmışdır. Həmin 

nəhəng dənizin bir parçası olan və bu yerin qədim sakinlərinin – xəzərlərin göl 

adlandırdıqları Xəzər bu gün ayrıca bir su hövzəsidir və ehtimal etmək olar ki, 

vaxtsa o, Ağ dəniz və Bal tik dənizi ilə qovuşubmuş. 

Kim bilir, tarixin hansı müqəddəs, və ya lənətlənmiş dövründə baş vermiş 

təbii  fəlakət  Pont-Evksini

1

,  Aral  dənizini,  İrəvanı,  Urmiya  və  Van  göllərini 



bir-birindən  ayırmış,  Yeniqala,  Dardanel,  Mesin  və  Cəbəllütariq  boğazlarını 

yaratmışdır.  Görən,  bu,  yəhudilərin  Bibliyada  təsvir  etdikləri  Nuh  tufanı, 

*    Buzlu, qarla örtülü deməkdir.

**  Kondor – Cənubi Amerikada yaşayan çox iri yırtıcı quş, kalibr isə dünyada ən kiçik quşdur.

 



9

xaldeylərin  Ksiksytus,  yoxsa  yunanların  Devkalion  və  Ogigi ya  dövründə  baş 

vermişdir? Məsələ burasındadır ki, biz bu suallara cavab verə bilməyəcəyik; an-

caq Xəzər dənizinin yeraltı kanallar vasitəsilə baş qa dənizlərlə əlaqəsi olduğu 

artıq sübut edilmişdir; o, Ural, Volqa, Terek və Kürdən aldığı suları da elə həmin 

kanallarla  itirir.  Xəzərin  dərinliyi  haqqında  müxtəlif  mülahizələr  vardır;  belə 

ki, onun səviyyəsi aşağı enən də fikrimizi təsdiqləyən yerlər açıq-aşkar görünür. 

Nəhayət, bunu isbatla yan çoxlu dəlillərdən biri də hər il qışqabağı nəhəng Xəzər 

gölünün də rinliklərində və sahillərində rast gəlinən ot və yarpaq qalıqlarının İran 

körfəzi sularında görünməsidir. 

Qafqaz ilk baxışda bir-birinə paralel iki dağ silsiləsi ilə yadda qalır: onlar-

dan ən hündürü şimalda, ən alçağı isə cənubda yerləşir. Birinci silsi lə Ağ (qarlı) 

dağlar, onunla qarşı-qarşıya dayanmış dağlar isə Qara dağlar adlanır. Sonuncu-

nun ən məşhur zirvələri – Keçəl, Oğrular, Qasırğalar, Qarameşə və Qılıncdağdır.

Bu nəhəng səddin yalnız iki təbii keçidi vardır: bu keçidlərdən biri – Qa-

fqaz qapıları, Sarmat qapıları, Xəzər qapıları, Alban qapıları, Dəmir qapılar kimi 

tanınan  Daryal  dərəsi  (Plini  bunları  “Caucasiae”  adlandır mışdır),  ikincisi  isə 

Makedoniyalı İsgəndər qapıları adlanan Dərbənd dərəsidir.

Biz həmin iki keçidin ikisindən də keçdik və onlar haqda oxucu larımızda 

təsəvvür yaratmağa çalışacağıq.

Dağların qarlı zirvəsi bazaltik porfirdən, qranitdən və sienitdən iba rətdir. 

Porfirin aşağıdakı növləri vardır: qırmızı, sarı ləkəli göy porfir, qırmızı şərq por-

firi, nəhayət, yaşıl porfir.

Qranitin növləri aşağıdakılardır: bənövşəyi, boz, qara və göy.

Qaradağ adı ilə tanınan dağ silsiləsinə gəldikdə, o, əhəng daşından, merqel-

qarışıq daşlaşmış qumdan, kvars və spat damarları olan şist layla rından ibarətdir.

Strabon “Coğrafiya” əsərində Kolxidadakı qızıl mədənlərindən ge niş bəhs 

edir; bu mədənlərdən yağış və sel sularına qarışıb axan külçələr torpağı qızıl 

tozları ilə zənginləşdirirdi; Svanlar, yəni bugünkü minqrellər onları tüklü qoyun 

dərilərinə yığırdılar və parlaq ovuntular belə dərilərdə ilişib qalırdı. “Qızıl yunlu 

qoyun dərisi” haqqında qədim yunan əfsanəsi də elə buradan yaranmışdır. 

Osetiyada,  Nuzala  kilsəsinin  üzərində  gürcü  dilində  yazılmış  kitabə  də 

vaxtilə bu bölgədə qiymətli metalların adi toz qədər bol olduğunu təs diqləyir. 

Bütün bu sərvətin, bolluğun həqiqətən olub-olmadığı bu gün də mübahisəlidir; 

ancaq təbiətin başqa bir nadir neməti – heç də az əhəmiy yətə malik olmayan nef-

tin mövcudluğu göz qabağındadır. Onu Xəzər dənizinin qərb sahilində çıxarırlar.

Biz bu mövzuya Bakıya gedərkən, neftin yaratdığı xariqüladə, eşi dilməmiş 

əhvalatlardan danışarkən qayıdacağıq.

Şimalda Kuban və Terek, cənubda Kür və Araz çayları Qafqaz bər zəxinin 

sərhədlərini təşkil edir.

Sirus  –  elə  Kür  çayıdır,  Araks  isə  –  bu  günkü  Aras,  yəni  Arazdır;  bu, 

skiflərin Yelis, İsgəndərin döyüşçülərinin isə Tanais adlandırdıqları çaydır. Bu 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə