Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar



Yüklə 63,17 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü63,17 Kb.
#8015


AZƏRBAYCAN RESPUBLİKASI

 

ƏDLİYYƏ NAZİRLİYİNDƏ



 

QEYDİYYATA ALINMIŞDIR

 

“05” 02 1999-cu il



 

QEYDİYYAT № 142

 

NAZİR            S.HƏSƏNOVA



 

 

 



AZƏRBAYCAN RESPUBLİKASI

 

TƏHSİL NAZİRLİYİNİN



 

“26” yanvar 1999-cu il

 

tarixli 59 nömrəli əmri ilə



 

TƏSDİQ EDİLMİŞDİR.

 

Nazir   M.MƏRDANOV.



 

 

 



Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər,

 

inzibati - təsərrüfat, tədris - köməkçi və digər



 

işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları

 

üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında



 

 

 

NORMALAR

 

 

 

1. ÜMUMİ MÜDDƏALAR.

 

Təhsil,  təlim-tərbiyə  müəssisələrinin  rəhbər,  inzibati-təsərrüfat,  tədris-köməkçi  və  digər 



işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və 

ya  əsas  iş  vaxtı  istisna  olmaqla  başqa  təlim-tərbiyə  müəssisələrində  müvafiq  qaydada 

əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər.

 

Normalar  üzrə  dərs  ilinin  əvvəlində  tarifləşmə  siyahısına  daxil  edilməklə  təhsil,  təlim-



tərbiyə  müəssisəsinin  yuxarıda  göstərilən  işçiləri  tərəfindən  tədris  edilən  dərslərin  əmək 

haqqı ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir.

 

Əsas  iş  yerində  saathesabı  tədris  edilən  dərslərin  hər  saatının  dəyəri  dərsi  tədris  edən 



şəxsin  təhsili  və  pedaqoji  stajı  əsasında  müəyyənləşdirilən  aylıq  əmək  haqqı  stavkasına 

uyğun hesablanıb ödənilir.

 

Başqa təlim-tərbiyə müəssisələrində saathesabı tədris edilən dərslərin saatının dəyəri isə 



müvafiq qaydada təsdiq olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir.

 

 

 

2. MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏR VƏ UŞAQ EVLƏRİ ÜZRƏ.

 

 



 

Bütün tipdən olan məktəbəqədər müəssisələrin və uşaq evlərinin müdirləri (direktorları) 

onların  təlim-tərbiyə  üzrə  müavinləri  tutduqları  vəzifə  üzrə  tam  maaş  almaqla  yanaşı 

işlədikləri  müəssisədə  əvəzçilik  qaydası  ilə  aylıq  iş  vaxtı  normasının  yarısından  çox 

olmamaqla  pedaqoji  iş  (tərbiyəçi,  xüsusi  hazırlığı  olarsa  musiqi  rəhbəri)  apara  bilərlər. 

Bundan əlavə xüsusi hazırlığı olan müdirlər işlədikləri müəssisədə xəstəliyə və digər başqa 

səbəblərə  görə  işə  çıxmayan  müəllim-loqopedi,  müəllim-defektoloqu  yarım  stavkadan  çox 

olmamaq şərti ilə əvəz edə bilərlər.

 

Məktəbəqədər müəssisələrin, uşaq evlərinin müdirləri (direktorları) tabe olduqları yuxarı 



təşkilatın  razılığı  ilə  yaxınlıqda  olan  təhsil  müəssisələrində  ixtisasları  üzrə  həftədə  6  saata 

(ildə 240 saata) qədər saathesabı dərs apara bilərlər.

 

 

 

3. Bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri 



və peşə litseyləri üzrə

 

 



 


Bütün  tipdən  olan  ümumtəhsil  məktəblərinin  (internat  məktəbləri  daxil  olmaqla), 

litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri 

əsas  iş  üzrə  müvafiq  qaydalar  əsasında  tam  vəzifə  maaşı  almaqla  yanaşı,  işlədikləri  təhsil 

müəssisələrində  ixtisaslarına  uyğun  olaraq  dərs  ilinin  əvvəlində  tarifləşmə  siyahısına 

salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq 

ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil 

müəssisəsinin  tabe  olduğu  yuxarı  təşkilatın  razılığı  əsasında  əmək  haqqı  saathesabı 

ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata ) qədər də dərs apara bilərlər.

 

Ümumtəhsil  məktəblərinin,  litseylərin,  gimnaziyaların,  peşə  məktəbləri  və  peşə 



litseylərinin  rəhbər  işçilərindən  0,5  ştat  vəzifə  maaşı  alanları  işlədikləri  təhsil 

müəssisələrində  ixtisasları  üzrə  taarifləşmə  siyahısına  salınmaqla həftədə  18  saata  (ildə 720 

saata)  qədər  dərs  apara  bilərlər.  Bundan  əlavə  müvafiq  ixtisas  fənni  üzrə  müəllim 

çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu 

yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata(tədris 

ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.

 

Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi 



və  peşə  litseylərinin  rəhbər  işçiləri  tabe  olduqları  yuxarı  təşkilatın  razılığı  ilə  yaxınlıqdakı 

təhsil  müəssisəsində  həftədə  6  saata  (ildə  240  saata)  qədər,  0,5  vəzifə  maaşı  alanlar  isə 

həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər.

 

Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində 



inzibati-təsərrüfat,  tədris-köməkçi  tərkibdən  olan  işçilərə,  metodistlərə,  psixoloqlara,  uşaq 

birliyi  rəhbərlərinə  tam  vəzifə  maaşı  almaqla  işlədikləri  təhsil  müəssisələrində  ixtisasaları 

üzrə həftədə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 

saata (ildə 720 saata) qədər dərs verilə bilər.

 

Həmin  işçilər  əsas  iş  yerlərində  tam  vəzifə  maaşı  almaqla  yanaşı  başqa  təhsil 



müəssisəsində həftədə 6 saata (ildə 240 saata), 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 

saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Tədris edilən dərslərin əmək 

haqqı müvafiq qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı ödənilir.

 

Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, 



hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs 

saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq 

ödənilmir.  Hərbi  rəhbərlərə  haqqı  vəzifə  maaşına  daxil  olan  saatlardan  əlavə  taarifləşmə 

siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs 

yükü  ibtidai  hərbi  hazırlıq  və  ya  başqa  fənn  üzrə  (hərbi  rəhbərin  ixtisasından  asılı  olaraq) 

verilə  bilər.  Bundan  əlavə  zəruri  ehtiyac  yaranarsa  hərbi  rəhbərə  əmək  haqqı  saathesabı 

ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə bilər.

 

Hərbi  rəhbərlər  başqa  tədris  müəssisəsində  saathesabı  qaydasında  həftədə  6  saata  (ildə 



240 saata) qədər dərs apara bilərlər.

 

Peşə  məktəbləri  və  peşə  litseylərində  bədən  tərbiyəsi  rəhbərlərinin  həftədə  6  saat  (ildə 



240  saat)  bədən  tərbiyəsi  üzrə  tədris  etdikləri  dərs  saatlarının  əmək  haqqı  onların  vəzifə 

maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir.

 

Peşə məktəbləri və peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinə haqqı vəzifə maaşına 



daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) 

qədər  dərs  yükü  verilə  bilər.  Bu  dərs  yükü  bədən  tərbiyəsi  və  ya  başqa  fənn  üzrə  (bədən 

tərbiyəsi  rəhbərinin  ixtisasından  asılı  olaraq)  verilə  bilər.  Bundan  əlavə  zəruri  ehtiyac 

yaranarsa bədən tərbiyəsi rəhbərinə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 

240 saata) qədər dərs verilə bilər.

 



Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata) 

qədər dərs apara bilərlər.

 

Ümumtəhsil məktəblərində, litsey, gimnaziyalarda, peşə məktəbləri və peşə litseylərində 



kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və təhsil müəssisəsinin özündə çalışan qeyri 

pedaqoji  işçilər  il  ərzində  120  saatdan  az  olmayaraq  dərs  tədris  edərlərsə  həmin  dərs 

saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.

 

 



 

                                  4. Məktəbdənkənar müəssisələr üzrə

 

 

 



Məktəbdənkənar müəssisələrin direktorları (müdirləri), onların müavinləri, şöbə (bölmə) 

müdirləri,  metodistləri  və  digər  mütəxəssisləri  tutduqları  vəzifə  üzrə  tam  maaş  almaqla 

işlədikləri müəssisədə  tarifləşmə  siyahısına  daxil  edilməklə həftədə  12  saata  (il ərzində  480 

saata) qədər dərnək məşğələləri(dərs yükü) apara bilərlər.

 

Məktəbdənkənar müəssisələrin işçilərindən 0,5 ştat üzrə vəzifə maaşı alanlara tarifləşmə 



siyahısına  daxil  edilməklə  həftədə  18  saata  (ildə  720  saata)  qədər  dərnək  məşğələləri  (dərs 

yükü) verilə bilər.

 

Məktəbdənkənar  müəssisələrin  rəhbəri,  şöbə  (bölmə)  müdirləri,  metodistləri  və  digər 



mütəxəssisləri əsas iş yerində tam vəzifə maaşı almaqla başqa təlim-tərbiyə müəssisələrində 

həftədə 6 saata (ildə 240 saata) qədər dərs (dərnək məşğələləri) apara bilərlər. Əsas iş yerində 

0,5  ştat  üzrə  vəzifə  maaşı  olanlar  isə  başqa  təlim-tərbiyə  müəssisələrində  həftədə  18;  saata 

(ildə  720  saata)  qədər  dərs  yükü  (dərnək  məşğələləri)  apara  bilərlər.  Kənardan  dərnək 

məşğələləri  (dərs)  aparmağa  cəlb  edilən  mütəxəssislərin  və  məktəbdənkənar  müəssisələrin 

qeyri  pedaqoji  işçiləri  il  ərzində  180  saatdan  az  olmayaraq  dərnək  məşğələləri  apararlarsa 

həmin saatların tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.

 

 



 

5. Orta ixtisas məktəbləri (kollec, texnikumlar) və onlara bərabər 3*        tutulan təhsil 

müəssisələri üzrə

 

 



 

Orta  ixtisas  məktəblərinin  (kollec  və  texnikumların)  direktorları  (rəisləri),  onların 

müavinləri  inzibati-təsərrüfat  və  tədris-köməkçi  tərkibdən  olan  işçilər,  şöbə  müdirləri, 

metodistlər  və  digər  mütəxəssilər  ştat  üzrə  tutduqları  vəzifənin  maaşını  tam  almaqla 

işlədikləri  təhsil  müəssisəsində  tarifləşmə  siyahısına  salınmaqla  ixtisasları  üzrə  həftədə  6 

saata (il ərzində 240 saata) qədər dərs apara bilərlər. Bundan əlavə zəruri ehtiyac yarandıqda 

onlara  əmək  haqqı  saathesabı  ödənilməklə  həftədə  6  saata  (il  ərzində  240  saata)  qədər  də 

dərs verilə bilər.

 

Orta  ixtisas  məktəblərinin  (kollec  və  texnikumların)  yuxarıda  göstərilən  işçilərindən 



tutduqları  vəzifəyə  görə  0,5  ştat  üzrə  vəzifə  maaşı  alanları  həmin  təhsil  müəssisəsində 

tarifləşmə  siyahısına  salınmaqla  12  saata  (ildə  480  saata)  qədər  ixtisasları  üzrə  dərs  apara 

bilərlər. Bundan əlavə zəruri ehtiyac yarandıqda onlara əmək haqqı saathesabı ödənilməklə 

həftədə 6 saata (ildə 240 saata) qədər verilə bilər.

 

Orta  ixtisas  məktəblərinin  rəhbər,  inzibati-təsərrüfat,  tədris  köməkçi  və  digər 



mütəxəssisləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı başqa təhsil müəssisəsində 

həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata 

(ildə  240  saata)  qədər  dərs  apara  bilərlər.  Rəhbər  işçilərin  tam  vəzifə  maaşı  alanları  başqa 

təhsil  müəssəsində  dərs  aparmaları  üçün  tabe  olduğu  yuxarı  təşkilatın  razılığı  alınmaldır. 

Orta  ixtisas  məktəblərində  hərbi  rəhbərlərin  hərbi  hazırlıq  üzrə  həftədə  8  saata  (ildə  360 

saata)  qədər  hərbi  hazırlıq  üzrə  tədris  etdikləri  dərs  saatlarının  əmək  haqqı  onların  vəzifə 




maaşına  daxil  edilir  və  həmin  saatlar  üçün  əlavə  haqq  ödənilmir.  Hərbi  rəhbərlərə  hərbi 

vəzifə  maaşına  daxil  olan  saatlardan  əlavə  tarifləşmə  siyahısına  salınmaqla  həftədə  6  saata 

(ildə 240 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa 

fənn  üzrə (hərbi rəhbərin  ixtisasından  asılı  olaraq) verilə  bilər.  Bundan  əlavə hərbi  rəhbərə 

zəruri  ehtiyac  yarandıqda  həmin  tədris  müəssisəsində  əmək  haqqı  saathesabı  ödənilməklə 

həftədə 6 saata (ildə 249 saata) qədər də dərs verilə bilər.

 

Hərbi rəhbərləri başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs 



apara bilərlər.

 

Orta ixtisas məktəblərində bədən tərbiyəsi rəhbərinin həftədə 6 saat (ildə 240 saat) bədən 



tərbiyəsi üzrə tədris etdiyi dərslərin əmək haqqı onun vəzifə maaşına daxil edilir və həmin 

saatlar  üçün  əlavə  haqq  ödənilmir.  Bədən  tərbiyəsi  rəhbərinə  haqqı  vəzifə  maaşına  daxil 

edilən saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 6 saata (ildə 240 saata) qədər 

bədən  tərbiyəsi  və  ya  başqa  fənn  üzrə (bədən  tərbiyəsi rəhbərinin ixtisasından  asılı  olaraq) 

dərs  verilə  bilər.  Bundan  əlavə  bədən  tərbiyəsi  rəhbərinə  zəruri  ehtiyac  yarandıqda  həmin 

təhsil  müəssisəsində  əmək  haqqı  saathesabı  ödənilməklə  həftədə  6  saata  (ildə  240  saata) 

qədər də dərs verilə bilər.

 

Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisəsində 240 saata qədər dərs apara bilər.



 

Orta  ixtisas  məktəblərində  kənardan  dərs  deməyə  cəlb  edilən  mütəxəssislər  və  orta 

ixtisas məktəbinin ştatda olan qeyri pedaqoji işçiləri il ərzində 120 saatdan az olmayaraq dərs 

tədris edərlərsə həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.

 

 

 

6. Ali Təhsil Müəssisələri üzrə

 

 

 



Ali  məktəbin  rektor  və  prorektorları  tutduqları  vəzifə  üzrə  tam  maaş  almaqla  müvafiq 

kafedralarda  240  saata  qədər  dərs  apara  bilərlər.  Bundan  əlavə  zəruri  ehtiyac  yarandığı 

hallarda Ali məktəbin tabe olduğu Nazirliyin razılığı ilə əmək haqqı saathesabı ödənilməklə 

ildə 240 saata qədər də dərs tədris edə bilərlər.

 

Ali məktəbin ştatında maaşı almaqla işləyən inzibati-təsərrüfat, tədris köməkçi tərkibdən 



olan  işçilərə,  şöbə  (bölmə),  laboratoriya  müdirlərinə,  elmi  işçilərə,  metodistlərə  və  s.  il 

ərzində  240  saata  qədər  ixtisasları  üzrə  dərs  verilə  bilər.  Bundan  əlavə  zəruri  ehtiyac 

yarandıqda  əmək  haqqı  saathesabı  ödənilməklə  onlara  ildə  240  saata  qədər  də  dərs  verilə 

bilər.  Həmin  işçilər  tutduqları  vəzifə  üzrə  0,5  ştat  vəzifə  maaşı  aldıqları  halda  onlara  bir 

stavkaya  qədər  dərs  verilə  bilər.  Bundan  əlavə  zəruri  ehtiyac  yarandıqda  əmək  haqqı 

saathesabı ödənilməklə ildə 240 saata qədər də dərs verilə bilər.

 

Ali  məktəbin  inzibati-təsərrüfat,  tədris-köməkçi  və  digər  mütəxəssisləri  əsas  iş  yerində 



tam  vəzifə  maaşı  almaqla  yanaşı  başqa  təhsil  müəssisəsində  240  saata  qədər  dərs  apara 

bilərlər.

 

Ali  məktəblərə  kənardan  dərs  deməyə  cəlb edilən yüksək ixtisaslı mütəxəssislərə tədris 



ili  ərzində  480  saata  qədər  dərs  verilə  bilər.  Bunun  240  saatının  əmək  haqqı  saathesabı 

qaydasında ödənilir.

 

Ali  təhsil  müəssisələrində  kənardan  dərs  deməyə  cəlb  edilən  mütəxəssislər  və  ali 



məktəbin  qeyri  pedaqoji  işçiləri  il  ərzində  180  saatdan  az  olmayaraq  dərs  tədris  edərlərsə 

həmin dərslərin tədris edildiyi aylar onlar üçün pedaqoji staj hesab edilir.

 

Ali  məktəblərdə  hazırlanan  ixtisasların  xüsusiyyətindən  asılı  olaraq  kənardan  dərs 



deməyə  cəlb  edilən  mütəxəssislərə  tədris  planı  üzrə  ümumi  dərs  yükünün  20  faizinə 

qədərini vermək olar. Müstəsna hallarda Təhsil Nazirliyinin razılığı əsasında kənardan dərs 




deməyə  cəlb  edilən  mütəxəssislərə  tədris  planı  üzrə  ümumi  dərs  yükünün  30  faizə  qədəri 

verilə bilər.

 

 

 



7. İXTİSASARTIRMA VƏ MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTLARI 

ÜZRƏ

 

 



 

İxtisasartırma  və  müəllimləri  təkmilləşdirmə  institutlarında  rəhbər,  inzibati-təsərrüfat, 

tədris-köməkçi tərkibdən olan işçilər və digər mütəxəssislər tutduqları vəzifə üzrə tam maaş 

almaqla  işlədikləri  tədris  müəssisələrində  və  ya  ümumtəhsil  məktəblərində,  litsey, 

gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində il ərzində 480 saata qədər ixtisasları üzrə 

dərs  apara  bilərlər.  Bu  dərs  yükünün  240  saatının  əmək  haqqı  əsas  dərs  kimi,  qalan  240 

saatın  əmək  haqqı  isə  saathesabı  qaydası  ilə  ödənilir.  Göstərilən  işçilər  0,5  ştat  üzrə  vəzifə 

maaşı  aldıqları  halda  həmin  təhsil  müəssisələrində  ildə  720  saata  qədər  dərs  tədris  edə 

bilərlər. Bunun 480 saatı əsas dərs kimi 240 saatı isə saathesabı qaydasında ödənilir.

 

İxtisasartırma  və  müəllimləri  təkmilləşdirmə  institutunun  mütəxəssisləri  əsas  iş 



yerlərində tam vəzifə maaşı almaqla yanaşı ali və ya orta ixtisas təhsili müəssisələrində ildə 

240 saata qədər dərs tədris edə bilərlər. Tutduqları vəzifə üzrə 0,5 ştat maaş alanlar isə ali və 

ya orta ixtisas məktəblərində bir stavkaya qədər dərs tədris apara bilərlər.

 

İxtisasartırma  və  müəllimləri  təkmilləşdirmə  institutlarında  dərs  deməyə  cəlb  edilən 



mütəxəssislər və institutun qeyri pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərs 

tədris edərlərsə həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.

 

 

 

8. TƏHSİLİ İDARƏETMƏ ORQANLARI VƏ METODİKİ MƏRKƏZLƏR

 

( KABİNETLƏR ) ÜZRƏ

 

 



 

Təhsil  Nazirliyində,  təhsil  idarələri  və  təhsil  şöbələrində,  metodiki  mərkəzlərdə 

(kabinetlərdə)  çalışan  rəhbər  işçilər  və  mütəxəssislər  müvafiq  təhsil  müəssisələrində  dərs 

apara bilərlər.

 

Təhsil  idarə  və  şöbələrindəki  mütəxəssislər,  metodiki  mərkəzlərin  (kabinetlərin) 



metodistlər  əsas  iş  yerlərində  tam  vəzifə  maaşı  almaqla  ümumtəhsil  və  peşə  təhsili 

məktəblərində  tarifləşmə  siyahısına  salınmaqla  həftədə  12  saata  (ildə  480  saata)  qədər 

ixtisasları üzrə dərs tədris edə bilərlər. Ştat üzrə 0,5 vəzifə maaşı alanlar isə göstərilən təhsil 

müəssisələrində həftədə 18 saata (il ərzində 720 saata) qədər dərs tədris edə bilərlər.

 

Təhsil  idarə  və  şöbələrinin  mütəxəssisləri,  metodiki  mərkəzlərin  (kabinetlərin) 



metodistləri  ali  və  ya  orta  ixtisas  məktəblərində  il  ərzində  240  saata  qədər  ixtisasları  üzrə 

dərs  apara  bilərlər.  Bu  dərslərin  tədris  üzrə  əmək  haqqı  əvəzçilik  və  ya  saathesabı 

qaydasında ödənilə bilər.

 

Təhsil Nazirliyinin mütəxəssisləri ümumtəhsil və peşə məktəblərində, orta ixtisas və ali 



məktəblərdə  təkmilləşdirmə  institutlarında  tədris  ili  ərzində  müvafiq  qaydada  240  saata 

qədər ixtisasları üzrə dərs apara bilərlər.



 

Yüklə 63,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə