A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   ...   5   6   7   8   9   10   11   12   13

Bir çox belə cəmiyyətlərdə boşanma və nigahdan kənar doğuşlar normaya çevrilir. Müasir bazar 

iqtisadiyyatında gələcək nəsli ən yaxşı şərtlər altında mənəviyyatlı saxlamaq işi çətindir. Məktəblərin 

xaotik və məsul kişilərin çox az olduğu aşağı gəlirli cəmiyyətlərdə tək analar üçün bu, demək olar ki

qeyri-mümkün dərəcəsindədir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Tayler Koven  

Tayler Koven Holbert C. Harris iqtisadiyyat professoru və Corc Mason Universitetində Mercatus 

Mərkəzinin direktorudur.Onun ən sonuncu kitabı “Öz daxili iqtisadçını kəşf et” adlanır 

və bloqu bu ünvandadır www.marginalrevolution.com. 

 

 



Yox, balans var… 

 

Mənəviyyat məsələlərində azad bazar gücləndirici kimi fəaliyyət göstərir. Bizim ixtiyarımıza daha çox 



sərvət və resurs verməklə, o artıq bizim sahib olduğumuz xarakter tendensiyalarını yüksəltməyə və 

vurğulamağa meyllidir. Son nəticə adətən əlverişlidir. Əksər insanlar özləri və ailələri, dostları  üçün 

yaxşı həyat istəyir ki, belə arzular müsbət mənəvi xarakterin bir hissəsini formalaşdırır.  

 

Bazarlar cəmiyyətin hər səviyyəsində böyük sayda insana bu ümumi insan nəticələri uğrunda mübarizə 



aparmaq və ona nail olmaq imkanı verir. Azad bazarın başqa xüsusiyyətləri də bizim təbiətimizin ən 

yaxşı tərəflərini həvəsləndirir və bizim dağıdıcı impulslarımıza əngəl törədir. Başqaları ilə əməkdaşlıq 

etməkdə bacarıqlı olan adamlar daha yaxşı pul yığmaq imkanı qazanmış olur.  

 

Onlar peşə yoldaşları ilə işləməyi, müştərilər ilə ünsiyyət saxlamağı, riskli müəssisəyə kapital qoyan 



payçıya biznes planı verməyi daha asan hesab edirlər. Çox halda biz belə əməkdaşlıq üçün 

mükafatlandırılırıq, bizim xarakterimiz daha çox birgə əməkdaşlıq istiqamətində hərəkət edir. 

 

Daha şəxsi mənada, azad bazar həmçinin insanlara yaxşı niyyətlər silsiləsini reallaşdırmağa imkan 



verir. Bazarlar məhsuldar insanlara öz müasirləri olan nəsillərə müstəsna xidmət təmin etmək imkanı 

verir: yeni dərmanlar icad etmək, əməyə qənaət edən qurğular hazırlamaq və ya dünyanı ərzaqla təchiz 

etmək üçün daha ucuz, daha effektiv yollar tapmaqla. Dövlətli olmaq üçün şans belə yaradıcı tiplər 

üçün daha çox stimul, özünü bəyənmə (eqo) və iddia isə əsas faktorlardır.  

 

Ancaq biz pis xarakterlə bu motivasiyaları dolaşıq salmamalıyıq. Bazarlar bizim sərvət arzularımızı və 



daha çox altruist impulslarımıza şəxsi fərqi əlaqələndirməyə imkan yaradır. Onlar bizi yaxşı çalışmaqla 

işləri yaxşı icra etməyə ruhlandırır. Və əlbəttə onlar insanlara öz sərvətlərini bağışlamaq üçün vasitələr 

və xeyriyyə məsələlərinin miqyası üçün iş yaradırlar. 

 

Beynəlxalq nöqteyi-nəzərdən bazarların mənəvi cazibədarlıqları aydındır. Mühacirəti nəzərdən keçirin. 



Dünyada insanlar normal bazar münasibətləri olan cəmiyyətlərə miqrasiya etməyə və qeyri-normal 

bazarlara malik cəmiyyətlərdən uzağa qaçmağa üstünlük verirlər. Pul tək hərəkətverici faktor deyildir. 

Onları həmçinin daha yaxşı həyat keyfiyyəti təklif edən sistemin imkanı, xüsusilə mənəvi tənəzzüldən 

xilas olmaq üçün himayə arayan bir çox başqa iqtisadi qurumların imkanı cəlb edir. 

 

Hər il, “Beynəlxalq Şəffaflıq” təşkilatı(Transparency International) dünyada biznesin aparılmasına 



görə ən çox korrupsiyaya uğramış ölkələrin indeksini açıqlayır. Keçən ilki siyahının ən yüksək 

zirvəsində dayanan ölkələr İraq, Myanma və Somali idi. Ən az korrupsiya olan ölkələr fəal  bazar 

iqtisadiyyatına malik Danimarka, Finlandiya və Yeni Zelandiya idi. 

  

Bu, o anlama gəlirmi, bazarlar korrupsiyanın azalmasına səbəb olmuşdur? Xeyr, ancaq bu aydındır ki, 



bazarların inkişafı və korrupsiyanın azalması tərəqqinin ümumi və müntəzəm  bağlarının bir hissəsidir.  

Bazarların ən vacib funksiyaları müəyyən mənəvi gözləntilər ətrafında konsensus yaratmaqdır: bu 

razılaşmalar sazişlərdə ədalət prinsipinə əməl olunmaqla bağlanmalıdır ki, iqtisadi tərəflər vədlərin 

pozulmasına görə məsuliyyət daşısınlar. Bütün bu ideyalar ticarət sahəsindən kənarda müasir bazar 

cəmiyyətlərinin istənilən müşahidəçisinin görə biləcəyi müsbət sosial nəticələrə malikdir. 

 

Bəzi sahələr qaydasındadır. Təcavüz və fırıldaqçılığa qarşı yaxşı tətbiq edilən qanunlara malik olmaq 



mənasında bütün bazarlar “azad” deyildir. Azad bazarlar həmçinin inamın müəyyən əsas səviyyəsini 

və bazar qaydalarının bölüşülən mədəni anlamını tələb edir. “Korrupsiyalaşmış” bazarlar (mən onları 

belə adlandırardım) bu meyara cavab vermir. 

 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə