3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   2   3   4   5   6   7   8   9   ...   40
3-cu fesil-148-218

3.4.
 
Neftdən suyun ayrılmasının əsas üsulları 
 
Neft emulsiyalarının struktur quruluşunun dağıdılması aşağıdakı 
əməliyyatların ardıcıl olaraq həyata keçirilməsi ilə mümkündür: 
- ayrı – ayrı damcıların birləşməsi; 
- sipər örtüklərin dağıdılması; 
- su zərrəciklərini birləşdirilərək , damcı şəklinə salınması; 
- damcıların birləşərək böyük su kütləsi yaratması və onun qurğunun 
dibinə çökdürülməsi. 
Suyu neftdən ayırmağın bir neçə texnoloji üsulları da vardır. Üsulun 
seçilməsi neftin tərkibindəki suyun miqdarından və suyun hansı vəziyyətdə 


- 158 - 
olmasından asılıdır. Bəzi hallarda «xam» neftin tərkibində olan su sərbəst 
şəkildə, yəni dispersiya olunmamış vəziyyətdə olur. Belə su neftdən 
çökdürməklə ayrılır. Əksər hallarda isə su neftin tərkibində emulsiya şəklində 
olur. Belə emulsiyaların iki növü mövcuddur: 
- mexaniki stabilləşmiş;
- səthaltı maddələrlə stabilləşmiş. 
Stabilləşmiş emulsiyada su neftdən çox asan ayrılıb çökür. Dayanıqlı, 
xırda dispersiyalı stabilləşmiş emulsiyadan suyu ayırmaq isə çox mürəkkəb 
üsulların tətbiq edilməsini tələb edir. Belə üsullardan sürətlə isidilmə, kimyəvi 
hazırlama, elektrik təsiri və həmçinin qarışıq üsulları göstərmək olar. 
Neftlərin duzsuzlaşdırılması yolu ilə sudan ayrılması prosesi eyni 
xarakter daşıyır. Belə ki, neftdən suyu ayırarkən, suyun tərkibində həll olunmuş 
duz da ayrılır. Əgər tam duzsuzlaşdırma zərurəti yaranarsa, onda neftə təmiz su 
qarışdırılır və bu da öz növbəsində neftin tərkibindəki duzu həll edir.
Çökdürmə üsulu ilə emulsiyalarda asılı vəziyyətdə olan su hissəcikləri 
sıxlıqların fərqli olmasından ayrılırlar. Asılı vəziyyətdə olan hissəciklərin 
çökmə sürəti Stoks düsturuna əsasən təyin olunur: 
(
)
n
n
s
d
g
d
U



18
2

=
, (3.4) 
burada 

d
U
damcıların çökmə sürəti;

d
çökən su hissəciklərin diametri; 
s

və 

n

uyğun olaraq su və neftin sıxlığı; 

n

neftin dinamik özlülüyü; 

g
sərbəstdüşmə təcili. 
Stoks düsturu çökdürücünün divarının və çökən hissəciklərin özlülüyünün 
təsirini nəzərə almır və hərəkətsiz mühitdə damlaların çökməsi və ya üzə 
çıxmasını xarakterizə edir. 
Adamar və Bond çökmə sürətinin təyini üçün daxili faza mayesinin 
özlülüyünü də nəzərə alan aşağıdakı ifadəni vermişlər: 


- 159 - 
(
)
(
)
n
n
s
d
K
g
d
U



18
/
2



=

(
) (
)
s
n
s
n
K




3
2
/
3
+
+
=
(3.5) 
Hərəkət edən damcı üçün 
2
Re

olduqda, (3.5) düsturundan istifadə etmək 
olar. 
Çökdürücünün layihələnməsi zamanı aşağıdakı düsturlardan da istifadə 
edirlər: 
2

Re

500 olduqda , 
6
,
0
Re
)
(
5
,
55
4
n
n
s
d
gd
U




=
(3.6) 
Re

500 olduqda isə,
2
1
)
(
3
n
n
s
gd
U
d




=
, (3.7) 
burada 
n
n
d
dU


/
Re

=
- Reynolds ədədidir. 
Yuxarıda qeyd olunan düsturlardan da göründüyü kimi damlaların 
diametri böyüdükcə, mayenin özlülüyü azaldıqca, damlaların çökmə sürəti 
çoxalır. 
Qeyd etmək lazımdır ki, neftin sudan təmizlənməsində həlledici rolu heç 
də su damlalarının çökmə sürəti deyil, müdafiə səthlərinin dağılma vaxtı və 
damlaların birləşərək böyük su kütləsinə çevrilməsi oynayır. 
Göstərilən amillərin təyin edilməsi və onların təsir xüsusiyyətlərinin 
nəzərə alınması emulsiyanın ayrılması texnologiyasının seçilməsi və 
səmərəliliyinin artırılmasına böyük təsir göstərir. 
Tətbiq ediləcək üsulların əsas prinsipləri aşağıdakılardır: 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə