3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi


Hazırlanmış emulsiyanın temperaturunun artırılması



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   2   3   4   5   6   7   8   9   10   ...   40
3-cu fesil-148-218

1. Hazırlanmış emulsiyanın temperaturunun artırılması.
Bununla 
emulsiyanı təşkil edən mayelərin özlülüyü azalır və eyni zamanda görüş 


- 160 - 
səthində səthi gərilmə azalır (neftdən suyun ayrılması məhz bu prinsipə 
əsaslanır). 
2. Ayrılan maye hissəciklərinin ölçülərinin artırılması.
Bunun üçün 
kimyəvi reagentlər tətbiq edilir və elektrik sahəsindən istifadə edilir. 
3. Ayrılan hissəciklərin hərəkət sürətinin artırılması.
Bunun üçün təbii 
ağırlıq qüvvəsini daha güclü mərkəzdənqaçma qüvvəsi ilə əvəz edilir. 
4. Çökdürücünün ümumi sahəsini saxlamaqla çökmə hündürlüyünün 
azaldılması. 
Üfüqi çökdürücülərdə paralel lövhələrin və separatorlarda ayırıcı 
disklərin tətbiqi bu məqsədi daşıyır.
Emulsiyanın tərkibində asılı vəziyyətdə hissəciklərin olması, ayırmanın
 
səmərəliliyini azaldır. Stabilləşmiş, dayanıqlı, xırda dispersli emulsiyaların 
mexaniki üsulla təmizlənmələri mümkün olmur. 
Emulsiyaların ayrılması prosesinə hidravliki çökmə şəraiti (turbulentlilik, 
axınların konveksiyası, qarışma və s.) də mənfi təsir göstərir. 
Neft emulsiyalarının təmizlənməsi üçün qarışıq üsulların tətbiqi
(qravitasiya və termik, kimyəvi və elektrik) çox yaxşı səmərəli nəticələr verir. 
3.5.
 
Neftin sudan mexaniki üsulla təmizlənməsi 
 
 
Neftin sudan təmizlənməsinin əsas mahiyyətini qravitasiyalı çökdürülmə 
təşkil edir. Çökdürülmənin iki növü-dövrü və fasiləsiz rejimləri tətbiq edilir və 
uyğun çökdürücülərlə həyata keçirilir. 
Dövrü işləyən çökdürücü kimi adətən, silindrik çökdürücülər-çənlər 
(çökdürücü çənlər) tətbiq edilir. Təmizləmək üçün nəzərdə tutulan xam neft, 
paylayıcı boruların köməyi ilə çənlərə doldurulur. Çən doldurulduqdan sonra 
su çənin aşağısına çökür, neft isə yuxarı hissədə toplanır. Çökdürülmə prosesi 
hazırlanan neftin sakit vəziyyətində həyata keçirilir. Proses qurtardıqdan sonra 


- 161 - 
neft və su çəndən boşaldılır. Çökdürücü çənlərin müsbət işi yalnız o zaman əldə 
olunur ki, neftin tərkibində olan su sərbəst vəziyyətdə, yaxud iridamcılı 
stabilləşmiş halda olsun. 
Fasiləsiz işləyən çökdürücülər üfüqi, şaquli, maili və konusvari olurlar 
(şəkil 3.1). 
Üfüqi çökdürücülər uzununa və radial növlərinə ayrılır. Uzununa üfüqi 
çökdürücülər en kəsiyin formasına görə düzbucaqlı və dairəvi olurlar. Fasiləsiz 
işləyən qravitasiyalı çökdürücülərdə neftin hazırlanması kəsilməz axın üçün
həyata keçirilir. Şəkil 3.2-də fasiləsiz işləyən üfüqi silindrik
çökdürücülərin prinsipial sxemi göstərilmişdir. 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə