3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   2   3   4   5   6   7   8   9   ...   40
3-cu fesil-148-218

qazın odarizasiyası
adlanır. 
Qazın nəqlə hazırlanması qaz kəmərinin baş tikililərində yerləşən xüsusi 
qurğularda aparılır. Nəqlə hazırlıq mərhələsini keçən qaz iqlim şəraiti nəzərə 
alınmaqla magistral qaz kəməri ilə nəql olunan təbii qaza olan sahə 
standartlarının tələblərinə uyğun olmalıdır. 
3.2.
 
Neft emulsiyalarının yaranması 
 
 


- 152 - 
Neftin sudan təmizlənməsi (deemulsasiyası) üsulunu düzgün seçmək üçün 
emulsiyanın yaranması mexanizmini və onun xassələrini bilmək vacibdir. 
Emulsiyanın yaranması, neft laydan quyu ağzına doğru hərəkət edən zaman 
başlanır və mədən kommunikasiyalarında sonrakı hərəkəti zamanı davam edir. 
Yəni, emulsiya neftin və suyun fasiləsiz qarışması baş verən yerlərdə yaranır. 
Quyuda emulsiyanın yaranması intensivliyi neftin çıxarılması üsulundan çox 
asılıdır ki, bu da öz növbəsində yatağın xarakterindən, onun istismar dövründən 
və neftin özünün fiziki–kimyəvi xassələrindən asılıdır.
Hal–hazırda istənilən yataq fontan, kompressor və dərinlik nasosları 
üsullarından biri ilə istismar olunur. 
Neft yatağının ilkin istismarı dövrü üçün xarakterik olan fontan üsulunda 
neftin quyudan intensiv çıxarılması baş verir. Quyunun qaldırıcı borularında 
neftin su ilə qarışması intensivliyi neftdə həll olunmuş qazın ayrılması ilə artır 
ki, bu da neft-su qarışığının ilkin hərəkəti mərhələsində emulsiyanın yaranması 
ilə nəticələnir.
Kompressor istismar üsulunda quyularda emulsiyanın yaranması səbəbi 
isə fontan quyularında olduğu kimidir. Quyuya qaz əvəzinə hava vurularkən 
(erlift üsulu), asfalt-qətran hissəciklərinin yaranması ilə ağır karbohidrogenlərin 
bir hissəsinin oksidləşməsi baş verir və bu da xüsusən mənfi təsir göstərir. 
Neftin dərinlik nasosları ilə çıxarılması üsulunda emulsiyanın yaranması 
klapan qutularında, klapanların özündə, nasosun silindrində, nasos ştanqlarının 
qalxma–enmə hərəkəti zamanı qaldırıcı borularda baş verir. 
Emulsiyalarda iki fazanın–daxili və xarici fazaların bir-birindən
fərqləndirilməsi qəbul olunmuşdur. Hər hansı mayenin xırda damcılarının 
yerləşdiyi digər maye xarici faza, dispersiyalı, yaxud bütöv mühit adlanır. Kiçik 
damcılar şəklində mayenin dispersiyalı mühitin daxilində paylanması daxili və 
ya

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə