3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi


Şaquli silindrik qravitasiyalı separatorda



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
3-cu fesil-148-218

Şaquli silindrik qravitasiyalı separatorda
(şəkil 3.3.) qaz -neft qarışığı 
paylayıcı kollektora daxil olur və yarıq çıxışından əsas separasiya seksiyasına 
keçir. 
Çökdürücü seksiyada neftin maili müstəvi ilə axması zamanı ondan qaz 
qabarcıqlarının ayrılması baş verir. Qazdan azad olmuş neft, neftin yığım 
seksiyasına daxil olur və oradan borucuq vasitəsi ilə separatordan çıxarılır. 
Maili müstəvidə neftdən ayrılan qaz damlaları tutan seksiyadan keçdikdən 
sonra boru xətti ilə separatordan xaric olur. Bu zaman ağırlıq qüvvəsinin təsiri 
altında çökməyə imkan tapmayan, qaz axını ilə aparılan neft damlaları jalüzlu 
çərçivədə divara yapışaraq drenaj borusu ilə neftin çıxarılması seksiyasına 
tökülür. 


- 172 - 
 
 

 Şəkil 3.3. Şaquli silindrik separatorlar 
 1-gövdə; 2-üzgəc; 3-drenaj borusu; 4-maili lövhələr; 5-qaz -maye qarışığını 
daxili etmək üçün boru; 6-təzyiq tənzimləyicisi «özünə qədər»; 7-qazın 
çıxışı;8-qazın sürətini tənzimləmək üçün arakəsmə;
9-jalüz; 10-səviyyə tənzimləyicisi; 11-nefti xaric etmk üçün boru; 
 12-çirklərin xaric edilməsi; 13-paylayıcı kollektorlar; 14-lyuk 
15-bağlayıcı seksiyalar: I-separasiya; II-çökdürücü;III-neftin 
toplayıcısı; IV-damlatutucu 
İkiçəlləkli hidrotsiklon separator
(şəkil 3.4) neft mədənlərində 
separasiyanın 1-ci pilləsində işlədilir. 
Qazla doymuş neft hidrotsiklon başlığına tangensial olaraq daxil olur, 


- 173 - 


Şəkil 3.4. İkiçəlləkli hidrotsiklonlu separator 
1-qaz-neft qarışığının tangensial daxil edilməsi; 2-hidrotsiklonun
başlığı; 3-qaz əksetdirici lövhə; 4-istiqamətləndirici boru; 5-separatorun 
yuxarı tutumu; 6-maye damlalarının tutmaq üçün deşikli tor; 7-jalüzlü 
ucluq; 8-qazın çıxış borusu; 9-hidrotsiklonun aşağı tutumu; 10-drenaj 
borusu;11-künc çiləyiciləri; 12- yönəldici lövhə; 13-arakəsmə; 
14- səviyyə tənzimləyici. 
harada ki, mərkəzdənqaçma qüvvələrinin hesabına neft və qazın müstəqil 
axınlara ayrılması baş verir. 
Qazsızlaşan neft hidrotsiklonun aşağı tutumunda yığılır və müəyyən 
həcmə çatan kimi üzgəc tənzimləyicisi icraedici mexanizmin köməyi ilə qazsız 
nefti atqı boru xəttinə yönəldir. Neftdən ayrılan qaz isə hidrotsiklonun yuxarı 
tutumunda perforasiyalı
şəbəkədən keçərək maye (neft) damlalarından azad 
olur. Beləliklə, qazdan azad olan maye drenaj xətti (10) ilə aşağı tutuma (9) 
yığılır.


- 174 - 
Yığım kollektorunda qaz-neft qarışığının hərəkəti zamanı təzyiqin 
düşməsi qazın neftdən qismən ayrılmasına səbəb ola bilər. Bu halda separa- 
siya qurğusuna qaz və nefti ayrı-ayrı axınlarla vermək olar. 
Bu cür prinsip əvvəlcədən qazın çıxarılması ilə işləyən bloklu separasiya 
qurğularında istifadə olunur (şəkil3.5.). 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə