Azərbaycan Hava Yolları” qsc milli Aviasiya Akademiyası



Yüklə 1,48 Mb.
səhifə1/2
tarix11.12.2023
ölçüsü1,48 Mb.
#145277
  1   2
Belge (6)


Azərbaycan Hava Yolları” QSC
Milli Aviasiya Akademiyası



Fakültə - Fizika Texnologiya
Kafedra -  Radioelektronika 
İxtisas – Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Fənn - İdarəetmə obyektləri ilə əlaqə qurğuları
Sərbəst İş № 3
Mövzu-  AM və TM radiovericilərin qurulma prinsipləri
Qrup - 2561a
Tələbə - Yelgioğlu Rabiyə
Müəllim - R.M.Bayramov 
Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir.
Vericidə üç əsas proses baş verir

  • Yüksək tezlikli rəqsin generasiyası;

  • Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi;

  • Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.

Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiyaadlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası(FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır. Modulyasiya olmadıqda vericinin antenasında yüksək tezlikli modulyasiyasız rəqs yaranır və o fəzaya şüalandırılır. Modulyasiyalı və ya modulyasiyasız yüksək tezlikli rəqslərin gücləndirilməsi üçün güc gücləndiricisindənistifadə olunur. Güc gücləndiricisini, həmçinin xaricdən təsirlənən generator da adlandırırlar. İş rejimlərinə nəzərən vericidə istifadə olunan gücləndiriciləri üç əsas qrupa bölmək olar: 

  1. bufer gücləndiriciləri;

  2. gücləndirici-vurucular;

  3. çıxış gücləndiriciləri.

Sadə vericidə birinci iki növ gücləndirici olmaya, çıxış gücləndiricisi isə həmdə tezlik vurucusu ola bilər. Bir çox radiolokasiya vericilərində gücləndirici olmur. Belə vericilər impuls rejimində işləyir. Bu halda avtogenerator kifayət qədər böyük gücə malik olur. Radiolokasiya vericisinin tipik güclü impuls avtogeneratoru maqnetrondur. Metal-keramik lampalar, xüsusi ifrat yüksək tezlikli (İYT) cihazlar və adi lampalar üzərində yığılmış güclü avtogeneratorlardan da istifadə olunur.
İmpuls radiorabitə vericilərində (o cümlədən radiolokasiya vericilərində) şüalandırılan radioimpulsların davametmə müddəti, onların amplitudaları və ya təkrarlanma tezliyi dəyişə bilər. Bundan əlavə radioimpulsların generasiya vaxtı müəyyən takt momentlərinə nəzərən də dəyişə bilər. Ona görə də impuls modulyasiyası ümumi şəkildə çox müxtəlif ola bilər.


AM radiovericinin verici generatorunda parametrləri dəyişməyən yüksək tezlikli rəqslər yaradılır. Güc gücləndiricilərində onlar gücləndirilir və amplitudaları modulyatorda informasiya siqnallarının təsiri ilə dəyişdirilir. Nəticədə tələb olunan gücə malik amplitud modulyasiyalı siqnal alınır. Bu siqnal verici antenaya istiqamətləndirilir və fəzaya şüalandırılan AM radiodalğa yaradır.
TM radiovericidə modulyator verici generatorun rəqs konturuna təsir edərək onun kökləmə tezliyini informasiya siqnalına uyğun olaraq dəyişdirir. Bu səbəbdən generasiya olunan rəqslərin tezliyi dəyişir. Bu dəyişmə orta qiymətə nəzərən kiçik intervalda həyata keçirilir. Güc gücləndiricisində TM rəqslər gücləndirilir. Verici antena fəzaya TM dalğa şüalandırır. TM yalnız (ultraqısa dalğalı) UQD diapazonda tətbiq olunur. Digər diapazonda onun tətbiqi mümkün deyil.
Faydalı məlumatın ötürülməsi üçün istifadə olunan ilk modulyasiya növü amplitud modulyasiyasıdır. Müasir dövrdə bu modulyasiya növü radioyayımda, peşəkarrabitədə, radioidarə sistemlərində, radionaviqasiyada,radiotelemetriyada geniş istifadə edilir. Am­plitud modulyasiyası aşağıdakı müsbət cəhətlərə malikdir: AM rəqslərinin nisbətən dar spektrli olması; rəqsləri amplitud üzrə modulyasiya etmək üçün lazım olan vasitələrin sadəliyi .
Şüalandırılan amplitud modulyasiyalı rəqslərin spektrinin eni maksimal modulyasiya tezliyinin iki mislinə bərabərdir. Bu modulyasiya növünün mənfi cəhəti onun maneəyə davamlığının az olmasıdır. AM siqnal qəbuledicilərinin struktur sxemi şəkil 1-də əks etdirilmişdir.

Yüksək tezlikli trakt (YTT) faydalı siqnalın spektrini ayırır. Superheterodin radioqə­buledicisinin yüksək tezlik traktının tərkibinə preselektor, tezlik çeviricisi və aralıq tezlikli gücləndirici daxildir.


Faydalı siqnal gücünün spektral sıxlığının maneə gücünün spektral sıxlığından çox böyük olduğu tezlik zolaqlarında yüksək tezlikli trakt bərabər ölçülü amplitud-tezlik və xətti faza-tezlik xarakteristikalarına malik olmalıdır. Bu xarakteristikalar ideal formadan fərqlənərsə faydalı məlumatın təhrifi baş verir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə