3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
3-cu fesil-148-218

3.6.
 
Termik üsulla neftin sudan təmizlənməsi 
 
 
Neftin sudan təmizlənməsinin əsas müasir üsullarından biri termik (yaxud, 
istilik) üsul hesab olunur və mahiyyəti ondan ibarətdir ki, çökdürülməzdən 
əvvəl neft qızdırılır. Su hissəciklərinin səthindəki sipər layını təşkil edən 
maddənin özlülüyü temperatur artdıqca azalır və örtüyün möhkəmliyi kiçilir, 
su damcılarının birləşməsi asanlaşır. Bundan başqa, temperatur artdıqca 
özlülüyün azalması çökmə zamanı hissəciklərin enmə sürətini artırır. Neftin 
termik üsulla sudan təmizlənməsi ayrıca üsul kimi nadir hallarda tətbiq edilir. 
Əksər hallarda bu üsul daha mürəkkəb kompleks üsulların tərkib hissəsi kimi, 
məsələn, termokimyəvi təmizləmə (kimyəvi reagentlərdən istifadə etməklə 
çökdürülmə), elektrik üsulu ilə işlənmənin və digər kombinə edilmiş təmizləmə 
üsullarının tərkibində istifadə olunur. 
Neftin qızdırılması qaz ayrıldıqdan sonra və neft emulsiyası çökdürücüyə 
daxil edilməmiş xüsusi qızdırıcı qurğularda həyata keçirilir. Qızdırma 
temperaturu, su-neft emulsiyalarının xüsusiyyətlərindən və təmizlənmə 
sisteminin qəbul edilmiş elementlərindən asılı olaraq təyin olunur. 
3.7.
 
Kimyəvi üsulla neftin sudan təmizlənməsi 
 
 
Neft sənayesində kimyəvi reagentlərin köməyi ilə neft emulsiyalarının 
ayrılmasına əsaslanan-neftin sudan təmizlənməsi üsulu çox geniş tətbiq edilir. 
Kimyəvi təmizləmənin səmərəliliyi tətbiq olunan reagentin tipindən asılıdır. 
Reagentin seçilməsi isə, öz növbəsində su-neft emulsiyasının tipindən və 
təmizlənəcək neftin xüsusiyyətlərindən asılıdır. Demulqator-reagentlərin 


- 165 - 
seçilməsi istənilən, xüsusi laboratoriya və mədən tədqiqatları vasitəsilə həyata 
keçirilir. 
Digər kombinə edilmiş üsullar kimi, kimyəvi təmizlənməyə, qravitasiyaılı 
çökdürülmə də daxildir. Təmizlənmə üçün nəzərdə tutulan emulsiyaya 
demulqator -reagent daxil edilir, onunla qarışdırılır, sonra isə çökdürülmə yolu 
ilə neftdən suyun ayrılmasına şərait yaradılır. Bu zaman həm dövri və həm də 
fasiləsiz təmizləmə üsulu tətbiq oluna bilər. Adətən, fasiləsiz təmizləməyə daha 
çox üstünlük verilir. Neftin sudan kimyəvi üsul ilə təmizlənməsinin üç üsulu 
mövcuddur: 

sudan təmizlənmə neft quyularında həyata keçirilməyə əsaslanır 
(quyudaxili deemulsasiya), hansı ki, reagent emulsiyaya bilavasitə quyuda daxil 
edilir;

sudan təmizlənmə neftin yığılmasını həyata keçirilən boru kəmər 
lərində yerinə yetirilir (yolüstü deemulsasiya), burada reagent neft yığım 
kollektorunun başlanğıcında emulsiyaya daxil edilir;

demulsasiya və neftin təmizlənməsi bilavasitə çökdürücü çənlərdə 
yerinə yetirilir. Bu zaman çökdürücü çənə doldurulmuş emulsiyaya əlavə edilir. 
Birinci iki üsul müəyyən üstünlüyə malikdir və daha səmərəli hesab 
olunur. 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə