3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   2   3   4   5   6   7   8   9   ...   40
3-cu fesil-148-218

dispersli faza
adlanır. 


- 153 - 
Xarici mühit və daxili faza xarakterinə görə emulsiyalar iki tipə ayrılır: 
neft suda (n/s) və su neftdə (s/n). Yaranan emulsiyaların tipi, əsasən iki fazanın 
həcminin nisbətindən asılıdır; emulsiyanı təşkil edən mayelərdən həcmi böyük 
olanı xarici faza hesab olunur. Təcrübədə çox vaxt (95 %) su neftdə (s/n) tipli 
emulsiyalara rast gəlinir. Neft suda (n/s) tipli emulsiyalarla müqayisədə üçüncü 
tip emulsiyalara-su neftdə suda tipli emulsiyalara da rast gəlmək olur. Neft-su 
emulsiyasının yaranmasına, fazaların nisbətindən başqa, emulqatorların, başqa 
sözlə emulsiyanın yaranmasına köməklik göstərən maddələrin təsiri də 
böyükdür. Onlar fazaların ayrılması sərhəddində səthi gərilməni azaldır və 
daxili fazanın hissəcikləri ətrafında möhkəm adsorbsiya örtüyünü yaradır. Suda 
həll olan emulqatorlar neft suda emulsiyasının yaranmasına yardımçı olur. Belə 
hidrofil (suda yaxşı islanan) emulqatorlara qələvi sabunlar, jelatin, kraxmal və 
s. aiddir. 
Hidrofob emulqatorlar (neftdə həll olan) isə su neftdə (s/n) tipli 
emulsiyaların yaranmasına yardımçı olur. Belə emulqatorlara neftdə yaxşı həll 
olan üzvi turşuların qələvi-torpaq duzlarını, qətranları suya nisbətən neftdə 
daha yaxşı islanan gil və digər maddələri göstərmək olar. 
3.3.
 
Neft emulsiyalarının əsas xassələri 
 
 
Neft emulsiyaları özlülük, disperslilik, sıxlıq, elektrik keçiriciliyi və 
dayanıqlılığı ilə xarakterizə olunur. Neft emulsiyalarının özlülüyü çox geniş 
diapazonda dəyişir və neftin özünün özlülüyü, emulsiyanın yaranma 
temperaturu, suyun və neftin emulsiyadakı miqdarı və emulsiyanın 
temperaturundan asılıdır. Neft emulsiyaları qeyri-nyuton mayelərinə aid olduğu 
üçün onlar effektiv özlülüklə xarakterizə olunur. 


- 154 - 
Əgər neftin özünün xüsusiyyətində anomallıq vardırsa, onda emulsiyanın 
özlülüyünün anomallığı (xüsusən aşağı temperaturlarda) artır. Neft 
emulsiyalarının anomallığı, daxili fazanın hissəcikləri, məsələn, parafin 
kristallarının, fəza struktur qəfəsinin yaranması ilə izah olunur. Emulsiyada 
struktur qəfəsinin olması həm dinamik və həm də statik sürüşmə gərginliyinin 
yaranmasına səbəb olur. Neft emulsiyalarında özlülük anomallığının 
mövcudluğu temperatur şəraiti və suyun miqdarı ilə təyin olunur. 
Hər bir neft emulsiyası özünün limit temperatur qiymətinə malikdir ki, 
həmin temperaturdan yuxarı qiymətlərdə emulsiyanın reoloji xüsusiyyətləri 
nyuton mayelərindəkinə uyğun olur, başqa sözlə, emulsiyanın özlülüyü bütün 
sürət qradiyentlərində sabit qalır. 
Emulsiyanın tərkibindəki suyun miqdarının artması ilə effektiv özlülük 
artır ki, nəticədə (s/n) emulsiyası (n/s) emulsiyası ilə əvəz olunur və özlülük 
kəskin azalır. Emulsiyanın özlülüyünün azalmasına səbəb olan suyun neftdəki 
miqdarına uyğun nöqtə 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə