3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

11 
 
(iqtisadi  artım,  yığım  norması,  yeni  iş  yerləri  açılması) 
birmənalı  qarşılanmır,  müxtəlif  qrupların  yaxud  şəxslərin 
maraqlarına toxunur. 
Tarixən  bəşəriyyətin  keçdiyi  inkişaf  yolu  boyunca 
mövcud olmuş cəmiyyətlərin həyatı, ictimai-siyasi, iqtisa-
di-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyə-
lənir.  Doğrudur,  qarşılıqlı  əlaqə  və  təsir  nəticəsində  tam 
bir  sistem  kimi  fəaliyyət  göstərən  cəmiyyət  həyatında  bu 
cəhətlərin  hansınınsa  çatışmaması,  yaxud  nöqsanı,  bütöv-
lükdə cəmiyyət həyatına öz təsirini göstərəcəkdir. Deməli, 
bütün  cəhətlərin  normal  və  ahəngdar  fəaliyyəti  sahəsində 
iqtisadi sistem yaşayıb inkişaf edə bilər. 
Lakin bu da danılmaz faktdır ki, cəmiyyət həyatının 
sahələri  arasında  iqtisadiyyat,  həyatın  davamı  və  insanla-
rın  yaşayıb  inkişaf  etməsi  üçün  həqiqətən  həlledicidir. 
İqtisadiyyat anlayışı geniş mənada cəmiyyət həyatının tə-
məlini  təşkil  etdiyindən,  iqtisad  elmi  də  bütün  iqtisadi 
bilik  dairələrini  əhatə  edir.  İlk  mərhələdə  təsərrüfat  və 
onun  idarə  olunması  qanunları  mənasını  daşıyan  bu  anla-
yış,  hazırda  mürəkkəb,  habelə  çoxcəhətli  bir  fəaliyyət 
dairəsini, yəni bütövlükdə iqtisadiyyatı əhatə edir. 
Məlumdur  ki,  insan  cəmiyyəti  formalaşdığı  ilk  ad-
dımlarından  başlayaraq  indiyədək  həmişə  iqtisadiyyatla, 
təsərrüfatla  bağlı  olmuşdur.  Vaxtilə  yalnız  təbiətin  hazır 
məhsullarından, təbii nemətlərindən istifadə etməklə  kifa-
yətlənmiş insanlar, tədricən əkinçilik və maldarlıqla məşğul 
olmuş,  sənətkarlıq  şeyləri  hazırlamış,  müxtəlif  emalatxa-
nalar təşkil etmiş, fabrik və zavodlar tikmiş, nəqliyyat vasi-
tələrini  təkmilləşdirmiş,  elektrik  və  atom  enerjisindən  isti-
fadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başlamışlar. 
İnsan cəmiyyəti və onun yaşayışının əsası sayılan tə-


12 
 
sərrüfat  həyatı  sahələri  genişləndikcə,  iqtisadiyyatı  daha 
səmərəli  yollarla  inkişaf  etdirmək  üçün  elmi-nəzəri  bilik-
lərə ehtiyac artmışdır.  Həyat irəliləyib inkişaf etdikcə, in-
sanların  təsərrüfat  əlaqələri  genişləndikcə,  ayrı-ayrı  ölkə-
lər arasında ticarət münasibətləri yeni sahələri əhatə etdik-
cə, şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyə-
lər də dəyişmişdir. 
Müxtəlif  məktəb  və  istiqamətlərindən  asılı  olmadan, 
ölkənin  və  dünyanın  təsərrüfat  həyatındakı  iqtisadi  artım, 
yığım  və  istehlak,  tələb  və  təklif,  qiymət  və  rəqabət,  in-
flyasiya  və  işsizlik,  maliyyə  və  pul-kredit  sistemi,  büdcə 
və  vergilər,  investisiya  və  xarici  borclar,  başqa  ölkələrlə 
xarici  iqtisadi-ticarət  əlaqələri  və  beynəlxalq  valyuta-kre-
dit münasibətləri, inteqrasiya və qloballaşma proseslərinin 
sosial-iqtisadi  nəticələri  kimi  aktual  problemlər  həmişə 
iqtisadi nəzəriyyənin diqqət mərkəzində durmuşdur. 
b)  Mürəkkəb  və  ziddiyyətli  dəyişikliklərlə    səciyyə-
lənən  müasir  cəmiyyət  həyatının  real  sosial-iqtisadi  pro-
seslərinin  hərtərəfli  öyrənilib  dərk  olunması,  eyni  zaman-
da baş verən yeni meyllərin gələcək nəticələrinin obyektiv 
elmi-nəzəri  prinsiplər  mövqeyindən  qiymətləndirilməsi 
zəruriliyi, iqtisadi nəzəriyyəyə olan  marağı getdikcə artır-
maqdadır. Tarixi baxımdan bütün dövrlərdə bu elmin qar-
şısında duran əsas məsələ, dünyanın və cəmiyyətin iqtisadi 
quruluşu, onun səmərəliliyi məsələlərinin araşdırılması ol-
muşdur. 
 
İqtisadi  nəzəriyyənin  öyrənilməsində  əsas  məqsəd 
əvvələn,  yaşadığımız cəmiyyətin və  dünyanın iqtisadi in-
kişaf qanunauyğunluqlarını daha  yaxşı dərk etmək; sonra 
insanları cəmiyyətdə baş verən dəyişikliklərin passiv seyr-
çisi  deyil,  fəal  iştirakçısına  çevirmək;  nəhayət,  milli  və 


13 
 
qlobal  miqyasda  həyata  keçirilən  obyektiv-subyektiv  sə-
bəblərlə  bağlı  iqtisadi  siyasətin  mahiyyətini  aydınlaşdır-
maqdır. 
Deməli  iqtisadi  nəzəriyyənin  bir  elm  kimi  məqsədi 
iqtisadi  qanunları  (qanunauyğunluqları,  prinsipləri,  meyl-
ləri)  öyrənmək  və  onlardan  təcrübədə  səmərəli  istifadə 
olunması  mexanizminin işlənib hazırlanmasıdır. Daha ge-
niş  anlamda  məqsəd,  dünyanın  və  milli  təsərrüfatların 
keçdikləri  sosial-iqtisadi  inkişaf  yolunun  təhlili  əsasında, 
bütövlükdə  ictimai  istehsalın  səmərəli  fəaliyyətinin  təşki-
lini elmi-nəzəri cəhətdən əsaslandırmaqdır.  
  Bu  mənada,  təsərrüfat  həyatının  istehsal,  bölgü,  is-
tehlak  dairəsində  iqtisadi  nəzəriyyənin  prinsiplərinə,  qa-
nunlarının  fəaliyyət  mexanizminin  xüsusiyyətlərinə  bələd 
olmaq  təkcə  iqtisadçılar  və  siyasi  xadimlər  üçün  deyil, 
həm  də  işgüzar  bizneslə  məşğul  olanlar,  fermerlər,  bank 
işçiləri, tələbələr, dövlət məmurları, evdar qadınlar və adi 
vətəndaşlar  üçün  faydalıdır.  Çünki,  “yalnız  iqtisadi  nəzə-
riyyənin əsas məsələlərindən başı çıxan insan, qarşılaşdığı 
problemlərə dair müstəqil fikir söyləyə bilər” (L.Mizes). 
Həmin  məqsədə  çatmaq  üçün  iqtisadi  nəzəriyyə  bir 
elm kimi dərketmə, proqnozlaşdırma, təcrübi, ideoloji, 
metodoloji vəzifələri yerinə yetirir. Bunun üçün cəmiyyət 
ilk növbədə hansı məhsullardan və nə qədər istehsal edilə-
cəyini; həmin məhsulların hazırlanacağı iqtisadi resursları 
və texniki-texnoloji bazanı; istehsal olunacaq məhsul xid-
mətlərin kim üçün nəzərdə tutulduğunu müəyyənləşdirmə-
lidir. 
 
Cəmiyyətin iqtisadi həyatı və orada fəaliyyət göstə-
rən obyektiv qanunlar, insanlar tərəfindən dərketmə funk-
siyası  vasitəsilə  öyrənilərək,  onların  gələcək  işlərində  nə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə