3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

45 
 
Marksist  məktəbin  nümayəndələri  yeni  formalaşan 
fəhlə  sinfini  “kapitalizmin  qəbirqazanı”  adlandıraraq,  
onun siyasi hakimiyyəti ələ alacağını elmi-nəzəri cəhətdən 
əsaslandırıb,  sübut  etməyə  calışmışlar.  Onların  fikrincə, 
yeni  qurulacaq  cəmiyyətdə  xüsusi  mülkiyyət  ləğv  edilə-
cək, istehsal vasitələri üzərində ictimai mülkiyyət bərqərar 
olacaq, rəqabət mübarizəsi aradan qaldırılacaq, işsizlik ol-
mayacaq, ədalətli bölgü prinsipi həyata keçiriləcəkdir. 
K.Marks  və  F.Engelsin  “Kapital”,  “Anti-Düring” 
“Təbiətin  dialektikası”,  “Ailənin,  xüsusi  mülkiyyətin  və 
dövlətin  mənşəyi”,  “İngiltərədə  fəhlə  sinfinin  vəziyyəti” 
kimi  əsərlərdə,  kapitalizm  cəmiyyətinin  əsas  iqtisadi  qa-
nununun “izafi dəyər” olduğu irəli sürülmüşdü. Bu qanun 
marksist iqtisadi təlimin “təməl daşı” adlandırılaraq, kapi-
talistlərin  bütün  sərvətinin  mənbəyinin  fəhlələrin  haqqı 
ödənilməmiş  izafi  əməyi  olduğu  göstərilmişdi.  Marksist 
təliminə  görə  kapitalizm  quruluşu  tez-gec  hökmən  dağı-
laraq, daha ədalətli kommunizm cəmiyyəti ilə əvəz oluna-
caq və orada “hər kəs əməyinə, hər kəsə ehtiyacına görə” 
humanist  prinsipi  həyata  keçiriləcəkdir.  Bu  ideyanın  real-
laşdırılmasının  mütəşəkkil  hərəkətverici  qüvvəsi  və  həll-
edici inqilabi amili fəhlə sinfi olduğundan, bütün ölkələrin 
proletariatı  kapitalistlərə  (sahibkarlara)  qarşı  birləşərək, 
sonadək  mübarizə  aparmalıdırlar.  K.Marksın  təbirincə, 
“proletariatın bu mübarizədə itirəcəyi yalnız onun zəncir-
ləri, qazanacağı isə bütün dünya olacaqdır”.  
Marksist  nəzəriyyə  gələcək  sosializm  və  kommu-
nizm cəmiyyətlərinin əslində necə olacağı barəsində aydın 
mənzərə  yarada    bilməsə  də,  lakin  onun  “bazar  özbaşına-
lığı”,  “ədalətsizliyi”,  “nizamsızlığı”  kimi  nöqsanlardan 
hökmən azad olacağı əsaslandırmağa çalışmışdı. Bu nəzə-


46 
 
riyyəyə  görə  proletar  inqilabı  ilk  növbədə  Qərbi  Avropa-
nın  sənaye  cəhətdən  daha  yüksək  inkişaf  etmiş  bir  sıra 
ölkəsində eyni vaxtda baş verməli idi.  
Marksizmin müddəalarını öz ideologiyası, siyasi xət-
ti  və  iqtisadi-sosial  dəyişikliklər  proqramı  elan  etmiş  bol-
şeviklər,  V.İ.Leninin  başçılığı  ilə  1917-ci  ilsə  Rusiyada 
hakimiyyəti  zorakılıqla  ələ  keçirdikdən  sonra,  bu  təlimin 
prinsiplərini doqmatik,  əzbərçi şəkildə tətbiq  etməklə onu 
eybəcərləşdirmiş, əsassız təqiblər, kütləvi həbslər, məhkə-
məsiz sürgünlər təməlində totalitar diktatura tipli, inzibati-
amirlik  sistemi  yaratmışdılar.  Lakin  ölkənin  təsərrüfat 
həyatının  hədsiz  dərəcədə  mərkəzləşdirilməsi,  elmi-texni-
ki  nailiyyətlərdən  səmərəli  istifadə  olunmaması,  beynəl-
xalq miqyasda rəqabət apara bilməməsi, əhalinin həyat sə-
viyyəsinin  aşağı  olması,  insanları  iqtisadi-siyasi  hüquqla-
rının  pozulması,  sovet  rejiminin  sivil  dünyanın  yaratdığı 
sərbəst  bazar  iqtisadi  münasibətləri  sisteminin  işgüzar  tə-
şəbbüskarlıq  prinsiplərinə  uyğunlaşa  bilməməsi,  1991-ci 
ildə  Azərbaycan  Respublikasının  da  işğal  yolu  ilə  daxil 
edildiyi bu quruluşun dağılması ilə nəticələndi. 
c) Azərbaycanın  yerləşdiyi strateji  əhəmiyyətli əlve-
rişli mövqeyi, rəngarəng coğrafi-iqlim şəraiti, zəngin yer-
üstü-yeraltı  təbii  sərvətləri,  əməksevər  əhalisinin  təsərrü-
fatın  müxtəlif  sahələrində  səylə  çalışması,  sənətkarlıqla 
məşğul olması, yaxın-uzaq ölkələrlə ticarət əlaqələri apar-
ması, bu ərazidə ən qədim dövrlərdən başlayaraq, tədricən 
qaynar  iqtisadi  həyatın  formalaşmasına,  mövcud  istehsal 
münasibətlərinin  səviyyəsinə  uyğun  ölkənin  məhsuldar 
qüvvələrinin inkişafına müəyyən real imkanlar yaratmışdı. 
Minillikləri  əhatə  etmiş  qanlı-qadalı  tarix  boyunca 
amansız  basqın  və  hücumlara,  zorakı  təzyiq  və  mənəvi 


47 
 
təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili 
bir  inam,  tükənməz  həyat  enerjisi  mənbəyi  taparaq  yeni-
dən  dirçəlmiş,  əzəli  varlığını,  qanyaddaşı  soykökünü,  şə-
rəf-ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əz-
mi  ilə  təsdiq  etmişdir.  Bütün  dünyada  olduğu  kimi  Azər-
baycanda  da  qədim  zamanlardan  başlayaraq,  insanlar  ya-
şadıqları  mühitin  və  cəmiyyətin  təsərrüfat  həyatına,  ora-
dakı iqtisadi  əlaqə  və  münasibətlərin xarakterinə  dair  dü-
şüncə  və  fikirlərini  müxtəlif  vasitələrlə  ifadə  etmişlər. 
Hələ  eramızdan  əvvəlki  minilliklərdə,  o  dövrün  konkret 
təsərrüfat  həyatı,  insanların  əmək  fəaliyyəti,  onların  məş-
ğuliyyəti,  yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü,  müba-
dilə  münasibətləri  öz  əksini  şifahi  xalq  ədəbiyyatı  nümu-
nələrdə,  laylalarda,  bayatılarda,  qoşmalarda,  atalar  sözlə-
rində,  nağıllarda,  dastanlarda  sadə  bir  şəkildə  tapmışdır. 
Təsadüfi  deyildir  ki,  xalqın  tədricən  formalaşmış  iqtisadi 
təfəkkür  və  fikir  təkamülünün  bu  əvəzsiz  mənbələri,  qay-
naqları onun “ilkin tarixi” kimi səciyyələndirilir. 
Atəşpərəstlik  dövründə  Azərbaycan  ərazisində  geniş 
yayılmış zərdüştlük təlimi ideyalarında, cəmiyyətin iqtisa-
di həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, böl-
gü,  mübadilə,  təchizat  məsələlərinə  diqqət  yetirilmişdir. 
“Avesta”,  “Qurani-Kərim”,  “Kitabi  Dədə  Qorqud”  kimi 
yazılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti 
ilə  bağlı  əkinçilik,  maldarlıq,  bağçılıq-meyvəçilik  habelə 
ticarət, sələmçilik və vergilərə dair zəngin materiallar var-
dır. 
Orta  əsrlər  dövründə  Azərbaycanda  iqtisadi  fikrin 
inkisafında  Nizamülmülk  (XI  əsr),  Nizami  (Gəncəvi 
(XII  əsr),  Nəsrəddin  Tusi  (XIII  əsr),  İmaməddin Nəsi-
mi (XIV əsr), Şah İsmayıl Xətai (XVI əsr). Məhəmməd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə