3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

71 
 
ğından, təbii olaraq qiymətlər yüksələcəkdir. Qısamüddətli 
tarazlıq,  mövcud  istehsal  gücləri  (imkanları)  daxilində 
təklifi çoxaltmaqla, artan tələbi ödəməyə şərait yaradacaq-
dır. Uzunmüddətli tarazlıq mühitində  isə  mövcud  iqtisadi 
resurslar  çərçivəsində  istehsal  gücləri  dəyişə  bildiyindən, 
təklif bazarda formalaşan tələbə uyğunlaşır. 
Tarazlı qiymət anlayışından istifadə etmiş A.Marşall 
göstərmişdi  ki,  tələb  qiyməti  təklif  qiymətinə  bərabər  ol-
duqda,  bazarda  sabitlik  hökm  sürür.  O,  tələbin  qiymətlə 
tərs, təklifin isə düz nisbətdə olduğunu qeyd etmişdi. 
A.Marşall eyni zamanda sərbəstlik və rəqabətin iqti-
sadiyyat  üçün  hərəkətverici  roluna  diqqət  yetirmiş,  pul 
amili  və  onun  bu  proseslərə  təsiri  problemlərinə  toxun-
muşdur. 
İnsan amili, əmək haqqı, kapital və digər aktual mə-
sələlər də onun tədqiq etdiyi problemlərdən olmuşdu. 
Təsadüfi deyildir ki, o  insan kapitalı haqqında  yaza-
raq,  insanın  bacarıq  və  qabiliyyətini  istehsal  vasitələrinin 
zəruri  tərkib  hissəsi  kimi  yüksək  qiymətləndirmişdir. 
«Bilik  istehsalı  hərəkətə  gətirən  ən  güclü  amildir»  -  fikri, 
onun  işçinin  peşəkarlığına,  sahibkarın  idarəçilik  məharə-
tinə, işgüzar münasibətlər qurmaq bacarığına olduqca yük-
sək qiymət verdiyini təsdiq edir.  
A.Marşall  istehsalın  3  amili  (torpaq,  əmək,  kapital) 
haqqında  fransız  iqtisadçısı  J.B.Seyin  mövqeyini  qəbul 
etməklə  yanaşı,  bu  amillər  sırasına  istehsalın  təşkili  və 
idarə  olunmasının  mühüm  şərti  hesab  etdiyi  sahibkarlıq 
qabiliyyətini,  bacarığını  da  dördüncü  amil  kimi  irəli  sür-
müşdür. Onun aşağıdakı fikirləri müasir dövrdə də aktual 
səslənir:  “istehsalda  insan  qabiliyyəti,  kapitalın  başqa 
növləri  qədər  zəruridir  və  “əməyə  tam  bağlanmaq  üçün  3 


72 
 
şərtə əməl olunmalıdır: azadlığa, ümidə, dəyişikliklərə”. 
b)  Keynsçilik  istiqaməti  iqtisadi  elimdə  XX  əsrin 
30-cu illərində, 1929-1933-cü illərdəki dünya iqtisadi böh-
ranı  şəraitində  meydana  çıxmış  elmi-nəzəri  təlim  olub, 
ingilis iqtisadçısı Con Meynard Keynsin (1883-1946) adı 
ilə  bağlıdır.  O  illərdə  sərbəst  bazar  münasibətləri  iqtisadi 
sisteminin  “özünü  tənzimləyə  bilməsi”  haqqında  neoklas-
sik  ideyalar,  yaranmış  böhranın  əsl  səbəblərini  izah  edə 
bilmir  və  ən  başlıcası  isə  ondan  çıxış  yollarını  tapa  bil-
mirdi. 
Belə  bir  tarixi  şəraitdə  C.M.Keyns  “iqtisadiyyatın 
dövlət  tənzimlənməsi”  konsepsiyasını  irəli  sürüb  əsaslan-
dırmışdı. İqtisadiyyatda baş verən  yeni proseslər və  pers-
pektiv  meyllərə  dair  keynsçi  ideyalar,  onun  “Məşğullu-
ğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936) kitabın-
da hərtərəfli təhlil olunmuşdur. O göstərirdi ki, daxili-xari-
ci təsərrüfat əlaqələrinin mürəkkəbləşdiyi bir şəraitdə sər-
bəst bazar vasitəsilə məşğulluq, maliyyə resurslarından sə-
mərəli  istifadə,  iqtisadiyyatın  dinamik  inkişafını  təmin 
etmək mümkün deyildir. Ona görə də iqtisadiyyatda bazar 
münasibətləri  prinsiplərini  saxlamaqla  yanaşı,  bu  münasi-
bətlər  sistemini  hökmən  tənzimləmək  lazımdır.  Bu  məna-
da C.Keynsin iqtisadi təlimi dövlət tənzimlənməsi sistemi-
nə əsaslanan makroiqtisadi nəzəriyyədir. 
Bu  nəzəriyyənin  mahiyyəti  və  yeniliyi  aşağıdakılar-
dan ibarətdir: 
-
 
cəmiyyət  miqyasında  səmərəli  məcmu  tələbin  for-
malaşması və dövlətin iqtisadiyyatı tənzimlənməsi siyasəti 
əsasında, ölkədə məşğulluğun səviyyəsini yüksəltmək
-
 
iqtisadiyyata  investisiyalar  yönəldilməsini  güclən-
dirmək  yolu  ilə  əldə  edilən  gəlirin  istehsalın  müxtəlif  sa-


73 
 
hələrinin yüksək templərlə artımına nail olmaq; 
-
 
dövlətin düşünülmüş maliyyə, pul-kredit, bank faiz 
dərəcələri  çevik  siyasəti  ilə  ölkədə  ictimai  işlərə  yönəldi-
lən  investisiyaların  həcmini  artırmaq,  dövlət  sifarişləri 
təcrübəsindən  faydalanmaq,  kreditlərə  görə  faizləri  aşağı 
salmaq, yeni iş yerləri açmaq, əhalinin aztəminatlı hissəsi-
nin  qayğılarının  dövlətin  öz  üzərinə  götürməsi  əsaslan-
dırılmışdır. 
Keynsin  nəzəri  konsepsiyasında  investisiyalar-  is-
tehlak - milli gəlir arasındakı qarşılıqlı təsir əlaqəsi xətti, 
multiplikator  mexanizmi  vasitəsilə  aydınlaşdırılmışdır. 
Latıncadan  tərcüməsi  sürətləndirmək,  artırmaq  mənasını 
verən bu termin, iqtisadiyyata tətbiq edildikdə investisiya-
ların gəlirlərin  yüksəlməsinə təsiri nəticəsində  məcmu tə-
ləbin  cəmiyyət  miqyasında  artdığını  göstərir.  Səmərəli 
tələb  isə  ödəniş  (tədiyyə)  qabiliyyətli  məcmu  tələb  kimi 
mövcud  məşğulluğun  səviyyəsini  ötdüyündən,  onu  iki 
amil, yəni istehlak  investisiyalar şərtləndirir. 
Multiplikator  anlayışı,  iqtisadi  böhranları  və  işsizli-
yin  səviyyəsini  aşağı  salmaq  üçün  dövlət  xərclərini  artır-
mağı, nəzəri baxımdan əsaslandırırdı. Keyns bu göstərici-
dən  iqtisadiyyata  dövlət  təsirinin  zəruri  olduğunu  göstər-
mək üçün istifadə etmişdi. 
Başqa  sözlə  desək,  multiplikator  -  gəlirin  artımının 
investisiyaların artımına olan nisbətini ifadə edir və o, in-
vestisiya qoyuluşlarının hər yeni artımı nəticəsində gəlirin 
çoxalmasını  təmin  edir.  Keynsin  bu  müddəasından  aydın 
olur ki, hər bir artım, cəmiyyətdə milli gəlirin artımını tə-
min  edən  məşğulluğu  yüksəldir.  Ölkənin  mühüm  iqtisadi 
göstəricisi  sayılan  milli  gəlirin  artması  isə  öz  növbəsində 
yeni  əlavə  kapital  qoyuluşları  üçün  başlanğıc  şərt  rolunu 
oynayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə