3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

68 
 
bulağın  suyu  faydalı  olsa  da,  amma  miqdar  baxımından 
bol olduğundan,  sırf marjinalist  mövqedən “qiyməti”  çox 
azdır,  hətta  yoxdur.  Səhrada  isə  içməli  suyun  “qiyməti” 
çox  yüksəkdir.  Bu  mənada,  faydalılıq  həddi  (əmsalı) 
konkret istehlakın həcmi (miqdarı) ilə tərs mütənasib-
dir. Belə ki, ac adam dalbadal 3 pay dönər yeyirsə və hər 
bir  sonrakı  dönər  ona  doymaq  baxımından  əlavə  fayda 
gətirsə də, lakin təbiidir ki, həmin faydalılıq səviyyəsi istər 
mütləq, istərsə nisbi mənada, xeyli aşağı olacaqdır. 
Marjinalizm nəzəriyyəsi, hər növbəti sonrakı məhsul 
vahidinin istehlakından alınmış əlavə faydanı – faydalılıq 
həddi kimi səciyyələndirərək, qiymətin məhz bu amil əsa-
sında  müəyyənləşdiyini  qəbul  edir.  Deməli,  marjinalist 
mövqe əmtəə - xidmətlərin qiymətinin, həmin şeylərin ən 
zəruri  tələbatı  ödəyən  sonuncu  vahidinin  (miqdarının, 
kəmiyyətinin, həmçinin) faydalılığı ilə ölçüldüyünü nəzər-
də tutur.  
Bu nəzəriyyənin daha da inkişafında A.Kurno, H.Tyu-
nen,  C.Klark  kimi  tanınmış  iqtisadçı  və  riyaziyyatçılar 
mühüm rol oynasalar da, bütövlükdə marjinalizm nəzəriy-
yəsinin  ayrı-ayrı  məktəblərinin  müxtəlif  ideyalarını  neo-
klassik  istiqamət  adı  altında  birləşdirən,  “bütün  dövrlərin 
və  xalqların”  iqtisadçılarından  biri  sayılan  Alfred  Marşall 
(1842-1924) olmuşdur. 
Onun  1890-cı  ildə  nəşr  olunmuş  “İqtisad  elminin 
prinsipləri  (Economics)”  kitabı  müəllifi  məşhurlaşdırmış-
dır. Bu əsərdə klassik iqtisadi nəzəriyyə ilə marjinalizmin 
yeni  ideyaları  üzvü  surətdə  birləşdirilmişdir.  XIX  əsrin 
sonu XX əsrin əvvəllərində dünya kapitalizm aləminin tə-
sərrüfat  həyatında  baş  verən  dəyişiklikləri  klassik  və 
marksist  iqtisadi  nəzəriyyə  məktəblərinin  ideyaları  baxı-


69 
 
mından  təhlil  etmək  imkanları  məhdudlaşdığından,  bu 
mürəkkəb  proseslər  yeni  yanaşma  metodları  tələb  edirdi. 
Cəmiyyətin  iqtisadiyyatındakı  dəyişkən  və  ziddiyyətli 
hadisələri təkcə klassik, habelə marksist məktəblərin əmək 
dəyər konsepsiyası mövqeyindən deyil, həm də subyektiv- 
psixoloji prinsiplərə əsaslanan faydalılıq baxımından təhlil 
etmək zəruriliyi irəli sürülmüşdü. 
A.Marşall,  klassik  və  marksist  məktəblərin  “siyasi 
iqtisad”  terminini  “iqtisad  (ekonomiks)  termini  ilə  əvəz 
edərək,  siyasi  və  sinfi  problemləri  iqtisadi  nəzəriyyənin 
predmetindən çıxarmış, iqtisadiyyata dövlət müdaxiləsinin 
məhdudlaşdırılmasını  əsaslandırmış,  iqtisadi  problemlərin 
mikroiqtisadi və makroiqtisadi səviyyələrdə öyrənilməsinin 
zəruriliyini göstərmiş, bu istiqamətdə  qrafik və riyazi vasi-
tələrdən  istifadə  olunmasına  diqqəti  cəlb  etmişdir.  Onun 
nəzəri irsində qiymət problemi mərkəzi  yer tutmuşdur. Bu 
konsepsiyanın  hazırlanmasında  əvvəlki  dəyər  nəzəriyyələ-
rindən  yaradıcılıqla istifadə edən müəllif, həmin ideyaların 
qarşılıqlı  əlaqəsi  yolunu  seçmişdir.  A.Marşallın  qiymət 
konsepsiyasında  ayrı-ayrı  iqtisadi  məktəblərə  məxsus  fay-
dalılıq  həddi,  istehsal  xərcləri,  tələb  və  təklif  nəzəriy-
yələri  sintetik  surətdə  birləşdirilmişdir.  A.Marşall  qiymətə 
bazar  iqtisadiyyatının  vacib  ünsürü  kimi  baxsa  da,  lakin 
onu nəzərə almır, yaxud həlledici hesab etmirdi. O yazırdı 
ki,  qiymətin  yaranma  prosesi  özündə  tələb  və  təklif  qiy-
mətini  birləşdirir.  A.Marşall  bazar  qiymətinə,  alqı-satqıda 
tələblə-təklifin  kəsişməsindən  alınan  bir  nəticə  kimi  bax-
mışdı.  Deməli,  tələb  qiyməti  marjinalist  üsulla,  yəni  fay-
dalılıqla,  təklif  isə  qiymətin  klassik  üsulu,  yəni  istehsal 
xərcləri ilə müəyyən olunmalıdır. 
 


70 
 
Bazar  qiymətinin  dəyişməsini  «son  faydalılıq»  və 
«istehsal  xərcləri»  kimi  2  amillə  əlaqələndirən  A.Marşall 
yazırdı ki, belə  şəraitdə alıcının verdiyi qiymət, əmtəənin 
faydalılığı  səviyyəsindən  asılı  olaraq,  məhsulun  maksi-
mum  dəyərini  (qiymətini)  müəyyən  edir.  Eyni  zamanda 
hər hansı bir istehlakçının məhsula verdiyi qiymət, həmin 
əmtəənin (xidmətin) faydalılıq səviyyəsi ilə bağlıdırsa, is-
tehsalçının isə satdığı məhsula qoyduğu qiymət, onun ha-
zırlanmasına sərf olunmuş istehsal xərcləri ilə əlaqədardır. 
Məhz  belə  bir  razılaşdırıcı  mövqedən  çıxış  edən 
müəllif,  göstərmişdi  ki,  alıcının  ödəməyə  hazır  olduğu 
qiymət  əmtəənin  faydalılığı,  satıcının  təyin  etdiyi  qiymət 
isə istehsal xərclərindən az olmamaqla müəyyən edilir. Bu 
halda  satıcılarla  alıcılar  arasında  razılaşma  əldə  edilir  və 
nəticədə qiymət tarazlı səviyyədə müəyyənləşir. 
İqtisad elminə «tələbin elastikliyi» anlayışını gətirən 
müəllif,  bazarda  formalaşan  qiymətlərin  səviyyəsindən 
asılı  olaraq,  tələblə-təklifin  artması,  yaxud  aşağı  düşməsi 
prosesinin  qanunauyğunluqlarını  izah  etmişdir.  Tələbin 
elastikliyi,  onun  qiymət  dəyişikliklərindən  bilavasitə,  ya-
xud dolayı yollarla asılılığını elmi-nəzəri cəhətdən sübutu 
kimi səciyyələndirilmişdir. 
Qiymətin  enib-qalxması  ilə  tələbin  elastikliyinin  də-
yişkənliyi  (vahidə  bərabərliyi,  yaxud  vahiddən  böyük-ki-
çik olması) bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı 
ola bilər. A.Marşall, bununla əlaqədar tələb-təklif qanunu-
nun fəaliyyətində vaxt amilinə diqqət  yetirərək, baş verən 
iqtisadi proseslərdə səbəb-nəticə əlaqələrinin təsir gücünü 
və  dairəsini  düzgün  qiymətləndirmək  üçün  ani,  qısamüd-
dətli,  uzunmüddətli  bazar  tarazlığını  fərqləndirməyi  irəli 
sürmüşdü. Çünki, ani tarazlıq şəraitində təklif sabit qaldı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə