Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

 

 

 

Heydər Əliyev 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MÜSTƏQİLLİK YOLU 

 

 



Seçilmiş fikirlər 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 1997 

 


 

2

 



 

 

 

 

 

Buraxılışa məsul: 

RAMİZ MEHDİYEV  

fəlsəfə elmləri doktoru 



 

Tərtib edənlər: 

ŞAHLAR ƏSGƏROV 

fizika-riyaziyyat elmləri doktoru 

SƏLAHƏDDİN XƏLİLOV 

fəlsəfə elmləri doktoru 

 

Redaktoru: 

ƏLİ HƏSƏNOV  

tarix elmləri namizədi 

 

 

 

 

 

 

 

 H. 

Ə. Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. — Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 

 

1997 — 136 s. 



I ISBN 

5-8066-0770-4 

 

 Kitab 


Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin siyasi-hüququ, sosial-iqtisadi və 

 

mədəni-mə'nəvi həyatın aktual problemləri ilə bağlı  fəlsəfi yüklü fikirləri toplanıb təsnif 



 edilmişdir. Kitab siyasi xadimlər, ziyalılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

 



   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ə 

0201000000-1 

                        059-97 



 

 

 ISBN 

5-8066-0770-4 

 

                                          © "Azərbaycan Universiteti" nəşriyyatı, 1997  

                                          © "Müstəqillik yolu". H. Ə. Əliyev 1997 



 

 


 

3

 



 

MÜNDƏRİCAT 

 

1  ÖN SÖZ 

s. 4 

2  DÖVLƏTÇİLİK s. 



3  ORDU  QURUCULUĞU s. 

14 

4  İQTİSADİYYAT s. 

17 

5  MƏDƏNİYYƏT s. 

20 

6  TARİX s. 

23 

7  MƏNƏVİ  TƏRBİYƏ s. 

27 

8  MİLLİ  MÜNASİBƏTLƏR s. 

34 

9  VƏTƏNPƏRVƏRLİK s. 

35 

10  ÖZÜ  HAQQINDA 

s. 39 

11  GÖRKƏMLİ  ZİYALILAR  HAQDA 

s. 41 


 

4

ÖN SÖZ 

 

 Azərbaycan Respublikası özünün ən  şərəfli və  çətin dövrünü yaşayır. Bir tərəfdən  ədalətsiz 



müharibəyə cəlb olunmuşuq, digər tərəfdən də yeni iqtisadi münasibətlərə, bir ictimai-siyasi quruluşdan 

digərinə keçirik. Üstəlik dünya da yeniləşir. Bu dəyişən dünyada superdövlətlər  əhatəsində olan gənc 

Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb dövrdə 

ictimaiyyətin, vətəndaşlarımızın, böyüməkdə olan yeni nəslin aydın,  şəffaf, ümumiləşdirici, 

istiqamətverici ideyalara, müdrik kəlamlara ehtiyacı böyükdür. Azərbaycan Respublikası Prezidenti 

Heydər  Əliyevin ölkəmizin ictimai həyatının müxtəlif sahələri ilə bağlı söylədiyi müdrik fikirlərin 

toplanıb çap olunması bu ehtiyacın ödənilməsinə xidmət edir. 

 Heydər  Əliyevin böyük dövlət xadimi, təcrübəli və ustad siyasətçi, fenomenal hafizəyə  və incə 

duyuma malik şəxsiyyət olması hətta opponentləri tərəfindən də etiraf edilən danılmaz həqiqətdir. Dövrün 

tanınmış  şəxsiyyətləri, dövlət başçıları onun haqqında  ən yüksək epitetlər işlətməkdən çəkinmir, iftixar 

hissi ilə danışırlar. 

 Beynəlxalq forumlarda, yüksək dairələrdə  bəzi dövlət başçılarının adı ancaq hansı isə böyük 

ölkəni təmsil etdiyi üçün siyahıya düşür.  Əksinə, bəzən kiçik dövlətlər öz başçılarının  şəxsi nüfuzu 

hesabına diqqət mərkəzində olur. Son illərdə Azərbaycanın beynəlxalq miqyasda sözünün, səsinin eşidil-

məsi, ona diqqətin artması heç də yalnız ölkəmizin tutduğu  əlverişli strateji mövqe ilə, təbii sərvətləri, 

malik olduğu neft ehtiyatları ilə bağlı olmayıb, həm də və bəlkə daha çox dərəcədə onun prezidentinin bir 

şəxsiyyət kimi, dövlət xadimi və siyasi lider kimi böyük nüfuzu, unikal fərdi keyfiyyətləri ilə bağlıdır. 

Belə keyfiyyətlərdən biri də Heydər  Əliyevin hansı mövzuda danışırsa danışsın hadisələrin arxasında 

mahiyyəti görə bilmək qabiliyyətidir. O danışdıqca fitri natiqlik məharəti ilə hadisələrin təfsilatından 

fəlsəfi qatlara keçir, problemə ümumiləşmiş  nəzər salır və bu ümumi fonda hadisənin məğzi çox aydın 

görünür. 

 Heydər  Əliyevin müxtəlif çıxışlarından seçilərək oxuculara təqdim olunan bu fikirlərin 

özünəməxsus belə bir cəhəti vardır ki, onların hər biri konkret dövr, hadisə, situasiya ilə bağlı deyilmiş, 

lakin öz ümumiləşdirici xarakterinə görə lokal zaman və  məkan hüdudlarını  aşaraq müstəqil fikir kimi 

yaşamaq hüququ qazanmışdır. Fikirlər də ilhamsız, ölçü-biçi ilə yazılan  şerlər kimi qondarma şəkildə 

düşünülüb tapılırsa ömrü az olur, unudulub gedir. Əksinə, reallıqdan doğan təəssürat ilhamla, vurğunluqla 

incilənib  şerə düzüləndə  əsl poeziya yarandığı kimi, zamanın hökmü ilə, təbii yolla yaranan, həyatın 

dibindən çıxarılan hikmətlər də bəşər yaddaşına əbədi həkk olunur. 

 Azərbaycan xalqı mütəfəkkir xalqdır. Min illərin sınağından çıxmış "atalar sözləri"ndə, bir-

birindən məşhur mütəfəkkir-şairlərin və filosofların yaradıcılığında həyatın bütün sahələrinə hikmət 

işığında nəzər salınmışdır. Belə  zəngin fikir xəzinəsi olan bir xalqı yeni sözlərlə  və ya söz dünyasında 

yeniliklə heyrətləndirmək çox çətindir. Bununla belə bir şəxsin cəmi üç il ərzindəki çıxışlarında o qədər 

yeni sözlərə, fikirlərə, qanadlı ifadələrə rast gəlirik ki, heyrətlənməmək mümkün deyil. 

 Heydər Əliyevin "Müstəqillik yolu" dərin bir dünyagörüşündən, çoxillik həyati təcrübədən xəbər 

verməklə yanaşı müasir Azərbaycan gerçəkliyini, xalqımızın mədəni-mə'nəvi və intellektual həyatını 

adekvat surətdə əks etdirməklə çağdaş Azərbaycan ictimai fikrində bir ölçü vahidi kimi qəbul edilə bilər. 

 Oxuculara 

təqdim olunan bu kitabda Heydər  Əliyevin ideya dünyasından ancaq müəyyən 

fraqmentlər öz əksini tapmışdır. Biz şübhə etmirik ki, bu mövzuda hələ neçə-neçə yeni kitablar nəşr 

olunacaq və bu zəngin fikir xəzinəsi daha dolğun əks etdiriləcəkdir. 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə