Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 3. Ümumi qayda haqqında qeyd-şərt



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə24/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   20   21   22   23   24   25   26   27   ...   124

§ 3. Ümumi qayda haqqında qeyd-şərt 
Ümumi  qayda  haqqında  qeyd-şərt  institutunun  əsas  məqsədi 
xarici  hüququn  tətbiqi  ilə  əlaqədar  meydana  gələ  bilən  neqativ 
nəticələrdən  milli  hüquq  qaydasını  qorumaqdır.  Xarici  hüququnun 
tətbiqinin  arzu  olunmaz  nəticələrinin  qarşısını  almaq  hər  bir  milli 
hüquq sistemi üçün önəm kəsb edən məsələdir. Məhz buna görə də 
ümumi  qayda  haqqında  qeyd-şərt  institutuna  demək  olar  ki,  bütün 
milli hüquq sistemlərində rast gəlinir. 
Bu İnstitutun tarixi orta əsrlərdən başlanır. XVll əsr Hollandiya 
beynəlxalq xüsusi hüquq məktəbində ümumi qayda haqqında qeyd- 
şərtlə bağlı təsəvvürlər xeyli təkmilləşmişdi. 
Milli hüquq sistemlərində nəzərdə tutulan ümumi qayda haqqında 
qeyd-şərtin  iki  növü  fərqləndirilir:  1)  pozitiv;  2)  neqativ.  Onlara 
ümumi  qayda  haqqında  qeyd-şərtin  ifadə  fonuası  kimi  baxmaq 
lazımdır.  Hər  iki  halda  xarici  hüququn  tətbiqinin  məhdudlaş- 
dırılmasından söhbət getsə də, pozitiv halda bu institut bir formada, 
neqativ halda isə başqa formada ifadə olunur. 
Ümumi  qayda  haqqında  qeyd-şərtin  pozitiv  konsepsiyası  öz 
başlanğıcını  Fransa  hüququndan  almışdır.  Bu  institutun  beynəlxalq 
səviyyədə  eyni  zamanda  iki  cür:  ordre  public  və  public  policy 
adlandınlması  ("ordre  public"  fransız  dilində,  "public  policy"  isə 
ingilis dilində işlədilir) da buradan irəli gəlir. 
Bir  qayda  olaraq,  pozitivizm  aşağıdakı  formada  ifadə  olunur: 
milli  hüquq  sistemində  bu  və  ya  digər  prinsip  və  nomıalann  dövlət 
üçün xüsusilə pozitiv əhəmiyyət kəsb etdiyinə görə hər bir halda, hətta 
milli kollizion norma ilə xarici hüququn tətbiqi nəzərdə tutulsa belə, 
tətbiq edilməlidir. 
Neqativ konsepsiya isə ümumi qaydanı həmin dövlətin müəyyən 
qrup  maddi  hüquq  normasının  məzmunu  ilə  eyniləşdirmir,  xarici 
hüququn  məzmunundan  çıxış  edərək,  onun  həmin  dövlətin  ümumi 
qaydası ilə ziddiyyət təşkil etdiyinə görə tətbiqini yolverilməz hesab 
edir. 
Əksər  dövlətlərin  qanunvericiliklərində  ümumi  qayda  haqqında 
qeyd-şərt neqativ formada öz əksini tapmışdır. Düzdür, bu za 
75 


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
man "ümumi qayda" ifadəsi müxtəlif formalarda İşlədilir. Məsələn, 
1978-ci il Avstriya beynəlxalq xüsusi hüquq haqqında qanunda (m.6), 
1982-ci il Türkiyə beynəlxalq xüsusi hüquq haqqında qanunda (m.5), 
1988-ci il İsveçrə beynəlxalq xüsusi hüquq haqqında qanunda (m. 17) 
"hüquq qaydasının əsaslan", 1965-ci il Polşa beynəlxalq xüsusi hüquq 
haqqında qanunda (m.6) "hüquq qaydasının əsas prinsipləri", AFR-in 
qanunvericiliyində  "alınan  hüququnun  əsas  prinsipləri",  1995-ci  il 
Vyetnam  MM-də  (m.828)  "qanunvericiliyin  əsas  prinsipləri", 
ÇXR-in  qanunvericiliyində  "ÇXR-in  ümumi  maraqları"  və  s. 
ifadələrdən istifadə edilmişdir. 
Azərbaycan Respublikasının qanunvericiliyində də ümumi qayda 
haqqında  qeyd-şərtin  neqativ  formasından  istifadə  edilmişdir. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanunun  "xarici  hüququn 
tətbiqinə  məhdudiyyət"  adlandırılan  4-cü  maddəsində  deyilir: 
"Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  referendumla 
qəbul edilmiş aktlarına zidd olan xarici hüquq normaları Azərbaycan 
Respublikasında 
tətbiq 
edilmir". 
Və 
yaxud 
Azərbaycan 
Respublikasının  Ailə  Məcəlləsinin  157-ct  maddəsində  göstərilir  ki, 
"xarici  ölkələrin  Azərbaycan  Respublikasının  hüquq  qaydasının 
əsaslarına  zidd  olan  hüquq  normaları  Azərbaycanda  tətbiq  edilmir. 
Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir". 
Normaların mətnindən göründüyü kimi birinci halda "Konstitusiya və 
referendumla  qəbul  edilmiş  aktlar",  ikinci  halda  isə  "hüquq 
qaydasının əsasları" ifadələrindən istifadə edilmişdir. 
Ümumi  qayda  haqqında  qeyd-şərt  institutu,  bir  qayda  olaraq, 
mücərrəd xarakter daşıyır. Milli qanunvericilikdə bu instituta konkret 
anlayış  verməkdən  yan  keçirlər.  Hətta  "müəyyən  qrup  milli  hüquq 
normaları öz əhəmiyyətinə görə xarici hüquq normalarının  tətbiqini 
istisna  edir"  məzmununu  özündə  ehtiva  edən  pozitiv  qeyd-şərt  belə 
həmin  qrup  milli  hüquq  normalarının  siyahısını  müəyyən  etməkdə 
çətinlik çəkir. 
76 


§ 4. İmpemtiv normalar 
Qanunvericinin  ümumi  qayda  haqqında  qeyd-şərti  mücərrəd 
saxlanması  hüquq  tətbiqetmə  fəaliyyətini  həyata  keçirənlərə  bu 
institutun tətbiqilə bağlı geniş imkanlar açır. Məhz bunun nəticəsidir 
ki, bəzən təcrübədə eyni xarakterli işə bir halda bu institutdan istifadə 
etməklə  xarici  hüququn  tətbiqindən  imtina  edilir,  digər  halda  isə 
tətbiq edilir. Ənənəvi olaraq milliləşdirmə haqqında sovet qanunlarını 
ümumi  qayda  haqqında  qeyd-şərtə  əsasən  tanımayan  Fransa 
məhkəməsinin  1954-cü  ildə  Yekatrina  Şukin-Kelle-  rin  qaldırdığı 
iddiaya baxarkən bu mövqeyindən əl çəkməsi buna misaldır'. 
Bütün  bunlara  baxmayaraq  nə  qədər  ki,  planetimizdə  genİş 
spektrə malik milli hüquq sistemləri (bir anlıq İran hüquq sistemi ilə 
hər  hansı  bir  Avropa  ölkəsinin  hüquq  sistemini  müqayisə  edin) 
mövcuddur,  ümumi  qayda  haqqında  qeyd-şərt  institutu  öz 
əhəmiyyətini saxlayacaqdır. 
§ 4. İmperativ normalar 
Beynəlxalq  xüsusi  hüquqda  nisbətən  yenİ  olan  bu  instituta 
münasibət birmənalı deyildir. Bir qrup müəlliflər bu institutu ümumi 
qayda  haqqında  qeyd-şərt  İnstitutunun  davamı  kimi  qiymətləndirir, 
digər  qismi  isə  onların  hər  birini  müstəqil  institut  kimi  xarakterizə 
edir. 
Milli  hüquqda  olan  kollizion  normalarının  tətbiqini  məhdudlaş- 
dınnaq bu institutun əsas təyinatıdır. Ümumi qayda haqqında qeyd- 
şəndən  fərqli  olaraq  imperativ  normaların  tətbiqi  xüsusi  hüquq 
xarakterli münasibətin tənzimlənməsinin ilkin mərhələsində baş verir. 
Hüquq  tətbiq  etmək  səlahiyyətinə  malik  olan  dövlət  orqanı  xarici 
hüquqa  müraciət  etmədən  milli  hüquqda  olan  imperativ  normalara 
birbaşa müraciət edir. Ümumi qayda haqqında qeyd-şərt 
1 JlvHu Jl.A. Mc*ayııapo
4
uoc saciHüc ııpaBo. M., 1970. c, 279 
77 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə