Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə181/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   177   178   179   180   181   182   183   184   ...   189

595 

 

5.Mirzə İbrahimov -1 880 



İlyas  Əfəndiyev  (1875),  Məmməd  Səid  Ordubadi  (1556),  Süleyman  Rəhimov 

(1509), Yusif Səmədoğlu, Rüstəm İbrahimbəyov və Çingiz Abdullayev (hər üçü 1498 bal 

toplayıb) ilk onluğa daxil olublar. 

 «Ekspress» qəzeti 30 dekabr 1999 

 

«7 gün» qəzetinin»: -sevdiyiniz yazıçı sualına politoloq Rasim Musabəyovun cavabı: 



yaşıçı Anarı, İbrahimbəyov qardaşlarını, Remakı, L.Tolstoyu yüksək qiymətləndirirəm.  

 «7 cün» qəzeti 13 aprel 1996  

 «525-ci qəzetin» eyni sualına sualına hüquqşünas Çingiz Qəniyevin cavabı:Anar. 

 «525-ci qəzet 7 may 1997 

 

Millət  vəkili  Mirmahmud  Fəttayev  Əkrəm  Əylisli,  Anar  və  Sabir  Rüstəmxanlını 



yazıçı kimi qiymətləndirir. 

 «7 gün» qəzeti 7 mart 1996 

 

 «Bizim gənclik» gənclər arasında keçirdiyi sorğunun nəticələrini açıqladı. «Ən çox 



sevilən şair nominasiyasının qalibi Ramiz Rövşən, ən çox sevilən yazıçı nominasiyasının 

qalibi Anar oldu. 



«Yeni Müsavat» qəzeti 28 dekabr 2006 

 



596 

 

AZƏRBAYCAN OXUCUSU DAHA ÇOX ANARI VƏ 



ÇİNGİZ ABDULLAYEVİ BƏYƏNİR 

 

 «Azərbaycan  Televiziya  və  Radio  Verilişləri»  QSC-nin  Dövrü  nəşrlər  və  sosioloji 



Araşdırmalar  Departamentinin  15-16  sentyabr  2008-ci  il  tarixində  keçirdiyi  rəy  sorğusu 

zamanı  Bakı  Telefon  Rabitəsi  İstehsalat  Şəbəkəsinə  daxil  olan  492  indenksli  ATS-in 

xüsusi arlıcıllıqla 320 abonentinə «Ən çox bəyəndiyiniz yazar kimdir?» sualı ilə müraciət 

edilmiş, onlardan 283 nəfəri sorğuda iştirak etmişdi. Sorğunun nəticələri: 

1.Anar - 39(13,78 %) 

2. Çingiz Abdullayev - 30(10,60 %) 

3-4.Səməd Vurğun,İlyas Əfəndiyev - 14(4,95 %) 

5.Lev Tolstoy - 13(4,59 %) 

6.Bəxtiyar Vahabzadə  -  9(3,18 %) 

7.Aleksandr Puşkin - 8(2,83 %) 

8.Teodor Drayzer -7(2,47 %) 

9-10.Nizami Gəncəvi, Çingiz Aytmatov - 6(2,12 %) 

11-13.Fyodor Dostoyevski, Aleksandr Düma, Elçin - 5(1,77 %) 

14.-15.Hüseyn Cavid,Mirzə Ələkbər Sabir - 4(1,41 %) 



«Sözün sehri» qəzeti 26 sentyabr 2008  

 

 



 

 


597 

 

SORĞULARA  ANARIN CAVABLARI: 

 

1.Zodiak işarəsi 



-Balıq. 

2. 


-Evliyəm, iki övladım var.  

3.Sevimli yazıçı 

-Mirzə Cəlil Məmmədquluzadə. 

4.Jurnalist 

-Həsən bəy Zərdabi. 

5.Bəstəkar    

    -Uzeyir Hacıbəyli. 

6.Mügənni 

-Bülbül. 

7.Aktyor 

-Mirzəağa Əliyev. 

8.Tarixi şəxsiyyət 

-Mustafa Kamal Atatürk. 

9.Filosof 

- Mişel Monten.  

10.Siyasi xadim 

-Cavad xan. 

11.Qəzet 

-«Əkinçi». 

12.Televiziya verilişi 

-Hava haqqında məlumat. 

13.İdman növü 

-Futbol. 



598 

 

14.Xobbi      



-Kitab oxumaq. 

15.Xarakterinizdə qüsurlu hesab etdiyiniz cəhət 

-Tənbəllik. 

16.Xarakterinizin ən böyük məziyyəti 

-Zəhmətsevərlik. 

17.Həyatdə ən böyük nailiyyətiniz  

-Anadan olmağım. 

18.Həyatda ən böyük peşmançılığınız  

-Yaşa dolmağım.  

19.Sonuncu dəfə nə vaxt və hansı kitabı oxumusunuz 

 -Dünən.Çingiz Abdullayevin romanını. 

20.Hansı spirtli iskiyəüstünlük verirsiniz 

-Heç birinə və hamısına. 

21.Avtomobiliniz varmı? Markası. 

-Yoxdur. 

«8-ci möcüzə» şou-qəzeti №2 1995 

 

 



 

 



599 

 

«AZADLIQ» QƏZETİNİN SORĞULARINA ANARIN CAVABLARI: 

 

1.Ötən yüzillikdə ziyalıların simvolu kimdir? Nə üçün? 



 - Mən. Çünki bu, həqiqətdir. Mən sağam və görməli olduğum işləri görürəm. 

2.Ötən yüzillikdə Azərbaycan ziyalıları nələri edə bilmədilər? 

- Cəmiyyətimizi bilrəşdirə bilmədik. 

3.Yeni ildə Azərbaycan mədəniyyətinin hansı möcüzəyə ehiyacı var? 

- Birliyə və milli barışığa. 

«Azadlıq» qəzeti 31 dekabr 1999  

 

ZİYALILARIMIZIN  DİNİ BAXIŞLARINDAN 



ANAR: 

 

Dinin  ritual  tərəflərini  qəbul  etmirəm,  nə  namaz  qılıram,  nə  oruc  tuturam,  nə 



məscidə gedirəm. Allah xırdaçı  olmamalıdır. Məscidə getməyəni, oruc tutmayanı, namaz 

qılmayanı  pis  müsəlman,  yaxud  pis  dindar  kimi  qəbul  etsəydi,  onda  o  da  bürokrat 

(əstəfürüllah-red.)  olardı.  Allah  insanı  işlərinə,  əməlinə,  ürəyinə  görə  qiymətləndirir… 

Əgər özünə rəva bilmədiyini başqasına rəva bilirsənsə, Allah bunu götürməz. Allaha xoş 

getməyən  bir  iş  görürsənsə,  Allah  bunu  da  düzgün  qiymətləndirəcək.  Mənim  fəlsəfəm 

budur  ki,  balığı  at  dəryaya,  balıq  bilməsə  də,  xalıq  bilər.  Amma  əgər  sən  balığı  dəryaya 

atanda Xalıqın-Allahın bunu biləcəyini və bunun əvəzinə sənə hansısa yaxşılığı edəcəyini 

düşünürsənsə, deməli sənin kiməsə xeyirxahlığın yenə də təmənnalıdır. Əsl insan elədiyi 

yaxşılığın  əvəzində  istər  bu  dünyada,  istərsə  də  o  dünyada  bir  şey  ummadan  xeyirxah 

olmalıdır. Bax, bu dünya görüşü daha yüksək, daha alidir… 

 «Nur»qəzeti  noyabr-dekabr 1992 

 

 




600 

 

ƏNGƏLLƏR 



 

Anar deyir ki, Heydər Əliyev məhz neqativ halları qamçılayan əsərləri dəstəkləyirdi. 

Məhz  nəyə  görə  mənim  «Şəhərin  yay  günləri»  pyesimi  bəyənmişdi?  Bu  əsər  Ali 

məktəblərdə  himayəçiliyin,  tanışbazlığın,  təbabətdə  və  hüqüq  sahəsində  rüşvətxorluğun 

əleyhinə yazıçı mövqeyini ifadə edirdi. Mədəniyyət Nazirliyiylə müqaviləm vardı, məşhur 

rejissorumuz  Tofiq  Kazımov  məşqlər  edirdi.  İlk  tamaşa  ərəfəsində  Qlavlit  dirəndi  ki,  bu 

antisovet  pyesdir,  çox  şeyi  ixtisar  etmək,  dəyişmək  və  s.  lazımdır.  O  zaman  MK-nın 

Mədəniyyət şöbəsinin müdiri Azad Şərifov bizə kömək etdi. Qlavlitə təsir göstərdi. Pyesə 

icazə  verildi.  İlk  tamaşadan  sonra  Mirzə  İbrahimov  «Kommunist»  qəzetində,  Gülrüx 

Əlibəyli «Bakinskiy raboçiy» qəzetlərində əsəri yüksək qiymətləndirən məqalələr yazdılar.  

Bir  neçə  gündən  sonra  mənə  dedilər  ki,  Heydər  Əliyev  tamaşaya  baxmaq  istəyir. 

Onunla bərabər bütün nazirlər, yaradıcılıq təşkilatların rəhbərləri də gəlmişdi. Mən Bədii 

rəhbərin otağında oturmuşdum, ordan baxırdım, görürdüm ki, reaksiya normaldır. Tamaşa 

bitdi  və  Heydər  Əliyev  tamaşanın  yaradıcılarıyla    söhbət  etmək  üçün  ilk  dəfə  olaraq 

səhnəyə  qalxdı.  Sonralar  o  bunu  dəfələrlə  edirdi.  Dedi  ki,  işimizi  bəyənir,  Mirzə 

İbrahimovun və Gülrux xanımın məqalələrini oxuyub maraqlanıb və qərara gəlib ki, əsərə 

özü  baxsın,  çünki  «müxtəlif  fikirlər»  vardır.  İndi  özüm  əmin  oldum  ki,əsər  vaxtında 

yazılıb,  onu  mütləq  rus  teatrında  da  qoymaq  lazımdır.  Film  çəkilməsi  barədə  düşünmək 

lazımdır. Yeri gəlmişkən, o axşam Azərbaycan Dram Teatrının üç gənc aktyorunu təqdir 

edərək onların mənzil problemini həll etdi… 

Anarla  söhbətdən:  Nədən  Azərbaycan  yaşıçıları  arasında  dissidentlər  yox  idi 

məsələsinə  gəlincə.  O  vaxt  bizim  hər  birimizi  dissident    elan  edə  bilərdilər.  Vaqif 

Səmədoğunu, Əylislini, məni. Amma Əliyev buna imkan vermədi. 

Mənim ilk hekayəm «Keçən ilin son gecəsi» 1960-cı ildə çap olundu. Bir həftə sonra 

«Azəbaycan  gəncləri»  qəzetində  Qulu  Xəlilov  hekayəni  alt-üst  etdi.  İlk  povestim  «Ağ 

liman» «Kommunist» qəzetində Xalid Əlimirzəyev tərəfindən hücuma məruz qaldı. İndi o 

«baş millətçi və müxalifətçidir»,o zaman isə yazıdı ki, bu əsər sosialist realizminə ziddir, 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə