Dostoyevski olu indd



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü0,51 Mb.
#66243


Fyodor  dostoyevski

Ölü evdən qeydlər




ФЁДОР ДОСТОЕВСКИЙ

Записки из 

Мёртвого дома



«Ölü  evdən  qeydlər»  dostoyevski  yaradıcılığında  və  dünyagörü­

şündə  dönüş  nöqtəsidir.  Bu  əsəri  dostoyevski  onillik  fasilədən, 

sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849­cu ildə ya­

zıçı Petra şev skinin dərnəyində iştirakına və orada v.Q.Belin skinin 

«Qoqola mək  tub»unu oxuduğuna görə digər sosialist­utopistlərlə 

birlikdə  həbs  edilmişdi.  Məhkəmə  ona  də rnəyin  fəal ları  sırasın­

da ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış  

hökm Çar tərə findən dəyişdirilərək sibirə sür gün lə əvəz edilmişdi. 

Özünün çox da uzaqda olmayan ölüm an larını yaşayan gənc ədib 

cəzanın dörd ilini omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə 

sibirdə keçirmişdi.

«Ölü evdən qeydlər» əsəri yazıçının məhz omsk həbs xa na sın dakı 

həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazıl­

mışdır.  Müdhiş  cinayətlər  törətmiş  məhbuslarla  ünsiyyət  onun 

dün ya görüşünə ciddi təsir etmişdir.



11



ÖLÜ EV

Bizim  həbsxana  qalanın  kənarında,  qala  divarının  böy­

ründə yerləşirdi. Hərdən hasarın deşiyindən Allahın dünyası­

na baxır san: nəsə görə biləcəksənmi? Gördüyün yalnız göyün 

bir qırağı, bir də hündür, cəngəllik basmış torpaq sədd olurdu. 

səddin ar xa sında və qabağında isə gecə­gündüz qarovulçular 

gəzişir və elə buradaca fikirləşirsən ki, illər ötəcək, sən isə elə 

beləcə gedib ha sarın deşi yin dən baxacaqsan və elə həmin o 

səddi, eynilə hə min o qarovul çuları və göyün həmin o kiçicik 

qırağını görəcək sən, amma bu, həbs xananın üzərindəki səma 

deyil, başqa, uzaq, azad bir səma olacaq. 

Uzunluğu  iki  yüz,  eni  yüz  əlli  addım,  düzgün  olmayan 

al tı bucaqlı  şəklində  hündür  çəpərlə,  yəni  bir  tərəfi  torpa­

ğa  bas dırılmış,  möhkəm­möhkəm  bir­birinə  bərkidilmiş  və 

ucları  iti lənmiş  hündür  tirlərlə  hasarlanmış  böyük  həyəti 

təsəvvürünüzə gətirin: həbsxananın bayır tərəfdən hasarı bu­

dur. Hasarın bir tərəfində daim bağlı olan, gecə­gündüz qa­

rovulçuların mühafizə etdiyi möhkəm darvaza vardı; onları 




12

tələb olunanda, məhbusları işə buraxmaq üçün açırdılar. Bu 

qapıların arxasında işıqlı, azad bir dünya vardı və orada in­

sanlar  hamı  kimi  yaşayırdılar. Amma  hasarın  bu  üzündə  o 

işıqlı dünyanı real  olmayan bir nağıl kimi təsəvvür edirdilər. 

Burda xüsusi, artıq heç nəyə bənzəməyən bir dünya vardı; bu­

ranın özünün xüsusi qanunları, öz geyimi, öz adət­ənənələri 

və bu diri ikən ölü evin heç yerdə olmayan bir hə yatı və xüsusi 

insanları vardı. Bax, bu xüsusi yeri təsvir et məyə başlayıram.

Hasardan  içəri  girən  kimi  bir  neçə  bina  görəcəksiniz. 

Böyük  həyətin  hər  iki  tərəfi  ilə  tirlərdən  tikilmiş  iki  uzun, 

birmərtəbəli  evlər  uzanıb  gedir.  Bu  kazarmalardır.  Burda 

dərəcələr üzrə məh buslar yaşayır. Hasarın dərinliyində yenə 

belə bir ev var: bu, iki artelə bölünmüş mətbəxdir; bir az aralı­

dakı tikilidə isə zirzəmilər, anbarlar, tövlələr yerləşir. Həyətin 

ortası boşdur və hamar, kifayət qədər böyük bir meydandan 

ibarətdir. Burada məhbuslar düzülür – səhər, günorta və ax­

şam; bəzənsə – qaro vulçuların şübhələnməsin dən və onların 

tez­tez saymaq bacarı ğın dan asılı olaraq hətta gündə bir neçə 

dəfə adbaad yoxlama keçirilir. Ətrafda, tikililərin və hasarın 

içində xeyli böyük sahə qalır. Burada, tikililərin dal tərə fində 

xarakter etibarilə daha ada mayovuşmaz və daha qara qa baq 

olan  bəzi  dustaqlar  işdən  kə nar  vaxtda,  hamının  gözündən 

yayı naraq gəzməyi və fikirləş məyi sevirlər. Bu gəzinti zamanı 

onlarla  rastlaşanda,  mən  on ların  tut qun,  damğalı  sifətlərinə 

baxaraq nə barədə düşün dük lərini tap mağı xoşlayırdım. Bir 

nəfər sürgün vardı, boş vaxtlarda onun sevimli məşğuliyyəti 

tirləri saymaq idi. onların sayı min beş yüz idi və hər biri onun 

hesabında  və  nəzarətində  idi.  tirin  hər  biri  onun  üçün  bir 

günü ifadə edirdi; hər gün tirlərdən birini ayırırdı və beləliklə, 

qalanların  sayına  əsasən  həbsxanada  qala cağı  günləri  əyani 

şəkildə  görə  bilirdi.  Altıbucağın  tərəflərindən  birini  sayıb 

qurtaranda, buna çox sevinirdi. O hələ illərlə göz ləməli oldu; 

amma həbsxanada səbirli olmağı öyrənməkçün vaxt var idi. 




13

Bir dəfə iyirmi illik katorqadan sonra, nəhayət, azadlığa çıxan 

bir dustağın öz yoldaşları ilə necə vidalaşdığını gördüm. elə 

adam lar vardı ki, həbsxanaya hələ cavan yaşlarında, qay ğısız, 

öz cinayəti və cəzası barədə fikirləşməyən bir gənc kimi da­

xil olduğunu xatırlayırdı. oradan çıxanda ağsaçlı, qaraqabaq 

və kə dərli bir qoca idi. O, dinib­danışmadan bizim bütün altı 

ka zarmamızın  hamısına  dəydi.  kazarmalara  girir,  ikonanın 

qarşı sında dua edir, sonra isə yoldaşlarına dərindən baş əyir 

və xahiş edirdi ki, onu pisliklə yad etməsinlər. yadımdadır, 

bir  dəfə  ax şamtərəfi,  əvvəllər  varlı  bir  sibir  mujiki  olmuş 

məhbusu dar vazanın ağzına çağırdılar. Bundan yarım il əvvəl 

xəbər  gəlmişdi  ki,  onun  keçmiş  arvadı  ərə  gedib  və  o  bun­

dan  möhkəm  kədərlən mişdi.  indi  arvadın  özü  həbsxanaya 

gəlib, onu çağırıb sədəqə verdi. onlar iki dəqiqəyədək söhbət 

etdilər, hər ikisi göz yaşı axıtdı və əbədi olaraq ayrıldılar. ka­

zarmaya qayı danda onun sifətini gördüm… 

Bəli, burada səbirli olmağı öyrənmək olardı.

Hava qaralanda hamımızı kazarmaya salırdılar və orada 

bütün gecəni bağlı qapılar arxasında saxlayırdılar. Həyətdən 

ka zarmaya qayıtmaq mənimçün həmişə çox ağır olurdu. Bu, 

uzun, alçaq və boğanaq, piy şamlarla zəif işıqlandırılan, ağır, 

boğucu havası olan bir otaq idi. Anlaya bilmirəm ki, mən belə 

otaqda bu on ildə necə sağ qaldım. Mənim taxtımın üçcə tax­

tası vardı: bütün yerim bundan ibarət idi. tək bizim otaqda, 

elə bu taxtların üstündə otuza qədər adam yerləşmişdi. Qışda 

qapıları erkən bağ layırdılar; dörd saata qədər gözləməli olur­

dun ki, hamı yatsın. ona qədərsə səs­küy, hay­haray, gülüş 

səsləri, söyüşlər, zən cir lərin cingiltisi, tüstü­duman, his, qır­

xıq başlar, damğalı sifətlər, cır­cındır paltar – hər şey ur vat­

dan salınmış, rüsvay edil miş… Bəli, insanın canı bərkdir! in­

san hər şeyə alışmağı ba ca ran bir məxluqdur və düşünürəm 

ki, bu, onun ən yaxşı tərifidir.



14

Həbsxanaya  cəmisi  iki  yüz  əlli  adam  yerləşirdi – bu 

rəqəm,  demək  olar  ki,  dəyişmirdi.  Bəziləri  gəlir,  bəziləri 

müd dəti başa vu rub gedir, bəziləri də ölürdü. və burda necə 

desən  adam  var dı!  Məncə,  rusiyanın  hər  bir  quberniyasın­

dan,  hər  bir  bölgə sindən  bur da  nümayəndə  vardı;  digər 

xalqlardan,  hətta  Qafqaz  dağlılarından  olan  sürgünlər  də 

vardı. onları cinayət dərəcələ rinə, yəni həbs illə rinin sayına 

görə  bölmüşdülər.  elə  bir  cinayət  yox  idi  ki,  onun  bu rada 

nümayəndəsi olmasın. Məhbuslar əsasən vətəndaş kateqori­

ya sından  olan  katorqa  sürgünləri  idi.  Bunlar  var­dövləti 

əlindən  alın mış,  cəmiyyətdən  təcrid  edilmiş,  bütün  hüquq­

lardan  məhrum  edilmələrinin  əlaməti  kimi  sifətləri  dam­

ğalanmış cinayətkarlar idi lər. onları səkkiz ildən on iki ilədək 

katorqa  işinə  göndərmişdilər  və  sonra  hərəsini  sibirin  bir 

nahiyə sinə sürgün kimi köçürəcəkdilər. Hərbi kateqoriyadan 

olan və ümumiyyətlə, rus hərbi məhbus alaylarındakı kimi, 

mülkiyyət hüququndan məhrum edilməyən cinayətkarlar da 

vardı. onları qısa müddətə göndərirdilər; cəza başa çatanda isə 

əsgər rütbə sində gəldikləri yerə, sibir nizami qoşunlar alayına 

qaytarırdılar. onlardan çoxu ikinci və qatı cinayət üstündə elə 

o saatdaca geri, həbsxanaya, amma artıq katorqa müddətinə 

deyil, iyirmi illiyinə qayıdırdılar. Bu kateqoriya «həmişəkilər» 

adlanırdılar. Amma «həmişəkilər» yenə də mülkiyyət hüqu­

qundan  tamam  məhrum  edilmirdilər.  Nəhayət,  ən  dəhşətli, 

əsasən hərbi çi lərdən ibarət çoxsaylı xüsusi cinayətkar kateqo­

riyası da vardı. Buna «xüsusi bölmə» deyirdilər. 

rusiyanın  hər  yerindən  bura  cinayətkarlar  göndərilirdi. 

onlar  özlərini  daimi  adlandırırdılar  və  öz  iş  müddətlərini 

bilmir dilər. Qa nuna əsasən onlara iş dərslərini ikiqat, üçqat 

artırmalı idilər. sibirdə ən ağır katorqa işləri açılanacan onları 

həbsxanada saxlayırdılar. «sizə bir müddətə, bizə isə bütün 

katorqa boyu», – onlar digər məh buslara belə deyirdilər. son­

ra eşitdim ki, bu kateqoriya ləğv edilib. Bundan savayı, bizim 




15

qaladakı vətəndaş qaydası da ləğv olunub və tək bir ümumi 

hərbi­məhbus  alayı  yaradılıb.  sözsüz  ki,  bununla  birlikdə 

müdiriyyət də dəyişdi. De məli, mən keçmişi, çoxdan ötmüş 

və keçib getmiş günlərin əhvalatlarını təsvir edirəm.

Bu, artıq çoxdan olmuşdu; indi bütün bunlar mənə yuxu 

kimi gəlir. Həbsxanaya necə daxil olduğum yadımdadır. Bu, 

de kabr ayı, axşamçağı idi. Artıq qaranlıq düşmüşdü; camaat 

işdən qayıdırdı; yoxlamaya hazırlaşırdılar. Bığlı unter­zabit, 

nəhayət, bu qəribə evin qapılarını mənim üzümə açdı; burada 

o qədər yaşamalı, elə hə yə canlı günlər keçirməli idim ki, bun­

ları, həqi qətən də, yaşamadan və öz üzərimdə hiss etmədən 

onların  barə sində  təxmini  də  olsa  tə səvvürə  malik  ola  bil­

məzdim.  Məsələn,  heç  cür  təsəvvürümə  gətirə  bilməzdim 

ki, burda dəhşətli və əzablı nə var: axı, mən bütün bu onillik 

katorqa həyatımda bir dəfə də olsun, bir dəqiqə belə tək qal­

mayacağam? işdə daim mü hafizə dəstəsinin nəzarəti altında, 

evdə iki yüz yoldaşımla bir lik də olacağam və bir dəfə də ol­

sun tək qalmayacağam! Bu nunla belə buna mən hələ alışmalı 

idim!


Burada təsadüfən qətl törədənlər də, peşəkar qatillər də, 

qul durlar  və  quldur  başçıları  da,  dələduzlar  və  səfillər,  ha­

vayı pul qa zanmaq həvəskarları və dəllallar da vardı. elələri 

də vardı ki, başa düşmək olmurdu, onlar bura nə səbəbdən 

düşmüşdülər?  Bu nunla  belə,  hərənin  anlaşılmaz  və  ağır, 

dü nən  axşamkı  sər xoş luğun  dəmi  kimi  bir  dastanı  vardı. 

Ümumiyyətlə, onlar olub­keçənlər b a rəsində danışmağı sev ­

mirdilər  və  yəqin,  keçmiş  ba rədə  dü şünməməyə  çalışırdı­

lar.  onların  arasında  hətta  o  qədər  şad­xürrəm,  o  qədər 

heç  nə  barəsində  düşünməyən  qatillər  tanı yırdım  ki,  onla­

rın  vicdan  əzabı  çəkmədiklərini  əminliklə  söylə mək  olardı. 

Amma, demək olar ki, daim susan, kədərli simalar da vardı. 

Ümumiyyətlə,  öz  həyatını  nəql  edənlər  az­az  olurdu;  həm 

də  bir­birinin  həyatı  ilə  maraq lanmaq  burada  dəb  deyildi, 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə