Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə184/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   181   182   183   184   185   186   187   188   189

607 

 

də Əmin ailəsinin qətl icraçıları bu hərəkətləriylə qürur duyduqlarını mətbuat səhifələrində 



bəyan edirlər.  

Əmindən  sonra  Moskva  hakimiyyətə  Babrak  Karmalı  gətirdi.  Əsrlər  boyu  orta  əsr 

yuxusuna  dalmış  ölkədə  bir  -birindən  qanlı  toqquşmalar  başladı,  sonra  məlum  oldu  ki, 

bütün  bunlar  əbəs  imiş,  amma  bu  əbəs  siyasi  addımın  nəticəsinlə  hər  iki  tərəfdən  on 

minlərlə  cavan  insan  və  dinc  əhali  qırıldı  və    mürgülü  Əfqanıstan  bu  günə  qədər  davam 

edən  xaosa  qərq  oldu.Sovet  hökuməti  bu  feodal  dövrdən  çıxmamış  ölkədə  öz    modelini 

qurmaq  istəyirdi  -  sovet  tipli  Həmkarlar  İttifaqı,  Sovet  tipli  Yazıçılar  İttfaqı,  sovet  tipli 

pioner  və  qadın  təşkilatları.  Biz  orda  olan  müddətdə  bu  işlərə  sovet  səfiri,  daha  əvvəl 

Tatarstanın Birinci katibi vəzifəsində işləmiş Fıkrət Tabeyev rəhbərlik edirdi. Yadımdadır 

bizi  öz  iş  otağında  qəbul  edən  Tabeyev  qəribə  bir  yekəxanalıqla  qarsındakı  siyahini 

göstərib: Həmkarlar İttifaqının heyətidir, -deyirdi,- gərək baxıb təsdiq edəm. 

Mən bir neçə dəfə Sovet səfirlərinin müxtəlif ölkələrdə özlərini beləcə -diplomatik 

etiketdən çox uzaq olan kobud yekaxanalıqla aparmalarının şahidi olmuşam. K.Simonvun 

başçılığı ilə Türkiyədə olduğumuz zaman o vaxtki Sovet səfiri Rodionov bizə ziyafət verdi 

(sonralar  Azərbayanda  səfir  olmuş  Şoniya  da  o  vaxt  sovet  səfirliyinin  əməkdaşlarından 

idi). Ziyafətdə Türkiyə xarici işlər nazirliyinin məsul işçisi Günvər də iştirak edirdi. Söhbət 

İstanbulda metro tikilməsindən və bu  layihədə Sovet İttifaqının iştirakından düşdü, metro 

tikintisi  xərclərinin  Türkiydən  ixrac  olunacaq  meyvələrlə  ödənməsi  məsələsindən 

danışırdılar.  Birdən  səfir  nə  sənə  nə  mənə,çox  sərt  bir  şəkildə:  -  nə  qədər  ki,  sizin 

hökumətin Baş nazir müavini Nəcməddin Erbakandır, Sovet İttifaqı heç bir layihədə iştirak 

etməyəcək  -  dedi.  Bu  sözlərdən  hətta  mən  də  pərt  oldum,  bu  başqa  bir  dövlətin  siyasi 

həyatına açıqdan-açıq müdaxilə idi. Günvər bir diplomat nəzakətiylə: Erbakan barədə bir 

şey deyə bilmərəm - dedi - amma layihənin xərclərini meyvəylə ödəsək Türkiyə gərək otuz 

il meyvə üzü görməyə.  

Sonra Simonovla söhbətdə gordüm ki, o da səfirin belə davranışından narazıdır - Nə 

istəyirsiniz Anar - dedi mənə- bunlar hamısı ulduzlu məmurlardır (yəni KQB kadrlarıdır). 

Sovet  səfirlərinin  özlərini  belə  harın  və  azqın  aparmaqlarının  səbəbi  təmsil  etdikləri 



608 

 

ölkənin  hərbi  gücünə  əsaslanırdı.  Xaricdə  Sovet  İttifaqına  hörmət  etmirdilər,  Sovet 



hökumətindən qorxurdular. 

Turist  kimi  gəmiylə  Mərakeşə  gəlmişdik.  Sovet  səfiri  Palamarçuk  gəmiyə  gəldi, 

turistlərlə görüşdü.-Kral mənə dedi ki, - deyə söhbətə başladı - nə məsələniz olsa Baş nazir 

vasitəsiylə  mənə  çatdırın,  amma  məxfi  bir  sözünüz  olsa  Əli  Yatanın  vasitəsiylə  mənə 

bildiriin. 

Əli Yata Marakeş Kommunist partiyasının rəhbəri idi.Bunu üç yüzdən artıq turistin 

qarşısında söyləməkdən çəkinmirdi səfir. 

Bəli,  belə  səfirlərmiz  və  belə  sovet  siyasəti  vardı  -  harın,  yekəxana,  başqa 

dövlətlərin, xalqların heysiyyəti ilə hesablaşmayan… 

Mətləbdən  və  ölüm  təhlükəsindən  xeyli  uzaq  düşdüm.  Kabildə  o  gün  stadionda 

tribunada  bütün  hökumət  üzvləri  dayanmışdı  -  o  cümlədən,  bizimlə  də  ayrıca  görüşmüş 

Baryalay və Ratebzand.Baryalay bilmirəm nə naziri və Babrak Karmalın qardaşı idi. Siyasi 

büro  üzvü,  qadın  hərəkatının  rəhbəri  Ratebzad,  deyilənə  görə    Babrakın  məşuqəsiydi. 

Rəsmi  keçid  oldu,  ordu  hissələri  keçdi,  sonra  sovet  dəblərinə  uyğun  zəhmətkeşlərin 

nümayişi  oldu,  nəhayət  mərasim  bitdi  və  rəhbərlər  maşınlarına  minib  getdilər,  biz  də 

maşınlarımıza tərəf gedəndə dəhşətli patlayış baş verdi, indicə dayandığımız tribuna alt-üst 

oldu. 

Sonra  yalan  gerçək  bizə  belə  izah  etdilər  ki,  partladanların  məqsədi  bizi  öldürmək 



deyildi,  ancaq  sovet  numayəndələrini  qorxutmaq  idi.  Qorxduqmu?  Deyə  bilmərəm.  Hər 

halda o anlar yalnız zədəsiz xilas olmağımızın sevincini yaşayırdıq.  

Keçək  başqa  bir  təhlükəyə  -  suyla  bağlı  hadisəyə.  Zaqatalada  gənclər  seminarı 

keçirilirdi. Bizim Akif Rəfiyev o vaxt rayonda prokuror işləyirdi. Elçinlə mən onun evində 

qalmışdıq. Bir gün milis rəisi Kamandar (o da rəhmətə gedib, Allah rəhmət eləsin) Elçini, 

məni və bəstəkar Xəyyam Mirzəzadəni məşhur Zaqatala şəlaləsinə baxmağa apardı. Akifin 

nə vacib işi vardısa bizimlə getməmişdi. Qaz maşınıyla getmişdik. Qaydında çayı keçərkən 

qəflətən sel gəldi, özü də elə ani, elə sürətlə gəldi ki,biz ancaq çayın ortasında maşından 

düşüb özümüzü bir təhər sahilə çatdıra bildik. Kamandarmı ya təcrübəli surucumu dərhal 



609 

 

maşının bütün qapılarını açdı və su maşının içindən keçib axdı. Sonralar bizə izah etdilər 



ki, qapılar bağlı qalsaydı və biz də tez maşından düşməsəydik, sel maşın qarışıq hamımızı 

aparacaqdı. Yam-yaş sahilə çıxdıq. Şər qarışırdı. Kamandar da, bizi belə təhlükəylə üz-üzə 

qoyduğuna  görə  peşmançılıq  hissi  keçirirdi,  onu  pərtlikdən  çıxarmaq  üçün  zarafata 

başladıq.  Elçin  mənə  göz  vurub  üzünü  Xəyyama  tutdu:  bu  acağlardan  bir-iki  iri  budaq 

götürək əlimizə,-dedi- ətraf meşədi, ayıya-zada rast gələrik. 

Gözləri  bərəlmiş  Xəyyam:  -  ciddi  deyirsən?  -  deyə  təlaşla  xəbər  aldı.  Nə  isə,  bir 

təhər  gəlib  Akifgilə  çatdıq.  İndi  yenə  düşünürəm,  bu  həqiqətən  təhlukəli  hadisədən 

qorxmuşduqmu? Yox. Amma ona görə ki, təhlükənin, doğrudan da, böyük olduğunu yalnız 

evə gələndən sonra söhbətlərdən anladıq, maşından dərhal çıxmağımızla,qapıları taybatay 

açmaqla xilas olduğumuzu iş işdən keçəndən sonra başa düşdük.  

Keçək od məsələsinə. Bir gecə Günel bizdə qalmışdı. O biri otaqda yatırdı. Demə bu 

təsadüf  bizi  xilas  edəcəkmiş.  Gecənin  bir  çağında  hamımız  yuxudaykən  Günel  məni 

çağırdı: Ata, tez bura gəl. 

Gəldim,  gördümi  ki,  elektrik  sayqaçı  alışıb  yanır və  alov hər an  güclənir,  bir  neçə 

saniyədən sonra pərdələr, sonra taxta mebel və  kitablar alışacaqdı. Tez bir vedrəni suyla 

doldurub alovun üstünə atdım. Alov söndü. 

O  vaxt  heç  nə  düşünmədən  ani  hərəkətlər  edirdim.  Sonra  başa  düşdüm  ki,  əgər 

kənardan,  aralıdan  atdığım  suyla  alışıb  yanan  elektrik  sayqaç  mənim  vasitəmlə  təmasa 

girsəydi dərhal  yanıb kül olacaqdım.  

Amerika  Birləşmiş  Ştatlarında  səfərdəykən  bir  gün  təklif  etdilər:  nümayəndə 

heyətinin üvzləri Universitetdə görüşə də gedə bilərlər, helikopterlə( dikuçarla) dənizdəki 

neft  platformasına  da  uça  bilərlər.  O  vaxt  Bakıda  Özüllər  zavodunun  direktoru  Faiq 

Sultanov: mən özüllərə uçmaq istəyirəm-dedi. -Mən də səninlə uçacam -dedim Dördümüz, 

pilot,  Faiq,  mən  və  tərcüməçi  qız  dikuçara  mindik.  Meksika  körfəzindəki  platformaların 

birinə  amerikalılar  pivə  və  o  birinə  konyak  deyirlər.  Niyəsini  soruşanda  -biri  ucuz  başa 

gəlib,  o  biri  baha  -  dedilər.  Nə  isə  göyə  təzə  qalxmışdıq  ki,  hava  birdən  birə  tutuldu, 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə