Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə182/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   178   179   180   181   182   183   184   185   ...   189

601 

 

antisovet  əsərdir.  Bundan  az  sonra  partiya  fəallarının  iclası  oldu.  Vəli  Axunlov  böyük 



məruzəylə  çıxış  etdi.  Bəlkə  də  bu  qeyri  təvazökar  səslənəcək,  amma  həmin  yığıncaqda 

böyük  bəstəkar  Qara  Qarayevin  məni  müdafiə  edən  sözlərini  gətirəcəm:  «Mən  çox 

istedadlı Azərbaycan yazıçısı Anara qarşı əsassız tənqidi qətiyyətlə rədd edirəm». 

Yaxud  «Yazıçı  padşahın  nağılı».  Mən  bu  hekayəni  Moskvada  da  göstərmişdim. 

«Drujba  narodov»  jurnalının  məsul  katibi  Şilovtsevə  mənə  çox  xeyirxah  münasibət 

bəsləyirdi. Hekaəni oxuyub dedi «Anar, bunu nəinki çap etməzlər, sən, ümumiyyətlə, onu 

heç kəsə göstərmə». O, hesab edirdi ki, əsər son dərəcə kəskindir. Cavab verdim ki, hekayə 

Bakıda çap olunub.Mat qaldı: «Ola bilməz!» Sonra mən hekayəni «Nedelya» ya Makarova 

göndərdim,  o  mənə  məktub  yazdı:  «Əziz  Anar,  gözəl  əsərdir,  amma  indiki  zaman  üçün 

deyil». Yenidənqurma başlanandan sonra, senzura bir az zəifləyəndə hekayə «Nedelya»da 

dərc olundu. 

Amma  başqa  hallar  da  olurdu,bəzən  biz  yaşılarımızı  əvvəlcə  Moskva  qəzet  və 

jurnallarında  çap  edirdik,yalnız  bundan  sonra  Azəbayxanda  dərc  etdirə  bilirdik.  Mənim 

Cəlil  Məmmədqulazadə  haqqında  «Anlamaq  dərdi»  məqaləmi  «Novıy  mir»  çap  etdi. 

Yalnız bundan sonra İsmayıl Şıxlı onu «Azərbaycan» jurnalında dərc etdirə bildi. Belə də 

olurdu. 


Yəni  biz  hər  zaman  senzurayla,partiya  orqanlarıyla  qarşudurmada  idik.  Mən 

ədəbiyyatda az- çox əhəmiyyətli nə etmişəmsə hamsı müqavimətlə qarşılanıb. Bizim xilas 

edən yeganə amil Heydər Əliyev idi. O məsələni partlayışa çatlırmaq istəmirdi. Bəlkə ona 

görə  ki,  Moskvada  bizdə  dissilent  ədəbiyyatı  olmasını    düşünmələrini  istəmirdi.  Bizi 

qoruyaraq o özünü də qoruyurdu. Bəlkə də bizə şəxsi rəğbətinə görə, «onlar da bizimkidir» 

fikriylə. 



ELMİRA AXUNDOVA . 

 «Sizin aranızda ən böyük dissident mən özüm idim». 

Heydər Əliyev haqqında xatirələrdən.  

«Azerbaydjanskie İzvestya» qəzeti 15 iyun 2007. 

 



602 

 

1976-cı ildə Anarın «Qəm pəncərəsi» əsərinin motivləri əsasında «Dindirir əsr bizi» 



adlı  tamaşa  çəkdim.  Çox  təəssüf  ki,  cəmisi  bircə  dəfədən  sonra  televiziyanın  o  vaxtkı 

rəhbərliyi  tamaşanının  mürəkkəb  çalarlarından,  kəskinliyindən  ehtiyatlanıb  onun 

nümayişini həmişəlik dayandırdılar. 

RAMİZ  HƏSƏNOĞLU 

(«Maarifçi» qəzeti) 

 

Problem onda idi ki, televiziyaya qeyri peşəkar ,kino istehsalatından başı çıxmayan 



adamlar rəhbərlik edirdi. Mən Səttar haqqında filmi tamamlayandan sonra o vaxt Radio-

televiziya  Komitəsinin  sədr  müavini  işləyən  Nəbi  Xəzri  filmə  baxıb:  -Bü  nədir?  -  dedi  - 

Sən onu meymuna dönlərmisən. Mən belə filmi qəbul edə bilmərəm. 

Durub getdi. Anarla məsləhətləşdik, o MK-ın idealogiya üzrə katibi Cəfər Cəfərovun  

yanına getdi. Cəfərov filmə baxıb heyran oldu:  

-Dahiyanədir - dedi və bununla bütün söhbətlər kəsildi. 

Anarın ssenarisi əsasında çəkilmiş  

«Bu - Səttar Bəhlulzadədir» filminin quruluşçu rejissoru  

«RAMİZ AXUNDOVUN Mən hər şeyi demişəm»  

başlıqlı söhbətindən . 



«Exo» qazeti 13 yanvap 2007 

 

70-ci illərin sonu. Tədris teatrında Anarın «Zəncirbənd» qaravəllisini səhnələmişəm, 



daxili baxış gedir -sonunda rəhbərlik tamaşanın oynanılmasına izn verməlidir. Toplaşanlar 

gülür,  amma  və  lakin  İncəsənət  İnstitutunun  o  vaxtkı  rektoru,hörmətli  akademik  Aslan 

Aslanov gülmür. Fasilədə bəndənizi  kabinetinə çağırır və əsərin mətnini tələb edir. Mən 

hələ heç nə anlamıram. Akademik personajların siyahisini diqqətlə gözdən keçirir və əsəbi 

halda  rejissoru  danlamağa  başlayır.  Yalnız  bundan  sonra  məsələni  anlayıram.  İş  bu 

ki,qaravəlli canrına uyğun  dramaturq personajların adlarını və soyadlarını eyni sözlərdən 

tərtib  edib:  Əvəz  Əvəzov,  Səməd  Səmədov,  Əhməd  Əhmədov  və  s.  Rektorun  qəzəbinə 



603 

 

səbəb  o  oldu  ki,sən  demə,bir  çox  personajların  «adaşları»  Mərkəzi  Komitədə,Nazirlər 



Sovetində,Təhsil  Nazirliyində,  Elmlər  Akademiyasında  və  başqa  strukturlarda  vəzifə 

başındadır.Tamaşada  isə  hər  personacın  səhnəyə  gəlişindən  öncə  iri  tablolarda  yazılmış 

adları təqdim olunurdu… 

-Məni  hamıyla  düşmən  eləmək  istəyirsən?  Bütün  adları  dəyiş.-Baş  üstə.  Amma 

birdən yeni adların da prototipi… Üzr istəyirəm, analoqu çıxsa? 

Çox müşkül məsələylə uğraşmalı oldum.Elə ki,bir ad təklif edirdim, akademik azca 

düşünüb rədd edirdi, çünki məlum olurdu ki, bu adda filan yerdə şöbə müdiri var ya filan 

nazirliyin  məsul  işçisidir.  Nəhayət,  rektor  təslim  oldu  və  bundan  bir  az  da  qeyzləndi:  - 

Pyesi  götürəndə  gərək  düşünəydin.  Ağzıgöyçəklər  əyri  yozub  hər  şeyi  Aslan  Aslanovu 

adına yazacaqlar.  

Əsl  qaravəlli  bu  idi,  yazıqlar  olsun  ki,  olayı  tamaşaya  sala  bilmədiym,  amma  və 

lakin teatrın direktoru İsrafil İsrafilov mənlə razı deyildi. 



VAQİF İBRAHİMOĞLU.  

Ötüb keçən olaylar.Məzəli mozaika.  

 «Yeni Müsavat» qəzeti 25 may 2000 

 

TORPAQ, SU, OD, SƏMA - ÖMRÜN QƏRİBƏ MƏQAMLARI 



 

Bir  dəfə  Türkiyədə  bir  jurnalist  məndən  müsahibə  alarkən  qəfil  və  qəribə  bir  sual 

verdi:  Ömrünüzdə  təhlükəli  anlar  olubmu,  yəni  ölümlə  üz-üzə  durduğunuz,ölümə  yaxın 

olduğunuz məqamlar? 

Doğrusu, heç bir vaxt bu barədə düşünməmişdim və bu qəribə suala da cavab verə 

bilmədim. Sonra gecə vaxtı nədənsə bu sual yadıma düşdü və yuxusuzluq saatlarında bu 

barədə  düşünməyə,  həyatımın  müxtəlif  olaylarını  xatırlamağa  başladım  və  gördüm  ki, 

həqiqətən bir neçə dəfə ölümün yaxın hənirini duymuşam. Elə gecəykən, unutmayıb deyə 

bunları  qeydə  aldım.  Bir  neçə  gün  sonra  bu  tələsik  gecə  qeydlərini  açmağa  çalışanda 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə