Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə183/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   179   180   181   182   183   184   185   186   ...   189

604 

 

gördüm  ki,  istər-istəməz  bu  anlar  əcaib  bir  sistemlə  dörd  ünsürə  bağlıdırlar  -  Torpağa, 



Suya, Oda, Səmaya... 

Qədim  fəlsəfi  və  dini  təlimlərdə  dünyanın  bu  dörd  ünsürdən  ibarət  olması  inancı 

vardı və mənim də ilk ssenarim «Torpaq, Dəniz, Od, Səma» adlanırdı. 

Ölüm  təhlükəsiylə  üzləşdiyim  ilk  epizod  Əfqanıstana  səfərimlə  bağlıdır.  Burada 

torpaq bir ünsür kimi bilavasitə iştirak etməsə də hər halda hadisə yerin üstündə baş verir. 

Amma  yeri  gəlmişkən  bu  səfərin  bəzi  təfərrütlarından  da  danışmaq  istəyirəm.  Mirzə 

İbrahimov SSRİ Asiya və Afrika ölkələriylə həmrəylik Komitəsinin sədri idi. Bir gün məni 

yanına  dəvət  etdi:  Azərbaycanda  bu  Komitənin  sədri  rəhmətlik  Rəsul  idi  -  dedi  -  Bu 

vəzifəyə səni təyin etmək istəyirik. 

Atamın  ölümündən  iki  il  keçmişdi.  Mirzə  müəllim  davam  etdi:  yavaş-yavaş  sizin 

nəslin nümayəndələrini də ictimai işlərə cəlb eləmək lazımdır. 

Razılaşdım.  

Bir müddət sonra Mirzə müəllim yenə məni çağırdı: 

- Əfqanıstana gedərsən? - deyə xəbər aldı. 

Moskvada onun muavini işləyən A.S.Dzasoxovun məktubunu göstərdi. Əfqanistana 

gedən  nümayəndə  heyətinə  Azərbaycandan  bir  nəfərin  rəhbər  olmasını  xahiş  edirdi  və 

rəsmi  kağıza  əliylə:  «qorxmayan  bir  adam»  sözlərini  yazmışdı  (çelovek,  kotorıy  ne 

boitsə).O vaxt  Əfqanistada  müharibənin  şıdırğı vaxtı idi.Mirzə  müəllimin  təklifinə cavab 

olaraq:- gedərəm - dedim. 

Rəhmətlik İsi Məlikzadə yaşlı və o vaxt nisbətən gənc olan yazıçıların münasibətləri 

haqqında cürbəcür gülməli lətifələr uydururdu. Bu görüşdən sonra mən də Mirzə müəllimlə 

bağlı belə bir lətifə uydurdum. Guya Mirzə müəllim məni sakit edir: - Anar bala, sən heç 

nigaran  olma,  işdi-şayət  orda  başına  bir  iş  gəlsə,  «Literaturnaya  qazetanı»  boyun  ola 

bilmərəm, amma «Ədəbiyyat qəzetində» sənin haqqında yaxşı bir nekroloq verərərik. 

Bu, əlbəttə zarafat idi və Mirzə müəllim, təbii ki, mənə belə söz deməmişdi. Amma 

bir anekdot da mən Əfqanstandan sağ-saalamat qayıdandan sonra yarandı. Mirzə müəllimə 

səfərimiz  haqqında  məlumat  verəndə,  orda  Yazıçılar  İttifaqında  da  oldum  -  dedim  - 



605 

 

İttifaqın  qabağında  tank  dayanıb.  Bəlkə  biz  də  burda  bir  tank  saxlayaq  ki,qrafomanların 



hücumunun qabağını alsın. Mirzə müəllim ürəkdən güldü. 

O vaxt nə biləydik ki,bir neçə il keçəcək, 90-cı ilin qanlı yanvar hadisələrindən sonra 

Bakıda Yazıçılar İttfaqının qarşısında dorğrudan da tank dayanacaq. Nə isə… Əfqanıstana 

gedən  nümayəndə  heyətinə  məşhur  politotloq  Aleksey  Kivi,  Türkmənistandan  gözəl 

rəssam  İzzət  Qılıçev,Moskvada  Asiya-Afrikayla  həmrəylik  komitəsinin  əməkdaşı  və 

tərcüməçi daxil idi. Kabildə Xilton hotelində qalırdıq. Çoxmərtəbəli oteldə yalnız biz - beş 

nəfər sovet nümayəndəsi yaşayırdı, qalan otaqların pəncərələrindən gecələr işıq gəlmirdi. 

Hər  gecə  hotelin  ətrafından  atışma  səsləri  gəlirdi.  Bilmirəm  hotelə  hücum  etmək 

istəyirdilər  ya  buranı  hücumdan  qoruyurdular.  Ya  da  elə  belə  məşq  edirdilər,  amma  hər 

halda səhərə qədər güllə səslərindən yata bilmirdik. Aleksey Kivinin qəribə pəhriz sistemi 

vardı,  hesablayırdı,  naharda  neçə  faiz  zülallı  qida  qəbul  edibsə,  axşam  onun  balansını 

tənzimlənmək üçün ancaq zülalsız yeməklər yeyirdi. Bir də nəylə nəyin uyuşduğunu daim 

nəzərdə  saxlayırdı.  Günlərin  bir  günü  Aleksey  zəhərləndi  .Bilmirəm  onu  qəsdən 

zəhərləmişdilər  (özü  belə  hesab  edirdi)  ya  bu  qəribə  dietasının  fəsadları  idi.  Onunla  da, 

rəhmətlik İzzət Qılıçovla da orda dostlaşldıq.Moskvaya qayıdanda Aleksey məni evlərinə 

dəvət etdi. Arvadı şərqli idi  - Zarema. Mən dedim ki, Alekseyin pəhriz sistemi əfqanları 

sovet  qoşunlarının  müdaxiləsindən  sonra ən  çox sarsıdan  hadisə  idi.  Xeyli  gülüşdülər.  O 

təhlükəli hadisə isə Əfqan inqilabının bilmirəm neçənci ilisə qeyd edilərkən stadionda baş 

verdi.  Nümayəndə  heyətimiz  tribunada  Əfqaniastan  hökumənitinin  üzvlərinin  yanında 

dayanmışdı.  Əfqanıstanın  o  vaxtki  rəhbəri  Babrak  Karmalı  lap  yaxından  görürdüm. 

Sifətində çox gərgin bir ifadə vardı, elə bil hər an nə isə baş verəcəyindən qorxurdu, onunla 

tam kontrast - isə Baş nair Keştmənd idi. Zahirən bir az bizim bəstəkar Sultan Hacıbəyova 

bənzəyən  dolu  bədənli,  ağ-çağ  bir  kişi  idi.  Üzündə  çox  rahat  və  sakit  bir  ifadə  vardı. 

Axşam  rəsmi  qəbulda  da  Babrak  belə  gərgin,  Keştmand  isə  əmin-arxayın  idi.  Qəbulda 

ölkənin çalmalı, cübbəli dini rəhbəri də iştirak edirdi. Tacikistan rəqs ansamblının qızları 

oynadıqca  bu  dini  rəhbəri  elə  ləzzətlə  çırtıq  çalırdı  ki,  gəl  görəsən...  Demə  bu  rəqs 

ansamblı Əfqan hökümətinin ən çox sevdikləri kollektiv imiş, tez-tez onları Kabilə dəvət 



606 

 

edirlərmiş, səfərlərinin birində təyyarə qəzası nəticəsində hamısı həlak oldu.İndi bu uzaq 



hadisələri  yada  saldıqca  xatirələr  bir-birini  çəkib  gətirir.  Sovet  qoşunları  Əfqanıstana 

girməzdən əvvəl bu sakit, dinc, yuxulu bir ölkə idi, hələ də orta əsrlərdə yaşayırdı. Zakir 

şahın vaxtında Sovet İttifaqıyla normal, dost münasibətləri vardı, hətta SSRİ-yə-qarşılıqlı 

hücüm etməmək haqqında müqavilə də imzalamışdı. Zakir şahın qohumu (gərək ki əmisi 

oğlu) Davud onu devirdi, şah Avropaya qaçmalı oldu, Əfqanistan respublika elan edilidi, 

az  sonra  isə  Tərakinin  başçılığı  ilə  inqilab  şurası  Davudu  da  devirdi.  Sonra  Tərakinin 

özünü H.Əmin devirdi. O vaxtkı sovet versiyasına görə Sovet qoşunlarını Əfqanistana da 

məhz  elə  Əmin  dəvət  etmişdi,  amma  qəribədir  ki,  Əminin  dəvətiylə  Kabilə  girən  sovet 

OMONu onu da, bütün ailəsini də - uşaqdan böyüyə elə öz sarayındaca qırmışdı. Bu qanlı 

olayın  iştirakçılarından  biri  OMON-çu  sonralar  mətbuatda  bu  qətldən  qürurla  söhbət 

açmışdı.  

Bu  yerdə  ağlıma  gələn  bir  fikri  Haşiyə  olaraq  burada  vermək  istəyirəm.  Məncə 

Stalinin  ən  böyük  cinayəti  milyonlarla  insanı  məhv  etmək,  bütöv  xalqları  yerindən-

yurdundan  didərgin  salmaq,  dünyanın  yarısını  hədələmək  və  qorxu  içində  saxlamaqla 

bərabər.  cəmiyyətə  əxlaqsızlıq,  əxlaq  aşınmasını  təlqin  və  tədbiq  etmək  idi.  Bu 

«əxlaqa»,daha  doğrusu  əxlaqsızlığa  görə  hansısa  yalan-gerçək  amal  yolunda  hər  cür 

alçaqlıq  və  əclaflıq  məqbuldur  -  xəyanət,  satqınlıq,  yalan,  qəddarlıq…Uzun  illər  çiyin-

çiyinə  mübarizə apardığı məsləkdaşlarını gözünü qırpmadan güllələdən, öz alisəsinə belə 

rəhmi gəlməyən, hətta doğma oğlunu belə ölümə məhkum edən Stalin öz şəxsi örnəyiylə 

bəşəriyyətin  əsrlər  boyu  riyaət  etdiyi  bütün  əxlaq  qanunlarını  alt-üst  etdi.  Mən  öz 

qulağımla  «xalqın  vicdanı»  sayılan  rus  yazıçısının  imperator  Nikolayın  bütün  ailəsinin  - 

arvadı,  gənc  qızları,  xəstə  oğluyla  birlikdə  məhv  edilməsini  tarixi  zərurət  saydığını 

eşitmişəm.  Və  bu  sayaq  «əxlaqla»  yetişən  nəsillər  üçün  örnək  öz  atasını  satıb  ölümə 

göndərən Pavlik Morozov idi.Ona görə də sovet siyasəti və sovet təbliğatı Əmin ailəsini - 

məmə yeyəndən pəpə deyənə qədər - məhv edilməsini də labüd hesab edirdi. Yalnız indi 

etiraf edirlər ki,bütün bu Əfqanıstan avantürası amansız səhv imiş, amma indinin özündə 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə