Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə179/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   175   176   177   178   179   180   181   182   ...   189

589 

 

Deputatların  bəzən  bir-birini  təkrarlayan  sualları  Asya  Manafovanı  bezdimişdi  . 



Yazıçı Anar «Yeni Müsavatı» oxuyub qurtardı, «Azadlığa» keçdi. 

 «Yeni Müsavat» qəzeti 15-17 oktyabr 1996 

 

Anar: 



Mən 

Azərbaycan 

yazıçısıyam,amma 

qanunu 


oxuyub 

başa 


düşmədim.Mədəniyyət  haqqında  qanunda  da  belə  idi.Mən  o  vaxt  mədəniyyət  haqqında 

Rusiya qanunu oxudum və öz qanunumuzu başa düşdüm. 



 Milli Məclisdə çıxışından. 

 «7 gün» qəzeti 1 iyun 1996  

Daha  kimi  biabır  etmədiniz.  Cəlil  Məmmədquluzadəni  də.  Sizin  öz  jurnalistinizdir 

heç  olmasa.  Hamınız  yığılsanız  onun  bir  ayağının  tozuna  dəyməzsiz.  Yadımdadır  Anar 

neçə məqalə yazdı, neçə dəfə yalvardı ki, Mirzə Gəlilə dəyməyin. 



CƏLAL ƏLİYEVİN Milli Məclisdə çıxışından  

«Yeni Müsavat» qəzeti 26 iyun1999. 

 «Azadlıq» qəzeti 26-28 iyun 1999 

 

Cəlal  Əliyevlə  salamlaşmaq  üçün  deputatlar  zalı  dövrə  vurur,  onların  bəziləri 



akademiki ayağa qaldıraraq öpürlər. Bəziləri isə Eldar Salayevlə görüşdükdən sonra ətrafa 

boylanırlar ki, görən oldumu? Ümumiyyətlə isə (belə davranmayan) yazıçı Anarı və Nairə 

Şahtaxtinskayanı təmkinli millət vəkilləri sırasına daxil etmək olar. 

«168 saat» qəzeti 18 dekabr 1998 

 

23  may  tarixli  iclasda  AXCP  sədri  Əli  Kərimli  ilə  bağlı  söylədiklərini  bir  az  da 



genişləndirərək danışan tərbiyəsizin sözünü heç kim kəsmədi. Deputatın söyüş söyməsinə 

etiraz edən Vaqif Səmədoğlu,Zahid Oruc və Anar zalı tərk etdilər. 



 «Azadlıq» qəzeti 21-23 iyün 2003 

 



590 

 

Tanınmış nasir, millət vəkili Anar həqiqi qələm cəngavəri kimi zəmanəmizdə çox da 



geniş  yayılmamış  tənbəki  çubuğu  çəkir.  Arada  hərdən  bir  çox  xoşladığı  Amerika 

siqaretlərinin  də  dadına  baxır.  İstedadının  pərəstişkarlarından  ötrü  son  dərəcə  qiymətli 

sayılan ömrünə 15-16 yaşlarından balta çalmağa başlayıb. Özü də bu zərərli vərdişini heç 

bir dəbdə olan cərəyana dəyişmək fikrində deyil 



«Panorama» qəzeti 28 fevral 1997 

Sənət,  ədəbiyyat  biliciləri  sevimli  müəllifləri  axtarırlar.  Anara  heç  aman  vermirlər. 

Kimi  təzə  əsərərini  xəbər  alır,  kimi  gələcək  planlarını  soruşur,  kimi  də  sadəcə  aftoqraf 

istəyir.  Qəfil  bir  görüş  xüsusi  maraq  doğurdu.  Demə,  «Beş  mərtəbəli  evin  altıncı 

mərtəbəsi»ni ADR oxucularına çatdıran alman tərcüməçisi yarmarkaya çatan kimi bir başa 

Azərbaycan pavilyonuna gəlib. 



Ə.İSAYEV. 

Azərbaycan kitabı dünyanı gəzir. 

 Beşinci Moskva Beynəlxalq kitab sərgi-yarmarkasında.  

 «Kommunist» qəzeti. 1 sentyabr 1985 

 

Anarın  «Otel  otağı»  əsəri  əsasında  film  çəkiləcəyi  xəbərini  eşidəndə  doğrusu  çox 



sevindik.  Bəs  necə,  axı  daha  bir  yerində  sayan  layihə  sükunət  nöqtəsindən  tərpənmişdi. 

Üstəlik öyrəndik ki, filmdə baş rolun ifaçısı Anar özüdür. Film indiki zəmanədə ziyalıların 

ağır və mürəkkəb həyatından, onların rastlaşdığı problemlərdən bəhs edir. 

Aynur Mustafayeva.  

«Yazıçı Anarı baş rolda görə biləcəyikmi?» 

«Panorama» qəzeti 27 fevral 1997 

 

 



Anarın  şərhi:  Doğrudan  da,  belə  bir  fikir  vardı.  Filmin  rejissoru  Rasim  Ocaqov 

məni hətta sınaq epizodlarında çəkmişdi və razı qalmışdı. Sonra müəyyən səbəblərə  görə 

bu baş tutmadı. Baş rolu istedadlı aktyor Fəxrəddin Manafov uğurla ifa etdi. 


591 

 

Mən  bəzi  yazıçı  həmkarlarımın,  birinci  növbədə  ilk  növbədə  Anarın  təklifinə 



tərəfdaram: yazıçı və şairlərə fəxri adlar verilməsinə heç bir hacət yoxdur. Ədəbiyyatımız 

bundan heç nə itirməz, əksinə, qazanar… 



HÜSEYN İBRAHİMOV. 

«Ədəbiyyat milli sərvətdir» məqaləsindən 

«Ədəbiyyat  qəzeti»14 fevral 1997 

 

Anarın  şərhi:  Mən  dəfələrlə,  o  cümlədən  bir  neçə  dəfə  rəhməlik  Heydər  Əliyevin 



iştirak etdiyi görüşlərdə fəxri adların verilməməsi haqqında təklif irəli sürmüşəm. Bundan 

təşvişə düşən həmin adların daşıyıcılarına: -kim bu adı alıb, halal xoşu olsun - deyirdim, - 

gələcəkdə  də  fəxrlə  onu  daşısınlar,  amma  bu  sovet  sisteminin  uydudruğu  bir  şey  idi, 

dünyanın  heç  bir  ölkəsində  belə  adlar  yoxdur.  Ordenlər  var.  Muüxtəlif  mükafatlar  var, 

amma  Xalq  şairi,  Xalq  yazıçısı,  nə  bilim  Xalq  artisti,  Xalq  rəssamı  kimi  adlar  yoxdur, 

müstəqil Azərbaycanda da olmamılıdır. 

Amma bu məsələdə məni yalnız rəhmətlik Yusif Səmədoğlu və Polad Bülbüloğlundan 

başqa  heç  kəs  dəstəkləmədi.  1998-ci  ildə  Heydər  Əliyevin  fərmanıyla  mənə  də    başqa  9 

şair və yazıçıyla birlikdə Xalq yazıçısı adı veriləndən sonra daha bu barədə danışmaq etik 

cəhətdən düz olmazdı: «Aha, özü alıb, indi başqalarının almasını istəmir»  - deyəcəkdilər. 

Nə  isə…  Ədəbiyyat,  sənət  adamları  arasında  xəstə  rəqabətə,  yersiz  qısqanclığa,  əsəb 

gərginliynə səbəb olan bu adlar hələ də qalır və verilir. 

 

Bu  il  yanvarın  13-də,  Yazıçılar  Birlyinin  məşhur  məsləhətçilər  otağında  əzizmiz, 



möhtərəm Anar mənə bir saralmış vərəq göstərib dedi: - Bu günlərdə atamın arxivini bir də 

gözdən  keçirəndə  «Ağla  sazım!»  sərlövhəli,  makina  yazısında  7  bənd  şeirə  rast  gəldim. 

İmza: «M.Bəbir». Sənə də, mənə də, ədəbi mühitimizin, xüsusən də yaşlı və orta nəslinə də 

Bəbir, özü də M.Bəbir adlı ikinci şair, ümimiyyətlə, ikinci hər hansı müəllif imzası məlum 

deyil. Sən biləni bu Bəbir Məmmədzadə olmaz ki? 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə