Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə95/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   92   93   94   95   96   97   98   99   100

222
I qrup: Lemi riyaziyyat dərsində
II qrup: – Lemi Azərbaycan dili dərsində
III qrup: – Lemi həyat bilgisi dərsində
IV qrup: – Lemi fiziki tərbiyə dərsində
Hər qrup verilmiş mövzuya uyğun mətn qurub danışır. Şagirdlər düşündükləri mətndə Lemi -
nin qeyri-adi bacarıqlarını nümayiş etdirməlidirlər.
“Ziqzaq”. Qruplar dərslikdəki mətndən öz mövzularına uyğun hissəni oxuyub yeni qrup larda
birləşir (yeni yaranmış qruplarda əvvəlki qruplardan hər birinin nümayəndəsi olmalıdır).
Şagirdlər yeni qrup daxilində oxuduqları hissəni bir-birinə nəql edirlər. Beləliklə, bütün şagirdlər
mətnin məzmunu ilə tanış olurlar.
Hər qrupdan bir nəfər mətni ardıcıllıqla nəql edir.
Dərsliyin 212-ci səhifəsindəki 1-ci tapşırıq oxunur və sual cavablandırılır.
1-ci tapşırığa əsasən, yəqin ki, şagirdlər Leminin yaşadığı planet haqqında aşağıdakı fikirləri
söyləyəcək: “Orada yol hərəkəti qaydalarına xüsusi diqqət verilir, tıxac yoxdur və s. Avtomobillər
çox sürətlə hərəkət edir.  İnsanlar uzun ömür sürürlər, yəqin ki, bu da ekoloji təmiz qidalar  yemə -
lə ri, ekoloji tarazlığın pozulmaması ilə əlaqədardır və s.”
İş dəftərinin 141-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilə bilər.
Danışma
(cütlərlə iş)
Şagirdlər cütlərə bölünərək dərsliyin 212-ci səhifəsindəki 2-ci tapşırığı yerinə yetirirlər.
Cütdəki şagirdlərdən biri “Leminin planetində nədən xoşum gəldi”, digəri “Leminin planetində
nədən xoşum gəlmədi” mövzusunda çıxış hazırlayır. (Şagirdlər Leminin dediklərindən onun
planeti ilə bağlı xoşa gəlməyən xüsusiyyətin, yəqin ki, ailə üzvlərinin bir yerdə yaşamamasını
qeyd edəcəklər.)
Şagirdlərin çıxışları dinlənilir və müzakirə olunur.
Yazı
– “Lemi informatika dərsində” mövzusunda mətn qurub yazın.
Danışma
Müəllim növbəti dərsə aşağıdakı sualla başlayır: 
– Yaşadığınız cəmiyyətdə nəyi dəyişmək istərdiniz?
Şagirdlərin fikirləri dinlənilir. Müəllim yönəldici suallarla sinifdə canlanma yaratmağa çalışır:
– Ailə münasibətlərində nəyi isə dəyişmək istərdinizmi? Təhsil sistemində nəyi dəyişmək
istərdiniz?..
Şagirdlər 3 qrupa bölünürlər. Hər qrup verilmiş cədvəli dolduraraq onunla bağlı təqdimat
hazırlayır. Müəllim bildirir ki, şagirdlər cədvəli doldurarkən Leminin planeti haqqında
oxuduqlarına təxəyyülə uyğun əlavələr edə bilərlər. “Bizim cəmiyyətdə” sütunu üçün müəllim
özü əlavə məlumatlar verə bilər.
I qrup:
II qrup:
AİLƏ-NİKAH SİSTEMİ
Bizim cəmiyyətdə
Leminin planetində
İstərdim belə olsun
TƏHSİL SİSTEMİ
Bizim cəmiyyətdə
Leminin planetində
İstərdim belə olsun
8
Çap üçün deyil


III qrup:
Qrupların təqdimatı dinlənilir və müzakirə olunur.
Debat
I qrup: – Ailə üzvlərinin bir yerdə yaşaması vacibdir.
II qrup: – Ailə üzvlərinin bir yerdə yaşaması vacib deyil.
Dinləmə
Müəllim şagirdlərin diqqətini mətndəki “Ginnesin rekordlar kitabı” ifadəsinə yönəldir və bu
kitab haqqında şagirdlərin biliklərini yoxlayır. Daha sonra aşağıdakı mətn oxunulur.
“Ginnes” pivə zavodunun direktoru Hyu Biver 1951-ci il mayın 4-də tanışı ilə birlikdə
ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetraquşunun daha sürətlə
uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə
kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara
alır ki, belə bir soraq kitabı tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o bu işi Londonda
məlumat agentlikləri olan Norris və Ross Makuirter qardaşlarına tapşırır. Beləliklə, soraq
kitabının ilk variantı hazırlanır və çapdan çıxır. Sonralar isə yalnız mətndən ibarət olan
kitab şəkilli alboma çevrilir. Albomun özü də rekorda imza atır. Hazırda “Ginnesin rekordlar
kitabı” 100 mil yon tirajla, 24 dildə çap olunur. 
AZƏRBAYCANLA BAĞLI REKORDLAR
1. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev
2004-cü ildə adı “Ginnesin rekordlar kitabı”na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə
20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. 
2. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini, 7 yaşlı Ələsgər Rəhim oğlu Həsən -
zadə “Ginnesin rekordlar kitabı”na düşən ən azyaşlı şəxsdir. O, sinəsini yerə vurmamaq
şərti ilə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə 3 min dəfə qalxıb enmişdir. 
3. 2010-cu il sentyabırn 1-də Bakıda quraşdırılan bayraq dirəyi dünyanın ən uca bay-
raq dirəyi kimi “Ginnesin rekordlar kitabı”na düşüb.
Yazı
“Mən hansı sahədə “Ginnesin rekordlar kitabı”na düşmək istərdim” mövzusunda esse
yazdırılır.
Dil qaydaları
3-cü tapşırıq yerinə yetirlir.
İş dəftərinin 141-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 142-ci səhifəsində də verilmişdir.)
DÖVLƏTLİ VƏ XİDMƏTÇİ
Bir dövlətli adam alimin xidmətçisinə tez-tez istehza eləyib gülürdü. Xidmətçi əvvəllər
buna əhəmiyyət vermirdi. ... bir gün onun səbri tükəndi və dövlətliyə dedi:
– Bilmək istərdim ki, sənin hansı cəhətin məndən üstündür? Əgər əy nin dəki bahalı ...
gözəl paltarlarınla fəxr edirsənsə, bunun sənə dəxli yox  dur. Əgər 
səni
TƏBİƏTƏ MÜNASİBƏT
Bizim cəmiyyətdə
Leminin planetində
İstərdim belə olsun
1
223
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə