Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə99/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   92   93   94   95   96   97   98   99   100

Dil qaydaları 
üzrə qiymətləndirmə
1. “Gəmi Xəzərin sularını yara-yara gedir, ...” cümləsinə hansı cümləni artırmaqla
mürəkkəb cümlə yaratmaq olar?
A) Sərnişinlər vaqon pəncərələrindən Muğan çöllərinə tamaşa edirdilər.
B) Göyərtədə gəzişən sərnişinlər aydın səmada süzən qağayılara baxırdılar.
C) Külək tozanaq qaldırdığından sərnişinlər pəncərələri aça bilmirdilər.
2. Sözlərdən biri cümlədəki yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılır.
A) Təbriz
B) Sevinc
C) Arzu
3. Sözlərdən biri cümlənin ortasında işləndikdə kiçik hərflə yazılır:
A) Xəzər
B) Çay
C) Kür
4. Variantların birində cümlə üzvlərinin sırası pozulub: 
A) Bu mavi dalğalı dənizi hər gün seyr etməkdən doymuram.
B) Dənizin suları buludlu havada qara görünür.
C) Qəzəblənmiş dalğalar çırpılırdı qayalara.
5. Hansı cümlədə “bayram” sözü böyük hərflə yazılmalıdır?
A) Uşaqlar bayram günlərini kənddə keçirdilər.
B) Bu bayramı biz nənəmgildə qeyd etdik.
C) Məncə, bayram çox xəyalpərəstdir. 
Dərs 101. HƏFTƏSONU (4 SAAT)
Motivasiya 
Müəllim qlobusun üstünə kiçik bir əşya (sancaq və ya pozan) qoyur: 
– Bilirsiniz ki, Yer kürə şəklindədir və daim öz oxu ətrafında fırlanır.
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Dinlədiyi mətnlərdəki eyni faktlar üzrə
müxtəlif fikirləri ümumiləşdirir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
1.2.5.  Nitqini canlı və obrazlı etmək
məqsədi ilə məzmuna müvafiq jest və
mimikalardan istifadə edir. 
Debat və müzakirələr zamanı nitqini təsirli
etmək üçün jest və mimikalardan istifadə
etməklə nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Sözlərin səs və hərf tərkibini fərqləndirir.
4.1.7. Cümlə və onun növləri ilə əlaqədar
kiçik təqdimatlar edir.
Mətndəki cümlələri növlərinə görə
fərqləndirir.
231
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


232
Bunu deyib müəllim qlobusu öz oxu ətrafında fırladır. Bu zaman onun üstündəki əşya düşür. 
– Gördüyünüz kimi, əşya düşdü. Deyə bilərsinizmi, nə üçün biz və digər canlılar Yerdən
qopub açıq fəzaya düşmürük?
Şagirdlər öz fikirlərini deyirlər. Sonda müəllim maqnitlə təcrübə apararaq cazibə qüvvəsinin
mahiyyətini izah edir.
Oxu
Dərslikdən “Həftəsonu” mətninin 1-ci hissəsi (səh. 218) oxunur. Müəllim suallar vasitəsilə
bu hissədə əks olunmuş elmi məlumatları nə dərəcədə qavradıqlarını soruşur (Yerdə və Ayda
cazibə qüvvəsi, ulduz və planetlər, bürclər). 
Sual: – Uşaqlar gəzintidə Leminin planetini görə bildilərmi? Nə üçün?
Müəllim lövhədə BİBÖ cədvəli çəkir. 
Şagirdlər cədvəlin 1-ci və 2-ci sütunlarında bürclər haqqında qeydlər aparırlar.
Dinləmə
BÜRCLƏR
Kənardan – kosmosdan Yerə, Aya və planetlərə baxsaq, görərik ki, onların hər biri öz oxu
ətrafında, eyni zamanda Günəş ətrafında fırlanır. Bu hərəkət min illər boyu dəyişməz qalır.
Yerdən baxana isə elə gəlir ki, Günəş və Ay ulduzların arası ilə müəyyən bir dairə üzrə hərəkət
edir. Bu dairəni ekliptika adlandırmışlar. Günəş və Ayın ekliptika üzrə cızdığı xəttə Zodiak adı
verilmişdir. 
Adama elə gəlir ki, ulduzlar nizamsız halda göy üzünə “səpələnib”. Ancaq qədim insanlar
ulduz qruplarında müəyyən fiqurlar görmüş, bu fiqurları heyvan və quşlara bənzətmişlər. Elə
“Zodiak” sözü də yunan dilində “Heyvan əhatəsi” deməkdir. Ulduzların əmələ gətirdiyi fiqurlar
bürc adlanır. Bir il ərzində Günəş və Ay öz yolunda 12 bürcdən keçir. Bu bürclərin adları bizə
tanışdır: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar.
Zodiak bürclərinin sayı ilin aylarının sayı qədərdir, lakin onlarla üst-üstə düşmür.
Min illər boyu insanlar bürclərlə insan taleləri arasında bağlılıq olduğuna inanmış, müşahidə
aparmış və qeydlər etmişlər. 
Dinləmə mətninin mənimsənilməsi ilə bağlı suallardan sonra müəllim soruşur: – Kim belə
bir sualla qarşılaşıb: “Sən Zodiak üzrə hansı bürcdənsən?” Kim hansı bürcdən olduğunu bilir?
Bir neçə şagirdin hansı bürcdən olduğu müəyyən edilir.
Dil qaydaları
Dərsliyin 219-cu səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilir: 
intizarla [intizarnan]; gəlib [gəlip]; planetin [planetin]; ulduzlar [ulduzdar]; parıldadı [parıldadı].
Mətnin 1-ci hissəsində 3-cü abzasda verilmiş cümlələrdən iki mürəkkəb cümlə yaratmaq
tapşırılır.
1. Gün tez gəlib keçdi, axşam düşdü, hava sərinlədi. 
2. Göyün üzü aydın və təmiz idi, Süd yolu, Böyük Ayı bürcü, Kiçik Ayı bürcü aydın görünürdü.
Sual: – Hansı cümlədə hadisələr eyni zamanda, hansında ardıcıl baş verir?
Mətnin davamını oxutdurmaq məqsədilə müəllim aşağıdakı sualı verir: 
– Valideyniniz sizə hədiyyə alanda onun üzündən öpürsünüzmü?
Daha sonra müəllim ayrı-ayrı şagirdlərə jest, mimika və nida səsləri ilə müxtəlif hisləri ifadə
etməyi tapşırır: 
– Bir şeyə heyran olanda bunu necə ifadə edirsiniz?
– Təəccübünüzü necə bildirirsiniz?
– Yaxınlarınıza olan sevginizi necə büruzə verirsiniz?
Şagirdlər müxtəlif hərəkətlərlə hiss və duyğularını ifadə edirlər.
Oxu 
“Həftəsonu” mətninin 2-ci hissəsi (dərslik, səh. 218-219) rollu oyun şəklində oxunur. 
8
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə