Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə92/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

216
Yazı
– “Gözləri böyüdü” ifadəsini necə başa düşürsən? “Göz” sözünün iştirakı ilə ifadələri
xatırla, mənalarını izah et və cümlələrdə işlət.
Ev tapşırığı kimi yadplanetlilər haqqında məlumat toplamaq və təqdimat hazırlamaq (dərslik,
səh. 205, tap. 3) tapşırılır.
İş dəftərinin 138-ci səhifəsindəki 2-ci tapşırıqdan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə
(İş dəftərinin 139-cu səhifəsində də verilmişdir.) 
NƏSİRƏDDİN TUSİ 
Məhəmməd Nəsirəddin Tusi səkkiz yüz il bundan əvvəl yaşamışdır. O, 58 yaşında ikən
Marağa şəhərində rəsədxana yaratmış və ulduzları, planetləri buradan izləmişdi.
Dünyanın hər yerindən – Ərəbistan, İspaniya, Çin və başqa ölkələrdən bir çox alimlər
Nəsirəddinin yanına gəlib onun kəşfləri 
ilə
tanış olurdular.
Nəsirəddin gənclərin tərbiyəsi 
ilə
bağlı kitab da yazmışdır. Bu kitabda deyilir ki, qızıl-
gümüşün uşaqlara verdiyi ziyan əfi ilanın zəhərindən daha artıqdır. O yazırdı ki,
yüksəkvəzifəli qohumlarla və yaxud yaxşı geyimlə lovğalanmağın faydası yoxdur.
Nəsirəd din uşaqlara peşə, sənət seçmək haqqında faydalı məsləhətlər verib. O deyirdi
ki, uşaqlara marağı 
ilə
bacarığına uyğun sənət seçmək lazımdır.
1. Biri Nəsirəddin Tusiyə aid deyil:
A) Astronomiya ilə məşğul olmuşdur.
B) 56 il yaşamışdır.
C) Uşaqlar üçün tərbiyəvi əhəmiyyəti olan kitab yazmışdır.
2. Biri Nəsirəddin Tusinin məsləhətlərindən deyil:
A) Var-dövlətlə öyünmək insana yaraşmaz.
B) Çalış həvəsin olan, qabiliyyətinə uyğun sənət seç.
C) Bədxərclik insanın həyatını korlayır.
3. Nəsirəddin Tusi neçənci illərdə yaşayıb?
A) 1201-1274
B) 1404-1471 
C) 1014-1076
4. Hansı rənglə verilmiş “ilə”ni “və” ilə əvəz etmək olar?
A) B) 
C)
5. Hansı sözdə -lar
2
şəkilçisi yazıldığı kimi tələffüz olunur?
A) ulduzlar
B) planetlər 
C) uşaqlar
Yazı
üzrə qiymətləndirmə (imla)
AY
(140 söz)
Min illər boyu insanlar Aya baxıb bu göylər qızının gözəlliyindən ilham almış və onu
öyrənmişlər. Uzun zaman onlar ulduzları göyə bərkidilmiş hesab ediblər. Ancaq Ayın Yer
ətrafında hərəkət etdiyi çoxdan məlum idi. 
Ayın orbiti Yerinki ilə uyğun gəlmir, gah aşağı, gah yuxarı olur. Ay sahibkar Yerin itaətkar
xidmətçisi deyil, daha çox kosmik yolda onun yoldaşıdır. Onlar müxtəlif boylu iki adam
kimi yanaşı gedirlər. Hərdən biri tez gedir, o birisi ona çatmağa tələsir.
Kosmik uçuşlar başlanandan sonra insanlar birinci növbədə Yerə ən yaxın olan Ayı
öyrənməyə başladılar. İndi Ay haqqında məlumatlar kifayət qədərdir. Məlumdur ki, Ayın
8
Çap üçün deyil


üzərində gecə soyuq, gündüz isə istidir. Orada nə hava, nə də su var. Ay kraterləri onun
üzərinə düşən meteoritlərin açdığı izdir. Aya baxan hər kəs onun üzərində ləkələr görəcək.
Əvvəllər insanlar bu ləkələri müxtəlif əfsanələrlə bağlayırdılar. Əslində isə bu, Ayda olan
çökəkliklərin və dağların mənzərəsidir. 
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Hansı söz yalnız səma cismini bildirir?
A) ulduz
B) ay
C) günəş
2. Hansı cümlədə “yer” sözü böyük hərflə yazılmalıdır?
A) Peyk yavaş-yavaş yerdən uzaqlaşdı.
B) O, əlindəki çantanı yerə qoydu.
C) Çağırılan yerə ar eləmə, çağırılmayan yeri  dar  eləmə.
3. “Qardaşım aslan(1) əkizlər(2) bürcündən, onunla eyni sinifdə oxuyan əkizlər(3) isə
şir(4) bürcündəndirlər. Buna görə də hər üçü özünü şir (5) adlandırır” cümləsində hansı
sözlər böyük hərflə yazılmalıdır?
A) 1, 2, 4
B) 2, 3, 5
C) 1, 3, 5
4. Hansı cümlədə “ildırım” sözü böyük hərflə yazılmalıdır?
A) Yarışda iştirak edən atlardan finiş xəttinə birinci çatan ildırım oldu.
B) Dağlarda ildırım çaxdı, bir azdan güclü yağış yağmağa başladı.
C) O, ildırım sürəti ilə finiş xəttinə doğru qaçırdı.
5. Hansı cümlədə “ay” sözü kiçik hərflə yazılmalıdır?
A) Hazırda Yerin ətrafında təbii peyk olan Ayla yanaşı çoxlu süni peyklər də fırlanır.
B) 28 və ya 29 gündən ibarət olan fevral ilin ən qısa Ayıdır.
C) Amerika astronavtları Ay üzərinə ayaq basan ilk insanlar olmuşlar.
Dərs 97. KAİNATIN SİRLƏRİ (4 SAAT)
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf et-
dirir. 
Dinlədiyi mətnə ixtisar və əlavələr etməklə
məzmununu yaradıcı şəkildə şərh edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Problemli situasiyadan çıxış yolu ilə bağlı
tədbirlər planını təqdim edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Başqalarının hərəkətlərini təhlil etməklə on-
lara öz münasibətini bildirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni terminlərin hansı sahəyə aid
olduğunu müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdə qəhrəmanların
hərəkətlərinə münasibət bildirir. 
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Əxlaqi dəyərlərlə bağlı mühakimə xarak-
terli esse yazır.
217
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə