Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə94/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır. İnsan atmosfersiz 4 dəqiqədən
artıq yaşaya bilməz. Atmosfer Yerdə suyun mövcudluğuna səbəb olur, məhz atmosferdə
bulud yaranır və yağıntı düşür. Atmosfer olmasaydı, günəş şüaları səpələnməz, səs
yayılmazdı. Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə sürtünərək
alışıb-yanır və əksəriyyəti Yerə çatmır. 
Atmosferdən yuxarıda yerləşən ozon qatı Yerdəki canlıları zərərli şüalardan qoruyur.
Son illərdə ozon qatının deşilməsi müşahidə edilir. Buna səbəb hərbi təyyarələrin çox
yüksəkdən uçması, atmosferdə kükürd qazının artması, məişətdə və sənayedə freon
qazından istifadədir. Bu səbəbdən ozon qatı ildə 5-7% azalır.
Suallar:
– Atmosfer nədir?
– Atmosferin əhəmiyyəti nədən ibarətdir?
– Ozon qatı harada yerləşir? Onun əhəmiyyəti nədir?
– Ozon qatının deşilməsinə səbəb nədir?
– Ekologiya nəyi öyrədir?
Tədqiqat sualı: – “Planetimizin sağlamlığını hansı təhlükə gözləyir? Bu təhlükənin qarşısını
almaq üçün hansı işləri görməliyik?”
“Botaniklər” qrupu: – “Planetimizin yüngül sakinlərini” – bitkiləri hansı təhlükənin gözlədiyi
haqqında danışacaq.
“Zooloqlar” qrupu: – “Kiçik dostlarımız” olan heyvanların vəziyyəti haqqında danışacaq.
“Coğrafiyaşünaslar” qrupu: – Ətraf mühiti – torpağı, suyu, havanı hansı təhlükənin
gözlədiyi haqqında danışacaq.
Müəllimin nəzərinə: Tədqiqat işinin səmərəli keçməsi üçün müəllim şagirdlərə əlavə məlumatlar
verə bilər.
Müəllim böyük vatman kağızında başlıq kimi “Dəhşətli fəlakətin əlamətləri” yazılmış
cədvəli asır və hər qrupun gəldiyi son nəticəni qeyd edir. 
Cədvəldə bu ifadələr yazıla bilər:
1. Meşələrin qırılması
2. Heyvanların tələf olması
3. Suyun çirklənməsi
4. Havanın çirklənməsi
5. Zibil qalıqlarının yığılması
6. Ətraf mühitin zəhərlənməsi
Ölkəmizdə təbiətin qorunması ilə bağlı müxtəlif mühafizə tədbirləri keçirilir. Milli parklar,
“Qırmızı kitab”, müvəqqəti qoruqlar, dövlət təbiət yasaqlıqları və bu kimi mühafizə tədbirlərinin
keçirilməsi qeyd edilir. 
Hamımızın yaşadığı bir planet var. Təbiət üçün sərhəd yoxdur. İnsanlar bir-birinə məlumat
verməklə planeti və özlərini xilas edə bilərlər. Dövlətlər sazişlər – konvensiyalar bağlayır.
Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-dən çox beynəlxalq saziş
mövcuddur. Onların içərisində regional sazişlər, ətraf mühitin, atmosferin, Yerətrafı kosmik
fəzanın mühafizəsinə həsr olunmuş müqavilələr vardır. 
Aşağıda verilmiş  beynəlxalq sazişləri seçib iş vərəqlərində yazın.
1. Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında
konvensiya.
2. Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növlərinin beynəlxalq ticarəti
haqqında konvensiya.
3. Quşların mühafizəsi haqqında beynəlxalq konvensiya.
4. Böyük ərazilərdə havanın çirklənməsi  haqqında konvensiya.
5. Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli sulu bataqlıq yerləri haq qın da
konvensiya.
220
8
Çap üçün deyil


6. Bitki mühafizəsi  haqqında konvensiya.
7. Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət  haqqında
konvensiya.
Dərsin sonuna yaxın müəllim təklif edir ki, sinifdə təbiətin mühafizəsi məsələlərini tədqiq
edən təşkilat yaradılsın. Təşkilat üçün ad, deviz və emblem axtarılır. Müəllim öz variantını təklif
edə bilər: 
Təşkilatın adı: – “Yerin balaca sakinləri”
Emblem: – Əlində Yer kürəsinin maketini tutmuş kiçik məktəbli şəkli
Deviz: – “Səhər yuxudan ayıldın, yuyundun, özünü qaydaya saldın, dərhal öz planetini də
qaydaya sal”
İş dəftərinin 140-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 98. MƏKTƏBDƏ (6 saat)
Motivasiya
Müəllim şagirdlərə aşağıdakı məsələni həll etməyi tapşırır: 
– Şagird biri 1 qəpikdən 5 dəftər və biri 2 qəpikdən 2 kitab aldı. Şagird cəmi nə qədər pul
verdi?” (yaxud: – Dərzi hər gündə bərabər olmaqla 5 günə 235 köynək tikdi. Gündəlik iş
normasını əvvəlki kimi saxlamaqla dərzi 1316 köynəyi neçə günə tikər?)
Şagirdlər məsələni eşidən kimi məzmuna öz reaksiyalarını verirlər. Çox güman ki, “Belə şey
ola bilməz”, “Heç 1 qəpiyə dəftər, 2 qəpiyə də kitab olar?” kimi ifadələr səslənəcək. 
Oxu 
(proqnozlaşdırma, qruplarla iş) 
Dərslikdən “Məktəbdə” mətninin (səh. 210-212) 1-ci abzası oxunur. 
Sual: – Sizcə, Lemi dərslərdə özünü necə göstərəcək?
Suala cavab vermək üçün şagirdlər dörd qrupa bölünürlər.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında kiçik
təqdimatlar edir. 
Oxuduqlarını həyat haqqında düşüncələri
ilə əlaqələndirərək təqdimat edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məzmununa yeni süjet
xətti və obrazlar əlavə etməklə mətni
genişləndirir və nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydalardan məqamına uyğun  istifadə
edir.
Səma cisimləri bildirən sözlərin böyük
hərflə yazılışına dair qaydanı yazılı
nitqində tətbiq edir.
221
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə