Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə93/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

218
Motivasiya
Müəllim: – Kiməsə kömək etmək məqsədilə yalan danışmaq olarmı?
Şagirdlərin cavab variantları dinlənilir və müzakirə olunur.
Oxu
Dərslikdən “Kainatın sirləri” mətninin 206-cı səhifədə verilmiş hissəsi oxunur. 
Həmin səhifədəki 1-ci tapşırıq yerinə yetirilir.
Sonra hadisələrin davamı ilə əlaqədar şagirdlər öz variantlarını irəli sürürlər (tap. 2)
Danışma
(şagird şurasının yığıncağı)
Yığıncaqda müzakirə olunan məsələ: “Aysel və Kənanın Lemiyə kömək etmək məqsədilə
yaşlı qadına yalan söyləmələri”.
Rollar aşağıdakı kimi paylanır:
– Aysel və Kənanı müdafiə edən şagirdlər;
– Aysel və Kənanı ittiham edən şagirdlər;
– yığıncağın stenoqramını yazan və daxil olan təklifləri qeyd edən katib;
– hər bir qrupa çıxış etmək imkanı vermək üçün məruzələrin müddətinə nəzarət edən
reqlamentə məsul şəxs.
Sinifdəki şagirdlərin sayına görə rollar 4  nəfərlik və ya daha az tərkibli qruplar arasında
bölünür. Yığıncağı sədr aparır. Qruplar reqlamentə uyğun olaraq öz çıxışlarını edir. 
Razılıq əldə olunduqda qətnamə üzrə səsvermə keçirilir. Əgər müxalifət dəyişiklik təklif
edirsə, onların çıxışları dinlənilir. Hər bir düzəliş müzakirədən sonra ayrıca səsverməyə qoyu-
lur. Qətnamə üzərində iş başa çatdıqda tərəflərdən hər birinə son söz üçün 2 dəqiqə vaxt
verilir və bundan sonra səsvermə keçirilir. 
Yazı  
– “Müqəddəs məqsəd kiçik günaha haqq qazandırır?” mövzusunda esse yazın.
Kiməsə kömək etmək məqsədilə yalan danışmısanmı? Hansı yalanı “müqəddəs yalan” hesab
etmək olar? Bu barədə fikirlərini yaz.
Dinləmə_Müəllim'>Dinləmə
Müəllim: – Kənan Lemi haqqında niyə məhz Rüstəmə danışdı?
Şagirdlərin cavabları dinlənilir, sonra müəllim aşağıdakı mətni oxuyur:
RÜSTƏM
Səhər Aysel başının ağrıdığını bəhanə edib məktəbə getmədi. 
Kənan fürsət tapıb bacısına pıçıldadı ki, o da dərsə girməyib evə tez qayıdacaq.
Onları yola salandan sonra Aysel qapını açıb Lemini çağırdı. Onu vanna otağına ötürüb
səhər yeməyi hazırlamaq üçün mətbəxə keçdi.
Kənan məktəbin həyətində sinif yoldaşı Rüstəmi görüb çox sevindi.
– Eşitmirsən? Qışqırmaqdan boğazım cırıldı, bayaqdan səni çağırıram.
Adətən, yaşından böyük fikirlər yürüdən Rüstəmlə son vaxtlar çox yaxınlaşıb dost laş -
mışdılar. Rüstəm idman formasını evdə qoyduğuna görə dərsə buraxılmadığını söylə di. 
Kənan diqqətlə Rüstəmə baxdı:
– Bura bax, filosof, səndən oxumaq üçün kitab istəsəm, verərsən?
– Sənə verərəm! Nə kitabı lazımdır?
– Qalaktikalar, ulduzlar, planetlər haqqında...
– Əla mövzudur! Bu barədə bir neçə maraqlı kitabım var, – o, bir qədər susub əlavə
etdi, – xeyir ola, ulduzlarla maraqlanırsan?
– Yadplanetlilər haqqında bir verilişə baxdım...
– Hansı verilişə? Dünən birinci kanaldan verilən sənədli filmi deyirsən, yəqin!
Kənan başı ilə təsdiq etdi.
Mən yüz faiz əminəm ki, yadplanetlilər mövcuddurlar, var, hətta bizim aramızda
8
Çap üçün deyil


yaşayırlar. O verilişdə də bunu deyirdilər, hətta onlara rast gəlsən, özünü necə aparmaq
barədə də məsləhətlər verdilər.
– Doğrudan? Özünü necə aparmaq lazımdır ki?
– Bəs sən verilişə baxmamısan?
– Yarımçıq açmışdım...
– Demək, belə: əvvəla, onlara rast gəlsən, gözünü zilləyib düz üzlərinə baxmaq olmaz,
çünki onlardan gələn enerji və şüalar bizim gözlərimizə zərər verə bilər. İkincisi, özünü
sakit aparmalı və müqavimət göstərməməlisən. Bildirməlisən ki, sən onlara düşmən kimi
baxmırsan, əksinə, dost olmaq istəyirsən. Üçüncüsü...
Hövsələsi daralan Kənan onun sözünü kəsdi:
– Bura bax, dostum, bu söhbəti sabah davam etdirərik. Amma kitabı gətirməyi unutma.
1. Nə üçün Kənan sinif yoldaşları içərisində daha çox Rüstəmlə dostluq edirdi?
2. Səncə, Rüstəmdə hansı cəhət onu cəlb edirdi?
3. Rüstəmi niyə “filosof” adlandırırdılar?
4. Rüstəmin baxdığı sənədli film nədən bəhs edirdi?
5. Səncə, Kənan da həmin filmə baxmışdımı?
6. Dinlədiyiniz mətndə qəhrəmanların bəziləri yalan danışır, fikirləş və cavab ver: kim kimə
hansı yalanı və nə səbəbə deyir?
Oxu
Mətnin 2-ci hissəsinə keçməzdən əvvəl müəllim Amerika astronavtı Edqar Mitçeldən sitat
gətirir: – Edqar Mitçel öz xatirələrində yazır: “Birdən Ayın arxasından nəhəng bir kürə çıxdı.
Gözəl, mavi mirvariyə bənzəyən bu kürə işıq saça-saça kosmosun sonsuz qaranlığında yuxarı
qalxmağa başladı. Bir an içində anladım ki, bu bizim hamımızın evimiz olan Yer kürəsidir”.
Sual: – İnsan xaricə gedəndə öz vətəni üçün darıxır. Təsəvvür edin ki, uzun müddətə kos-
mosa səyahət etmisiniz və doğma Yer planeti üçün darıxırsınız. Bu zaman keçirdiyiniz hisləri
təsvir edin. 
Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur. 
Dərslikdən “Kainatın sirləri” mətninin arxası (səh. 207-209) (rollu oyun –  Aysel, Kənan, Lemi,
Rüstəm) oxunur.
Sual: – Rüstəm nə üçün Leminin yaşadığı planeti “X planeti” adlandırır?
Dərsliyin 209-cu səhifəsindəki 3-4-cü tapşırıqlar yerinə yetirilir. Yer planetinin gələcəyi ilə
bağlı Leminin qaldırdığı problemlər – Yerdə yaşayan insanların planetin flora və faunasını məhv
etməsi, məişət tullantıları ilə ekologiyanı korlaması, təbii sərvətləri dağıtması, havaya buraxılan
zəhərli qazlar, bu zəhərin torpağa hopması və bu kimi məsələlərə şagirdlər öz münasibətini
bildirirlər (tap. 4).  Ev tapşırığı olaraq  bu problemlərin həlli ilə bağlı məruzələrini hazırlamaq
tapşırılır.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 140-cı səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə
oluna bilər.
Söz ehtiyatı. “Ekologiya”, “atmosfer”, “qlobal”  sözlərinin mənaları açıqlanır (tap. 5).
Еkоlоgiya – canlıların yaşayış tərzi, inkişafı, çохalması, ətraf mühitin mühafizəsi və təbii
sərvətlərdən istifadə haqqında elm sahəsidir. 
Qlobal – bütün Yer kürəsini bürüyə bilən (qlobal hadisələr).
Dərsliyin 209-cu səhifəsində verilmiş terminlərlə bağlı nəzəri material mənimsədilir. 6-cı
tapşırıq yerinə yetirilir.
Dinləmə
ATMOSFER NƏDİR
Atmosfer Yeri əhatə edən hava təbəqəsidir. O, Yer kürəsi ilə birlikdə fırlanır. Atmosferin
insanın yaşayışı üçün böyük əhəmiyyəti var. Belə ki, atmosfer gündüz Yer səthinin həddən
219
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə