Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə96/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   92   93   94   95   96   97   98   99   100

gəzdirən atın yaxşı yeriməsi ilə fəxr edirsənsə, bunun da sənə dəxli yoxdur.
Əgər adlı-sanlı və varlı qohumlarınla fəxr edirsənsə, onlardan sənə
nə?! 
Əgər bunlardan ... məndən ayrı bir üstün cəhətin var sa, söylə.
Xidmətçinin bu sözlərindən sonra dövlətli 
Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”
1. Nöqtələrin yerinə uyğun gələn sözləri seç.
A) sanki, ilə, qeyri
B) lakin, və, başqa
C) təkcə, lakin, nəhayət
2. Boşluqların nömrələrini uyğun cümlələrin qarşısında yaz.
A) Yaxşı yerimək ata aiddir.
B) O ad-san onlara aiddir.
C) Çünki gözəllik paltara məxsusdur.
3. Mətnin sonuncu cümləsini tamamla.
A) alimin xidmətçisini işdən qovdurdu.
B) yamanca pərt oldu və ona cavab verə bilmədi.
C) heç də kefini pozmadı və əvvəlki hərəkətinə davam etdi.
4. Mətnə aid olmayan fikri seç:
A) Dövlətlinin xoruzu da yumurtlar.
B) Lovğalığın sonu xəcalətdir.
C) Kasıbın düşməni az olar, varlının dostu.
Yazı 
üzrə qiymətləndirmə (imla)
“QUYRUQLU” ULDUZLAR
(99 söz)
Bəzən səmada “quyruqlu” ulduzların sürətlə hərəkət etdiyini görürük. Belə ulduzlar ko-
meta adlanır. Kometa Günəşə yaxınlaşdıqca onun baş hissəsi daha da işıqlanır, quyruğu
isə uzanır. Kometalarda bir və ya bir neçə “quyruq” olur. Bu “quyruqlar” həmişə Günəşə
əks istiqamətə yönəlir. 
Keçmişdə kometaların görünməsi insanları vahiməyə salarmış, onların gözünə gah
kəsilmiş baş, gah da qanlı xəncər görünərmiş. O zamanlar səmada parlaq kometanın
görünməsi bəd əlamət sayılardı. Bəzən isə deyirlər ki, səmadan “quyruqlu” ulduz düşəndə
arzu tutsan, həmin arzun gerçək olacaq.
Elm kometaların sirrini açdı. İndi kometalar daha heç kəsi qorxutmur, onlar zərərsizdir.
Kometalar Günəşin ətrafına dolanan, Günəş sisteminə daxil olan səma cisimləridir. 
Dİl qaydaları 
üzrə qiymətləndirmə
1. Hansı cümlədə “ay” sözü böyük hərflə yazılmalıdır? 
A) Dərslər ayın 15-də başlayacaq.
B) Yerin peyki aydır.
C) Pəncərədən ayın zəif işığı düşürdü.
2. Hansı cümlədə “günəş” sözü kiçik hərflə yazılmalıdır?
A) Yay vaxtı Günəş altında çox gəzmək ol maz.
B) Hərarət çox yüksək olduğundan kosmik gəmilər Günəşə yaxınlaşa bilmir.
C) Yer də başqa planetlər kimi Günəş ətrafında fırlanır.
3. Hansı cümlədə “yer” sözü böyük hərflə yazılmalıdır?
A) Günəş sistemindəki planetlər arasında yalnız yerdə həyat var.
B) Qızın əlindəki almalar yerə düşdü.
C) Elə yerdə otur ki, heç kim narahat olmasın.
2
3
224
8
Çap üçün deyil


225
4. Neçə söz yalnız termin kimi işlənir?
Tembr, kök, klaviatura, tərəf, nəqərat, say
A) 5
B) 4         
C) 3
5. Hansı cümlədə “ton” sözü təsviri incəsənət termini kimi işlənib?
A) Anbarda səkkiz ton taxıl qalmışdı.
B) Ştrixlənmə zamanı ən açıq ton kağızın ağ rəngidir.
C) Ceyhun danışarkən nitqini uyğun səs tonu ilə tənzimləyir.
Dərs 99. ÜZGÜÇÜLÜK HOVUZUNDA (4 saat)
Motivasiya
Müəllim: – “Yaşılgözlü qız” əsərindən oxuduğunuz parçalara əsasən, bu əsərin qəhrəmanı
Lemi Yerdəki insanlardan nə ilə fərqlənir?
– Qarşısındakı adamın fikirlərini oxuya bilir (Azərbaycan dilini necə öyrənməsini xatırlayın);
– daha yüksək fiziki, mənəvi və intellektual bacarıqları var (basketbol oynaması, kitabı
vərəqləməklə məlumatları yaddaşına köçürməsi, yalan danışmaması).
Şagirdlərin cavabları dinlənildikdən sonra: 
– Sizcə, yadplanetli bir qızda başqa hansı qeyri-adi xüsusiyyətlər ola bilər?
Şagirdlər baxdıqları filmlərdən və ya oxuduqları kitablardan misallar gətirməklə və ya
təxəyyüllərinə uyğun bu suala cavab verirlər.
Müəllim lövhədə iki söz yazır: telepatiya, telekinez. Şagirdlər bu sözlər haqqında bildiklərini
deyirlər.
Müəllimin nəzərinə: Şagirdlərin əksəriyyəti, yəqin ki, “telepatiya” sözünü eşidib və onun
mənasını bilir. Lakin “telekinez” sözü onlar üçün yeni ola bilər. Bu tapşırıq diaqnostik
qiymətləndirmə xarakteri daşıdığından və sözlərin mənaları dərsin gedişində açıldığından
bu mərhələdə müəllim sözlərin izahını vermədən şagirdlərin bu sahədə biliyini
yoxlamalıdır.
Oxu
Dərsliyin 213-215-ci səhifələrində verilmiş “Üzgüçülük hovuzunda” mətninin 1-ci hissəsi (səh.
213) oxunur. 
Sual: – Nə üçün ikinci xətdə üzən oğlan Lemi ona baxanda qəribə hərəkətlər edərək geri
qalmağa başladı?
– Oxuduğunuz hissədə Leminin hansı bacarıq və xüsusiyyətləri üzə çıxdı? (tap. 1)
Şagirdlər Leminin mənəvi cəhətlərindən və başqasının şüuruna təsir etmək bacarığından
danışırlar.
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə fikirlərini
əsaslandırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə əlaqəsini
müəyyən edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Baş qəhrəmanın hərəkətlərinə münasibət
bildirməklə xarakterini səciyyələndirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Oxuduğu əsərin mövzusunu şəxsi həyatı
ilə əlaqələndirərək mühakimə xarakterli
inşa yazır.
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


– Sizcə, Lemi dostunun qalib gəlməsinə kömək etməməkdə haqlı idimi? Siz onun yerində
olsa idiniz, kömək edərdinizmi?
Tətbiqi çalışmalar üçün iş dəftərinin 143-cü səhifəsindəki 2-3-cü tapşırıqlardan istifadə
oluna bilər.
Dinləmə
TELEPATİYA VƏ TELEKİNEZ
Telepatiya – yaxın və ya uzaq məsafədə olan insanın fikirlərini oxumaq qabiliyyətidir.
Bu qabiliyyətə malik olan insanlar çox azdır və onları çox vaxt ekstrasens adlandırırlar.
Məsələn, azərbaycanlı Tofiq Dadaşov dünyada məşhur ekstrasenslərdən biridir. O yalnız
telepatiya deyil, həm də telekinez bacarığına da malik olmuşdur.
Telekinez – heç bir təmas (kontakt) olmadan uzaqdan-uzağa predmetlərə və şüura
təsir göstərmək qabiliyyətidir. Geller adlı bir ingilisin telekinetik qabiliyyəti dünyanın bir
çox ekspertləri tərəfindən təsdiq olunub. İndi elm bu qeyri-adi qabiliyyətin sirrini
öyrənməklə məşğuldur.
Əvvəllər belə qabiliyyəti olan insanları fırıldaqçı adlandırırdılar. Bu cür tənqidlərə məruz
qalanlardan biri də Ninel Kulagina idi. Ona qarşı belə münasibətlərdən bezən qadın
məhkəməyə müraciət etməli olur. Məhkəmənin xahişi ilə mötəbər alimlərdən ibarət bir
heyət Kulaginanın rəsmi ekspertizasını təşkil edir. Alimlərin müşahidəsi altında Kulagina
baxışının gücü ilə şüşə altına qoyulmuş çarxı fırlatmış, 553 qram ağırlığında şüşə qrafini
hərəkət etdirmişdi. Nəticədə elmi dairələrin rəsmi qənaəti əsasında məhkəmə onun
qabiliyyətinin hələ elmə məlum olmayan bir qabiliyyət olduğunu rəsmi şəkildə təsdiqlədi. 
Belə qabiliyyəti olan şəxslərdən biri də rusiyalı İqnatenkodur. O, telekinezə bənzər
qabiliyyət olan “astral karate” ilə məşhurdur. Belə ki, heç bir kontakt olmadan uzaqdan-
uzağa insanlara zərbə endirə bilir.
Yazı
Şagirdlər “Məndə telekinez bacarığı olsa idi, nə edərdim?” mövzusunda esse yazırlar. Hər
bir şagird öz yazısında telekinezin nə olduğunu açıqlamalı, məhz hansı telekinez bacarığına
malik olmaq istəyini bildirməlidir.
Mətnin davamını oxumazdan əvvəl müəllim şagirdlərə sualla müraciət edir: 
Təsəvvür edin ki, qiymətli bir əşyanız oğurlanıb və siz bu işdə tanıdığınız bir adamdan
şübhələnirsiniz. Bu vəziyyətdə nə edərsiniz? 
Şagirdlərin cavabları dinlənilir və müzakirə olunur.
Oxu
I mərhələ. “Üzgüçülük hovuzunda” mətninin 2-ci hissəsi (səh. 213-214) oxunur. 
Suallar: – Mətnin bu hissəsində Leminin hansı bacarığı əks olunur?
– Lemi suyun altında neçə dəqiqə qalmışdı?
– Siz suyun altında nə qədər qala bilirsiniz?
II mərhələ. Mətnin 3-cü hissəsinin 1-ci abzası oxunur (səh. 214).
Suallar: – Sizcə, saatı kim və hansı məqsədlə oğurlamışdı?
– Uşaqlar bu vəziyyətdə nə edəcəklər?
Şagirdlər cavab variantlarını söyləyirlər. Yaxşı olar ki, müəllim uşaqları aşağıdakı variantları
genişləndirməyə yönəltsin:
1. Saatı Aysel gizlətmişdi. O istəmirdi ki, Lemi öz qardaşı ilə əlaqə saxlayıb gəldiyi planetə
qayıtsın.
2. Saatı Rüstəm götürmüşdü. O istəyirdi ki, özü saat vasitəsilə yadplanetlilərlə əlaqə saxlayıb
həmin planetə uçsun.
Şagirdlər bu variantları əsas götürüb təxəyyüllərinə uyğun genişləndirir və mətn quraraq nəql
edirlər.
III mərhələ. Mətnin davamı 1-ci mavi dairəyə (səh. 214) qədər oxunur. 
226
8
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə