Ъянуби азярбайъанда милли – демократик щярякат


deməkdir. Təsadüfi deyil ki, Səlcuq oğuzları Cənubi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   7   8   9   10   11   12   13   14   ...   107

deməkdir. Təsadüfi deyil ki, Səlcuq oğuzları Cənubi
Azərbaycanın oturaq türkdilli əhalisini, «tat» adlandırırdılar.
IV-VI əsrlərdə Beşbarmaq, Gil-Gil çay, daha sonra
Dərbənd sədlərinin çəkilməsi ilə bağlı Sasani Şahları Xızı, Dəvəçi,
Quba rayonundakı tatları və Dərbənd bölgəsindəki yəhudiləri
İrandan köçürtmüşlər. (Məsudi bu haqda məlumat verir).
Yəhudilər ondan əvvəl İranda tatlarla yanaşı yaşamış və öz
dillərini unudub tat dilinə keçmişlər. Quba-Xaçmaz bölgəsindəki
tatlar əvvəlcə xristian dinini qəbul etmiş, ərəblər Albaniyanı
tutduqdan sonra tatların əksəriyyəti islama keçdi, az hissəsi
(Xaçmaz və Dəvəçinin Kilvar kəndi) xristian dinini saxladı. Ona
görə də orta əsrlərdə onlar ermənilərlə qaynayıb-qarışmışlar,
halbuki, əslində onlar erməni deyil, Albaniyanın Şimal-Şərqində
heç vaxt ermənilər yaşamayıb.
Azərbaycanın irandilli xalqlarından olan və qədim
mənbələrdə e.ə. V əsrdən «Kadus» adlanan talışların ərazisi
tarixən Midiyada və sonra Atropatenaya daxil idi.
Eranın əvvəllərinə qədər Albaniyada aşağıdakı tayfalar
yaşayırdı. Alban, abant, aran, qat, quqar, qarqar, kaspi, kəmər,
Ebin (epin), maskut, sliv, ciqb, çul, gel, lek, sak, satak, uti, şarvan,
şamak, şirak, her. Bunlardan Alban, abant, aran, qartar, quqar,
maskut, satak, çul, şarvan, Şirak türk mənşəli idilər. Lbinlər,
silvlər indiki avarların, ciblər saxurların, herlər qrızlıların, qatlar
xınalıqların, leqlər isə ləzgilərin əcdadlarıdır. Gellər İranmənşəli
idilər. Onlar indiki ingiloyların ulu əcdadları hesab olunur.
Müəllif alan və sarmatların da türkdilli olmasını etnonimik
və toponomik paralellər əsasında sübut edir.


Təsərrüfatı. Albaniya beynəlxalq ticarət yollarından və
Ellin dünyasından kənarda yerləşirdi, həmin səbəbdən burada
iqtisadiyyatın, ictimai münasibətlərin inkişafı ləng gedirdi.
Əsas təsərrüfat sahələri: əkinçilik, maldarlıq, balıqçılıq idi.
Atçılığın inkişafı daha qədimlərə gedib çıxır. Təsərrüfatda
dəvədən istifadə edirdilər. Metalişləmə sahəsində qızıl və
gümüşdən istifadə edirdilər. Albaniyada toxuculuq da
yayılmışdır. Qazınğıları zamanı ipək və pambıq paltarlardan
istifadə olunması üzə çıxmışdır.
Albaniyanın xarici ticarətində Kür çayının böyük
əhəmiyyəti vardı. Antik müəlliflərin məlumatına görə hind
malları Amudərya çayı vasitəsilə Xəzər dənizinə gətirilir. Kür və
onun qolu Rion çayı ilə Qara dəniz sahilinə çıxarılırdı.
Azərbaycanın Şimalını Cənubla birləşdirən karvan
yolundan biri Xəzərsahili boyu ölkənin daxili ticarətinə xidmət
edir. Digəri muğan çölündən cənuba doğru uzanır, üçüncüsü isə
Naxçıvan vilayətini cənubla bağlayırdı. Bu yollar beynəlxalq
ticarət yolları ilə birləşirdi.
Azərbaycanda Makedoniyalı  İskəndərə, Selevkilərə, Arşaki
və Roma imperatorlarına məxsus sikkələr tapılıb. Verli sikkələr
də zərb olunurdu.
Beynəlxalq ticarət yolları Roma tabeliyində olan ölkələrə,
Şərqdə Parfiya torpaqlarına keçərək Hindistan və Çinə qədər
gedib çatırdı.


1
MÖVZU IV:Azərbaycan Ərəb xilafətinin tərkibində(VII-IX yuzilliklər)
PLAN
1. Ərəblərin yuruşu ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət
2. Ərəblərinin yuruşlərinin səbəb və məqsədi
3.Ərəblərin yurusləri və Azərbaycanin Xilafətin tərkibinə qatilmasi
4.Azərbaycanda islam dininin qəbul edilməsi
5.Xilafətin inzibati idarə etmə və iqtisadi siyasəti
6.Xilafətə qar.i ilk çixişlar,Xurrəmilər hərəkati
7.VII-IX yuzilliklərdən Azərbaycanin iqtisadivə mədəni həyatı
Ədəbiyyat
1. Azərbaycan tarixi üzrə qaynaqlar. Səh.164-165.
2. N.Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. B., 1993.
3. N.Vəlixanlı IX-XII əsr ərəb coğrafiyaşünas. Səyyahları Azərbaycan
haqqında. B., 1994, səh. 33-34, 38-39.
4. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə, B., 1989. səh.113-140,
213-271.
5. S.Nəfisi. Babək. Bakı, 1990.
6. A.Bakıxanov «Gülüstani-İrəm», B., 1991.
7. Azərbaycan tarixi. B., 1994, səh. 236-271.
8.Azərbycan tarixi VII cilddə Bakı 2007
E.ə. III minilliklərdən Babil kitabələrində Maqon padşahlığının adına
təsadüf edilir. Ümumiyyətlə, Cənubi Ərəbistan tarixində 3 böyük padşahlığın
adı çəkilə bilər: Məan, Səba və Himyər padşahlıqları. Ölkənin şimalında isə
Zixmilər, Qəssanilər və Kindilər padşahlığını göstərmək olar.


2
Ta qədimdən ərəblər iki böyük etnik qrupa ayrılırdılar. Bu bölgüyə uyğun
olaraq ərəblər Nizarilər və Maadilər adlanan Şimal qəbilələrinə və yəmənilər
adlanan cənub qəbilələrinə ayrılırdılar. Şimal ərəbləri bir çox tayfa və qəbilələrə
bölünmüh Rəbi əvə Mudar, Cənub ərəbləri isə himyər və qəhlan qollarına
parçalanırdılar. Ümumi rəyə görə qonşuların çoxdan bəri «ərəb» adlandırdıqları
Ərəbistan sakinləri bir xalq kimi yalnız VII əsrin I yarısında islam bayrağı
altında birləşə bildilər.
İslama qədər bütpərəst olan ərəblərin əsas sitayih etdikləri Vədd, UAZZA,
Hübəl ilə yanaşı olaraq ana İlahə Lat adına təsadüf edirik ki, bunların da adı
Quranda çəkilir. Yunanların Apollon, Hermes və Zatona allahlarının oxşarlığı
cənubi ərəblərdən əxz etmiş, dərk olunur. İslama qədərki bədəvi ərəb tayfaları
nəsli icra quruluşu şəraitində yaşayırdılar.
Məhəmmədin dini ruhu qədər parlaq olan siyasi ağıl və zəkası  ərəb
ekspansiyası ilə müşayiət olunan qüdrətli teokratik dövlətin – ərəb xilafətinin
yaranmasına gətirib çıxardı. 630-cu ilin sonuna yaxın Ərəbistanın çox hissəsi
yalnız dini xadim kimi deyil, siyasi xadim kimi də çıxış edən Məhəmmədin
hakimiyyətini tanıdı. 632-ci il iyunun 8-də Məhəmməd plevrit xəstəliyindən
ölür. Onun kişi cinsindən varisi qalmadığına görə bu məsələ  ətrafında kəskin
siyasi böhran baş verir. Ömərin nüfuzu sahəsində narazılıq yatırılır və Əbubəkr
yaranmaqda olan dövlətə rəhbər seçilir. (632-634).
Müsəlman tarixi ənənəsinə görə ilk dörd xəlifənin hakimiyyət illəri ərəb
işğalının geniş yayıldığı dövrdür. (Xəlifə – ardıcıl, arxasınca gedən).
VII əsrin 40-cı illərində xilafət ordularının Qafqaza hücumu ərəfəsində
Azərbaycanda siyasi vəziyyət mürəkkəb idi. Bizans imperiyası ilə Sasanilər
imperiyası arasında Miladın III əsrin 30-cu illərinədək davam etdi.
Müharibələrin gedişində bağlanan sülh müqavilələri etibarlı və sabit olmurdu.
Müharibə Azərbaycanın təsərrüfat həyatına ağır zərbə endirir və məhsuldar
qüvvələrin inkişafını ləngidirdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə