Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   6   7   8   9   10   11   12   13   ...   107

hadisələri ilə bağlı bizə atropatenalılr haqqında bir neçə məlumat
gəlib çatmışdır, özü də bunlar ölkənin daxili həyatına aid
hadisələr deyil, hamısı xarici siyasət tarixinə aid hadisələrdir.
E.ə. I əsrin ikinci yarısının – xüsusilə 30-cu illərin Atropatena
tarixinin faktları və hadisələri cəhətdən vəziyyət bir qədər
yaxşıdır.
 
Atropatenad  ərazisindən  tapılmış  sikkə  dəfinləri  və
sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Onların arasında
Makedoniyalı Aleksandrın ölümündən sonra dövriyyəyə
buraxılmış, Urmiya gölü yaxınlığındakı qəbirlərdən birində aşkar
olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.
Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri,
əsasən draxmaları cox yayılmışdı.E.ə.1 əsrin- eramızın 2 əsrinin
draxmaları xüsusilə geniş şəkildə təmsil olunmuşdur.
Eramızın ilk əsrlərində Atropatenada Parfiya draxmaları ilə
yanaşı məhdud miqdarda olsada imperator Avqustun Roma
denariləri də dövr edirdi.Artıq sikkələrin bu, o qədər də tam
olmayan siyahısı Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini
təsdiqləyir.
Din. Avesta problemi. Zəedüştilik. Güman etmək olar ki,
e.ə. I minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək
Kiçik və yaxud Atropat Madası zonasında müxtəlif mazdaist
təlimlər yayılmışdı.


Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin
mövcudluğunun ilk onilliklərində bizi maraqlandıran ərazidə,
Şərqin digər Hellinist dövlətlərində olduğu kimi, yunan-makedon
işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri, xüsusilə
Herakla sitayiş yayılmışdı.
“Avesta”ya gəldikdə göstərmək lazımdır ki, bu abidənin
bizə gəlib çatmış nüxsəsi Sasanilər dövründə dövlət dini kimi
elan olunmuş “Avesta” məcmuəsinin bir hissəsidir.
Qafqaz Albaniyasının tarixini bərpa etmədən Yaxın
Şərqin qədim və ilkin orta əsrlər tarixini təsəvvür etmək mümkün
deyil. Albaniya həm coğrafi, həm də siyasi anlayış idi.
Erməni ənənələrinə görə Albaniya «Böyük Ermənistanın
ayrılmaz hissəsi» kimi verilir, «Şərqi Ermənistan» adlandırılır,
albanlar isə etnik, mədəniyyət və konfessional (dini) baxımdan
erməni sayılırdılar.
Azərbaycanın Araz çayından Şimalda yerləşən torpaqları
antik qaynaqlarda Albaniya adlandırılırdı. Ərəb mənbələrində
Arran, Suriya qaynaqlarında Aran və s. Bu dövlət indiki
Azərbaycan Respublikasının ərazisini və Dağıstan Muxtar
Respublikasının cənub hissəsini (Böyük Qafqaz sıra dağlarından
Şimal-Şərq ətəklərindən kiçik Qafqaz dağları və Araz çayına,
Qabırrı  çayından Xəzər dənizinə qədər ki, ərazini, Mil və Muğan
düzlərini) əhatə edirdi, paytaxtı Kabalaka, V əsrdən etibarən isə
Bərdə şəhəri idi.


Antik mənbələrdə Albaniya, orta fars məqbələrində Ardan,
ərəb mənbələrində Arran, gürcü mənbələrində Rani, erməni
mənbələrində Ağvan, Suriya mənbələrində Aran kimi adı çəkilir.
Dağıstana mənsub Samur-Dərbəndarası bölgə, indiki
Ermənistana aid Göyçə və Zəngəsur daxil olmaqla Şimali
Azərbaycan ərazisini əhatə edirdi.
Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən
Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı,
Sabirabad, Neftçala, Salyon, Biləsuvar, Cəlilabad, Masallı,
Lənkəran, Lerik və Astara rayonlarının) ərazisi və Naxçıvan
qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər
Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən 1000 il (min)
ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Albanların E.ə. I əsrdən qabaqkı siyasi və etnik tarixi zil
qaranlıqdır. Maddi mədəniyyət nümunələrinə istinadən Albaniya
ərazisində siyasi və etnik tarix məsələlərini izləmək olmur.
Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə İran ordusu ilə
Makedoniyalı  İskəndərin ordusu arasında baş vermiş Qavqomel
döyüşü ilə  əlaqədar olaraq II əsr müəllifi Arrion tərəfindən
çəkilir. Deyilir ki, İran ordusunda Albanlar da var idi.
Albanlar haqqında yazan antik müəllifləri Strabon, Tit livi,
Vuli Solin, Plutarx. («Ən cəsur xalq-albanlar»). «Albaniya»
xronimi, bəzi mülahizəyə görə dağlıq ölkə. «Alban» - sözü qədim
türk dillərində «Cəsur», «İgid» mənasını verir.
Albaniyanın Dağıstana yaxın hissəsinlə qədim zamanlarda
ləzgi dil qrupunda danışan əhali məskunlaşmağa başlamış və
tədricən cənuba doğru yayılmışdır.


Bəzi mənbələr (müəlliflər) utiləri Qafqazdilli udinlər kimi
qələmə verirlər. Hələ  əhəmənilər (e.ə.550-331) dövründə vergi
dəftərində utilərin adı çəkilir.
E.ə. VII əsrin əvvəllərinlə Kimmer-skit dalğaları ilə ön
Asiyaya düşmüş Sak tayfaları Albaniyanın ərazisində də məskən
salmışdılar. Sak etnonimi bir sıra türkdilli (tayfalarda) xalqlarda
özbəklərdə  Şakay, qırğızlarda Saka, türkmənlərdə  Şaklar,
yakutlarda Saxa və s. mövcuddur.
Albaniyanın mərkəzi və aran rayonları  əhalisi əsasən Türk
etnoslarının, Dağıstana yaxın ərazisi isə Qafqaz-iberdilli
etnosların yaşadığı bölgələr olmuşdur. Dağıstandilli tayfalar
indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqların,
qrızların və budaqların əcdadları idi. Albaniyada yaşayan
ləzgidilli etnosların adlarını Q.Qeybullayev aydınlaşdırmış,
mənbələrdəki pərakəndə məlumatları sistemə salmışdır.
Şabranda ləzgi və türk albanlarla yanaşı, Şimali Qafqaz
çöllərindən gəlmiş türk dilli etnoslar (hunlar, sabirlər, maskutlar,
goruslar, çullar) və Sasani şahlarının şimali sərhədlərini qorumaq
məqsədilə  İrandan köçürdükləri tatlar və yəhudilər də məskun
idi.
Albanların, Qafqazdilli adlandırılması elmi obyektivlikdən
uzaqdır. Bu yanlış konsepsiya Azərbaycana qarşı  ərazi iddiaları
üçün qida mənbəyinə çevrilmişdir.
Albaniyada irandilli tayfalar da yaşamışdır. E-ın III-IV
əsrlərindən tatların ulu əcdadları burada məskun idi. Tat adını bu
etnosa qədim türklər vermişlər. Mənası «Oturaq», «Əkinçi»


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə