Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   18   19   20   21   22   23   24   25   ...   107

- 10 -
öldürülür. Bu sülalənin ən cəngavər və nüfuzlu sərkərdəsi olan Yusif 24 il
dövləti idarə edir.
942-ci ildə Sacilərin sonuncu hakimi Deysəm Salarilər tərəfindən
məğlub edilir.
Sacilər dövlətinin hakimləri (889-942).
1. Əbu Sac Divdad.   Ermitacda 906-925-ci illərdə.
2. Məhəmməd.            Bərdə Marğa, Ərdəbildə Yusifin adı il
3. Divdad.                     Kəsilmiş sikkələr var.
4. Yusif. (65 yaşında öldürüldü).
5. Deysəm.
  Sacilər Dərbənd hasarlarını bərpa etmişdir.
Salarilər dövləti. (9442-981).
Dövlətin banisi Deyləm (Gilan) vilayətindəki Salarilər tayfasına mənsub
Mərzuban İbn Məhəmməd olub. Paytaxt Ərdəbil şəhəri Salariləri bəzi orta əsr
mənbələri gəngələrdən sanır. Şalarilər fəlakətlə üzləşirlər. Ruslar adlanan
tayfalar Qafqazın mirvarisi hesab edilən Bərdəyə hücum edib, onu talan edir. O,
bu hücumla mübarizə edərkən Mosul hakimi cənubi Azərbaycanın Səlmas
şəhərinə hücum edir. O, Bərdəin müdafiəsi sərhədlərdən birinə tapşırıb,
Səlmasın harayına gedir. Bu yürüş uğurlu olur. Azərbaycanın cənub-qərb və
şimal qərb vilayətləri, Ərmmiyyə onun hakimiyyətinə keçir. Şirvanşah
Məzyədilər dövləti onlara tabe edilir, Şimal sərhəddi Dərbəndə qədər uzanır.
 948-ci ildə Qəzvin şəhəri üstündə  İsfahan hakimi ilə qeyri-bərabər
döyüş baş verir. Məhəmməd oğlu Mərzuban Əsir düşür. Hakimiyyət uğrunda
mübarizə qızışır əvvəlcə hakimiyyətə onun atası, sonra isə qardaşı Vəhşudan
gəlir. İki qardaşı oğlunu və arvadını həbs edərək öldütdürür.
953-cü ildə Mərzuban anasının və yaxın adamlarının köməkliyi ilə
əsirlikdən qaçır, Ərdəbilə gəlib hakimiyyəti ələ keçirir. Deysəm Mosula, oradan
da Bağdada qaçır. Mərzuban onun gözlərini çıxartdırıb, zindana saldırır. O,


- 11 -
dövlətdə vergi sistemini qaydaya saldırır. Salarilərin həm quru qoşunları, həm də
dənizdə gəmiləri var idi. 957-ci ilin dekabrında Məhəmməd İbn. Mərzuban öldü.
Hakimiyyət uğrunda mübarizənin gedişində  İbrahim qalib gəlir. (961-981)
Dövlət zəifləyir, Məzyədilər, Dərbənd və Gəncə Salarilər dövlətinin tərkibindən
çıxır. Şəddadilər dövlətinin yaranması ilə Arranın bir hissəsi və  Ərməniyyə
onların əlindən çıxır. Belə bir şəraitdə Rəvvadi Əbül-heycə 981-ci ildə Salari
İbrahimi məğlub edib əsir alır. 40 il yaşamış Salarilər süqut edir.
Səlcuq imperiyası haqqında
Cəsur və cəngavər bir şəxs olan Səlcuq oğuzların qınıq tayfasına
mənsub idi. Oğuzlar 22-24 türk tayfasını birləşdirirdi. Oğuzların başçısı oğuz
xaqan hesab edilir. F.Rəşiddədin, «Oğuznamə» əsərində oğuzlar haqqında bəhs
edib. Oğuzlar İslama qədər totemlərə və Şamanizmə sitayiş edirdilər. Oğuzların
bir hissəsi Xorosan tərəfdən yaxın Şərq ölkələrinə, digər hissəsi Xəzərin
Şimalından keçməklə Şərqi Avropaya və Balkan yarımadasına yayıldı.
Türk tayfasının Azərbaycana növbəti axını XI əsrdə oldu. Səlcuqlar
əvvəlki türk tayfalarından fərqli olaraq Şimaldan Dərbənd yolu ilə deyil,
cənubdan İran yolu ilə gəlirdilər.
Səlcuqlar IX əsrdə Xəzər dənizi ilə Aral gölü arasındakı  ərazidə
yerləşirdi. Qəznəvilər dövlətinin başçısı Sultan Mahmud səlcuq başçılarını həbs
edərək, səlcuq tayfalarını 1009-cu ildə Xorasanda yerləşdirdi. Səlcuq Toğrul
1038-ci ildə Nişapuru ələ keçirib, özünü Sultan elan etdi. Beləliklə, yaxın və
orta Şərqdə ən güclü feodal dövlətlərindən olan Səlcuqilər imperiyasının (1038-
1157) əsası qoyuldu. 1040-cı ildə Qəznəvi sultanı Məsuda zərbə endilir, Xorasan
tutulur, 1045-ci ildə Həmədan, 1050-ci ildə  İsfahan ələ keçirilir. Sonra İran,
İraq, Kiçik Asiya, Suriya, Ərəbistan yarımadası, Ön Qafqaz, bir sözlə
Türkstandan Aralıq dənizinə, Dərbənddən fars körfəzinə qədər olan əraziləri ələ
keçirirlər. 1054-cü ildə onlar təkrar Azərbaycana soxulur, Rəvvadi Vəhsodan,
Şəddadi Şavur onların vassal asıllığını qəbul edir.


- 12 -
1055-ci ildə Xilafətin paytaxtı Bağdad tutulur. Paytaxt əvvəl Mərv,
sonra isə Rey və  İsfahan olur. 1071-ci ildə Bizans Səlcuqları müharibədə
uduzur. Sultan Məlkşahın dövründə (1072-1092) səlcuq imperiyası öznün ən
yüksək inkişaf nöqtəsinə çatır. 1088-ci ildə Səlcuqlar Şəddadilərin varlığına son
qoyur. Şirvanşahlar da onlara tabe olur.
Məlkşahın oğlu Sultan Səncərin dövründə (1118-1157).
Səlcuq imperiyası parçalanır. O sıradan Girman, Konya, Suriya, İraq
Səlcuq sultanlığı və kiçik Asiyada bir sıra əmirliklər yaranır. Azərbaycan İraq
Sultanlığına daxil idi. Əslində dövləti Azərbaycan Ağabəyləri Şəmşəddin
Eldəniz və onun varisləri idarə edirdi.
XII əsrin 20-ci illərində yaranması tarixi Şərait nəticəsində  Şirvanşahla
dövləti bərpa olunur. Həmin əsrin 30-cu illərində Yaxın və orta Şərqin əzəmətli
dövlətlərindən olan Atabəylər dövləti yaranır. Banisi Şəmsəddin Eldəniz idi. O,
Sultan II Toğrulun az yaşlı oğlu Arslan şaha atabəy təyin olundu. II Toğrul
öləndən sonra  Şəmsəddin onun dul qadını Möminə xatunla evlənir. Bu
izdivacdan Məhəmməd Cahan Pəhləvan və Qızıl Aslan dünyaya gəldi. Sultan
Məsud 1136-cı ildə Arranı iqta şəklində Eldənizə bağışlayıb, onu Bərdəyə yola
saldı. Bununla da Azərbaycan atabəylər dövlətinin əsası qoyulur.
Tədqiqatçılar bu dövlətin və onu idarə edən sülalənin tarixini 1)
Təşəkkül (1136-1160), çiçəklənmə (1161-1191) və Tənəzzül (1191-1225)
dövrünə bölürlər. Bu dövlət Xarəzəmşah Cəlalədinin Azərbaycana hücumu
zamanı süqut etdi. Eldəniz Səlcuq sultanları arasında gedən mübarizədən istifadə
edərək 1160-cı ildə 20 min süvari ilə Həmədana daxil oldu, Arslan şahı Sultan
taxtına əyləşdirdi. Öz oğlunu – Qızıl Arslanı Sultan ordusunun  baş sərkərdəsi
təyin etdi. Təbriz və Naxçıvan Azərbaycan Atabəylər dövlətinin paytaxtı oldu.
Səlcuq sultanlarının əsas paytaxtı Həmədan şəhəri idi. Eldəniz Qum, Qəzvin,
Ərdəbil, Marağa, Girman əyalətlərinin hakimləri Azərbaycan Ağabəylərindən
asılı vəziyyətə düşdülər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə