Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

əslində bizdən gizli qalmışdır. Qaynaqlarda bu ölkənin adı o
dövrün hadisələri ilə bağlı vur-tut bir neçə dəfə çəkilir. Qanşu
ölkələrin tarixinə və ümumi vəziyyətə, habelə qaynaqlarda adının
iki-üç çəkilməsinə  əsaslanaraq yeganə onu qəti demək olar ki,
bütün bu müddət ərzində Atropatilər çarlığı mövcud olmuşdur.
Burası da şəksizdir ki, Makedoniya istilası zamanından etibarən
Kiçik Mada əsas Madadan  - Böyük və Aşağı Madadan qəti
ayrılmışdır.
Hellinizm Aşağı Madanın məişətinə, mədəniyyətinə, siyasi
həyatına dərindən nüfuz etmiş, ölkə ayrı-ayrı hissələrə
parçalanaraq əvvəlki siyasi birliyindən məhrum olmuş, onun
əalisi olan madalılar isə etnik simalarını itirib digər tayfalara və
xalqlara qarışmışdılar.
Kiçik Madaya gəlincə, o, getdikcə daha artıq dərəcədə əsil
Madaya, əhalisi isə madalılara çevrilirdi.
Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik
Madaya da nüfuz edurdi. Burada Hellinizm ayinləri aşılanır,
sinkrenik allahların (yunan-İran allahlarının), xüsusən Herakl-
Veretraqnanın (?) ibadətgahları tikilirdi. Kerefto dağlarından bir
yunan kitabəsi tapılmışdır ki, o kitabə hardasa Beotiyada da,
Arkadiyada da, yaxud hər hansı başqa bir yunan vilayətində də
ola bilərdi. Atropatenanın antik ənənə ilə təsdiqlənən bir neçə
şəhəri haqqında məlumatımız vardır. Bunlar Qazaka, Fanaspa,
Aqanzana şəhərləri və Atropatena ərazisində tapılmış bir neçə


qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış
yeridir.
Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o
cümlədən Atropat özü artıq IV əsrin lap sonunda İran
satraplıqlarına yiyələnmiş Selevkin (302-281) qəsdlərindən
ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində
qalmışdılar.
Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun
bütün ciddi cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın
Selevkilər dövləti fəlakət həddinə çatdı: Baktriya, Soqdiana və
Parfiya əldən çıxdı. Tezliklə müstəqil Parfiya dövləti meydana
gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu.
Aleksandrın parçalanmış monarxiyasını enidən bölmək
uğrunda mübarizə e.ə. bütün III əsr ərzində ara vermədi.
Diadoxları (hərfən: varislər) epiqonlar (hərfən: sonra
doğulmuşlar, törəmələr əvəz edi).aleksandrın sərkərdələrinin –
Ptolomeyin, Selevkin və b. varisləri Kiçik Asiyada, Suriyada,
Finikiyada, Yunanıstanda, Makedoniyada rəqabəti davam
etdirirdilər.
Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı
qaynaqda Atropatenanın adı ilk dəfə e.ə. III əsrin iyirminci
illərində çəkilir. Söhbət Polibinin əsərinin bir parçasından gedir.
E.ə. III əsrin 20-ci illərində Atrioatena taxt-tacında biz
Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş  əraziyə
malik olan “ən qüdrətli və ən müdrik hökmdarı”, “atropatilər və


onlarla həmsərhəd xalqlar üzərində” [P o l i b i] hökmranlıq edən
Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti
Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı;
beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən
bir hissəsini də  əhatə edirdi. Bu vilayət, yunan müəllifinin
(Polibnin) təsdiq etdiyinə görə, “...Midiya ilə yanaşı olub ondan
dağ silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən –
Red.) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – Red.) üzərində
yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi – Red.) dənizinə qədər
çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha
nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq
yaşayır”.
Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx
siyasi, mədəni və digər əlaqələr yaranır.
223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187)
keçdi. Sülüvkilərin bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II
əsrin ayrıcında Aralıq dənizinin şərqində meydana gəlmiş Roma
kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk facəli toqquşması
III Antioxun adı ilə bağlıdır.
Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir
təhlükə ilə qarşılaşdı: Mada satrapı Molon öz qardaşı Parsa
satrapı Aleksandrla birlikdə Selevkilərin hakimiyyətinə qarşı
üsyan qaldırdı və dövlətin şərq vilayətlərinin demək olar ki,
hamısını, o cümlədən Mesopotamiyanı tutdu. Yalnız çox böyük
səylər bahasına Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi.


III Antioxun bundan sonra sürətlə Atropatenaya soxulması
Molonun tədbirində atropatenalıların fəal iştirakına dəlalət edir.
Atropatena müəyyən müddət Selevkilərin ali hakimiyyətini
tanımağa məcbur oldu.
E.ə. III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi.
“Böyük” titulu qəbul edən III Antiox Asiyanın çox keçmiş
ərazilərində hökmdar kimi tanındı. Lakin bu, çox çəkmədi.
II əsrin 60-cı illərində, bəlkə də ondan əvvəl Atropatena
yeidən tamamilə müstəqil bir dövlətəçevrilir.
Bu ərəfədə Qərbi İranın və Ermənistan yaylasının
vilayətlərində bir neçə müstəqil dövlət – Elimiada, Xarakena,
Persida, I Artaşesin (yunanca Artaksi) Ermənistan çarlığı,
Sofenada Zariadrinin (Zariatr, Zareh, Zarehr) Ermənistan çarlığı
meydana gəlir. Özünü padşah elan edən Mada satrapı Timarx
Selevkilərdən ayrıldı və hətta öz sikkəsini buraxmağa başladı.
Parfiya da asılılığın daşını atdı.
Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II
əsrin 50-ci illərinin ortalarına yaxın geniş istila yoluna çıxıb,
sanballı siyasi qüvvəyə çevrilirlər.
Tezliklə (ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarlığı I
Mitridat Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı
işğal edir. Madanın işğalı o dərəcə mühüm bir hadisə idi ki,
bundan sonra I Mitridat “Böyük çar” titulunu qəbul etdi.
E.ə. I əsrin birinci yarısının Atropatena tarixi, demək olar
ki, qaynaqlarda öz əksini tapmamışdır. Yalnız 60-cı illərin


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə