Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

edilmədi. Görünür, bu vaxtdan Kiçik Madanı müstəqil dövlət
saymaq olar. Strabonun “Coğrafiya”sında deyilir: “Midiya iki
hissəyə bölünür. Bir hissəsi Böyük Midiya adlanır... O biri hissə
Atropat Midiyasıdır. Atropatena Midiyası öz adını sərkərdə Atro-
patdan götürmüşdür, o Atropatdan ki, Böyük Midiyanın bir
hissəsi olan bu ölkənin də makedoniyalıların hakimiyyəti altına
düşməsinə yol verməmişdi. Çar elan edilən Atropat doğrudan da
bu ölkəni öz qərarı ilə müstəqil bir ölkəyə çevirmişdi və onun
ailəsində varislik hələ də davam edir”. Beləliklə, Manna
dövlətinin süqutundan iki əsr yarımdan çox keçdikdən sonra
Azərbaycan ərzisində yenidən müstəqil dövlət meydana gəldi.
Biz Atropatın hakimiyyət illərinin necə keçdiyini, onun
daxili siyasətinin necə siyasət olduğunu, xarici siyasi həyatda nə
kimi hadisələr baş verdiyini bilmirik. Biz hətta Atropatenanın bu
ilk tacidarının nə vaxt vəfat etdiyini, taxt-tacı kimə miras
qoyduğunu da bilmirik. Aleksandrın sərkərdələrinin hakimiyyət
uğrunda mübarizə apardıqları təlatümlü illərdə və Selevkilərin
hökmranlığı dövründə Atropat yeni yaradılmış dövlətin istiqlaliy-
yətiniqoruyub saxlaya bildi.
Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması
qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına-
məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətin
canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar göstərir
ki, Atropatenada məbəd torpaq sahibliyi inkişaf edibmiş. Antik


müəlliflərin məlumatına görə, münbit torpaqlar maqlara məxsus
imiş. Quldarlıq da inkişaf edibmiş.
Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti,
lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-
qarışması nəticəsində yeni bir etnos- Hellinizm dövründə madalı-
ların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.
Atropatenanın təsərrüfa həyatı mürəkkəb xarakterli idi.
Ölkədə bir neçə  şəhər, bir sıra böyük və kiçik məskənlər vardı.
Atropatenanın şəhərləri əkinçiliyi, maldarlığı və sənətkarlığı
sahmanla aparan təsərrüfat mərkəzləri idi. Strabon fiziki
coğrafiyanın xüsusiyətləri üzərində dayanraq göstərir ki, əsasən
Böyük Mada və  şimal vilayətləri Matianaya və Ermənistana
qədər uca dağlarla örtülüdür və soyuq ölkələr sırasına aiddir.
Daha sonralar yaşayıb-yaratmış müəlliflərin məlumat-
larında  Atropatenanın münbit torpaqlarından bəhs olunur. Qədim
müəlliflər həmin ərazidə yetişdirilən mədəni bitkilər haqqında
xeyli məlumat qoyib getmişlər. Məsələn, Strabon bildirir ki,
burada üzüm və əncir, habelə buğda bitir.
Qədim müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən
bəhs edirlər. Antik ədəbiyyatda münbit məbəd torpaqları
haqqında məlumat vardır. İçkilər hazırlanması haqqında veilən
məlumat da çox maraqlıdır. Məsələn, Strabon yazır ki, yerli
sakinlər “bəzi bitkilərin köklərindən şərab şəkirlər”. Belə bir
məlumat da maraqlıdır ki, Mada sakinləri “meyvələrlə qidalanır,


qurudulmuş və döyülmüş almadan kökə, qovrulnuş badamdan
kökə bişirirlər”. Strabon Madada zeytun olduğunu da qeyd edir.
Atropatenada maldarlıq da inkişaf etmişdi. Atçılıq
təsərrüfat həyatında müəyyən yer tuturdu. Hələ Polibi qeyd edirdi
ki, Atropatenada “atçılıqda üstün olan” bir xalq yaşayır. Antik
coğrafiyaçı Strabon Apollinidə istinad edərək yazır ki,
atropatenalıların on min süvarisi var idi.
Heyvandarlıq haqqında başqa məlumatlar da vardır. Elian
yazır ki, Kaspianada dəvə olduqca çoxdur, ən iri dəvələr ən iri at
boydadırlar və gözəl yunları vardır: onların yunu çox zərifdir,
belə ki, yumşaqlığına görə hətta Milet yunundan da geri qalmır.
Maldarlıq təsərrüfatı çoxlu ev heyvanlarının olması ilə fərqlənir.
Ölkədə balıqçılıqla da məşğul olurdular. Qədim müəllifin
dediyinə görə, “Kaspi ölkəsində çox böyük bir göl vardır və o
göldə  şişburun adlanan balıqlar yetişir. Onların uzunluğun hətta
səkkiz qulaca çatır.
Atropatenanın təsərrüfat həyatı haqqında bir sıra başqa
məlumatlar da vardır. Məsələn, Strabon yaxır ki, Madada bir
Kapavta gölü vardır, bu göldə kristallaşma gedir və duz
çöküntüləri əmələ gəlir.
Atropatenanı nəzərdə tutaraq Ammian Marsellin məlumat
verir ki, bu ölkədə Midiya yağı hazırlanır. Bu yağla yağlanmış ox
azacıq dartılmış kamandan qopub nəə isə sancıldıqda bərk
alovlanır – sürətlə uçduqda alov sönür, su ilə söndürmək


istədikdə alov daha da şiddətlənir və onu söndürmək üçün üstünə
torpaq tökməkdən başqa heç bir vasitə yoxdur.
Keramika istehsalı təsərrüfatın ayrıca bir sahəsi idi. Mil,
Muğan, Talış, Naxçıvan, Germi və başqa yerlərin küp
qəbirlərindən çıxarılmış gil məmulat Atropatenada keramika
isthsalının səviyyəsindən xəbər verir. Arxeoloji materia
Atropatenada gil məmulatının geniş miqyas almasının təsdiq
etməyə imkan verir.
Atropatenada tikinti işləri də aparılırdı.
Metal məmulat istehsalı nümunələri də çox maraqlıdır.
Tuncdan, dəmirdən, qızıldan və gümüşdən qayrılmış çoxlu əşya
dəmirçilik və zərgərliyin inkişafından məlumat verir.
 Çox  keçmiş  Şərq  vilayətlərinin  yunan-makedoniyalılar
tərəfindən istila edilməsi nəticəsində yeni dövr – Hellinizm
dövrü, yunan və Şərq ünsürlərinin qarşılıqlı surətdə nüfuz etməsi
dövrü başlandı.
E.ə. IV əsrin sonunda əlinin altında qoşunu və hakimiyyəti
altında ərazisi olan satraplardan hər biri öz torpaqlarını nəinki
müdafiə etməyə, həm də mümkün qədər genişləndirməyə
çalışırdı. Bütün İranı özqnə tabe etməyə can atan Mada satrapı
Pifon ilə öz istiqlaliyyətini qoruyan digər Şərqi İran satraplarının
koalisiyası arasında 318-ci ildə qızğın mübarizə başlandı.
Pufonun niyyəti baş tutmadı. O, sıxışdırılıb Madaya qayıtmağa
məcbur oldu. Kiçik Madanın demək olar ki, bütün 300 illik tarixi
– e.ə. IV əsrin 20-ci illərindən e.ə. I əsrin birinci rübünədək


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə