1
Azərbaycanın düznlik torpaqları.
Çəmən qəhvəyi torpaqlar
Çəmən qəhvəyi torpaqlar yarımhidromorf yorpaqlar sırasına daxil olmaqla
yanaşı suptropik qurşaqda qrunt rütubətlənməsinin təsiri ilə rütubətsevən ot
bitkiləri ilə yanaşı yaxşı inkiçaf etmiş meşə-kol bitkiləri altında formalaşırlar. Bu
səbəbəd\əndir, ki toxunulmamış (xam) sahələrdə çəmən-qəhvəyi torpaqların
səthində çim təbəqəsi formalaşır. Coğrafi yayılması etibarilə təsvir edilən torpaqlar
ayrıca zona təşkil etməyibqəhvəyi torpaqlar fonunda lokal çəkildə yayılmışdır. Bu
torpaqların Böyük və Kiçik Qafqaz dağlarının dağətəyi düzənliklərində, maxçəvan
MR-də, Qanıx-Əyriçay vadisinin çay terraslarında, quba-Xaçmaz düzəmliyində,
lənkəran vilayətinin şimalında, izafirütubətlənmə şəraitinin olduğu sahələrdə
təsadüf etmək mümükündür. Bir sıra ərazilərdə çəmən-qəhvəyi torpaqlar yayıldığı
sahələrkənd təsərrüfatı dövriyyəsinə daxil edilmişdir. Çəmən-qəhvəyi torpaqların
yayıldığı ərazilərin ekoloji-coörafi xüsusiyyətləri bir çox cəhətlərinə görə qəhvəyi
torpaqların yayıldığı ərazilərə oxşardır. Lakin hidrometrik çəraitin böyük mövsümi
fərqləri səthi və qrunt rütubətləənməsi hesabına əlavə rütubətlənməyə malik olması
ilə əndan seçilir.
Çəmən qəhvəyi torpaqların profilinin morfoloji quruluşu bir səra
ə
lamətlərinə görə qəhvəyi torpaqları xatırladır. Lakin xüsusilə ya zvə payız
mövsümündə torpaqəmələgəlmə prosesində qrunt sularının daha fəal təsiri olur və
təsir torpaqların morfoji quruluşunda və bir sıra fiziki-kimyəvi xassələrində öz
ə
ksini tapır. Beləki, həmin torpaqların səthində çoxda qalən olmayan çim təbəqəsi
ə
mələ gəlir, B2 və BC horizontlarında qleyləşmə əlamətləri olan göyümtül-pas və
göyümtül yaşıl ləkələr müşahidə edilir. Çəmən-qəhvəyi torpaqlar üçün nisbətən
qalın inkişaf etmiş profil və humusla daha dərindən rənglənmə səciyyəvidir. A+B
horizontlarının orta qalınlığı çox vaxt 60-70 sm təşkil edir. qəhvəyi torpaqlarla
müqayisədə çəmən-qəhvəyi torpaqlarda gilləşmə əlamətləri bir qədər zəifdir, lakin
buna baxmayaraq həmin torpaqların profilinin orta hissələrində yüksək səxlığa
malik gilləşmiş B1 horzontu aydın seçilir. Profilin aşağı hissəsinin rütubətli olması
aydın seçilən karbonatlı illüvial horizontun ayrılmasını çətinləşdirir.
Kəsimlərin
qoyuluduğu düzənlik
ə
raziləri
Dərinlik,
sm
Humus Azot
CO2
C/N
Böyük Qafqaz, Quba
Xaşmaz düzənliyi
0-30
3,80
0,22
3,48
10,0
30-52
3,15
0,17
2,93
10,7
52-104
1,88
-
3,67
-
104-137
-
-
2,75
-
137-170
-
-
3,12
-
170-220
-
-
2,20
-
Qanıx-Əyriçay vadisi
5-21
4,4
0,29
2,58
8,7
21-45
1,4
0,10
9,54
8,5
45-71
0,8
0,06
7,22
7,6
71-95
0,5
-
7,9
-
www.behruzmelikov.com
2
95-120
0,4
-
7,41
-
Qanıx çayının qədim
terrası
0-19
3,7
0,31
-
7,1
19-38
2,6
0,20
-
7,4
38-62
2,0
0,16
0,39
5,0
90-115
0,8
-
3,94
-
115-180
0,8
-
5,07
-
Çəmən-qəhvəyi humusun miqdarı 4,4-3,7 % arasında tərəddüd edir. Lakin
humusun miqdarının karbonatlı qəhəvyi torpaqlarda da yüksək (5,8-6,1%) olduğu
hallar kifayət qədər müşahidə edilir.
Kəsimin
qoyulduğu
ə
razlər
dərinlik,
sm
100 q-da mq-ekv
pH
Ca
Mg
Cəmi
Böyük Qafqaz, Quba
Xaçmaz düzənliyi.
0-30
16,5
5,0
21,5
7,2
30-52
18,1
5,8
23,5
7,2
52-107
14,8
1,7
16,5
7,6
107-137
13,5
5,6
19,1
7,3
Qanıx-Əyriçay vadisi 0-21
21,8
3,0
24,8
7,8
21-45
28,3
4,4
38,7
7,7
45-71
27,3
3,0
30,3
7,9
71-95
29,1
2,3
31,4
8,0
95-110
30,6
3,2
33,8
8,0
Inkişaf etdiyi ərazinin hidrometrik şəraitindən asılı olaraq çəmən-qəvəyi
torpaqların aşağıdakı yarımtipləri ayrılır: səthdən çəmənləşmiş qəhvəyi və çəmən
qəhvəyi torpaqlar yarəmtipi.
Səthdən çəmənləşmiş qəhvəyi torpaqlar yarımtipi.
Bu
yarımyipə daxil
olan torpaqlar dağətəyi düzənliklərdə və yamacların şleyflərində təbii
parçalanmanın nisbətən yüksək olduğu sahələrdə yayılmışdır. Bu sahələrdə qrunt
sularının səviyyəsi xeyli dərəcədə və bu sular torpaqəmələgəlmə fəal iştirak edə
bilmir. Torpaqəmələgəlmə səth suları daha çox iştirak edir. Xam sahələrdə bu
torpaqarın səthində orta qalılığı 6-10 sm-ə çatan yaxşı inkişiaf etmiş çim qatı
formalaşır. Bundan başqa göstərilən torpaqların A və AB horizontlarında səthi
qleyləşmə əlamətləri də müşahidə edilir. Bu xüsusiyyətlər səthdən çəmənləşmiş
qəhvəyi torpaqların əsasə dioqnostik göstəricilərindən hesab olunur.
Çəmən qəhvəyi torpaqlar yarımtipi. Bu yarımtipə daxil lan torpaqlar
dağətəyi düzənliklərdə və çay vadilərinin kənarlarında geniş yaılmışdır. Səthdən
çəmənləşmiş qəhvəyi torpaqlar tipindən qrunt suyunun yer səthinə çox yaxın (2-3
m) olduğu şəritdə torpaqəmələgəlmə prosesində müəyyən rol oynayır. Təsvir
edilən torpaqların əsas dioqnostik göstəriciləri çim qatının mövcud olması, profilin
orta hissələrinin (B1) qleyləşməsi və humusla dərindən rənglənməsi və s. ibarətdir.
Boz-qəhvəyi (şabalıdı) torpaqlar
Azərbaycanda boz-qəhvəyi (şabalıdı) torpaqlar
www.behruzmelikov.com
3
Azərbaycanda boz-qəhəvəyi (şabalıdı) torpaqların yayıldığı quru subtropik
bozqırlar zonası alçaq dağiığın bir hissəsi və dağətəyi qurşaqda 200-300m-dək
hündürlüklərdə yerləşir.
Azərbaycanın quru subtropik quru bozqırlar zonasının iqlimi nisbətən
yumşaq qışı və isti yayı ilə səciyyələnir. ənsoyuq ay olan yanvarın orta temperaturu
1,0-2,6º, ən isti ay (iyun) ayınki 23-27º, orta illik temperatur isə 10,5-14,2º-dir.
Illik yağıntıların orta miqdarı 275-440 mm, fəal temperaturların cəmi 3344-4472º,
ümumi radiasiya 122,5-128,4kkla/sm2, rütubətlənmə əmsalı isə 0,30-0,50-dir.
Boz-qəhəvəyi (şabalıdı) torpaqların yayıldığı zonada əhəngdaşları, tuflu
brekçiyalar,
qumlucalar
və
onların
yumşaq
aşınma
məhsulları
ə
sas
torpaqəmələgətirici süxurlar rolunu oynayır. Arazboyu zonada “gəcli süxurlar” da
torpaqəmələgətirici süxrlar kimi əhəmiyyətli rol oynayır.
Torpaqəmələgəlmə və yatım şəraitindən asılı olaraq, torpaqəmələgətirici
süxuralrın və bitki örtüyünün xarakterindən asılı olaraq boz-qəhvəyi torpaqların
aşağıdakı 4 yarımtipi ayrılır. Tünd boz-qəhvəyi, adi boz-qəhvəyi, açıq boz-qəhvəyi
və “gəcli” boz-qəhvəyi torpaqlar.
Tünd boz-qəhəvyi (şabalıdı) torpaqlar yarəmyipi. Tünd boz-qəhvəyi
(şabalıdı) torpaqlar digər yarımtiplərələ müqayisədə nisbətən məhdud sahədə
yayılmışdır. Bu torpaqlar yuxarı hissədə 500-550 m yüksəkliklərdə bozqərlaşmış
qəhvəyi torpaqlarla həmsərhəddir, aşağı sərhədi isə təxminən 200-300m
yüksəklikdən keçir. Tünd boz-qəhvəyi torpaqların nisbətən geniş areallarına
Gəncə-Qazax massivində, cənubi Qarabağın dağətəyi sahələrində, Arazsahili
zolaqda rast gəlmək mümkündür. Böyük Qafqaz vilayətində təsvir edilən torpaqlar
Quba-Qusar massivində, Şamaxı-Ağsu dağlıq yayasında, Qaraməryəm massivində,
Turuc- saraca düzündə yayılmışdır. Təsvir edilən torpaqların xeyli hissəsi suvarılan
zonadan kənarda yerləşir və kənd dərəcədə mənimsənilmişdir. Arazsahili zolaqda,
Naxçıvanda Quba-Qusar maili düzənliyində tünd boz-qəhvəyi (şabalıdı)
torpaqların müxtəlif dərəcədə erozoyaya uğramış növlərinə rast gılmlk olur.
Təsvir edilən torpaqlar başlıca olaraq yüksək dağətəyi və dağətəyi
düzənliklərdə ağotlu-topallı müxtəlif otlu və yovşanlı-otlu quru bozqır bitkiləri
altında formalaşır. Adları çəkilən senozlarda ümumi biokütlə 227-283 t/ha təşkil
edir. bu topaqlar çox vaxt çınqıllı-narın torpaqlı-korbanatlı gillicələr, karbonatlı
lösşəkilli gillicələr və gillər üzərində inkişaf edir.
Adi boz-qəhvəyi (şabalıdı) torpalar yarmtipi. Adi boz-qəhvəyi (şabalıdı) torpaqlar
boz-qəhvəyi torpaqların geniş yayılımış yarımtiplərindən biridir. Bu yarımtipə
daxil olan torpaqlar Kür-Araz ovalığının ətraf hissələrində 200-400 m yüksəkliklər
arasında yayılmaqla həmin ovalığı yarımüzlük şəklində haşiyələyir. Bu torpaqların
daha böyük massivinlərinə Şamaxı-Mərəzə rayonunun dağətəyi hissəsində,
Qaraməryəm massivində, Acınohur və Ceyrançöl massivində, Gəncə-Qazax
massivində, Qarabağ düzünün dağətəyi hissələrində, Arazsahili zolaqda rast
gələmək mümkündür. Adi boz-qəhvəyi (şabalıdı) torpaqlar respublikamızın quru
bozqırlar zonasında çox vaxt yovşanlı efemerli taxılkimilər senozları altında
formalaşırlar. Yağıntıların miqdarı və digər iqlim elementləri ilə əlaqədar olaraq
göstərilən torpaqlar yuyucu olmayan su rejimi şəraitində inkişaf edirlər. Bu
torpaqlar çox hallarda delüvial və delüvial-prolüvial karbonatlı gillicələrin əsas
www.behruzmelikov.com
4
torpaqəmələgətirici süxurlaar rolunu oynadığı təpəli-dalğavari relyef şəraitində
inkişaf dib formalaşırlar. Lakin dağətəyi sahələrin nisbətən yüksək hissələrində
bəzi hallarda əhəngdaşlarının əhəngdaşı konqlomeratların aşınma məhsullarə
“gəcli” süxurlar şəklində yer səthinə çıxır. Duzlu süxurlar üzərində şoranvari və
ş
orakətli torpaqlara daha çox rast gəlinir.
Açıq boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi.
Açıq boz qəhvəyi torpaqlar boz-qəhvəyi torpaqlar tipinin daha açıq variantı olub
quru çöllərin daha qurq hissələrində, çox vaxt tünd və adi boz-qəhəvyi
torpaqlardan aşağıda yayılmışdır. Bu torpaqlar dağətəyi düzənliklərin nisbətən
alçaq hissələrində, Kür-Araz ovalığının ətraf zolağının maili şleyflərinə nisbətən
böyük areala malikdirlər. Təsvir edilən torpaqlar coğrafi cəhətdən Böyük Qafqazın
ş
imal-şərq yamaclarında, Qaraməryəm yaylasında, acınohur çölü və Qobustanda,
Kiçik Qafqazda isə Gəncə-Qazax massivində, Qarabağ və Mil çöllərində,
Arazsahili zolaqda Arazın qədim parçalanmış terraslarına qədər Zəngilan,
Cəbrayıl, Füzuli rayonlarında Naxçıvan MR-də dağətəyi şleyf zolaqda adi boz-
qəhvəyi torpaqlardan aşağıda yayılmışdır.
Bu torpaqlar başlıca olaraq yovşan-ağot, efemer-yovşan, bəzi hallarda
yovşanlı-taxılkimiləri-efemer bitkiləri altında formalaşırlar. Açıq boz-qəhvəyi
torpaqlar delüvial, bəzi yerlərdə isə delüvial-prolüvial mənşəli karbonatlı , gips və
lösşəkilli gillicələr əhəngdaşlı qumlucaların çınqıllı aşınma məhsulları və s.
süxurlar üzərində əmələ gəlirlər.
Iqlim şəraitindən quraq olması ilə əlaqədar olaraq açıq boz-qəhvəyi
(şabalıdı) torpaqların yayıldığı ərazilərdə torpaqəmələgəlmə prosesi yuyucu
olmayan su rejimi şəraitində inkişaf edir. bununla əlaqədar olaraq torpaq qatlarında
gips, asan həll olunan diz və karbonatların tədrici toplanması baş verir. Dərində
yerləşdiyi üçün qrunt sularının torpaq proseslərinə təsiri müşahidə edilmir.
“Gəcli” boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi.
Gəcli boz-qəhvəyi (şabalıdı) torpaqlar boz-qəhvəyi torpaqların digər
yarımtipləri ilə müqayisədə məhdud sahədə yayılımışdır. Bu torpaqlar sulfatlı və
karbonatlı aşınmaqabığı üzərində formalaşmaqla Şəmkirdən Gəncəyə kimi bütöv
zolaq şəklində elecədə Qazax rayonunda, Arazsahili zolaqda (Cəbrayıl, mqismən
Füzuli və Zəngilan rayonları), Qarabağ düzündə ayrı-ayrı ləkələr şəklində
yayılmışdır.
Hələ
vaxtıilə
V.V.Akimtsev,
S.A.Zaxarov,
B.A.Klopotovski
gəci
torpaqəmələgətirici süxurlar kimi təsvir edilmişdir. Gəncə massivində gəcli
torpaqlarə daha əraflı öyrənən A.Q.Minaşina(1955) kükürdlü kobu qırıntı
süxurlarını gəc və gəcli torpaqlqrın mühüm tərkib hissəsi olan gipsin əsas mənbəyi
hesab edirdi. O, gipsin spesifik təbii çəraitdə (kükürdlü süxurlar, nisbətən meyilli
parçalanmış relyef, bitki örtüyünün seyrəkliyi, torpaqəmələgəlmə prosesinin çox
uzun inkişafı vəs.) əmələ gəldiyini qeyd edirdi. Ş.G.Həsənov (1968, 1970) cənub-
qərbi Azərbaycanda gəcəmələgəlməni vulkanik yaylanın yerli aqroiqlim şəraiti ilə
və keosulfid zonası süxurlarının aşınması ilə izah edir, ərazidə gəcin küləşi və ağ
rəngli növmüxtəlifliklərinin yayılmasın göstərir. Onun fikrincə, ərazidə gəcli
süxurların yaranması vulkonogen xarakter daşımaqla bir sıra atmosfer amillərinin
təsiri altında mürəkkəb kimyəvi aşınma prosesində baş vermişdir.
www.behruzmelikov.com
5
Çəmən boz-qəhvəyi torpaqlar (şabalıdı) boz-qəhvəyi (şabalıdı)
torpaqlar zonasında (subtropik çöllər qurşağında) kiçik massivlər çəklində
yayılmışdır. Bu torpaqlar əsaəsn relyefin alçaq elementlərində (dağətəyi şleyflər,
alçaq çay terrasları, quru çay dərələrinin dibi və s.) formalaşırlar.
Torpaqəmələgəlmə prosesində səthə nisbətən yaxın yerləşən qrunt suları eləcə də
nisbətən yüksək ətraf sahələrdən gələn səth suları mühüm rol onayır. Bu prosesdə
suvarma sularının da ümhüm əhəmiyyəti vardır. Izafi rütubətlənmə şəraitində
sürünnə ayrıq, çayır, südləyən, şoranotu və s çimyaradan otların fəal iştirakı ilə
çiməmələgəlmə prosesi inkişaf edir. bir çox hallarda xam sahələrdə profilin üst
hissəsində qalınlığı 10-12sm, bəzən isə 15-smə çatan çim yarımhorizontu-Aç
ayrılır.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar yüksək münbitliyə malikdir. Bu
səbəbdən də göstərilən torpaqların böyük hissəsi kənd təsərrüfatı bitkiləri altında
istifadə edilir. Şumlanmayan sahələr biçənək və örüş sahələri altında istifadə edilir.
Ş
umlanmayan sahələr. Biçənək və örüş sahələri altında istifadə olunur. Bu
torpaqların suvarılan, qədimdən suvarılan və mədəniləşdirilmiş variantlarına rast
gəlinir. ərazinin drenləşmə ( parçalanma ) dərəcəsindən, qrunt sularının
dərinliyindən,hidroloji rejimin xüsusiyyyətindən asılı olaraq çəmən boz-qəhvəyi
(şabalıdı) torpaqların aşağıdakı yarımtipləri ayrılır. Səthdən çəmənləşmiş boz-
qəhvəyi (şabalıdı) torpaqlar.
Səthdən çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi
Bu yarımtipə daxil olan torpaqlar daha çox drenləşmiş ərazilərdə maili
ş
leyflərdə formalaşmışdır.qrunt suları dərində yerləşdiyindən torpaqəmələgəlmə
prosesinə fəal təsir göstərə bilmirlər. Torpaqların rütubətlənməsi əsas etibarıilə
ə
traf yamaclardan axıb gələn səth sularının hesabına baş verir. Təbii halda
torpaqların üst hissəsində çim qatı əmələ gəlir. Təsvir edilən torpaqlar kifayət
qədər humus ehtiyatına malikdirlər. Tək-tək hallarda profilin yuxarı hissəsində
qleyləşmə əlamətləri müşahidə edilir.
Çəmənləşmiş boz- qəhvəyi (şabalıdı) torpaqlar.
Digər yarımtipə daxil olan torpaqlardan fərqli olaraq çəmənləşmiş boz-qəhvəyi
(şabalıdı) torpaqların formalaşmasında dövri olaraq (rütubətli mövsümlərdə) qrunt
suları da iştirak edir. Bu torpaqların yayıldığı nisbətən yüksək və zəif drenləşmiş
çay terraslarında qrunt suları adətən 4-6 m dərinlikdə yerləşir. Lakin təsvir edilən
torpaqların əmələ gəlməsində səthi rütubətlənmə daha böyük rol oynayır.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan
torpaqlar nisbətən yüksək və zəif drenləşmiş çay terraslarında, qurunt sularının yer
səthinə daha yaxın (2-3 m) yerləşdiyi sahələrdə formalaşır. Torpaqəmələgəlmə
prosesinə səthə yaxın yerləşən qrunt suları çox böyük təsir göstərir. Bundan başqa
reylefin nisbətən alçaq elementlərində
yayıldığı
üçün bu torpaqların
rütubətlənməsində ətraf yamaclardan axıb gələn qrunt suları da müəyyən rol
oynayır.
Çəmən boz torpaqlar
Çəmən boz torpaqlar Azərbaycan Respublikası ərazisində ən geniş yayılmış
torpaq tiplərindən biri olmaqla əsasən Kür-Araz ovlağında, geniş masivlər
www.behruzmelikov.com
6
şə
kilində təmsil olunmuşdur. Bu torpaqlar meylli şleyflərdə, Kür və Arazın allüvial
düzənliklərində bir çox hallarda depresiya çökəkliklərdə formalaşır. Çəmən boz
torpaqlarının inkişafına qrunt və səth suları böyük təsir göstərir və bu proses adətən
yarımhidromorf şəraitdə əmələ gəlir. Bu torpaqlar keçid tipli olub quru çöllərin boz
qəhvəyi (şabalıdı) və çəmən boz- qəhvəyi (şabalıdı) torpaqları ilə daha quraq
şə
raitdə inkişaf edən boz torpaqlar arasındakı zolaqda yayılmışlar. Təsvir edilən
torpaqların çox geniş sahələri suvarma əkinçiliyində istifadə olunur.
Çəmən-boz torpaqlarının profilində müşahidə olunan hidromorfizm
ə
lamətləri (qleyləşmə, şorlaşma və s.) bu torpaqların vaxtilə subasar (vadi) – delta
rejimində inkişaf etdiyini etdiyini göstərir. Sonrakı dövrlərdə Xəzərin geri
çəkilməsi ilə əlaqədar olaraq bu torpaqların yayıldığı ərazilərdə qrunt sularının
səviyyəsi aşağı düşmüş, ərazi təbii drenləşməyə məruz qalmış və beləliklə,
torpaqların bozqırlaşması prosesi getmişdir. Efemerlərin, mayer yovşanı, soğanaqlı
qırtıc və s. bitkilərin yayılması, karbonatlı horizontun səviyyəsinin qalxması,
çürüntülü horizontun rəngininin bir qədər açıqlaşması, lövhəvari struktur, bir sıra
hallarda səthdə “bozqırkeçəsinin” inkişaf etməsi vəs kimi əlamətlər zun müddət
davan etmiş bozqırlaşma prosesinin nəticəsi kimi qeyd edilməlidir. Çəmən-boz
torpaqların yayıldığı ərazilər üçün isti və şaxtasız qışı, quru və isti yayı olan
subtropik yarımsəhra iqlimi səciyyəvidir. Havanın orta illik temperaturu 12,5-
14,6˚, yağıntılarınmiqdarı isə 215-310 mm arasında tərəddüd edir.
Təsvir edilən torpaqların genesezində hidroloji rejim və səviyyəsi mühüm
rol oynayır. Qrunt sularının səviyyəsinə torpaqəmələgətirici süxurların xarakteri,
relyef şəraiti, insanın təsərrüfat fəaliyyəti əhəmiyyətli təsir göstərir və 3-5 m
arsında dəyişir. Kür-Araz ovalığının daha çox mənimsənilən şərq hissəsində qrunt
sularının səviyyəsi qərb hissəsinə nisbətən yüksək olur.
Çəmən-boz torpaqlar qrunt sularının rejimi və yerləşmə səviyyəsindən asılı
olaraq aşağıdakı yarımtiplərə ayrılır:çəmənləşmiş-boz və çəmən-boz
Çəmənləşmiş-boz torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan
torpaqların yayılma arealı nisbətən məhduddur. Çəmənləşmiş-boz torpaqların
formalaşmasında səth suları başlıca rol oynayır, qrunt sularının rolu isə çox
məhduddur. Suvarma mövsümündə qrunt sularının səviyyəsinin müəyyən qədər
qalxması müşahidə olunur.
Humus profilinin qısa olması, çürüntü maddələrinin əsas hissəsini A1
horizontunda toplanması, xam sahələrdə çim qatının müşahidə olunması bu
torpaqların səciyyəvi xüsusiyyətlərindəndir.
Çəmənləşmiş çəmən-boz torpaqlar demək olarki şoranlaşmamışdır, profil
boyu duzlar demək olar ki, bərabər şəkildə paylanmışdır.
Çəmən-boz torpaqlar yarımtipi. Yuxarıda təsvir edilən yarımtipdən fərqli
olaraq çəmən-boz torpaqlar yarımtipi qrunt sularının səviyyəsinin dah yüksək
olduğu və həmin sularla rürubətlənmənin daha intensiv çəraitdə formalaşırlar. Bu
ə
razilərdə yaaz-payız aylarında qrunt sularının səviyyəsi daha yüksək (2,5-3,5 m)
olur.
Çəmən-boz torpaqlar. əlverişli rütubətlənmə şəraitində xüsusilə yovşan-
efemer senozları altında inkişaf edirlər. Maddələrin bioloji dövranı kifayət qədər
intensiv gedir. Təsvir edilən yorpaqların morfoloji quruluşu əvvəlki yarımtipdə
www.behruzmelikov.com
7
olduğundan fərqlənir. Beləki bu torpaqlarda humus profili bir qədər (30-60sm).
Həmin profil humusla nisbətən bərabər rənglənmiş olur. Aşağı horizontlara doğru
karbonatların iştirakı ilə əlaqədər olaraq profilin rəngi açılır.
Çəmən-boz torpaqların şoranvari, şorakətvari, mergelləşmiş qleyləşmiş,
suvarılan cinsləri ayrılır.(Salayev.1991) yüksək bonitetli torpaqlar sırasına daxil
edilən bu torpaqlardan əsasən pambıq, taxıl və bostan bitkiləri üçün istifadə olunur.
Boz torpaqlar
Azərbaycanb respublikası ərazisində boz torpaqların Kür-Araz, Xəzərsahili
ovalıqlarda, Arazsahili və Naxçıvan düzənliklərində yayılması haqqında xeyli
miqdarda torpaq tədqiqatları və torpaq-xəritə materialları vardır. Lakin Kür-Araz
ovalığının yarımsəhra zonasında boz torpaqların ayrılması, onların genesizi və
sistematikası nisbətən zəif öyrənilmiş və bir sıra elmi mübahisələri mövzüsuna
çevrilmişdir. A.N. Rozanov (1955) öz tədqiqatlarında bu torpaqların yayılma
arealını Kür-Araz ovalığı üçün səciyyəvi olmadığını göstərir. M.E. Salayev (1991)
bu torpaqların arealını ayrılmasında əsaslə dəlillər irəli sürülmüşdür. O, boz
torpaqların yayılma arealını Abşeron yarımadasının arid yarımsəhra hissəsi və
Cənuböşərqi Şirvan ilə boz torpaqların inkiçafı üçün tam avtomorf şəraitin və
yuyucu rejimin olduğu ərazilərlə məhdudlaşdırır.
Boz torpaqların yayıldığı ərazilər öçön xostək, xotək-yovşan və yovçan
efemer bitki qruplaşmaları səciyyəvidir. Kök sistemi çox dərinə işləyən bitkilərdən
fərqli olaraq əksər efemer bitkilər öz inkişafını quraq dövr başlayana qədər başa
vurur. Bitki örtüyü seyrək olub çim təbəqəsi yaratmır, ümumi fitokütlə az (5-6t/ha)
olub humusun əmələ gəlməsi üçün kifayət qədər üzvi maddə vermir. Bu səbəbdən
də torpaqda humusun toplanması çox zəif gedir. Bu torpaqlar allüvial, prolüvial və
qədim Xəzər duzlu çöküntüləri (dördüncü dövr gilləri, əhəngdaşlı qumlucalar,
brekçiyalar və s) kimi əsas torpaqəmələgətirici süxurlar üzərində formalaşır.
Yüngül süxurlar üzərində adətən şoranlaşmamış yüngül torpaqlar, duzlu ağır gilli
süxurlar üzərində boz torpaqların şoranvari və şorakətvari növləri əmələ gəlir.
Aşınma prosesləri intensiv şəkildə gedir.
Respublikamızın boz torpaqlar zonasının bioiqlim şəritinin yuxarıda
göstərilən səciyyəvi xüsusiyyətləri bu şəraitin çox sərt olduğunu göstərir. Bu
torpaqların morfoloji quruluşu, tərkib və xassələrində öz əksini tapır. Belə ki, boz
torpaqlar üçün profilin zəif diferensasiyası və monoton quruluşlu, humusun və
udma tutumunun aşağı olaması, mineral hissəciklərin dərindən parçalanması,
yüksək karbonatlılıq və s. səciyyəvidir.
Azərbaycanın boz torpaqları humusla çox zəif təmin olunmuşdur.
Torpaqların üst qatında onun miqdarı 1,4±0,1% təşkil edir. bir sıra növlərində
humusun miqdarı 1,5-2,0% arasında tərəddüd edir.
Boz torpaqlar tipinin tərkibində açıq-boz, adi-boz, qədimdən suvarılan boz
və ibtidai boz torpaqlar yarımtipləri fərqləndirilir.
Açıq-boz torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar relyefin
nisbətən cavan elementlərində yayılmışdır. Açıq-boz torpaqlar əsasən yovşan-
efemer bitkiləri altında formalaşırlarş yerli iqlim şəraiti ilə əlaqədar olaraq
torpaqəmələgəlmə prosesi yuyucu olmayan su rejimi şəraitində gedir. Rəng fonu
etibarı ilə açıq boz torpaqların genetik horizontlarının aydın ifadə olunan
www.behruzmelikov.com
8
fərqlənməsi (diferensasiyası) müşahidə olunmur və profil üçün monotonluq
səciyyəvidir. Boz torpaqlar tipi üçün səciyyəvi olan yüksək karbonatlılıq bu
yarımtip üçündə səciyyəvidir. Turşunun təsiri ilə torpaqlar səthdən etibarən
qaynamağa başlayırlar. Karbonatlar nisbətən bərabər paylanmışdır, illüvial-
karbonatlı horizont zəif inkişaf etmişdir. Bu torpaqlar üçün əsəs səciyəvi
xüsusiyyət profilin aşağı hissəsində (60-80 sm) asan həll olunan duz və
mineralların müşahdə edilməsidir.
Adi boz torpaqlar yarımtipi. Bu torpaqlar açıq-boz torpaqlardakına yaxın
bioiqlim şəraitində formalaşırlar. Adi-boz torpaqlar açıq-boz torpaqlarla
müqayisədə profilin daha yaxşı ifadə olunması ilə fərqlənir. Üst çürüntülü horizont
dogər horizontlardan rənginin bir qədər tünd olması ilə fərqlənir. Təsvir edilən
torpaqların üst horizontları bioloji cəhətdən yaxşı işlənmişdir. Karbonatlar yüksək
miqdarda olmaqla prifildə qeyri bərabər paylanmışdır. Profilin orta hissəsində (B1)
onin maksimum toplanması müşahidə olunur. Həmin horizont özünün bərkiməsi
ilə seçilir. Karbonatlar profildə özünü müxtəlif konkresiyalar, xüsusilə ağ
gözcüklər şəklində biruzə verir. Adi boz torpaqlarda humusun miqdarı açıq-boz
torpaqlarda olduğundan bir qədər yüksək olub 1,5-2,0 % təşkil edir. Udulmuş
ə
sasların miqdarı hər 100 q torpaqda 18-20 mq-ekv təşkil edir.
Qədimdən suvarılan (oazis) boz torpaqlar. Bu torpaqlar ilk dəfə Ş.G.
Həsənov, M.P.Babayev tərəfindən təsvir edilmişdir. Qədimdən suvarılan boz
torpaqlar formalaşmasında suvarma sularının (xüsusilə bulanıqlıq) gətirdiyi əsaslı
gətirmələr çox böyük rol oynayır. Asılı materiallar uzun müddət torpağın üst
qatında toplanır və daha yaxşı torpaqlarda aqroirriqasiya qatı (Ai) ayrılır. Bəzi
hallarda bu qatın qalınlığı 1,0-0,5 m-ə çatır. Bu torpaqların üst qatı üçün bozumtul-
qonur (qonur-qəhvəyimtil) rəng, topavari, topavari-kəltənvari struktur səciyyəvidir.
Profilin monoton boz rəngdə olması bu torpaqların əsas dioqnostik
göstəricilərindəndir.
Ibtidai (takırşəkilli) boz torpaqlar yarımtipi. Ibtidai torpaqlar relyefin
daha az parçalanmış sahələrində, bəzi hallarda isə çökəkliklərdə formalaşərlar. Bu
torpaqlara Sumqayıt-Siyəzən massivində daha geniş sahələrdə rast gəlmək
mümkündür.
Təsvir edilən torpaqların yayıldığı ərazilərdə bitki örtüyü zəif inkişaf
etməklə bütöv örtük əmələ gətirmir. Bitki örtüyü isə yovşan bitkisinin dı inkişaf
etdiyi taxılkimilərdən ibarət efemerlərdən, duzlu sahələrdə şoranotu qruplarından
ibarətdir. Isti yay mövsümündə bitki örtüyü quruyaraq məhv olur.
Bataqlıq torpaqları.
Azonal (zonadaxili) törəmə kimi bataqlıq torpaqları genetik cəhətdən zonal
torpaqlarla bağlıdır və müxtəlif torpaq-iqlim zonalarında rast gəlmək mümkündür.
Bu torpaqlar lokal şəkildə respublikamızın ustər dağlıq, istərsədə düzənlik
ə
razilərində təmsil olunmuşlar. Bataqlıq torpaqlar respublikamızda çəmən-bataqlıq
torpaqlarla birlikdə düzənlik rayonlarında 137 min hektar sahəni əhatə edir. Bu
torpaqlar əsasən Lənkəran və Kür-Araz ovalıqlarında, Naxçıvan düzənliyində,
Alazan-Əyriçay vadisinin quru çöllərində, Dəvəçi rayonunun Ağzıbirçala gölü
hövzəsində və s. səth və qrunt suları ilə izafi rütubətlənmənin yüksək olduğu
ə
razilərdə nisbətən geniş yayılmışdır. Təsvir edilən torpaqlar relyefin çökək
www.behruzmelikov.com
9
elementlırində ətrafdan axan səth sularının və ya qrunt sularının uzunmüddətli
təsiri nəticəsində təşəkkül tapır. Bu cür şəraitdə bataqlıq bitkilərinin inkişafı üçün
şə
rait yaranır və onlar sürətlə inkişaf edir. Bataqlıq torpaqların inkişaf etdikləri
ə
razilər üçün halofitlər (qamış, ciyən, cil, sirkən, duzlaq çoqanı və s.) iştirak etdiyi
su-bataqlıq bitki qruplaşmaları səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa
böyük miqdarda (orta hesabla 200-250s/ha) fitokütlə verir.
Bataqlıq torpaqlarda humusun miqdarı yüksık olub, 5,5%-dən 17,8%-dək
dəyişir. O, humusu horizontunda bərabər paylansada, dərinliyə doğru kəskin
şə
kildə azalır. Üzvi maddələrin zəif humifikasiyası və humusun tərkibində azotun
az olamsı ilə əlaqədar C/N nisbəti çox genişdir. Humusun tərkibi fulvat tiplidir.
Bataqlıq torpaqlar tipinin hidroloji rejimindən, sualtı torpaqəmələgəlmənin
davamiyyət müddətindən və torflaşmanın xarakterindən asılı olaraq 2 yarımtipi
ayrılır: çürüntülü-bataqlıq və lilli-bataqlıq.
Çürüntülü-bataqlıq torpaqları yarımtipi.
Göstərilən yarımtipə daxil olan bataqlıq torpaqları daha uzun müddətli sualtı
torpaqəmələgəlmənin məhsuludur. Bu torpaqlarda bitki qalıqlarının çürüməsi
prosesi çox yavaş gedir, torf qatının qalınlığı isə nisbətən az olur. Profilin orya
hissəsinin yükəsk dərəcədə qleyləşməsi çürüntülü-bataqlıq torpaqları üçün
səciyyəvi əlamətidir.
Lilli-bataqlıq torpaqları yarımtipi. Bu yarımtipə daxil olan bataqlıq
torpaqları üçün bütün profilin qleyləşməsi, səthində lil hissəciklərinin xeyli
toplanması səciyyəvidir. Çürüntülü-bataqlıq torpaqlarla müqayisədə lilli bataqlıq
torpaqlarda humusun miqdarı nisbətən az olur.
Bataqlıq torpaqların yuyulmuş karbonatlı və şoranvari cinsləri fərqləndirilir.
Izafi rütubətlənmə və su-fiziki xassələrinin əlverişli olması ilə əlaqədar olaraq
bataqlıq torpaqları əsas hissəsi biçənək və örüşlər altındadır.
Çəmən-bataqlıq torpaqları
Çəmən bataqlıq torpaqları respublika ərazisində nisbətən məhdud sahədə
yayılmışdır. Bu torpaqlar adətən relyefin alçaq və çökək elementlərində formalaşır.
Çəmən bataqlıq torpaqları Mil–Qarabağ, Lənkəran, Quba–Xaçmaz, Salyan və
Naxçıvan düzənliklərində kiçik massivlərlə təmsil olunmuşlar. Bu torpaqların
ə
mələ gəlməsi və inkişafı izafi rütubətlənmə ilə sıx əlaqədardır. Torpaqəmələ
gəlmə çəmən bitkilərindən çiyən, çil, kərmək (dəvəayağı), çığ, duzlaq şoğanı
sirkən və s. əhəmiyyətli rol oynayır. Izafi rütubətlənmə şəraiti daşqın və tullantı
suları, nəzarətsiz buraxılan suvarma sularının, eləcədə qrut sularının təsiri altında
ə
mələ gəlir. Bu prosesdə qrunt sularının təsiri daha böyükdür. Çəmən–bataqlıq
torpaqlarının yayıldığı rayonlarda qrunt suları müxtəlif dərinliklərdə yerləşir -40
sm–dən 80 sm–ə dək. Naxçıvan MR–də relyefin ən alçaq elementlərində yayılmış
bu torpaqların əhatə etdiyi ərazilədə qrunt suları adətən 20–25 sm dərinlikdə
yerləşir. Ilin rütubətli mövsümündə qrunt sularının səviyyəsi bir çox hallarda
torpaq səthinə qədər qalxır, quraq mövsümündə isə 1,5m–dək dərinliyə düşür.
Çəmən–bataqlıq torpaqların yayıldığı ərazilərin əsas hissələrində qrunt suları zəif
dərəcədə minerallaşmışdır. Bəzi sahələrdə isə nisbətən cod tərkibli qrunt suları
yayılır və onlar torpaqların sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Allüvial,
www.behruzmelikov.com
10
bəzi yerlərdə karbonatlı allüvial–prolüvial, duzlu gillicəli, yaxud gillicəliçınqıllı
çöküntülər əsas torpaqəmləgətirici süxuralar rolunu oynayır.
Çəmən–bataqlıq torpaqları bir sıra xarakterik morfoloji əlamətlərə malikdir.
Belə ki, çəmən bataqlıq torpaqlarının inkişaf etdiyi xam sahələrdə torpaq sıthindı
qalınlığı 5–8 sm–ə çatan çim qatı formalaşır. Profilin üst hissəsini əhatə edən
humus horizontu yaxşı rənglənir, çox vaxt qara və qara–qonur rəngə malik olur. Bu
horizont adətən rütubətli, suvaşqa və pis ifadə olunmuş struktura ilə seçilir.
Quruduqda bozarır, çox bərkiyir və çatlayır. Humus horizontunun altında
bozumtumtul –qonur, oxra və pas ləkəli, bir qədər qleyləşmiş keçid qatı yerləşir.
Çəmən bataqlıq torpaqları humusla yaşı təmin olunmuşdur. Naxçıvan MR–
də karbonatlı çimli–bataqlıq torpaqlarında humusun miqdarı 4,15–5,77% arasında
dəyişir və 85 sm dərinliyə kimi onun miqdarı cüzi şəkildə azalır. Anaerob bitki
qalıqları tədricən parçalanır və parçalanmanın sonuncu məhsullarına kimi
minerallaşır.
Duzlu ana süxurlar üzərində formalaşan və minerallaşmış qrunt sularının
təsiri altında formalaşmış çəmən–bataqlıq torpaqlarında şoranlaşma əlmətləri üzə
çıxır göstərilə torpaqların şorlaşmış variantlarına Kür–Araz ovalığının və Naxçıvan
düzənliyinin quru rayonlarında və qismən Qanıx–Əyriçay vadisində rast gəlmək
mümükündür.
Çəmən–bataqlıq torpaqları tipinin iki yarımtipi fərqləndirilir: çürüntülü
çəmən–bataqlıq və lilli çəmən–bataqlıq torpaqları:
Çürüntülü
çəmən–bataqlıq
torpaqları
yarımtipi.
Bu
torpaqlar
müxtəlifotlu çəmən bitkiləri altında formalaşır. Torpaqəmələgəlmə prosesinə
nisbətən qısa dövrü əhatə edən yüksək izafi rütubətlənmə (sualtı rejim) şəraiti
həlledici təsir göstərir. Çürüntülü çəmən–bataqlıq torpaqların profili üçün yaxşı
inkişaf etmiş çəmən çimli və humuslu profilin qalın olmağı səciyyəvidir. Bu
torpaqlar qida maddələri ilə yaşə təmin olunmuşlar və münbitlik səviyyəsi kifayət
qədər yüksəkdir.
Lilli çəmən–bataqlıq torpaqları yarımtipi. Bu torpaqlar çəmən–bataqlıq
altında inkişaf edir. Lilli çəmən–bataqlıq torpaqları uzun müddət səth, yaxud
daşqın sularının təsiri altında formalaşırlar. Suyun tərkibində olan asılı lil
hissəcikləri torpaq səthinə çökür. Torpaqəmələgəlmə şəraiti humufikasiya prosesi
üçün əlverişli deyildir. Bu səbəbdən profildə humus horizontu zəif ifadə
olunmuşdur. Uzun müddət davam edən izafi rütubətlənmənin təsiri altında demək
olarki, bütün profilin qleyləşməsi müşahidə olunur. Çəmən–bataqlıq torpaqlarının
yuyulmuş, karbonatlı, qleyli laylı cinsləri fərqləndirilir.
Ş
oran torpaqlar
Tərkibindəki mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda
suda həll olan duzlar olan torpaqlara şoran torpaqlar deyilir. Üst qatların duzlarla
zəngin olaması bu torpaqların səciyyəvi xüsusiyyətidir. Zonadaxili torpaqlar kimi
ş
oran torpaqlar zonal torpaqlar fonunda Azərbaycanın düzənlik rayonlarında quru–
bozqır və səhra bozqır zonasında daha geniş yayılmışdır. Şoran torpaqlar republika
ə
razisinin 1,3–1,5%-ni əhatə edir. Mil–Qarabağ, Mil–Salyan, Şirvan düzlərində,
Samur–Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron yarımadasının suvarılam
www.behruzmelikov.com
11
zonalarında bu torpaqlar daha geniş yayılmışdır. Bu torpaqların şoranlığı qərbdən
şə
rqə Xəzər dənizi sahillərinə doğru artır.
Kür–Araz ovalığında relyefin nisbətən çökək elementləri, bataqlıq və
laqunların ətrafları, Xəzərin alçaq terraslarının allüvial düzənlikləri üçün allüvial
ş
orlaşforması səciyyəvidir. Kür–Araz ovalığı ərazisinin üçdə iki hissəsində qrunt
sularının səviyyəsi torpaq səthinə nisbətən 5m–dən dayazdır. Yayda suvarma
mövsümündə qrut sularının səviyyəsinin daha da qalxması müşahidə olunur.
Torpaq səthinə yaxın minerallı qrunt suları kapilyar hərəkəti ilə torpağın üst
təbəqəsinə
daxil
olur
və
buxarlanma
nəticəsində
torpağı
ş
orlaşdırır.
Respublikamızın dağətəyi düzənliklərində dağ çaylarının konusları və vadilərində
delüvial və delüvial–prolüvial şorlaşma formalarına təsadüf edilir. Göstərilən
ə
razilərdə suayrıcı və dağ əkinlərinə düşən atmosfer yağıntıları yer səthinə yaxın
duzları həll edərək özü ilə bərabər dağətəyi düzənlik sahələrinə aparır. Burada
toplanan müxtəlif duzlar torpaq və qruntun duzlaşmasına səbəb olur. Dellüvial–
prolüvial şorlaşma formasında çay suları ilə gətirilən duzlar hesabına çay vadisi
torpaqlarının şorlaşması gedir.
Respublikamızın şoran torpaqları duzların anion və kationlarının nisbətinə
və morfoloji xüsusiyyətinə müxtəlif qruplara bölürlər.
Xloridli şoranlar– bu torpaqlarda ionunun miqdarı 40%-dən çox olur.
Xloridli şoranlar Muğan düzündə, cənub–şərqi Şirvanda, Abşeron yarımadasında,
Siyəzən–Sumqayıt massivində və s. geniş yayılmışdır. Sulfatlı şoranlar– bu
ş
oranlarda sulfat ionu üstünlük təşkil edir. ümumi duzların 40%-dən çoxunu
natrim–sulfat duzu təşkil edir. Göstərilən şoranlar cənubi Muğanda, Şirvanda və
Qarabağ düzlərində və s. geniş yayılmışdır. Soda ilə şorlaşmış torpaqlar–bu növ
torpaqlarda əsasən natrium–karbonat və bikorbonat duzları üstünlük təşkil edir.
Sodalı şoranlara Qarabağ düzünün mərkəzi və Naxçıvanda MR Araz sahili
hissələində təsadüf olunur. Qarışıq duzlarla şorlaşmış torpaqlar– bu torpaqlarda
qarışıq tərkibli duzlar yayılmışdır.
Azərbaycanın şoran duz toplama xarakterindən və şəraitindən asılı olaraq iki
genetik tipi fərqləndirilir–avtomorf və hidromorf şoranlar.
Qrunt suyu dərində yerləşən ana süxurlar üzərində əmələ gələn torpaqlara
avtomorf şoranlar deyilir. Qrunt suları kifayət qədər dərində yerləşdiyindən
torpaqəmələgəlmə prosesində iştirak etmirlər. Ana süxurlar əsasən üçüncü və
dördüncü dövrün elüvial və delüvial süxurlardan ibarət olur. Avtomorf şoranlar
yuyucu olmayan və dövrü tərləmə su rejimi şəraitində inkişaf edirlər. Bu tip
ş
oranların üst qatında duzların miqdarı 1–2% olur, bir çox hallarda səthdə duz
“qabığı” əmələ gəlir. Avtomorf şoranlar dağarası çökəkliklərdə Acınohur və
Ceyrançölün meyilli şleyflərində, Qobustan və Gəyən düzlərində təmsil
olunmuşlar. Bu tipik və şoranların takırlaşmış yarımtipləri fərqləndirilir.
Tipik şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoran toapaqlar
nəlbəkivari mikroçökəkliklərdə yayılmaqla əsas zonal torpaqlar fonunda ləkələr
şə
raitində təmsil olunmuşdur. Tipik şoranların üst qatında duzların miqdarı daha
yüksəkdir.
Takırlaşmış şoranlar yarımtipi. Bitki örtüyündən məhrum olan bu şoranlar
hamar səthə malik olur. Suda asan həll olan duzlar qabıq altı qatda daha çox
www.behruzmelikov.com
12
toplanmışdır. Qabıq–torpaq səthi adətən çox kövrək və çatvari olur.
Respublikamızın Mil–Qarabağ, Muğan–Salyan düzlərində, cənub–şərqi Şirvanda
həmçinin Xəzər dənnizi sahil zonalarında relyefin nisbətən az parçalanmış
sahələrində suvarılan ərazilərdə hidromorf şoranlar daha geniş yayılmışdır.
Tipik şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoranlar boz və çəmən–
boz torpaqlar fonunda daha geniş yayılmışdır. Şoranlaşmış və duzların toplanması
yüksək dərəcədə minerallaşmış qrunt sularının təsiri altında baş verir. Göstərilən
ş
oranların üst horizontu duzlarla zəngin (1,8–3,8%), qalınlığı az, yumuşaqolub,
səpələnən (dağılan) yalançı struktura malikdir. Bu torpaqların profili çox vaxt
bütövlükdəqleyləçir, sarı–pas ləkələrlə və gipsli yeni törəmələrlə təsadüf olunur.
Tüksək karbonatlı olan bu torpaqların ağır gilli növmüxtəliflikləri üstünlük təşkil
edir.
Təpəcikli şoranlar yarımtipi. Deflyasion–akkumlyativ formalı bu
ş
oranların əmələ gəlməsi eol prosesləri ilə əlaqədardır. Onlara Abşeronun
dənizsahili zolağında, cənub-şərqi Şirvanda daha çox təsadüf olunur. Bu
rayonlarda küləyin (əsas şimal istiqamətli) təsiri ilə duzlu hissəciklər hərəkət
edilərək ətraf sahələrə yayılır və rast gəldikləri şoran bitkilərinin (kərmək, qara
ş
oran, şorangə və s.) gövdəsi ətrafında toplanaraq hündürlüyü 5-10 sm-ə çatan
kiçik təpəciklər əmlə gətirirlər. Göstərilən şoranların profili çox primitiv quruluşa
malik olur.
Nəm (şor) şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoranlar Xızıri
müasir terraslarında Abşeronun duzlu gölərinin dibində yayılmışdır. Bu sahələrdə
qrunt suları səthə yaxın (0,8–1,0m) yerləşir. Yağıntılı mövsümdə qrunt suları səthə
çıxır, minerallaşma dərəcəsi çox yüksək (125–95q/l) olan şoran göllər yaranır.
Nəm şoranların profili çox primitivdir. Səthdə duz qabığı (qaysağı) yerləşir. Təsvir
edilən şorların morfoloji quruluşu üçün profilin primitivliyi, onun bütövlükdə
qleyləşməsi, qonur-göyümtül duz və gipslə zəngin gilli kütlədən ibarət olması
səciyyəvidir.
Sodalı şoranlar. Sodalı şoranların tərkibində soda və natrium bikorbinat
üstünlük təşkil edir. bu birləşmələrin təsiri ilə torpağların sukeçirmə qabiliyyəti
tamamilə itir, strukturu zəifləyir. Sodalı şoranların mühitin reaksiyası qələvi və
yüksək qələvidir (pH 8,9-9,9). Udulmuş əsasların 20-30 % udulmuş natriumdan
ibarətdir. Bu torpaqlar yüksək karbonatlıdır. Sodalı şoranlara Qarabağ düzündə,
tərtər çayının gətirmə konusunda, Həkəri və Qarqarçayın aşağı axınlarında –
Arazsahili zolaqda təsadüf olunur. Təsvir edilən torpaqlar Kür-Araz ovalığında
çəmən və çəmən–boz torpaqlar fonunda mürəkkəb kompleks yaradırlar.
Bataqlıq şoranları yarımtipi. Bataqlıq şoranları Kür-Araz ovalığının kasa
şə
killi mikroçökəkliklərdə rast gəlinir. Səthə yaxın (0,8-1,0) yerləşən qrint suları
ş
orlaşmada həlledici rol oynayır. Zonadaxili torpaqlar kimi bu şoranlara çəmən–
bataqlıq torpaqları fonunda çox rast gəlinir.
Təkrar (irriqasiya) şoranları yarımtipi. Bu yarımtipə daxil olan şoralara
ə
sasən Kür-Araz ovalığının suvarılan torpaqlarda rast gəlinir. Suvarmadan törəyən
təkrar şorlaşma nəticəsində başlıca olaraq qrunt sularının səviyyəsinin yüksəlməsi
ilə, suvarma sistemini kanallarında əmələ gələn filtrasiya ilə və çox vaxt
suvarmada həddindən artıq su sərf edilməsi ilə sıx əlaqədardır. Təkrar şoranlar
www.behruzmelikov.com
13
suda asan həll olunan duzların üst qatlarda daha çox toplanması və gilli tərkibə
malik olması ilə səciyyələnir.
Respublikamızda şoran torpaqların mənimsənilməsi duzların torpaqlardan
yuyulması və mədəniləşmə tədbirlərinin aparılması ilə əlaqədardır. Zəif şorlaşmış
torpaqlarda norma və rejiminə riayət olunmalı, sahələr hamarlanmalı, növbəti əkin
sistemi tətbiq edilməli suvarma arx və kanallar boyunca filtrasiya sularını
buxarlandıran ağaclar əkilməli və s. tədbirlə həyata keçirilməli. Orta və şiddətli
dərəcədə şorlaşmış torpaqlarda isə torpaqları su ilə yumaq tətbiq edilməlidir. Qrunt
sularının səthə yaxın yerləşdiyi sahələrdə kollektor-drenaj şəbəkəsindən istifadə
olunmalıdır.
Qumluqlar.
Respublikamızın ərazisində qumluqlar başlıca olaraq Xəzər sahili ovalıqda
ş
ox da geniş olmayan ərazidə yayılmışdır. Respublikamızın Xəzərsahili zolağı
ş
imalda Samur çayı mənsəbindən başlayaraq, cənubda Astara çayın mənsəbinə
kimi 800-dən artıq uzunluğa malikdir. Sahil boyu qumluqların eni 500–700 m-dən
bəzi yerlərdə isə 5-7 km-ə kimi şatır. Xəzərsahili qumların ümumi sahəsi 8-0 min
hektara yaxın olub zəif istifadə olunur. Son illərdə Xəzəri səviyyəsinin qalxması ilə
ə
laqədar olaraq sahil qumluqlarının müəyyən hissəsi dəniz sularının altında
qalmışdır.
Qumaların genesizi əsasən geoloji proseslərlə izah olunur. Aşənma
məhsullarına və küləyin təsiri ilə hissəciklər daha da xırdalanlr və öz yerini dəyişir.
Respublikamızın ərazisində yayılmış qumluq sahələr genesizinə görə dəniz, eol-göl
və allüvial qruplara bölünür.
Dəniz qumları Abşeron yarımadası sahillərində daha da geniş yayılmışdır.
Dəniz sahili boyu uzanan sahil tirələri də həmin qumlardan təşkil olunmuşlar.
Xəzər sahili bitki örtüyünün təşkil edən cil, yulğun, duzlaq çoğanı, qum yovşanı,
vələmir, ətli qaraşoran, dəvətikanı və s. yarımörtülmüş və örtülmüş qumluqlarla
müqayisədə çəlpaq sahələrdəki qumluqların hərəkəti müşahidə olunur.
Lənkərankəran ovalığının sahilboyu zolağında maqnetit-avqit qumları
yayılmışdır. Balıqqulağı ilə zəngin qulmluqlar Abşeron yarımadası sahillərində
daha geniş təmsil olunmuşlar. Eol-göl mənşəli qumluqlar əsasən Abşeron yarusu
çöküntüləri ilə əlaqədar və lokal şəkildə Binəqədi rayonunda rast gəlinir. Allüvial
qumlar Lənkəran ovalığı və sahilboyu meyilli düzənliklərdə yayılmışdır.
Qumluqlarda üzvi maddələr çox az olub (0,3-0,8%) ümumi azotun, fosforun
və kaliumun miqdarı buna müvafiq olaraq cüzi miqdar təşkil edir. gilli qumlar
istisna olmaqla qumluqlar əsasən şoranlaşmamışdır. Qumluqlardakı karbonatların
miqdarı geniş həddə (3-29 %) dəyişir və başlıca olaraq ana süxurların və
balıqqulağı qırıntılarının miqdarından asılı olur. Bu səbəbdən alt qatlarda toplanan
rütubət toplana bilmir və nəmlik alt qatlarda saxlanır. Qumlarda torpaq əmələ
gəlmə prosesi üçün nisbətən əlverişli şərait yalnız bitkilərlə bərkilmiş sahələrdə
mövcud olur.
Qumların külık tərəfindən sovurulub aparılmasının qarşısını almaq üçün
kompleks tədbirlər həyata keçirilməlidir. Hər şetdən əvvəl bitki örtüyünün
mühavizə edilməsinə, müxtəlif ot kol və ağac bitkilərinin əkilməsinə diqqət
yetirmək tələb olunur. Qumların hərəkətini məhdudlaşdərmaq üçün mexaniki və
www.behruzmelikov.com
14
canlı çəpərlərin yaradılması, meşə zolaqlarının salınması, müxtəlif polimer və
yapışdırıcı maddələrdən istifadə edilməsi faydalı ola bilər.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |