Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

Azərbaycan İntibah mədəniyyəti (XI-XII əsrlər) 

 

İntibah mədəniyyətinin yaranması 



IX  əsrin  ortalarından  başlayaraq  Azərbaycan  mədəniyyətinin  tərəqqisi  baş 

verdi. Buna görə də IX-XII əsrlər Azərbaycan İntibah mədəniyyəti dövrü adlanır. IX 



əsrin  ortalarından  etibarən  müsəlman  intibahı  başlandı.  İslam  mədəniyyəti  İslam 

dinini qəbul etmiş xalqların yaratdıqları ortaq mədəniyyəti hesab olunur. Bəhs edilən 

dövrdə  Azərbaycan  müsəlman  intibah  –  mədəni  oyanışın  mərkəzlərindən  biri  idi. 

Azərbaycan mütəfəkkirləri bu mədəniyyətin yaradılmasında fəal iştirak etmişdilər. XI 

əsrin ortalarından başlayaraq Azərbaycanda maddi və mənəvi mədəniyyətin oyanışına 

əlverişli şərait yaratmış amillər aşağıdakılar idi: 



1.

 

Ərəb xilafətinin tənəzzülü nəticəsində Azərbaycanda dövlət ənənələrinin 

dirçəlməsi. 

2.

 

Siyasi müstəqilliklə başlayan mədəni oyanışın baş verməsi. 

IX  əsrin  ortalarından  başlayan  Azərbaycan  intibahı  XII  əsrə  qədər  yüksələn 

xətlə  davam  etdi.  Bu  dövrdə  mədəniyyətin  bir  çox  sahələrində  bu  gün  də 

əhəmiyyətini itirməyən nümunələr yaradıldı. 

Siyasi dirçəliş elmin inkişafına mühüm təkan verdi. Bütün Şərqdə məşhur olan 

Gəncə,  Bərdə,  Şamaxı,  Dərbənd,  Təbriz,  Ərdəbil  və  başqa  şəhərlərdə  mükəmməl 

təhsil verən çoxlu  mədrəsələr  var idi.  Məscidlərin  yanında fəaliyyət göstərən  ibtidai 

məktəblərdə  Quran  dərsləri  keçirilir,  müxtəlif  elm  sahələrinə  aid  ilkin  məlumatlar 

verilirdi. 

Elmin ayrı-ayrı sahələrinə maraq getdikcə artırdı. Mədrəsələrdə şəriət, məntiq, 

şərq dilləri ilə yanaşı, müxtəlif təbiət elmləri də öyrədilirdi. Azərbaycan mədəniyyəti 

ümumdünya  mədəniyyətinin  inkişafına  müsbət  təsir  göstərirdi.  Bu,  Azərbaycanın 

dünya  sivilizasiyasının  ən  qədim  mərkəzlərindən  biri  olması  və  coğrafi  mövqeyi  ilə 

bağlı  idi.  Ölkəmizin  alimləri  təbabət,  fəlsəfə,  astronomiya,  tarix  və  coğrafiya 

sahəsində dünya elminin önündə gedirdilər.  

 

İntibah mədəniyyətinin görkəmli nümayəndələri 

XI—XII  əsrlərdə  ədəbiyyatda  daha  güclü  oyanış  baş  verdi.  Bu  dövrdə  şifahi 

xalq ədəbiyyatının ən böyük nümunəsi «Kitabi-Dədə Qorqud» dastanı artıq bütün ölkə 

ərazisində geniş yayılmışdı. IX—XI əsrlərdə yazıya alınan dastanın boyları oğuzların 

yaşadıqları bütün ərazilərdə yayılmışdı. İntibah dövründə Azərbaycan türk dili bütün 

ölkə  ərazisində  vahid  ünsiyyət  vasitəsinə  çevrildi.  Hökmdarların  saraylarında,  iri 

şəhərlərin ədəbi mühitində formalaşan yazılı ədəbiyyat, bir qayda olaraq, ərəb və fars 

dillərində yaranırdı. 

Azərbaycanda  İntibah  dövrünün    görkəmli  elm  və  ədəbiyyat  xadimlərindən 

aşağıdakıları qeyd etmək olar: 

 

Bəhmənyar  Mərzban  oğlu  –  dövrün  görkəmli  filosofu  və  İbn  Sinanın 



tələbəsi  olmuşdu.  Əsərləri  bir-çox  qərb  və  şərq  dillərinə  tərcümə 

edilmişdir. Dünya fəlsəfi fikrin inkişafında da mühüm rol oynamışdır. 

 

Xətib  Təbrizi  -  Bağdadda  Nizamiyyə  mədrəsəsində  40  il  dərs  demiş



fəlsəfə,  dil,  ədəbiyyat,  məntiq  elmlərinə  dair  qiymətli  əsərlər  yaratmış, 

bütün  İslam  dünyasında  ədəbiyyatşünaslıq  və  dilçilik  sahəsində 

ensiklopedik  biliyə  malik  ən  görkəmli  alimlərdən  biri  səviyyəsinə 

yüksəlmişdir. 

 

Ömər  Gəncəyi  –filosof-şair,  dilçi  və  ədəbiyyatşünas  alim  idi.  Bağdadın 



Nizamiyyə mədrəsəsində təhsil almışdı 

 

Bəhmənyar 

 

Qətran Təbrizi.  

Rəssam E.Şahtaxtinskaya 

 

Məhsəti Gəncəvi.  



Rəssam G.Mustafayeva

 

 



 

Nizami Gəncəvi 

 

 



Xaqani Şirvani. Şabran.  

Müəllif Camal Rüstəmov

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Eynəlqüzzat  Miyanəçi  -  XII  əsrin  görkəmli  filosofu  idi.  Çox  qiymətli 

fəlsəfi əsərlər yaratmışdır. 

 



Fazil  Şirvani  –  dövrünün  görkəmli  astronomu  idi,  bütün  ömrünü  səma 

cisimlərinin  öyrənilməsinə  sərf  etmiş,  astronmiyaya  dair  bir  sıra  qiymətli 

cədvəllər hazırlamışdı 

 



Qətran  Təbrizi  -  İntibah  ədəbiyyatının  ilk  görkəmli  nümayəndələrindən 

biri  idi.  Onun  əsərləri  XI  əsr  tariximizi  öyrənmək  üçün  dəyərli  mənbə 

hesab olunur.  

 



Məhsəti  Gəncəvi  -  Azərbaycan  İntibah  ədəbiyyatının  ilk  görkəmli 

nümayəndələrindən biri idi.  Onun rübailərinin çoxu sadə peşə adamlarına 

həsr edilib. 

 



Əfzələddin  Xaqani  Şirvani  -  İntibah  ədəbiyyatının  ən  görkəmli 

şairlərindəndir.  O,  Azərbaycan  ədəbiyyatı  tarixində  ilk  poemanın 

müəllifidir. Xaqaninin yaradıcılığı bütün Yaxın və Orta Şərq ədəbiyyatına 

güclü təsir göstərmişdir. 

 

Nizami  Gəncəvi  (1141—1209)  -  Azərbaycan  İntibah  ədəbiyyatı 



yaradıcılığı  ilə  özünün  ən  yüksək  zirvəsinə  çatmışdı.  Onun  yaradıcılığı 

Şərq  və  dünya  poeziyasının  inkişafına  güclü  təkan  verdi.  Şairin  ölməz 



«Xəmsə»si  xalqımıza  dünya  şöhrəti  gətirdi.  Nizaminin  yaradıcılığı  Qərbi 

Avropa intibahını yüzillərlə qabaqlamışdır. 

 

 

XI-XII əsrlərdə Azərbaycan memarlığı. İncəsənət. Bədii sənətkarlığın inkişafı 



XI-XII  əsrlərdə  memarlıq  sahəsində  də  intibah  baş  verdi.  Azərbaycan  memarlığına  İslam  dini  yeni  üslub 

gətirdi  –  iri  şəhərlərdə  gözəl  imarətlər,  məscidlər,  minarələr,  türbələr,  qalalar,  bürclər  ucaldıldı.  XI  əsrdə  inşa 

olunan Azərbaycanın intibah mədəniyyətinə aid tarixi abidələri aşağıdakılardır: 

 



Xudafərin körpüsü (1027) 

 



Gəncə qala qapıları (1063) 

XII  əsrdə  inşa  olunan  Azərbaycanın  intibah  mədəniyyətinin      memarlıq 

abidələri isə bunlardır: 

 

Qız Qalası (Bakı) 



 

Mərdəkan qalası (Bakı) 

 

Gülüstan qalası (Şamaxı yaxınlığında) 



 

Buğurd qalası (Şamaxı yaxınlığında, Ağsu çayı sahilində) 



Qeyd edilən memarlıq abidələri müdafiə tikililəri  (qalaları) idi.  

İntibah dövrü Azərbaycan memarlığının ən görkəmli nümayəndələri XII əsrdə 

yaşamış  Əcəmi  Əbubəkr  oğlu  və  Məsud  Davud  oğlu  idi.  Əcəmi  Əbubəkr  yaşağığı 

Eldənizlər  dövlətinin  paytaxtı  olan  Naxçıvan  şəhərində  aşağıdakı  nadir  memarlıq 

abidələrini tikmişdir: 

 



Cümə Məscidi.  

 



Qoşaminarə. 

 



Yusif İbn Küseyr türbəsi. 

 



Möminə xatun türbəsi. 

 



Eldənizlər sarayı. 

Əcəmi  Əbubəkr  özündən  əvvəlki  memarlıq  ənənələrini  zənginləşdirmiş,  riyazi  hesablamalara  əsaslanan 

mürəkkəb  memarlıq  kompleksləri  yaratmış,  “mühəndislər  şeyxi”  ləqəbini  qazanmış,  özündən  sonra  Naxçıvan 

memarlıq məktəbinin  əsasını qoymuşdur. Əcəminin memarlıq sənəti Şərq memarlığına güclü təsir göstərmişdir.  

XII əsrin memarlıq incilərindən biri Bakıdakı Qız qalası idi. Qalanın memarı Məsud Davud oğlu olmuşdur. 



Müdafiə  məqsədilə  tikilən  qalanın  özünəməxsus  xüsusiyyətləri  var.  Digər  qalalar  —  Abşerondakı  Mərdəkan, 

Şirvandakı Gülüstan və Buğurd qalaları da İntibah dövrünün memarlıq xüsusiyyətlərini daşıyır. 



Bakıda Nizami 

Gəncəvinin abidəsi.  

Müəllif Fuad 

Əbdürrəhmanov

 

Əcəmi Naxçıvaninin 



abidəsi. Naxçıvan. 

Heykəltəraş Kamal 

Ələkbərov 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə