Vəhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 0,74 Mb.
səhifə4/16
tarix16.11.2017
ölçüsü0,74 Mb.
#10513
1   2   3   4   5   6   7   8   9   ...   16

Yaddaş


Mə’lum oldu ki, sünnə əhli camaat namazında iştirakı vacib sayır, onun qaydalarına xüsusi diqqət yetirir, camaat namazının saymazlıq üzündən tərk edilməsini böyük günah hesab edir. Şiələr də çalışmalıdırlar ki, Məscidül-haram və Məscidün-nəbidə qat-qat artıq savaba malik namazlara hazır olub, azan vaxtı hamı məscidə tələsdiyi zaman dükan-bazarda gəzməsinlər. Bu namazlarda iştirak etmək istəməyənlər göz qabağında qalmasalar daha yaxşıdır.

Sual 10: Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində “bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?

Cavab: Şiələrin əqidəsinə görə, “Bismillahir-rəhmanir-rəhim” Qur’an surələrinin tərkib hissəsidir. “Tövbə” surəsindən başqa bütün surələr “bismillahir-rəhmanir-rəhim”lə başlayır. Əgər həmd və surəni “Bismillahir-rəhmanir-rəhim”siz başlasaq, surə natamam olar.

Bu məsələdə sünnilərin bir qismi şiələrlə həmfikirdirlər. Sünnilərin bə’ziləri isə yalnız “Nəml” surəsinin “Bismillahir-rəhmanir-rəhim”lə başladığını qəbul edir. Malikilər isə belə düşünürlər ki, ümumiyyətlə, namazda “Bismillahir-rəhmanir-rəhim” deyilməməlidir.1 Beləcə, dörd sünni məzhəbini təşkil edən malikilər uyğun ifadəni namazda işlətmir, hənəfilər ya demir, ya da astadan deyir, şafeilər ucadan deyir, hənbəlilər ucadan demirlər.2 Belə bir nəticəyə gəlirik ki, sünnilər arasında namaz qılarkən “bismillahir-rəhmanir-rəhim” demək təqiyyəyə zidd deyil.



Sual 11: Nə üçün şiələr namazda əllərini yana salır, sünnilər isə qarşı tərəfdən üst-üstə qoyurlar?

Cavab: Şiə fiqhində sübut olunub ki, həzrət Peyğəmbər (s) və mə’sum imamlar (ə) namazda əllərini yana salmışlar. Əhli-beyt rəvayətlərində əlləri üst-üstə qoymaq qadağan edilir. İmam Baqir (ə) bir şəxsə buyurur: “Əllərini üst-üstə qoyma, çünki atəşpərəstlər belə edirlər.”3

Rəvayətlərdə bildirilir ki, namaz halında əlləri budların üzərinə qoymaq müstəhəbdir. Əgər bir şəxs əlləri üst-üstə qoymağı namaz qaydası bilərək belə edərsə namazı batil olar. Bu məsələdə sünnilər arasında cüz’i fərqlər də olsa, onların əksəriyyəti bu işi müstəhəb hesab edir. “Səhihe Buxari” və “Səhihe-Müslim”də4 bu barədə cəmi bir rəvayət nəql olunmuşdur. Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) qiraət halında olarkən sağ əlini sol əlinin üstünə qoymuşdur. Sünnilərin bə’zisi əlləri sinənin üstündə, bə’ziləri isə göbəkdən aşağı üst-üstə qoymağı zəruri bilirlər.1 Sünnə əhli belə hesab edir ki, əlləri üst-üstə qoymaq Allah qarşısında təvazö və kiçiklik əlamətidir. Onlar Allahdan qeyrisinin qarşısında əlin sinəyə qoyulmasını caiz hesab etmirlər.2 Bə’ziləri isə belə hesab edirlər ki, əllər qəlbi (ürəyi) qorumaq məqsədi ilə üst-üstə qoyulur. Malikilər isə namazda şiələr tək əllərini yana salırlar.3



Sual 12: Nə üçün həmd surəsindən sonra sünnilər “amin” deyir, biz isə demirik?

Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və imamların “amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mö’təbər bir rəvayətdə imam Sadiq (ə) buyurur: “İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra “amin” yox, “əlhəmdulillahi rəbbil-aləmin” deyin”4

Şiə fiqhində “amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bid’ətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq “amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir. Qeyd ektmək lazımdır ki, onlar bu sözü Həmd surəsinin bir növ dua olması və ya duanın qəbulu üçün demirlər. Bu iş təkcə Əbu Hüreyrənin hədisinə istinadən yerinə yetirilir.5



Sual 13: Nə üçün camaat namazının birinci və ikinci rək’ətlərində yalnız imam, bə’zi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?

Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rək’ətdə yalnız imamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: “Camaat namazında iqtida edənə (mə’muma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında imamla birlikdə oxumaq məkruhdur.1 “Səhihe Buxari” və “Səhihe Müslim”də də namazın hər rək’ətində həmd oxumağın vacibliyini bildirən rəvayətlər var.2 Sünnə əhli arasındakı bu ixtilaf səbəbindən onların camaat namazında kimi həmdi ucadan oxuyur, kimi astadan deyir, kimisi də susur.

Yaddaş


İqtida etmək istəməyən şəxslər deyilənləri nəzərə alaraq, onlar kimi namaza daxil olub, həmdi də onlar kimi deyə bilərlər. Belə olsa, həm təqiyyə saxlanılar, həm də e’tiraz bildirilməz.

Sual 14: Nə üçün şiələr yovmiyyə namazlarında həmddən sonra surəni tam oxuyur, sünnə əhli isə hər hansı surədən bir neçə ayə oxumaqla kifayətlənirlər?

Cavab: Şiələr mö’təbər rəvayətlərə və fəqihlər icmasının rə’yinə görə həmddən sonra hər hansı surəni tam oxuyurlar. Sünnə əhlinin fikrincə, rəvayətlərdən surəni tam oxumaq zərurəti hasil olmur.3 Ona görə də onlar bə’zən bütöv surə, bə’zən də bir neçə ayə oxuyurlar.

Sual 15: Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar?

Cavab: Şiə fəqihləri həzrət Peyğəmbər (s) və imamların buyuruqlarına əsasən fətva vermişlər ki, səcdə edilən şey ya torpaq, ya da torpaqdan göyərən və yeməli, geyməli olmayan, mə’dəndən çıxmamış şey olmalıdır. Bir sözlə xalı-xalça və digər dünya malları insanın diqqətini cəlb etdiyindən onun ixlasını azaldır. Belə şeylərə səcdə qadağandır.1 Möhür heç bir xüsusiyyətə malik olmadığından və onu gəzdirməklə təmizliyə riayət etmək mümkün olduğundan onunla namaz qılmaq münasib bilinmişdir. Şiəlikdə möhürdən əlavə daşa, mərmər döşəməyə, ağaca, həsirə kağıza, gil təsbehə səcdə etmək caizdir. Sünnilər isə hər şeyə, eləcə də xalçaya səcdə etməyi düzgün sayırlar. Onlarda da səcdə yerinə aid şərtlər var. Məsələn, səcdə yeri quru olmalı, yumşaq olmamalıdır.2

Məscidün-nəbidə bir vəhhabi dedi: “Nə üçün şiələr məscidin daş döşəməli hissəsində namaz qılırlar? Məgər behişt oradadır.” Cavabında dedim: Əvvəla, şiələr öz fəqihlərinin fətvasına əsasən daş döşəmə üzərində namaz qılırlar. İkincisi, siz də belə etməlisiniz, çünki mö’təbər kitabınız olan “Səhihe Buxari”də nəql olunur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “Yer mənim üçün səcdə və təyəmmüm yeri qərar verilmişdir.”3 Amma sizin üstündə namaz qıldığınız xalılar yer deyil və siz Allahın rəsulunun göstərişinə əməl etmirsiniz. Bundan əlavə xalılar daim ayaq altında olduğundan onlara səcdə etmək sağlamlığa zərərdir. Mən əlimdəki gil təsbehə səcdə edərəm, amma o çirkli xalçaya yox. Siz də ona səcdə etməyin.

Həmsöhbətim gülümsünüb dedi: “Bizim fiqhimizdə xalıya səcdə etmək caizdir.”

Soruşdum ki, əgər bu xalılar yaş olsa, ona səcdə edərsənmi? Bildirdi ki, xeyr, quru bir tərəfə gedərəm. Dedim ki, məgər həmin quru yer behiştdir?! İşarəmi başa düşüb gülümsündü. Soruşdu ki, bəs nə üçün bə’zi şiələr xalıya səcdə edir? Dedim: onlar siz vəhhabilərin qorxusundan belə edirlər. Bə’zi şiə fəqihlərinin fətvasına görə vəhdəti qorumaq, təfriqədən çəkinmək məqsədi ilə Məkkə və Mədinə kimi yerlərdə xalıya səcdə etmək olar.

Bu izahımdan xoşhal olan həmsöhbətim dedi: “Mən vəhhabi deyiləm, malikiyəm. İşin nə yerdə olduğunu bilmək istəyirdim.” Sonra vəhhabilərə nifrətini bildirdi və dedi ki, onlar təəssübkeş və quru adamlardır.

Sual 16: Nə üçün şiələr ikinci səcdədən sonra təşəhhüd olmadıqda bir qədər oturub, sonra qalxırlar, sünnilər isə “əllahu əkbər” deyib, dərhal dururlar?

Cavab: Şiə fiqhində Peyğəmbər (s) və imamların ikinci səcdədən sonra oturması barədə mö’təbər rəvayətlər var. Bu rəvayəti əsas götürərək bə’zi fəqihlər bu işi vacib, bə’ziləri isə müstəhəb hesab edirlər. Amma sünnilər öz kitablarında belə bir rəvayətin olmasına baxmayaraq ikinci səcdədən sonra dərhal qalxırlar.1 Müfti Əbdullah ibn Baz fətva vermişdir ki, ikinci səcdədən sonra azca oturmaq müstəhəbdir. O deyir: “Sübut olub ki, həzrət Peyğəmbər (s) ikinci səcdədən sonra azca oturar, sonra qalxarmış.”2 Bütün bunlara baxmayaraq, sünnə əhli uyğun qaydaya riayət etmir.

Sual 17: Nə üçün şiələr bütün namazlarda qunut tutduğu halda, sünnilər belə etmirlər?

Cavab: Şiə kitablarında qunutun müstəhəbliyi və fəzilətinə dəlalət edən mö’təbər rəvayətlər var. Peyğəmbər (s) və imamların (ə) qunut tutduğunu nəzərə alaraq şiələr bütün namazlarda qunut tuturlar.

Sünnə əhlinin mö’təbər mənbələrində də həzrət Peyğəmbərin (s) xüsusi ilə şam və xüftən namazlarında qunut tutduğu bildirilir.1 Malikilər həmin rəvayəti əsas götürərək sübh namazında qunut tutmağı müstəhəb hesab edirlər.2



Sual 18: Nə üçün şiələr namazın təşəhhüdündə salavat göndərir, sünnilər isə yox?

Cavab: Sünnilər də kitablarındakı rəvayətlərə əsaslanaraq namazlarının təşəhhüdündə, meyit namazında, həzrət Peyğəmbərin (s) ziyarətində salavat göndərirlər.3 Onlar deyirlər: “Duanın qəbul olma səbəblərindən biri onun sonunda Məhəmməd və onun ailəsinə salavat göndərməkdir.4

Xoşbəxtlikdən, biz şiələr başqa vaxtlar da salavat çəkirik və bu bizi tanıtdıran ilahi şüarlardandır. Qur’anın bu barədəki əmrini və rəvayətləri nəzərə alaraq istər namazda, istərsə də başqa vaxtlar salavat göndərilir. İmam Sadiq (ə) buyurmuşdur: “Salavat namazı tamamlaşdırır və onsuz namaz namaz deyil.”5 Sünnilərin belə bir feyzdən məhrum olmasına təəssüf edirik.



Sual 19: Nə üçün biz şiələr həzrət Məhəmməd (s) ailəsinə də (“ali-Muhəmməd”) salavat göndərir, sünnilər isə yalnız Peyğəmbərin (s) özünə salavat göndərməklə kifayətlənirlər?

Cavab: Şiələr bu məsələdə sünnilərin də nəql etdikləri rəvayətə əsaslanırlar. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) necə salavat göndərmək barədə soruşulduqda buyurdu: “Deyin “əllahummə səlli əla muhəmmədin və ali muhəmməd” Bu rəvayət sünnə əhlinin Qur’andan sonra ən mö’təbər kitabı sayılan “Səhihe Buxari”də nəql olunur.6 Eyni hədis “Səhihe Müslim” kitabında da nəql edilmişdir.7 Sünnə əhlinə bütün namazların təşəhhüdündə, meyit namazlarında, Peyğəmbərin (s) ziyarətində, cümə namazının xütbəsində bu şəkildə salavat göndərmək tapşırılır. Dörd sünni məzhəbindən birinin imamı olan Şafei öz şer’ində deyir:

Allahın Rəsulunun Əhli-beytinə

Məhəbbəti Qur’an vacib buyurmuş.

Əhli-beytə salam göndərməyənin

Namazını dərgahından ayırmış
Sünnə əhli də şiələr tək ali-Məhəmmədə salavat göndərməli olduqları halda, bu əmrə yalnız yuxarıda sadalanan hallarda əməl edirlər. Adi halda salavat göndərən sünnə əhli yalnız Peyğəmbərin (s) adını çəkir. Əhli-beyt, xüsusi ilə də həzrət Zəhra haqqındakı hədislərə e’tinasızlıq təəccüb doğurur. “Səhihe Müslimin” müəllifi Müslim ibn Həccac Peyğəmbər (s) ailəsinə, xüsusən də həzrət Fatiməyə (s) məhəbbəti ilə seçilir. O, səhabələrin fəzilətlərindən danışır, hər dəfə onların adını çəkəndə hörmət və “rəziəllahu ənh” işlədir. Müəllif yalnız Fatimənin (s) adını çəkərkən “əleyhəssəlatu vəssəlam” sözlərini qeyd edir.1 Olsun ki, Müslim ibn Həccac həzrət Peyğəmbərin (s) “Fatimə mənim tənimin yarısıdır buyuruğunu nəzərə almışdır. Doğrudan da, Qur’an Peyğəmbərə (s) salam göndərməyi əmr edirsə və Fatimə (s) Peyğəmbərin təninin yarısıdırsa, nə üçün ona salam göndərilməməlidir.

İstənilən vəchlə Əhli-beytin adını çəkməməyə çalışan sünnə əhli zəruri yerlərdə bu işə məcbur olduqda ya astadan deyir, ya da səhabələri də əlavə edərək diqqəti yayındırır. Hansı ki, sünni fiqhinə görə Məhəmməd və ali-Məhəmmədə salam göndərmədən ibadətlər və dualar qəbul olunmur.



Sual 20: Nə üçün şiələr ucadan, sünnilər isə astadan salavat çəkirlər?

Cavab: Şiələrin bu məsələdə əsaslandıqları rəvayətlərdə bildirilir ki, nifaqı aradan qaldırmaq üçün salavatı ucadan deyin. Diqqətli olmaq lazımdır ki, salavatın ucadan çəkilməsi başqalarına mane olmasın, kiminsə diqqətini namaz və duadan ayırmasın, sakitlik və nizamı pozmasın. Sünnilərin astadan salavat çəkməsinin səbəbi əvvəlki sualın cavabında aydınlaşdırıldı. Onların bu işdə şiələrə qadağa qoymasının iki səbəbi var: Onların fikrincə, Peyğəmbərin (s) yanında ucadan danışmaq caiz deyil. Dəlil olaraq Qur’an ayəsi göstərirlər: “Həqiqətən, Allahın rəsulunun yanında astadan danışanlar ürəkləri təqva üçün sınağa çəkilənlərdir.”1 Eləcə də, sünnə əhli birlikdə, xorla dua oxunmasını qeyri-şər’i və bid’ət bilir.2 Onlar zikr və duaların yavaşdan deyilməsini müstəhəb sayırlar. “Səhihe Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: “Ey camaat, özünüzə gəlin, siz uzaq və eşitməyən kəsi çağırmırsınız, O sizinlədir.”3

ƏTRAFLI bİr MÜBAHİSƏ


Məscidün-nəbidə (Mədinədə) hörmətli bir şiə alimi məscidə daxil olarkən onu görən digər şiələr uca bir salavat çəkdilər. Məscidin mə’murları bu işə mane olmağa çalışdılar. Vəhhabilərdən biri mənə yaxınlaşıb, “bu haram işin nə üçün qarşısını almırsınız” deyə, e’tiraz etdi. Dedim: “haramdır” demə, de ki, namaz qılanların diqqətini yayındırır, başqalarının rahatlığını pozur. Biz ruhanilər xalqa anlatmışıq ki, ümumi ibadət yerlərində belə işlər İslam əxlaqına ziddir.

Vəhhabi müsahibim öz mövqeyində israrla dayanıb, “hucurat” surəsinin 3-cü ayəsini dəlil göstərdi. Dedim: əvvəla, bu ayə əxlaq ayəsidir. Nadan və ədəbsiz adamlar Peyğəmbərə qarşı qeyri-münasib hərəkətlərə yol verdiklərindən Allah-təala onları əxlaqlı olmağa rəğbətləndirir. Bu ayə Peyğəmbərin (s) yanında səsini ucaldanlara aiddir. Peyğəmbərə (s) salavat göndərmək isə ona hörmətsizlik yox, ehtiram nişanəsidir. İkincisi, əgər ayə ucadan danışmağı qadağan edirsə, nə üçün riayət etmirsiniz. “İnsanlara yaxşı işlər görməyi əmr edir, özünüzü unudursunuz.”1 Üçüncüsü, ayədə Peyğəmbərin yanında səsi qaldırmaqdan danışılır. Peyğəmbərin (s) məzarından kənar yerlər isə nəzərdə tutulmur.

Vəhhabi dedi: “Biz deyilənlərə riayət edirik, astadan dua oxuyur, astadan danışırıq.” E’tiraz edib, dedim: “Xeyr, riayət etmirsiniz. Azançının səsi bir neçə səs gücləndirici ilə ətrafı bürüyür, iqamədə, camaat namazında bərkdən deyir, bərkdən “amin” oxuyursunuz. Səsiniz məsciddən bayırda da eşidilir. Əgər siz “amin” deməyi dua sayırsınızsa, salavat da duadır. Ayə və rəvayətlərə görə isə dua astadan oxunsa daha münasibdir. Demək, siz “amin”i ucadan deməklə Qur’an və Peyğəmbər (s) sünnəsinə qarşı çıxır, öz müftiniz Əbdullah ibn Bazın dediklərinə əməl etmirsiniz.”

Müsahibim çox narahat oldu. Ətrafda xeyli adam toplaşıb, bizi dinləyirdi. Mən isə ucadan və sərt danışırdım. O, işarə etdi ki, astadan danışım. Mən onun əlini tutub cavab istəyirdim.

Dedi: “Biz hansı ayə və rəvayətə zidd hərəkət edirik?”

Dedim: “Səhər-axşam yalvararaq, səsini qaldırmadan Allaha dua et və qafillərdən olma”2 ayəsinə! Axı sizin öz kitablarınızda Peyğəmbərin (s) ucadan duanı nəhy etdiyi nəql olunur. Elə şiə mənbələrində də belə rəvayətlər var: “Ən yaxşı dua xəlvəti duadır...”3

Vəhhabi çıxılmaz vəziyyətdə qalıb dedi: “Mən onu bilirəm ki, peyğəmbər “amini” ucadan deməyi tapşırıb.”

Dedim: “Məgər Peyğəmbər (s) astadan dua oxumağı tapşırmaqla Qur’anın və öz göstərişlərinin ziddinə çıxıb? Məgər yekdil olaraq qəbul etdiyiniz müfti deməyibmi ki, uca səslə cəm halda zikr demək bid’ətdir?!1 İndi de görüm, səsgücləndirici ilə azan vermək, ucadan “amin” demək bid’ət deyil? Siz bununla Qur’ana və Peyğəmbər (s) buyuruqlarına qarşı çıxmırsınızmı? Necə olur ki, istisna hallarda şiələrin cəm halda salavat çəkməsi bid’ət sayılır, amma sizin hər gün təkrar etdiyiniz bu işlər bid’ət sayılmır?!”

Söhbət bu yerə çatanda vəhhabi həmsöhbətim əlini əlimdən çəkib, sür’ətlə uzaqlaşdı...

Sual 21: Nə üçün şiələr təşəhhüd halında əlləri dizlərdə (budlarda), barmaqları bitişik saxlamağı müstəhəb bilir, sünnilər isə baş barmaqlarını hərəkət etdirirlər?

Cavab: Biz əllərimizi və barmaqlarımızı Peyğəmbər (s) və Əhli-beyt (ə) göstərişlərinə əsasən tuturuq. Sünnilər isə “Səhihe Müslim”də Peyğəmbərdən nəql olunmuş iki rəvayəti əsas götürürlər. Rəvayətlərə görə, həzrət Peyğəmbər (s) təşəhhüd zamanı baş barmağı ilə işarə etmişdir. Amma sünni məzhəbləri arasında bu mövzuda ixtilaf var. Malikilər təşəhhüd zamanı barmaqların tərpədilməsini müstəhəb hesab edirlər.

Hənəfilər təşəhhüdün sonunda “la ilahə” deyərkən barmağı yuxarıya tutur, “illəllah” deyərkən aşağı salırlar. Barmağın yuxarıya qaldırılması inkara, aşağıya salınması təsdiqə işarədir. Barmaq bir növ dilin dediklərini müşayiət edir.2 Hənbəlilər də Allahın adı çəkilərkən barmaqla işarə edirlər. Şafeilər isə “illəllah” deyərkən baş barmağı yuxarıya qaldırır, birinci təşəhhüddə ayağa qalxanadək, sonuncu təşəhhüddə namazın sonunadək barmağı yuxarı tuturlar.3



Sual 22: Nə üçün şiələr üzləri qibləyə olan halda yalnız bir dəfə salam deyir, amma sünnət əhli üzünü sağa və sola çevirməklə iki salam oxuyurlar?

Cavab: Şiə fiqhinə görə, namaz qılan hətta namazın salamında üzünü qiblədən döndərməməlidir və döndərərsə, namaz batil olar. Amma sünnilər öz kitablarındakı rəvayətə əsaslanaraq, namazın salamında üzü sağa və sola çevirməyi müstəhəb hesab edirlər.1 Sünnə əhlinin bə’ziləri bir salamı kifayət hesab etsələr də, əksəri iki salamı vacib bilir. Hətta bir salam verilərkən namazı batil hesab edirlər.2

Bəli, əgər onların namazı başqa cəhətdən batil deyilsə də, bilərəkdən namazda qiblədən çıxmaq namazın batil olması üçün kifayət edir. Peyğəmbər (s) Əhli-beytindən üz döndərməyin nəticəsi budur.

Şiə fiqhində buyurulur ki, namaz qılan “əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” deyərkən qiblədən çıxmamaq şərti ilə gözü və ya qaşı ilə sağ tərəfə işarə edərək salam versin. Eləcə də, camaat namazında iqtida edənin solunda başqa iqtida edən olarsa həmin şəkildə sol tərəfə işarə ilə salam verilir. İkinci salam pişnamaz üçün müstəhəb deyil. Vacib ehtiyata görə sağa və sola salam verərkən məqsəd bu olmamalıdır ki, kiməsə salam verilir. Tək namaz qılan şəxs qəlbindən keçirə bilər ki, əməl yazan iki mələyə salam verir. Camaat namazında pişnamaz iki mələk və iqtida edənlərə, iqtida edən isə pişnamaz və iqtida edənlərə salam verdiyini qəlbindən keçirə bilər.3

Sual 23: Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?

Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rək’ətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. 1

Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.2



Sual 24: Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?

Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bə’zən isə bu namazı batil sayırlar.3 Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.4

Mö’minlərə tövsiyə olunur ki, sünnə əhlinin e’tiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə e’tiraz edərsə, bu e’tirazı qərəzli saymayın. Qeyd etməliyik ki, Məscidül-həram və Məscidün-nəbidə böyük izdiham olduğundan sünnilər həmin yerlərdə namaz qılanın qarşısından keçməyi caiz sayırlar.5



Sual 25: Nə üçün şiələr Məscidün-nəbidə sünnilərə nisbətən Qur’an oxumağa daha az məşğul olurlar?

Cavab: E’tiraf etməliyik ki, şiələr onlara tövsiyə olunduğu qədər Qur’an oxumurlar. Ziyarət və digər işlərə Qur’an oxumaqdan daha çox vaxt ayırılır. Amma bu münasibətin digər səbəbləri də var:

Kə’bədə Qur’an qiraəti məclisi təşkil etmək üçün şiələrə mane olunur.

Əksər şiələr qeyri-ərəb olduqlarından Qur’anın mə’nasını anlamır və yalnız savab xatirinə Qur’anı oxuyurlar. Onlar bildirirlər ki, Qur’an həmişə bizimlədir, amma Peyğəmbər (s) və Əhli-beytin ziyarətinə hər vaxt nail olmaq olmur.

Mühüm səbəblərdən biri budur ki, çoxları Qur’an oxumağın, xüsusilə də onun nazil olduğu yerdə bu işə məşğul olmağın dəyərini anlamır, mə’nasız söhbətlərlə vaxt keçirirlər.


Yaddaş


Qeyd etməliyik ki, Məscidül-həramdan sonra ən fəzilətli məscid Məscidün-nəbidir. Orada qılınan namaz başqa məscidlərdə qılınan on min namaza bərabərdir. Rəvayətlərdən mə’lum olur ki, namaz və ziyarət məqsədi ilə o müqəddəs məkanda olmaq xüsusi savaba malikdir.

İmam Sadiq (ə) buyurur: “ Məscidün-nəbidə gücünüz çatdığı qədər namaz qılın. Bu sizin üçün çox xeyirlidir. İnsanlar dünya işində zirəklik göstərənləri tə’rif edirlərsə, görün axirət işində zirəklik göstərənlərin tə’rifi nədir.”1

Bir şəxs nəql edir ki, imam Sadiq mənə belə buyurdu: “Peyğəmbər (s) məscidində nə qədər bacarırsansa çox namaz qıl. Bu şərif məkanə gəlmək hər vaxt mümkün olmur.”2

Sünnə əhlinin daha çox Qur’an oxuması həqiqətdir və bunun bə’zi səbəbləri var:

Sünnə əhlinin əksəri ərəb olduğundan Qur’anın mə’nasını anlayır. Bu səbəbdən də onlar Qur’an oxumaqdan daha çox ləzzət alırlar.

Şiələrdə hər namazdan sonra məxsus dualar var. Sünnilərdə belə dualar olmadığından onlar daha çox Qur’an oxuyurlar.

Sünnilər, xüsusi ilə də vəhhabilər ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Vəhhabi böyüklərindən biri deyir: “Mən neçə illər ardıcıl peyğəmbər məscidinə getsəm də, bir dəfə olsun belə peyğəmbərə salam vermədim, onu ziyarət etmədim.”

Belə görünür ki, başqa məzhəblərin Qur’an oxumağa daha çox imkanları olur.



Sual 26: Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər e’tiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun?

Cavab: Şiə kitablarındakı rəvayətlərdə Peyğəmbər (s) Əhli-beyti (ə) buyurur: “Ziyarətçi öz ziyarətindən sonra üzünü qibləyə tutub, dua üçün əllərini qaldırsın və Allah-təaladan diləyini istəsin. Belə dua qəbul olmağa daha layiqdir.”1

Buna əsasən, möhtərəm ziyarətçilərin dua zamanı üzünü qibləyə tutması müstəhəbdir. Bu əmr təkcə Peyğəmbərin ziyarətinə yox, bütün mə’sumların (ə) ziyarətinə aiddir. Üzü qəbrə dayanıb Allaha dua edən şəxs şər’i cəhətdən xilaf iş görmür, sadəcə, müstəhəb bir işi tərk etmiş olur.

Sünnə əhli isə belə hesab edir ki, dua zamanı üzü qəbrə dayanan adam dua üçün əllərini qaldıra bilməz.2 Ona görə də uyğun halda dua üçün əlini qaldırana mane olurlar. Onların nəzərincə bu iş xilafdır və nəhy əz münkər (qadağa) lazımdır.

Ümid edirik ki, möhtərəm şiələr müstəhəbbi əmələ riayət edərək dua vaxtı üzü qibləyə dayanacaq və sünnilərin e’tirazına şərait yaratmayacaqlar.



Sual 27: Nə üçün Bəqi qəbristanlığından bayırda şiələrin namaz qılması e’tiraza səbəb olur?

Cavab: Sünni məzhəbi alimlərindən bə’ziləri qəbir kənarında namaz qılınmasını bid’ət sayır, onun şirkə apardığını bildirirlər.3 Güman ki, onlar şiələrin Bəqi ətrafında qıldıqları namazı da qəbir kənarındakı namaz kimi qiymətləndirirlər. Hətta İbn Bazın fətvasına görə, qəbir olan məsciddə namaz qılmaq düzgün deyil.1 O deyir ki, qəbir kənarında namaz qılan adama mane olmaq lazımdır. Maraqlıdır ki, Məscidül-həram və Məscidün-nəbidə xeyli qəbir olduğu halda, nə üçün həmin yerlərdə namaz qılmaq haram edilməyib? Görən neçə illər Məscidün-nəbidə Peyğəmbərin (s) və başqa iki şəxsin qəbri kənarında namaz qılmış Aişə haqqında nə düşünürlər?

Yaxşı olar ki, bütün deyilənləri nəzərə alaraq, əziz mö’minlər yersiz ittihamlara səbəb olmamaq üçün namazlarını Məscidün-nəbidə qılsınlar. Məscidün-nəbidə qılınan namaz kənarda qılınan on min namaza bərabərdir.


İki yaddaş


1.Sünnə əhli iddia edir ki, günün müəyyən saatlarında namaz qılmaq olmaz. Guya, sübh namazından günəş doğanadək və ikindi namazından gün batanadək namaz qılmaq nəhy (qadağan) olunub. Bəqi kənarında həmin vaxtlarda namaz qılanlar həm də bu cəhətdən ittiham edilə bilərlər. Əhli-beyt aşiqləri diqqətli olmalı, öz hərəkətləri ilə Əhli-beyti (ə) qınaq altda qoymamalıdırlar. Ümumiyyətlə, harada və nə vaxt namaz qılmaq barədə alimlərə müraciət etmək lazımdır.

2.Bə’zi şiələr Məscidün-nəbidə camaat namazını bitirən kimi öz sübh namazlarını qılmağa başlayırlar. Sübh namazından sonra gün doğanadək namaz qılınmasını caiz saymayan sünnə əhli bu işə pis baxır. Ona görə də ehtiyat üçün sübh namazını təzələmək istəyənlər bu işi camaat namazından qabaq görməlidirlər. Belə olsa bədgümançılıqlar da aradan qalxar. Əlbəttə ki, deyilənlər camaat namazı bitdikdən sonra məscidə daxil olanlara aid deyil.



Sual 28: Nə üçün şiələr Əbu-Bəkrə qarşı biganə olduğu halda, sünnilər onu sevir, hətta xütbə oxuyarkən onu ağlayaraq yad edirlər?

Cavab: Şiələrin Əbu-Bəkrə biganə münasibətini əsaslandırmaq üçün sünnilərin iki mö’təbər kitabı olan “Səhihe Müslim” və “Səhihe Buxari”yə müraciət edirik:

“Həzrət Peyğəmbər (s) buyurdu: Fatimə (s) mənim tənimin yarısıdır, onu qəzəbləndirən kəs məni qəzəbləndirmiş olur.”1

Başqa bir hədisdə buyurulur: “Aişə deyir ki, Peyğəmbərin (s) vəfatından sonra Fatimə Əbu-Bəkrdən Peyğəmbərdən qalanları irs istədi. Əbu-Bəkr dedi ki, Peyğəmbər (s) “bizdən kimsə irs aparmaz və bizdən nə qalsa, sədəqədir”, buyurub. Əbu-Bəkrin sözləri Fatiməni qəzəbləndirdi və o Əbu-Bəkri tərk etdi, həyatı boyu onunla danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı.2

“Səhihe-Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) minbərdən buyurdu: “Mənim qızım tənimin yarısıdır. Onu narahat edən məni narahat edir, Fatiməni incidən məni incidir.3

Sual olunur ki, Fatimənin sözünü rədd etməkdən böyük əziyyət nədir? Fatimə öz iddiasının sübutu üçün şahid gətirməyə məcbur edilir, şahid gətirdikdə isə yenə də inkar olunur.4 Aişə bildirir ki, Əbu-Bəkrdən sonra Ömər Mədinədən Peyğəmbərə (s) çatacaq büdcəni Əli və Abbasın ixtiyarına verdi, amma Fədək və Xeybərdən çatası pay saxlanıldı.5

Bəli, mə’lum olur ki, həzrət Fatimənin (s) tələbləri haqlı imiş. Bunu bilə bilə Əbu-Bəkr Fatiməyə az da olsa, ata mülkündən verməkdən imtina etmişdir. Tutaq ki, Peyğəmbərdən (s) qalan mülk müsəlmanlara çatır, məgər Fatiməyə (s) bir müsəlman kimi nəsə vermək olmazdımı?! Sünnilər isə birtərəfli mühakimə yürütdüklərindən Əbu-Bəkrin yalnız müsbət tərəflərini görür, hətta öz mö’təbər kitablarını belə ciddi mütaliə etmirlər. Beləcə, Fatimənin məzlumiyyətinə ağlamalı olanlar ona zülm edənə ağlayırlar.


Mübahİsə


Bir gün bir sünni Əbu-Bəkrə e’tinasızlığımın səbəbini soruşdu. Dedim ki, biz sizə tə’rif olunan imanlı və mərhəmətli Əbu-Bəkrə yox, Fatiməyə əzab verib, onu qəzəbləndirmiş Əbu-Bəkrə biganəyik. Bəlkə də, Peyğəmbər (s) qızının dünyadan vaxtsız köçməsinin əsas səbəbkarı elə həmin şəxs olmuşdur. Siz də bizim kimi “sizdən yalnız Əhli-beytimə dostluq istəyirəm”1 ayəsini nəzərə alaraq eyni münasibətdə olmalısınız.

Həmsöhbətim dedi: “Fatiməni incitmək caiz olmasa da, onu incidənə biganəlik düzgün deyil.”

Ona “Fatiməni incidən məni incidir” hədisini və “Allahı və onun rəsulunu incidənlərə Allah dünya və axirətdə lə’nət edər”2 ayəsini xatırlatdım. O, eşitdiklərindən əsəbiləşib, qulaqlarını tutdu və məndən uzaqlaşdı.

Bəli, şiələri Əbu-Bəkrə mənfi münasibətə vadar edən məhz sünnə əhlinin mö’təbər kitablarındakı bə’zi əhvalatlardır. Ortada qərəzçilik və təəssüb yoxdur. Sünnə əhli bu həqiqəti dərk etmək üçün öz kitablarını ciddi araşdırmalıdır.



Sual 29: Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar?

Cavab: Şiə fiqhinə görə qəbir ziyarəti həm kişi həm də qadın üçün müstəhəbdir və onlar arasında fərq qoyulmur. Amma səbirsizlik etməmək şərt sayılır. Çünki qəbir ziyarətində məqsəd ibrət götürmək, axirət barədə düşünmək və bağışlanma istəyidir. Bu məsələyə münasibətdə sünnilər arasında ixtilaf var. Hənbəli və şafeilər deyir: “Qəbir ziyarəti istər yaşlı, istərsə də gənc qadınlar üçün məkruhdur. Onların getməsi fəsada səbəb olsa, haramdır.” Hənəfi və malikilər isə belə deyir: “Evdən çıxması fəsad doğurmayan yaşlı qadınlar üçün ziyarət müstəhəbdir. Amma evdən çıxması fəsad doğuran gənc qadınlar üçün ziyarət haramdır.”1

Bu ixtilafdan mə’lum olur ki, onların bu məsələ barədə yetərli dəlili yoxdur. Vəhhabilərin üz tutduğu müfti İbn Baz isə belə deyir: “Qadınlar üçün qəbir ziyarəti haramdır.”2 İbn Baz bu fətvasında qeyri mö’təbər bir rəvayəti dəlil göstərir: “Allahın Rəsulu (s) qəbir ziyarətinə gedən qadınlara lə’nət oxudu.”3

Amma bu rəvayət bir neçə səbəbdən məqbul deyil:

Dörd sünni məzhəbinin heç biri bu rəvayətə istinad və əməl etmir.

“Səhihe-Buxari” və “Səhihe Müslim”də bu rəvayət nəql olunmur.

həmin mənbələrdə Peyğəmbər (s) zamanı qadınların qəbir ziyarətinə getdiyini xəbər verən rəvayət nəql olunur. Bu rəvayətlərdən birində Aişə deyir: “Bir gecə Allahın rəsulu mənim yatdığımı güman edib evdən çıxdı. Mən onun ardınca gedib, Bəqi qəbiristanlığına döndüyünü və bir qədər durub dua etdiyini gördüm. Evdə ondan soruşdum ki, Bəqi əhlini mən necə ziyarət edim? O, mənə necə ziyarət etməyi (mətni) öyrətdi.4

Digər bir rəvayətdə nəql olunur: “ Allahın Rəsulu (s) yoldan keçərkən qəbir kənarında bir qadının ağladığını gördü. Həzrət buyurdu ki, Allahdan qorx və səbirli ol. Qadın “çıx get, mənim düşdüyüm müsibətə sən düşməmisən” dedi. Peyğəmbəri tanımayan bu qadına onu tanıtdırdıqdan sonra Həzrətin evinə gedib üzr istədi. Həzrət buyurdu ki, səbir, dəyən zərərdən qabaqdır.”5 Bu rəvayət “Səhihe-Muslim”də də nəql olunmuşdur. Rəvayətlərdən mə’lum olur ki, Peyğəmbərin (s) dövründə qadınlar qəbir ziyarətinə gedər və ağlayarmışlar. Həzrət (s) bu ziyarəti qadağan etməmiş, sadəcə, qadınları səbirli olmağa çağırmışdır. Sünnə əhlinin kitablarında belə bir rəvayət də nəql olunur ki, Fatimeye Zəhra (s) atasının vaxtında və ondan sonra Həmzəni və Ühüd şəhidlərinin qəbrini ziyarət edər, namaz qılar, dua oxuyar və ağlayarmış.1

“Vəsailüş-şiə” kitabında nəql olunur: “Fatimeyi-Zəhra Peyğəmbərdən sonra həftədə iki dəfə Ühüd şəhidlərini ziyarət edərdi. Sünnə əhli nəql edir: “Həzrət Fatimə (s) Allahın rəsulunun dəfnindən sonra qəbirdən bir ovuc götürüb qoxuladı və hüzünlü bir şe’r oxudu.2 Yenə nəql olunur ki, Aişə Məkkədə qardaşının qəbrini ziyarət edirdi.3 Başqa bir rəvayətdə nəql olunur ki, Aişə həzrət Peyğəmbərin (s) və Əbu-Bəkrin dəfn olunduğu hücrədə namaz qılar, dua oxuyarmış. Ömər orada dəfn olunduqdan sonra Aişə qəbirlər ilə özü arasında divar tikdirdi. O, deyir: “Hücrədə Ömər dəfn olanadək həmişə üzümü açıq qoyar, yüngül geyinərdim. Elə ki, Ömər dəfn olundu, divar tikilənədək tam örtündüm.”4

Əhməd Hənbəl nəql edir ki, Aişə dedi: “Peyğəmbərin və atamın dəfn olunduğu hücrəyə girdikdə üzümü açar, düşünərdim ki, dəfn olunanlar ərim və atamdır. Amma Ömər orada dəfn olunduqdan sonra, and olsun Allaha, örtünməmiş o hücrəyə girmədim.”5

Sünnə əhlinin nəql etdiyi rəvayətlərdən aydın olur ki, Aişə mütəmadi olaraq qəbir ziyarətində olarmış. Aişə, Ömər naməhrəm olduğu üçün qəbirlərlə özü arasında divar çəkdirmişdir. Əlbəttə ki, Ömər diri ikən naməhrəm idi və Aişənin bu hərəkətinin heç bir şər’i əsası yoxdur. Aişə bu işi ilə müqəddəs olduğunu göstərmək istəyir, hətta ölüdən də həya etdiyini bəyan edir. Maraqlıdır ki, Aişədən ölüdən nə üçün həya etdiyi soruşulmayıb. Soruşan olmayıb ki, qadın dəvəyə minib Bəsrəyədək kişilərlə birlikdə Peyğəmbərin xəlifəsi ilə döyüşə gedə bilərmi?!

“Səhihe-Buxari”də nəql olunur: “İmam Həsənin oğlu Həsən dünyasını dəyişdi. Onun xanımı qəbri başında xeymə qurub bir il bu xeyməni sökmədi...”1 Rəvayətdən mə’lum olur ki, ilkin İslam dövrlərində Peyğəmbərin (s) yaxınlarından olan bir qadın il boyu qəbir ziyarətində olurdu və bunu haram bilən, qadağan edən yox idi. Tarix boyu qadınların kişilər kimi həzrət Peyğəmbərin (s) ziyarətində olması göz qabağındadır. Hal-hazırda Məscidün-nəbidə qadınların ziyarəti üçün xüsusi yer ayırılmışdır. Sünni və şiə qadınlar tərəddüdsüz olaraq mə’sumların qəbrini ziyarət edir, ziyarətnamələr oxuyurlar. Ühüd şəhidləri də beləcə ziyarət olunmaqdadır. Qadınların qəbir ziyarətinə getməsini caiz bilməyən, onlara mane olan, “Peyğəmbər (s) belə qadınları lə’nətləyib” deyən vəhhabilərdən soruşmaq lazımdır ki, Həzrət (s) nə üçün bu işdə qızına və xanımına mane olmurdu? Yoxsa bu qadınların müxalif olduğu güman edilir? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) onun, Bəqidə dəfn olunanların, Ühüd şəhidlərinin ziyarətinə gələn qadınları lə’nətləsin? Heç vaxt! Allah müsəlmanları dar düşüncəli, tarix qarşısında kor dayanmış adamların bəlasından qorusun!

Sual 30: Şiələrlə sünnilər arasında ixtilaf nə vaxtdan başlamışdır?

Cavab: Zahirən bu ixtilaf Allahın Rəsulu (s) ölüm yatağında yatdığı zamandan başlamışdır. Həmin vaxt Həzrətin yanında Ömər də daxil olmaqla bir dəstə adam toplaşmışdı.

Sünnilərin mö’təbər kitabı “Səhihe Buxari”də azca fərqlə yeddi dəfə nəql olunmuş bir rəvayət var. Rəvayətdə deyilir: “Peyğəmbər (s) xəstə halda ikən buyurdu: “Mənə qələm-kağız verin, bundan sonra azmamağınız üçün bə’zi sözlər yazım.” Ömər ibn Xəttab dedi: “Xəstəlik peyğəmbərə qalib gəlmişdir. Allahın kitabı varsa bu kitab bizə kifayətdir.” Ömərin bu sözlərindən sonra orada olanlar arasında ixtilaf düşdü. Kimi kağız gətirilməsini istədi, kimi də Ömərin sözlərini təkrarladı. Peyğəmbər (s) buyurdu: “”Qalxın və uzaqlaşın, mənim yanımda didişməyiniz yaxşı iş deyil.” İbn Abbas bayıra çıxıb ağladı və dedi: “Bütün bəlalar buradan başladı ki, Peyğəmbəri (s) yazmağa qoymadılar...” Qeyd etdik ki, bu rəvayət yeddi dəfə nəql olunmuşdur: “Kitabətul-elm”1, “Cəvizul-vəfd”2, “İxracul-yəhud”3, “Mərəzun-nəbi”4, “Mərəzun-nəbi”5, “Əl-mərəz”6, “Kərahətul-ixtilaf”7

Nümunə olaraq bu rəvayətlərdən birini8 olduğu kimi nəzərinizə çatdırırıq:

İbn Abbas deyir: Allahın Rəsulu (s) ehtizar (canvermə) halında olarkən onun evində Ömər ibn Xəttab da daxil olmaqla bir qrup adam vardı. Həzrət (s) buyurdu: “Kağız gətirin, bundan sonra yolunuzu azmamağınız üçün sizə bir şey yazım.” Ömər dedi: “Dərd Peyğəmbərə (s) qalib gəlmişdir, sizin Qur’anınız var və bu bizə kifayət edər.” Evdə olanlar arasında ixtilaf düşdü, onlar didişməyə başladılar. Bə’ziləri “Peyğəmbərə yaxınlaşın, o, azmamağımız üçün bir şey yazsın” deyir, bə’ziləri isə Ömərin sözlərini təkrarlayırdılar. Səs-küyün artdığını görən Peyğəmbər (s) buyurdu: “Qalxın, məndən uzaqlaşın.” Həqiqətən də, peyğəmbərlə (s) ixtilafın qarşısını alacaq yazı arasında maneə yaradılan andan müsibətlər başladı.”

Bu rəvayət sünnilərin ən mö’təbər kitablarında nəql olunmuşdur. Kitablardan birinin müqəddiməsində yazılır: “Səhihe-Buxari” Qur’andan sonra İslamın əsas kitabıdır.” Elə bu kitabda nəql olunmuş həmin rəvayət bir neçə inkarolunmaz həqiqəti sübuta yetirir:

Həzrət Peyğəmbər (s) yatağı ətrafına toplaşanları, eləcə də bütün müsəlmanları azmaq təhlükəsi qarşısında görürdü.

Məktub yazılmadığı üçün həzrətin (s) ətrafındakılar azğınlıqdan yaxa qurtara bilmədilər, çünki yalnız bu məktub azğınlığın qarşısını ala bilərdi

Həmin gündən ixtilafın bünövrəsi qoyuldu;

həmin gün ilk çəkişmə və düşmənçilik baş verdi;

bu didişmələr Həzrəti (s) o qədər narahat etdi ki, orada olanları rədd etdi

Bu macərayə şahid olan, yazılacaq məktubun əhəmiyyətini dərk edən, bu vəziyyətə ağlayan, bu hadisənin gələcəkdə İslam və müsəlmanlara problem yaradacağını anlayan İbn Abbas bildirir ki, bütün müsibətlər Peyğəmbərin (s) bu məktubu yazmasına maneçilikdən doğdu.

Bəli, bütün ixtilaflar, çəkişmələr, savaşlar məhz Ömərin sözlərindən rişələndi.


Mübahİsə


Sünnə əhlindən bir nəfər kobud şəkildə mənə müraciətlə dedi: “Siz hamınız azğınlıq içindəsiniz və bunun müqəssiri alimləriniz, xüsusilə də “Üsule-Kafi”nin müəllifi Kuleyni, “Bihar”ın müəllifi Məclisidir.” Dedim müsəlmanları doğru yoldan azdıranlar Allahın mərhəmətindən uzaq olsun. Soruşdum ki, müsəlmanları zəlalətə salıb azdıranı tanımağa, ona lə’nət oxumağa hazırsanmı? Razılığını bildirdi.

Dedim “Səhihe-Buxari”ni ən mö’təbər kitab hesab edirsiniz. Qur’andan sonra ən e’tibarlı saydığınız bu kitabda belə bir rəvayət yeddi şəkildə nəql olunub ki, Peyğəmbər (s) ölüm yatağında olarkən özündən sonra müsəlmanlara yol göstərmək üçün yazmağa kağız istədi. Oradakılardan biri bu işə mane olub dedi ki, peyğəmbərə xəstəlik qalib gəlib və bizə Qur’an bəs edər. Bu söz ixtilaf yaratdı və Peyğəmbərə (s) kağız verilmədi. Sən həmin bu şəxsi tanıyıb, ona lə’nət oxumağa hazırsanmı? Səncə, müsəlmanları azğınlığa salan bu şəxs olmadımı?

Müsahibim susdu. Dedim ki, get “Səhihe-Buxari”ni oxu, gör bu şəxs Kuleyni və Məclisidir, yoxsa başqası.

Həmsöhbətim dedi: “Peyğəmbər (s) bu adamlar getdikdən sonra kağız istəyə bilərdi, bəs nə üçün belə etmədi?

Dedim: “Peyğəmbərə (s) xəstəlik qalib gəlib” deyən şəxs artıq şübhə toxumunu səpmişdi. Peyğəmbər (s) bu məktubu yazsaydı da bir çoxu onu e’tibarlı hesab etməyəcəkdi.

Həmsöhbətim başını aşağı salıb, susdu.


Dİgər bİr mübahİsə


Başqa iki sünni ilə söhbət zamanı mən uyğun rəvayətə işarə edib dedim: siz sünnə əhli şiələri “rafizi”, yə’ni “dönük, azğın” adlandırırsınız. Amma böyüklərinizdən soruşmursunuz ki, azğınlıq və ixtilaf toxumunu kim səpip, Peyğəmbərə (s) son sözü yazmağa kim mane olub? Həmin şəxsi qınamaq əvəzində onu tə’rif edirsiniz və onun günahlarını şiələrin hesabına yazıb lə’nət oxuyursunuz.

Dedilər ki, müsəlmanlar arasında ixtilaf toxumu səpənə lə’nət olsun. Dedim ki, “Səhihe-Buxari”nin “qəvlul-məriz” və “qumu ənni” fəsillərinə müraciət edin və görün ki, Peyğəmbər (s) ölüm yatağında olarkən onun yanında kimlər var idi, Peyğəmbərə (s) son söz yazmaqda kim mane oldu, İbn Abbas nə üçün ağladı?

Nədən söhbət getdiyini anlayıb dedilər: “Hər nə olubsa da, müsəlmanlar Allahın kitabı və Peyğəmbər (s) sünnəsinə əməl etməlidirlər.”

Dedim: Əvvəla biz şiələr inanırıq ki, Allahın kitabı və Əhli-beyt yolu ilə nəql olunmuş Peyğəmbər (s) sünnəsinə əməl olunmalıdır. Amma bu sözlər Ömərin “Allah kitabı bizə bəs edər” sözlərinə ziddir. Çünki o Peyğəmbərin (s) sözünə ehtiyac duymamışdır. İkincisi, əgər Ömərin dediyi kimi, Allahın kitabı bəs edirdisə, nə üçün ixtilaf yarandı? Nə üçün hətta səhabələr arasında fikir ayrılığı yarandı? Məgər Əli (ə) Peyğəmbərin (s) xəlifəsi, Təlhə, Zübeyr və Müaviyə səhabə deyildimi? Məgər Aişə Peyğəmbərin (s) xanımı deyildimi? Yoxsa Peyğəmbər (s) Qur’anı özü ilə aparmışdı? Əgər Qur’an kifayət edirsə, nə üçün Peyğəmbər (s) sünnəsinə üz tutur, özünüzü sünnə əhli sayırsınız?

Dedilər: “Hər nə olubsa da, biz ilkin müsəlmanlar və “la ilahə illəllah, Muhəmmədun rəsulullah” deyənlər haqqında pis danışmamalıyıq.”

Dedim: Əgər müsəlman haqqında pis danışmaq caiz deyilsə, nə üçün inamını sübut edən şiələr haqqında pis danışır, onları müşrik sayırsınız? Müsəlmanları iki yerə parçalayana nifrin olsun! Hələ İran şiələrini nə vaxtsa atəşpərəst olduqları üçün qınayanlar da var. Dedilər ki, bu sözlərə görə narahat olmayın, axı siz, doğrudanda, atəşpərəst olmusunuz.

Dedim: Onda siz də nə vaxtsa bütpərəst olmusunuz. Məgər Qur’anda iranlıları atəşpərəstliyə görə məzəmmət edən ayə var? Amma siz ərəbləri bütpərəstliyə görə məzəmmət edən ayələr var: “Ərəblər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz. “İslamı qəbul etdik”, deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır”1; “Ərəblər küfr və nifaq baxımından daha pis, Allahın öz rəsuluna nazil etdiyi hökmü bilməməyə daha layiqdirlər”2

Dedilər ki, təfsirə baxın, bu ayələr bədəvi ərəblərə aiddir.

Dedim, bəs bu ayəyə nə deyirsiniz: “Ətrafınızdakı bədəvilər və Mədinə əhli arasında nifaqı özünə adət etmiş münafiqlər var...”3

Çox narahat oldular və dedilər ki, bu ayələrin zahirinə baxıb nəticəyə gəlmək olmaz.

Dedim: siz də şiələrin bə’zi əməllərinə baxıb, onlar haqqında müşrik hökmü çıxarmamalısınız. Əgər şiələr imamların qəbri kənarında namaz qılırlarsa, araşdırma aparmadan onları ittiham etməməlisiniz. Nə üçün məktəblərinizdə uşaqlara və gənclərə şiəliyə zidd mövzular öyrədirsiniz. Onlar şiə gördükdə ona qəzəblə baxırlar.

Hiss etdim ki, xəcalət çəkirlər. Dedilər ki, müsəlmana töhmət vurmaq caiz deyil, həm də ayələri anlamaq üçün təfsirə müraciət etmək lazımdır.

Dedim: Qəbul edin ki, Qur’anın kafir və münafiq ünvanı ilə müraciət etdiyi adamlar ərəblərdir. Amma sizin mö’təbər kitabınız “Səhihe Müslim”də belə bir rəvayət nəql olunub:

“Cumuə” surəsi nazil olanda Allahın Rəsulu (s) bu ayəni oxudu: “Ərəblərdən başqa, hələ onlara qoşulmayanlara da Peyğəmbər (s) göndərmişdir.”1 Oradakılardan biri soruşdu ki, “ərəblərdən başqa” dedikdə kim nəzərdə tutulur? Həzrət (s) bir qədər susdu... Sonra əlini Salman Farsinin çiyninə qoyub buyurdu: “Əgər iman ulduzpərəstlərə (“surəyya”) çatsa, bu qismdən kişilər ona sahib olarlar”2. Həmin kitabda Əbu Hüreyrənin nəql etdiyi başqa bir rəvayət də var. Xəbər verilir ki, Peyğəmbər (s) buyurdu: “Əgər din ulduzpərəstlərə (“surəyya”) çatsa, farslardan bir kişi ona sahib olar.3” İndi deyin Ərəbistanda çap olunmuş kitabı gətirim, yoxsa qəbul edirsiniz? Dedilər ki, qəbul edirik doğrudur, amma iranlılar dində olmayan işlər görür, qəbir üstə günbəz tikir, şam yandırırlar.

Dedim: Bu işlər şirk yox, şiə fiqhində müstəhəbdir. Həm də bu işləri təkcə şiələr yox, sünnə əhli olan Misir, Livan, İraq və başqa ölkələrin müsəlmanları da görürlər. Nə üçün gözünüz təkcə bizi görür? Dedilər ki, vəhhabilərin şiəlikdə bid’ət və haram saydığı işləri qabartmaq bizim yox, böyüklərimizin təfsiridir...

Bu adamlarla sonra da qarşılaşdım. Allaha həmd olsun ki, xoş münasibət göstərdilər.



Sual 31: Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli e’tiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə “ya Allah” demək olar?

Cavab: Bu e’tirazları doğuran İbn Teymiyyə və İbn Bazın “ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir.1 Əvvəla müsəlmanlığın me’yarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.

“Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “Mən xalq “la ilahə illəllah” deyənədək onlarla vuruşmağa mə’muram. Kim “la ilahə illəllah” desə malı və canı amandadır...”2 Bu rəvayət “Səhihe Müslim”də də nəql olunmuşdur.3

“Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:

“Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: “ Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın və’d etdiyini tapdıq. Siz də Onun və’d etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.”4 Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu: “Salam olsun sizə, ey qəbir əhli...”5

Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi: “Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu ələykə ya əbəta”6

Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: “Əssəlamu ələykə əyyuhənnəbiyy”, yə’ni “salam olsun sənə, ey Allahın rəsulu.”

İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə (s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər.

Kİçİk bİr mübahİsə


Məscidün-nəbidə namazdan sonra üzümü Peyğəmbərin (s) məzarına tutub dedim: “Əssəlamu ələykə ya rəsuləllah”. Yanımda dayanan şəxs dedi: “Nə üçün bu qədər uzaqdan “ya rəsuləllah” deyirsən? Bu caiz deyil.”

Dedim: Məgər “ya rəsuləllah” kəlməsi ilə “ya əyyuhənnəbiyy” kəlməsi arasında fərq var? Məgər sən hər namazında Peyğəmbərə (s) salam vermirsən?.. Müsahibim səhvini anlayıb, üzr istədi və uzaqlaşdı.

Bə’zən deyirlər ki, şiələr ibadət ünvanı ilə mə’sumları çağırırlar. Hansı ki, kimsə ibadət məqsədi ilə “ya rəsuləllah”, “ya Əli” demir.

Qeyd edək ki, sünnə əhli, hətta İbn Teymiyyə və İbn Baz e’tiraf edirlər ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldığından cavab da verirlər.1 Amma öz dediklərinə zidd çıxaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayırlar.2 Əslində isə kiminsə ölülərə ibadət etməsi, Peyğəmbəri (s) və Əlini (ə) xaliq sayması gülünc iddiadır.

Məscidün-nəbinin kənarında vəhhabilərdən biri bir şiəyə deyirdi ki, siz Əlini Allah bilir və ehtiyaclarınızı ondan istəyirsiniz. Şiə belə cavab verdi: “Mən özünü Allah sayan Əlini (ə) qəbul etmirəm.”

Genİş bİr mübahİsə


Onlardan biri mənə dedi: “Şiələr Peyğəmbərə (s) və Bəqidəki imamlara ibadət edirlər. Üzü qəbirlərə doğru dayanır, əllərini dua üçün açır və onlardan arzularını, xəstələrinə şəfa diləyirlər.”

Dedim: “Şiələr dualarında deyirlər: “Çarəsiz qalıb Ona dua edən kəsin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisi buyuran Allah daha yaxşı deyilmi?! Məgər Allahdan başqa tanrımı var?!1 Sən hansı əsasla şiələri qınayırsan?! Gəl Məşhəd şəhərinə və gör ki, minlərlə insan imam Rizanın (ə) qəbri arxada qaldığı halda, üzünü qibləyə tutub namaz qılır. Əlbəttə ki, mə’sumların ziyarətindən sonra dua zamanı üzü qibləyə tutmaq müstəhəbdir. Nə edək ki, bə’ziləri bu məsələyə diqqətsiz yanaşır. Amma üzü qəbrə dayanıb dua üçün əlləri qaldırmaq qəbir sahibinə ibadət sayılmamalıdır. Bu adamların hər biri Allaha yalvarır, ya da Peyğəmbər və imamları vasitəçi seçir ki, onlar Allaha vəsilə olsunlar. Heç bir şiə öz arzusunu Peyğəmbər (s) və imamlardan istəmir və anlayır ki, bütün işlər yalnız Allahın əlindədir.”

Dedi: “Elə müşriklər də bütləri vasitəçi seçiblər. “Allahı qoyub bütləri dost tutanlar deyirlər ki, bizi Allaha yaxınlaşdırmaları üçün bütlərə ibadət edirik.”2 Şiələr də Allaha yaxınlaşmaq üçün imamları çağırırlar.”

Dedim: “Misal gətirdiyin ayədə sualının cavabı var. Həmin ayədə deyilir ki, müşriklər bütlərə ibadət edirdilər. Bəli, bütpərəstlər bütlərə səcdə edir, onlara nəzir boyun alırdılar. Bir şiənin imama səcdə etdiyini görmüsənmi?! Bir şiə risaləsini gözdən keçirsəydin, belə sözlər danışmazdın. Bütün şiə risalələrində bildirilir ki, namaz yalnız “qürbətən iləllah”, yə’ni Allaha yaxınlaşmaq məqsədi ilə qılınmalıdır. Belə olmasa namaz, oruc, zəkat, həcc, bir sözlə bütün ibadətlər batildir.”

Dedi: “Biz şiələrin zahirən əməllərinə baxır, danışdıqlarını eşidirik. Həm də bizə deyirlər ki, şiələr “ya Allah” əvəzinə “ya Əli” çağırır, Hüseyn və Əbülfəzldən kömək istəyirlər.”

Dedim: “Əvvəla bir şəxsi çağırmaq ona ibadət etmək deyil. İbadət bir varlığı Allah sayaraq ona tə’zim etməkdir. Şiələr heç vaxt bu məqsədlə Allahdan qeyrisinə tə’zim etmirlər. Sən özün də buna şahid ola bilərsən. Şiələr cümə axşamı “Kumeyl”, ramazanda “İftitah” və “Əbu Həmzə”, qədr gecələrində “Cuşən-kəbir” dualarını oxuyurlar. Yüz bəndlik duanın hər bəndində “subhanəkə ya la ilahə illa əntə...”sözləri təkrarlanır.”

Dedi: “Doğrudurmu ki, şiələr Peyğəmbərdən sonrakı üç xəlifəni lə’nətləyirlər?”

Dedim: “Şiə rəvayətlərində mö’mini lə’nətləmək qadağan olunmuşdur. İmamlarımız buyururlar ki, lə’nət nahaq olduqda şəxsin özünə qayıdır.”

Dedi: “Xeyr xəlifələrə lə’nət oxumaq şirk və küfrdən də pisdir. Onlar behişt əhlidirlər və onlara lə’nət oxuyanlar cəzalandırılacaqlar. Bu işin qarşısı alınmalıdır.”

Dedim: “Əvvəla şiələr heç vaxt behişt əhlini lə’nətləməmiş və lə’nətləməzlər. İkincisi, de görüm Əli ibn Əbu Talib həmin xəlifələrdəndir, yoxsa yox? O, behişt əhli deyilmi?”

Dedi: “Əlbəttə ki, o, behişt əhlidir və raşidi xəlifələrdəndir.”

Dedim: “Bəs nə üçün Müaviyə onu düşmən tutur, onunla vuruşur, ona lə’nət oxumayanları cəzalandırırdı? Nə üçün Mədinə hakimi Mərvan Peyğəmbər (s) səhabələrinə əmr edirdi ki, Əliyə lə’nət oxusunlar?1 Məgər Əliyə lə’nət oxumaq şirk və küfrdən pis deyilmi? Bundan əlavə, xəlifələrə lə’nət oxumağın şirk və küfrdən pis olması hansı ayədə bəyan olunub? Bəli, mö’minə behişt əhlinə lə’nət oxumaq haramdır. Bunu nəzərə alaraq, şiələr Əliyə lə’nət oxutduran Müaviyə və ali-Mərvana pis baxırlar.”

Dedi: “Axı bu barədə rəvayət yoxdur.”

Dedim: “Mö’təbər kitabınız “Səhihe-Müslim”i yaxşı mütaliə et. Bəsrədə, Süffeyndə, Nəhrəvanda həzrət Əli ilə döyüşənlər, onu şəhid edənlər üçün Əliyə (ə) lə’nət oxumaq asan işdir.”

Müsahibim bir qədər fikrə gedib, sonra dedi: “Mən bu məsələni hökmən araşdıraram. Bir kitabda oxumuşam ki, şiələr sarı bir keçini dövrəyə alıb, onu Aişə adlandıraraq gülürlər. Doğrudanmı belə edirsiniz?”

Dedim: “Şiələrə qarşı böhtanlardan biri də budur. Şiəliyə qarşı yazılmış kitablarda mən də belə uydurma əhvalatlar oxumuşam. Əslində isə şiəlik ruhu bu səviyyədən çox-çox ucadır. Bəli, Aişənin ikili hərəkətləri şiələri narahat edir və suallar doğurur. Aişə Peyğəmbərin xanımı, “ümmül-mö’minin” olsa da öz hörmətini saxlamamışdır. Hər kəs özünə hörmət etməlidir ki, başqaları da ona hörmət etsin. Ömərin cəsədini naməhrəm hesab edib qəbirlə öz arasına divar çəkən Aişə günlərin bir günü dəvəyə minib, naməhrəm kişilərlə çiyin-çiyinə Peyğəmbərin (s) xəlifəsi ilə savaşa qalxır. Beləcə, Peyğəmbərin (s), həm də özünün hörmətini sındırır.”

Dedi: “Bu söhbətlər tarixdə qalıb, yaxşı olar ki, bu barədə danışmayaq.”

Təklif etdim ki, söhbətin ardını sabaha saxlayaq. O, razılaşdı və “hələ suallarım var”, dedi.

Səhəri gün həmsöhbətimin tək gəlmədiyini gördüm. O bildirdi ki, yanındakı şəxs dostudur və onun da sualları var. Məscidin bir kənarına çəkilib söhbətə başladıq. Dedilər: “Nə üçün şiələr Kərbəla torpağından şəfa istəyir, hətta şəfa üçün xəstəyə bu torpaqdan yedirirlər? Məgər torpaqdan şəfa olarmı?”

Dedim: “Allahın qüdrətinə şəkmi edirsiniz? Balı bir çox xəstəliklər üçün şəfa edən Allah üçün bu iş çətindirmi?1 Həzrət Yusifin köynəyini onun atasının gözlərinə dərman edən Allah deyildimi?2 Bu həmin Allahdır ki, Onun hökmü ilə bir parça ət ölüyə toxunan kimi ölü dirilir və öz qatilini tanıtdırır.1 Musanın əsasına böyük güc verən Allah Kərbəla torpağını şəfalı etməyə qadirdir. Ərəb olduğunuz halda Qur’ana bu qədər diqqətsizliyiniz təəccüb doğurur.”

Mən ayələri sadaladıqca onlar daha çox təəccüblənirdilər. Axır ki, deyilənləri qəbul etdilər və sonuncu suallarını verdilər:

“Nəzir Allaha aid olduğu halda, nə üçün şiələr imamlarına nəzir edirlər?”

Dedim: “Şiələr nəziri Allaha edir və onun savabını imamlara bağışlayırlar. Şiə fiqhində Allaha yaxınlıq məqsədi nəzirin niyyətində (siğəsində) qeyd olunur. Başqa şəkildə nəziri şiələr doğru saymır.”

Sual 32: Nə üçün ziyarətə getdiyi, imamların hərəmində namaz qıldığı, nəzir verdiyi üçün şiələr şirkdə ittiham olunur, amma bu işləri onlardan da çox yerinə yetirən sünnilər ittiham olunmurlar?

Cavab: Şiələri sünnilər yox, vəhhabilər ittiham edirlər. Eləcə də, vəhhabilər təkcə şiələri yox, onları qəbul etməyən sünniləri də ittiham edirlər. İbn Teymiyyə öz risaləsində bütün müsəlmanları ittiham edir, şiələrə isə xüsusi yer ayırır. Onların sözlərinin məğzi budur ki, şiələr qəbirlərə ibadət edir, qəbir əhli üçün namaz qılır, qəbir əhlindən öz xəstəliklərinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Vəhhabilər bütün bu əməlləri bid’ət və şirk hesab edirlər.2 Bə’zən isə “şiələr Əbu-Bəkr və Ömərə lə’nət oxuyur” deyərək, ədavət saxlayırlar.

Böhtanların kökü


İttihamların kökünü tapmaq üçün Ərəbistanın tanınmış müftisi, vəhhabilərin böyüyü İbn Bazın qeydlərini nəzərdən keçirək:

“Qəbir kənarında namaz qılıb, Qur’an oxumaq böyük şirkə səbəb olan bid’ətlərdəndir. Çünki Allahın Rəsulu (s) buyurmuşdur: “Allah yəhudi və məsihilərə lə’nət etsin, onlar öz peyğəmbərlərinin qəbirlərini məscidə çeviriblər.”1;

“Peyğəmbər (s) müsəlmanlara xitabən buyurmuşdur: “Agah olun, sizdən əvvəlkilər öz peyğəmbərlərinin və salehlərinin qəbrini məscidə çevirdilər. Ehtiyatlı olun ki, qəbirləri məscid etməyəsiniz. Mən bu işi sizə qadağan edirəm.”2

İbn Baz bu iki rəvayəti nəql etdikdən sonra belə nəticə çıxarır:

“Bu iki rəvayətdən mə’lum olur ki, qəbir kənarında namaz və Qur’an oxumaq, qəbirin üzərində bir şey tikmək şirk səbəbidir. Bu işləri yəhudi və məsihilər görürdü, indi isə onu bu ümmətin cahilləri davam etdirir. Onlar qəbir əhlinə ibadət edir, onlar üçün qurban kəsir, nəzir edirlər. Ölülərdən xəstələrinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Bu işlər Hüseynin (ə) qəbri kənarında yerinə yetirilir. Peyğəmbər (s) qəbir üzərində tikintini, qəbirlərin üzlüklənməsini, qəbir üzərində oturmağı, qəbir üzərində günbəz qaldırmağı, qəbirin üstünü yazmağı qadağan etmişdir. Bu işlər yəhudi və məsihilərin işlərinə oxşadığından, böyük şirkə səbəb olduğundan qadağandır.”3

Nə üçün bu sözlərİ böhtan sayırıq?


Vəhhabilərin dəlillərini nəzərdən keçirdikdən və onların əsasən şiələri nəzərdə tutduğu mə’lum olduqdan sonra bildiririk:

Onların dəlil göstərdikləri rəvayətlərin düzgün olub-olmadığını araşdırmırıq. Tutaq ki, həmin rəvayətlər doğrudur. Şiəlikdə istər vacib, istərsə də müstəhəb, istər məscid, istərsə də imamların (ə) hərəmində qılınan namazlarda “həmd”dən qabaq müstəhəbdir ki, belə deyilsin:

“Vəccəhtu vəchiyə lilləzi fətərəssəmavati vəl-ərz, alimul-ğəybi vəş-şəhadəti, hənifən muslimən və ma ənə minəl-muşrikinə, innə səlati və nusiki və məhyayə və məmati lillahi rəbbil-aləmin, la şərikə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin”1

Tərcümə: “Mən xalis imanla o Allaha üz tutmuşam ki, göylərin və yerin yaradanıdır, gizlini və aşkarı biləndir, vücudum şirkdən pakdır, müsəlmanam və mən müşriklərin cahil əqidələrindən uzağam; namazım, itaətim, həyatım və ölümüm aləmlərin rəbbi Allah üçündür. Onun şəriki yoxdur, mənə ixlası əmr edib, mən onun əmrinə təsliməm.”

Bu ifadələr, bu əqidə vəhhabilərin iftiralarına gözəl cavabdır. Digər ittihamları da cavablandırmaq lazım gəlir:

a)Qəbirlərin kənarında namaz qılmağı qəbir əhlinə ibadət sayırlar. Başlıca olaraq, imamların hərəmində, Bəqi qəbiristanlığında şiələrin namaz qılmasını nəzərdə tuturlar.

Əvvəla, şiələr istənilən bir yerdə hər hansı namazı qılarkən belə niyyət edirlər: “Namaz qılıram, qürbətən iləllah (Allaha yaxınlıq məqsədi ilə)”. Kimsə düşünmür ki, qıldığı namaz onu qəbir sahibinə yaxınlaşdıracaq. Ziyarət namazında da niyyət “qürbətən iləllah” olur. Sadəcə, həmin namazın savabı qəbir sahibinə hədiyyə olunur.

İkincisi, əgər qəbir kənarında namaz qılmaq şirkdirsə, nə üçün ilkin İslamdan başlayaraq, Məscidül-həramda – Peyğəmbərin qəbri olan bir yerdə namaz qılınır? Nə üçün Peyğəmbərin (s), Əbu-Bəkrin, Ömərin qəbirləri yerləşən Məscidün-nəbidə dünya müsəlmanları ibadət edirlər? Aişə neçə illər qəbir kənarında yaşayıb, ibadət etmişdir. Maraqlıdır ki, hansı dəlillə bir qəbir o birindən fərqləndirilir? Məgər qəbir qəbir deyilmi?!


Məscİdül-həramda dəfn olunanlar


Sünnə əhlinin verdiyi mə’lumatlara əsasən Məscidül-həramda aşağıda adı sadalananlar dəfn olunmuşlar:

1.Həzrət İsmail, anası Hacər, ərdə olmamış qızları1;

2.Həzrət Nuh, Hud, Saleh, Şüeyb2; (onların qəbri Hacərlə zəmzəm arasındadır)

3.Rükn və məqamdan zəmzəmədək 99 peyğəmbərin qəbri3.

b) Digər bir ittiham qəbir kənarında Qur’an oxunmasıdır. Vəhhabilər bu işi şirk sayırlar. Əslində İbn Bazın istinad etdiyi rəvayətlərdə Qur’an oxunması barədə söz yoxdur. Bununla belə, ittihamçılardan soruşulmalıdır ki, Məscidül-həramda Qur’an oxuyanlar müşrikdirlərmi? Məgər Aişə Peyğəmbərin (s) qəbri kənarında Qur’an oxumurdumu?!

Vəhhabilərin başçılarından olan İbn Teymiyyə deyir:

“Məzhəb böyüklərinin ümumi fikri belədir ki, hər bir meyyit dirinin namaz, oruc, Qur’an qiraəti və sədəqəsindən bəhrələnir.”4

Vəhhabilərin digər bir başçısı İbn Qəyyim deyir: “Müsəlmanlar ölülər üçün bağışlanma istəsələr, sədəqə versələr, həcci yerinə yetirsələr, oruc tutsalar, namaz, Qur’an və zikr oxusalar, savabı ölülərə çatar.”5

İbn Baz digər bir kitabında yazır: “Sədəqənin, həcc və ümrənin, meyitin borcunun ödənməsinin, dua və tövbənin savabı meyitə çatar. Amma Qur’an və namazın, həm də təvafın meyit üçün olmaması daha yaxşıdır.”6

Başqa bir mənbədə7 deyilir: “Yaxşı olar ki, qəbir ziyarətçisi dua edib yalvarsın, ölülərdən ibrət götürsün və meyit üçün Qur’an oxusun. Ziyarətçinin Qur’an oxuması meyit üçün faydalıdır.”

Maraqlıdır ki, bütün sünnə əhli, vəhhabilər, İbn Bazın özü, adətən, Qur’an oxunmasını ölü üçün faydalı olmasını bildiyi halda, “Tuhfətul-ixvan” kitabında bu iş şirk sayılır. Özü də böyük şirk! Bu hökmün hansı əsasla verildiyi mə’lum deyil.

v) Digər bir ittiham şiələrin qəbir əhli üçün nəzir etməsidir (məsələn, imam Hüseyn (ə) üçün edilən nəzir). Belə bir nəziri vəhhabilər şirk sayırlar. Amma şiə fəqihlərindən birinin kitabına müraciət olunsaydı, belə ittihamlara cür’ət edilməzdi. Şiə fəqihlərinin risalələrində bu barədə deyilir: “Nəzir odur ki, insan Allaha görə hər hansı xeyir bir iş görmək və ya görülməməsi daha yaxşı olan bir işi tərk etmək qərarına gəlsin.”1 Bəli, şiə fiqhinə görə, nəzirin əsil mahiyyəti onun “Allah üçün” olmasıdır. Bu niyyət olmasa, nəzirdən danışmağa dəyməz. Amma iş başa çatdıqdan sonra nəzir olunmuş işin savabını istənilən bir şəxsə hədiyyə etmək olar. Məsələn, nəzir üçün belə bir düstur yarayar: “Allah üçün qurban kəsib, ətini fəqirlərə paylamağı və savabını imam Hüseynə (ə) hədiyyə etməyi öhdəmə götürürəm.”

Şiələr imama və ya ziyarətgaha nəzir edərkən məqsədləri Allah üçün xeyir bir iş görüb, bu işin savabını hədiyyə etmək olur. Belə nəzirləri şirk hesab edən vəhhabilərin nəzərinə bir Qur’an ayəsini çatdırmaq lazım gəlir: “Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz, qəlb, bunların hər biri sorğuya çəkiləcək.”2 Ümid edirik ki, bu adamlar öz iftiralarından əl çəkib, inşaəllah, tövbə edəcəklər.

d)Vəhhabilər qəbir üzərində tikintini haram, şirk sayırlar. Bildirirlər ki, qəbir üzərində hər hansı tikili büt kimidir və bütün adını dəyişməklə bütpərəstlik aradan qalxmaz. Onların fikrincə, mə’bədə, hərəmə ibadət bütə ibadətdən daha pisdir və bütün tikintilər, günbəzlər sökülməlidir.3 Bu əqidədə olanlar 1922-ci ildə Hicazda İslam böyüklərinin qəbirlərini, Bəqidə imamların qəbirlərini xaraba qoydular.

İbn Baz deyir: “Qəbir üzərində bina, tikinti, günbəz şirk səbəblərindəndir...”1 Əgər İbn Bazın sözlərini qəbul etsək, onda hücrədə dəfn olunmuş Peyğəmbəri (s) ziyarət edən bütün müsəlmanları, eləcə də vəhhabiləri müşrik və kafir saymalıyıq. Belə çıxır ki, bütün müsəlman dünyası Peyğəmbərə (s) münasibətdə ifrata varmışdır. Əgər qəbir üzərində tikinti aparmaq şirkdirsə və bu tikililər bütdürsə, onda Peyğəmbərin (s) qəbri ilə digər qəbirlər arasında fərq qoymamalıyıq. Əgər günbəz qoymaq şirkdirsə, nə üçün Peyğəmbərin (s) qəbri üzərindəki günbəz vəhhabiləri narahat etmir?

Aişə uzun illər Peyğəmbərin (s) qəbri kənarında yaşayıb, namaz qıldı, Qur’an oxudu. Elə o vaxtdan da qəbirin üzərində hücrə vardır. Bu hücrə dəfələrlə tə’mir olunmuş, nəhayət, onun üzərində günbəz tikilmişdir.2

Əgər vəhhabilərin dedikləri düz olsaydı, Beytül-müqəddəs ətrafındakı peyğəmbər qəbirləri – həzrət Davud (ə), İbrahim (ə), İshaq (ə), Yə’qub (ə), Yusuf (ə) – ın İslamdan əvvəl tikilmiş qəbirləri büt sayılardı. Bu qəbirlər Ömərin xilafəti zamanı İslam fəthində də saxlanılmışdır.3 Bəs nə üçün Ömər ibn Xəttab bu qəbirlərin dağıdılması üçün göstəriş verməmişdir? Yoxsa İslam fəthi bütpərəstliyi qorumuşdur?

Hicri 11 əsrdə Abbasi xəlifəsi Harun Ərrəşid həzrət Əlinin (ə) qəbri üzərində qübbə tikdirmişdir. Mə’mun öz atasının qəbri üzərində hücrə tikmiş və imam Riza (ə) da həmin qübbədə dəfn olunmuşdur. Mə’sum imamların (ə), eləcə də sünnə əhli böyüklərinin qəbirləri üzərində tikilmiş məqbərələr tarixdə özünə yer almışdır. Vəhhabilərin sözlərinə görə, bütün müsəlmanlar İslam Peyğəmbərindən (s) sonra müşrik və bütpərəst olmuş, Allaha ibadət əvəzində bütlərə ibadət etmişlər. Bəli, vəhhabilərin istinad etdiyi rəvayətlərin sənədi (mənbəsi) araşdırılmalıdır. Necə ola bilər ki, Peyğəmbərin (s) səhabələri və xəlifələri dinə zidd hərəkət etmiş olsunlar? İndi vəhhabilərin istinad etdiyi rəvayətlərə zidd rəvayətlər nəql etməklə mühakimə yürütməyi sizin ixtiyarınıza buraxırıq.

Ən mö’təbər sünni mənbəsi olan “Səhihe Buxari”də nəql olunur:

“Həzrət Peyğəmbərin (s) qızı vəfat etmişdi. Həzrət (s) onun qəbri kənarında oturub, göz yaşları axıdırdı.”1

“Əlinin oğlu Həsənin oğlu Həsən dünyasını dəyişdiyi vaxt onun xanımı qəbir üzərində xeymə qurdu və bu xeymə bir il orada qaldı...”2

Yuxarıda nəql olunan iki rəvayətdən mə’lum olur ki, qəbir kənarında əyləşmək şirk deyil. Eləcə də qadınların qəbir ziyarətinə getməsinin eybi yoxdur. Qəbir üzərində qübbə düzəltmək nə şirkdir, nə də bütpərəstlik. Əgər bu iş şirk olsaydı, xəlifələr və səhabələr e’tiraz edərdilər.

Allahın övliyalarının qəbri üzərində bina, məscid tikilməsinin kökləri Qur’anda nəzərə çarpır. Allah-təala “Əshabe-Kəhf” əhvalatı haqqında buyurur: “Əshabe-Kəhf haqqında mübahisədə qalib gələnlər dedilər: Onların məzarı üzərində bir məscid tikəcəyik.”3 Ayənin təfsirində deyilir: “Bir dəstə “Kəhf səhabələrinin qəbri üzərində bina tikin”, dedi. Mö’minlər isə “biz onların qəbri üzərində məscid tikəcəyik”, dedilər.”4 Bu mövzunu uzatmağa ehtiyac görünmür. Mə’lum oldu ki, Bəqidəki imamların (ə), Ühüd şəhidlərinin, Əbu-Talib qəbiristanlığındakıların qəbirləri hansı adla xaraba qoyulub.

Məscİdül-həram və Məscİdün-nəbİdə namaz


Mö’minlər bə’zi məsələlərə diqqət yetirsələr, münasib olar. “Urvətil-vüsqa”da deyilir:

“Namazı məsciddə qılmaq müstəhəbdir. Məscidül-həram daha fəzilətlidir. Orada qılınan namaz milyon namaza bərabərdir. Ondan sonra Məscidün-nəbi gəlir. Orada qılınan namaz on min namaza bərabərdir; sonra isə Kufə məscidi gəlir. Orada qılınan namaz isə 1000 namaza bərabərdir;

İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Bu hərəmləri Allah uca və abad istəmişdir ki, orada Allahın adı zikr olunsun. Olsun ki, hərəmlər məsciddən əfzəldir. Nəql olunur ki, həzrət Əlinin (ə) kənarında qılınan namaz iyirmi min namaza bərabərdir...”1

İki rəvayətdə İmam Sadiqdən (ə) Fatimənin (s) evində qılınan namaz haqqında soruşulur. Həzrət (ə) buyurur:

“Fatimənin (s) evində qılınan namaz rövzədəki namazdan üstündür.”2 Rəvayətlərdən mə’lum olur ki, imam Sadiq (ə) dövründə həzrət Fatimənin (s) evində namaz qılınırmış. Amma həzrət Peyğəmbərin (s) qəbri hasarlandığından orada namaz qılmaq mümkün deyil.

Bİr şübhəyə cavab


Rəvayətlərə görə, Əlinin (ə) kənarında qılınan namaz Məscidün-nəbidə qılınan namazdan üstündür. Bu o demək deyil ki, Əlinin (ə) kənarında qılınan namaz Peyğəmbərin (s) kənarında qılınan namazdan üstündür. (Qeyd olundu ki, Məscidün-nəbidə Peyğəmbərin (s) qəbri hasarlandığından o həzrətin (s) kənarında namaz qılmaq mümkünsüzdür). Həzrət Zəhranın (s) evində qılınan namaz məsciddəki namazdan üstün olduğu kimi, Əlinin (ə) kənarında qılınan namaz da Peyğəmbər məscidindəki namazdan fəzilətlidir.

“Urvətil-vusqa”

“Əlfiqh ələl-məzahibul-xəmsə”, s. 35

həmin mənbə, s. 35

“Səlatul-mumin”, c. 1, s.41

“Vəsailüş-şiə”, dəstəmaz fəsli

“Səhihe-Buxari”, h. “Urvətil-vusqa”

185


“Misbahul-munir”

“Töhfətul-ixvan”, s. 174

“Fəzlul-Mədinə”, s. 43

“Kitabul-əzan”, s. 54

“Ət-tarixul-qəvim”,c. 1, s. 196

“Əl sunənil kubra, c. 3, s. 572

“Müstədrəkəl-hakim”, c. 1, s. 376

“Kəşful-irtiyab”, s. 286



Sual 33: Nə üçün şiələri bid’ətdə ittiham edən vəhhabilər özlərini bu sahədə təmiz hesab edirlər? Məgər onlar dində bid’ət etməmişlərmi?

Cavab: Demək lazımdır ki:

Orda ki iş əyan ola,

Nə ehtiyac bəyan ola?
Vəhhabilər başdan-ayağa bid’ətdir və agah insanlar ötəri bir baxışla onların saysız-hesabsız bid’ətlərini görürlər. Bu bid’ətlərdən bə’zilərini nəzərdən keçiririk.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə