Vəhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 0,74 Mb.
səhifə7/16
tarix16.11.2017
ölçüsü0,74 Mb.
#10513
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Həccİ təməttö’ nədİr?


Həcci təməttö’ odur ki, bir müsəlman şəvval, zilqə’də və ya zilhiccə aylarının birində hər hansı miqatda (həccə giriş məntəqəsi) “ümrəyi-təməttö’” niyyəti ilə ehram bağlayıb, Məkkəyə daxil olsun. Təvaf və sə’ydən sonra “təqsir” edib ehram halından çıxsın. Məkkədə həcci-təməttö’ əməlləri üçün növbəti ehram bağlayınca ehramda haram olanlar halal olur.

Bu həcc ona görə təməttö’ həcci adlandırılır ki, iki ehram halı arasındakı fasilədə ehramın haram etdikləri halal olur, yə’ni insan həmişə halal olan şeylərdən ləzzət ala bilir.

Bu barədə Qur’anda buyurulur: “Həcc və ümrəni Allaha görə yerinə yetirin. Maneçilik olsa mümkün olan bir qurbanlıq edin və yerinə çatana qədər başınızı qırxmayın. Xəstələnən və başından əziyyət çəkən kəs əvəz olaraq, sədəqə verməli, oruc tutmalıdır. Əminlikdə isə ümrədə olan kəs həccə qədər mümkün olan qurban kəsməlidir. Tapa bilməyənlər həcc günlərində üç, qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da on gün edir. Ümrə əməli ailəsi Məscidül-həramda sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı ağırdır.”1

Həzrət Peyğəmbər (s) təməttö’ həcci vasitəsi ilə cahiliyyət qanunları ilə mübarizədə daha bir addım atdı. İslamdan əvvəl, qeyd edilən üç ayda ümrə əməlləri böyük günah sayılırdısa, İslam həmin aylarda təməttö’ həccini müəyyənləşdirməklə qədim əsassız qaydaları aradan qaldırdı.

Buxari və Müslümdə, İbn Abbasdan belə nəql edilir: “Xalq islamdan qabaq həcc aylarında ümrəni yer üzünün ən böyük günahı sayırdılar və deyirdilər ki, səfər ayı bitdikdən sonra ümrə əməlləri halal olur.”

İbn Abbas əlavə edir ki, zilhiccənin dördüncü günün səhəri Peyğəmbər (s) və səhabələri həcc üçün ehram bağlayıb Məkkəyə daxil olduqları halda, Peyğəmbər (s) ehramın ümrəyə çevrilməsi və ehramdan xaric olma göstərişi verdi; amma bu göstəriş səhabələrə ağır gəldi, ehramdan çıxmaqla hansı qadağaların götürüldüyü barədə soruşdular: Peyğəmbər (s) buyurdu ki, ehramla əlaqədar haram edilənlərin hamısı halal oldu.1 Müsəlmanlardan bir qismi Peyğəmbərin (s) bu göstərişinə qarşı çıxdı. Onlar cahiliyyət dövrünün adətlərini tapdayaraq həcci bitirməmiş ehramdan çıxmağa cürət etmirdilər.


Ömərİn təməttö’ həccİnİ qadağan etməsİ


Yuxarıda qeyd edildiyi kimi, müxaliflərin istəklərinin ziddinə olaraq, təməttö’ həcci həyata keçdi və Ömərin hakimiyyətinədək davam etdi. Ömər təməttö’ həccini qadağan etdi və müxalifləri ciddi cəzalandıracağını bildirdi. Bu barədə sünni mənbələrində xeyli rəvayət vardır. Onlardan bə’zilərini nəzərinizə çatdırırıq:

1.İmran ibn Həsin deyir: “Həcc müt’əsi haqqında ayə nazil oldu və Peyğəmbər (s) bu həccin icrası üçün göstəriş verdi. Sonralar bu ayəni nəsx edən heç bir ayə nazil olmadı. Peyğəmbərin (s) vəfatından sonra bir şəxs nəfsinin hökmü ilə bu barədə istədiyini danışdı.”2

2.Əbu Nəzrə deyir: “Mən Cabir ibn Abdullahın yanında olarkən bir kişi gəlib dedi: “İbn Abbas və ibn Zübeyr iki müt’ə haqqında mübahisə edirdilər.” Cabir dedi: “Bəli, biz Peyğəmbər (s) dövründə hər iki işi görürdük. Amma sonradan Ömər onları qadağan etdi, biz də həmin müt’ələrdən çəkindik.”3

3.İmran ibn Həsin ölüm yatağında olarkən Mutrəfə dedi: “Mənim ölümüm qətidir. Sənə faydalı ola biləcək bir neçə söz demək istəyirəm. Əgər sağ qalsam, onları məxfi saxla, əgər ölsəm, həmin sözləri xalqa deyə bilərsən; birincisi budur ki, Peyğəmbər (s) həcc və ümrəni bir ildə cəmləşdirmişdi. Buna qarşı nə ayə nazil oldu, nə Peyğəmbər (s) qadağa qoydu. Amma bir şəxs bu barədə istədiyini etdi.”1

4.Əbu Musa həcc müt’əsinə fətva vermişdi. Bir şəxs ona bu işdə tələsməməyi tövsiyə edib, Ömərin qadağasını xatırlatdı. Əbu Musa Ömərlə görüşüb, bu barədə sual verdi. Ömər dedi: “Bəli, Peyğəmbər (s) və onun səhabələrinin təməttö’ həcci etdiklərini bilirəm. Amma istəmirəm ki, müsəlmanlar (iki ehram arası) ərak (salxımlı meyvəsi olan) ağacı altında xanımları ilə yaxınlıq edib, üz-gözlərindən qüsl suyu axa-axa həcc əməlləri ardınca getsinlər.”2

Amma bütün bu kimi baxışların cavabı Qur’ani-kərimdə verilmişdir.3

Buxari və Müslim nəql edirlər ki, Osman ibn Əffan təməttö’ həccini qadağan etdiyi vaxt Əli ibn Əbu-Talib (ə) ümrə və həcc üçün ehram bağlayıb dedi: “Mən bir nəfərin sözünə görə Allah qanunu və Peyğəmbər (s) sünnəsini tərk etməyəcəyəm.”4

Hər iki “səhih”də Osmanla Həzrət Əli (ə) arasındakı ixtilaf barədə Səid ibn Müseyyibdən belə nəql olunur: “Həzrət Əli ibn Əbu Talib Osmana dedi: Osman, sənin məqsədin yalnız Peyğəmbərin (s) göstərişlərinin qarşısını almaqdır. Osman dedi: Bizimlə işin olmasın. Həzrət Əli (ə) buyurdu: Səni boşlaya bilmərəm. Amma Əli (ə) vəziyyəti belə görüb, özü ümrə və həcc üçün ehram bağladı.” Başqa bir rəvayətdə Osmanın Həzrət Əliyə ağır cavab verdiyi nəql olunur.


Müavİyə dövründə təməttö’ həccİ


Hədisləri araşdırdıqda aydın olur ki, Müaviyə dövründə də təməttö’ həcci mövzusunda ixtilaflar davam etmişdir. Müaviyə bu məsələdə Ömər və Osmanın mövqeyini qorumağa çalışmışdır. Amma müsəlmanların bir hissəsi ona e’tiraz edərək , əmrinə tabe olmamışlar. “Səhih Müslüm”də Sə’din belə dediyi nəql olunur: “Müaviyə Allaha küfr etdiyi bir vaxtda biz təməttö’ həccini yerinə yetirirdik.”1

Nəhayət 2-cİ xəlİfənİn göstərİşİ unuduldu


Həzrət Əli (ə)-ın və bir qisim müsəlmanların sə’yləri nəticəsində, nəhayət, təməttö’ həcci Peyğəmbər (s) dövründəki kimi yerinə yetirilməyə başladı, hətta sonradan əhli sünnə fəqihləri Ömərin fətvasına zidd fətva verdilər. Şafeilər dedilər: “Şəxs necə həcc etməkdə azaddır...”2

İslam kamİl dİndİr


Bütün müsəlmanlar bu əqidədədirlər ki, İslam dini kamil və həmişəlikdir. Onun kamilliyi bütün bəşəri ehtiyaclara cavab verməsindədir. Digər bir tərəfdən, şər’i hökmlərdə əmrlər xeyirdən, qadağalar isə fəsadlardan asılı olaraq müəyyənləşir.

Bə’zən müvəqqəti izdivacda (müt’ə, siğə) məqsəd günahın qarşısının alınması olur. Məsələn, kimsə şikəst və ya zahirən çirkin qadınla evlənmək istəmir. Bu qadın, qəlbi analıq hissləri ilə dolu bir insandır və ən azı, övlad sahibi olmaq istəyir. İslam belə insanların ehtiyacına cavab verməsə, onu kamil hesab etmək olmaz. Bu çətinliyi müvəqqəti izdivac hökmü aradan qaldırır. Məgər Peyğəmbər (s) dövründə mövcud olan belə problemlər hazırkı dövrdə yoxdurmu? Əlbəttə ki, var!

Bə’ziləri irad tuturlar ki, qadının qısa müddət ərdə olub, sonra tənha buraxılması xoşagəlməz işdir. Hansı ki, daimi izdivacda da həmin ayrılıq baş verə bilər. Bir çox daimi nikahlar üç-beş gün çəkir və qadına təlaq verilir. Müvəqqəti izdivaca icazə verilmədiyi şəraitdə, qısa müddət bir yerdə yaşamaq qərarına gəlmiş kişi və qadın evlənib, istədikləri vaxt boşana da bilərlər. Məgər belə bir niyyətlə evlənən adamlara kim mane ola bilər? Heç kim! Ən pisi isə, qanuni yolla istəyinə çatmayan insanlar, adətən günaha üz tuturlar.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə