Vəhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 0,74 Mb.
səhifə3/16
tarix16.11.2017
ölçüsü0,74 Mb.
#10513
1   2   3   4   5   6   7   8   9   ...   16

Məscİdün-nəbİdə azan


“Məscidün-nəbi” Mədinə şəhərindəki Peyğəmbər (s) məscididir. Bu məsciddə böyük şiə alimlərindən biri, sünnə əhli camaat namazını başa vurduqdan sonra azançıya şiələr kimi azan verməsini buyurur. Bu vaxt bir qrup şiə də həmin alimin arxasında namaz üçün dayanır. Azançı “əşhədu ənnə əmirəlmö’mininə əliyyən vəliyyullah” dedikdə məscid mə’murları onu tutub aparmaq istəyirlər. Alim bu işə mane olub, azançının günahkar olmadığını bildirir və məscidin böyüklərini tələb edir. Məscidin böyükləri gəldikdə şiə alimi deyir: “Biz şiələrin müstəqil fiqhi (şəriət qanunları) var və öz qanunlarımıza əməl edirik. Bizim fiqhimizə görə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdikdən sonra təbərrük olaraq həzrət Əlinin (ə) imamətinə də şəhadət verə bilərik. Biz öz fiqhimizə əməl edirik. Siz də bunun əvəzinə Əbubəkr və Ömərin haqqına şəhadət verin!” Mə’murlar şiə aliminin bu sözlərini təbəssümlə qarşılayıb, ondan uzaqlaşırlar.

Bİr mübahİsə


Məscidün-nəbidə bir misirli sünni mənə dedi: “Siz şiələr “əliyyən vəliyyullah” deyirsiniz. Məgər Allahın vəliyə (imama, rəhbərə) ehtiyacı var?” Cavabında dedim: “Siz “Muhəmmədən rəsulullah” demirsinizmi?” Bildirdi ki, deyirik. Dedim ki, məgər Allahın rəsula (elçiyə) ehtiyacı var? Dedi: “Biz o mə’nada deyirik ki, Məhəmmədin (s) Allah tərəfindən risaləti var.” Dedim: “Əliyyən vəliyyullah”-ın da mə’nası budur ki, Əlinin (ə) Allah tərəfindən imaməti var və sizin də kitablarda buna oxşar sözlərlə qarşılaşırıq. Məsələn, Buxarinin “Səhih”ində bildirilir ki, Ömər “mən Əbu-Bəkrin vəlisiyəm” demişdir.1 Mə’lumdur ki, ölünün vəliyə ehtiyacı yoxdur. Ömər demək istəmişdir ki, o Əbu-Bəkr tərəfindən vəli, yə’ni rəhbər tə’yin olunmuşdur. Bunu da qeyd edək ki, Əbu-Bəkr və Ömərin xalqa rəhbər tə’yin etmək səlahiyyəti yox idi. Əbu-Bəkr hansı ixtiyarla xalqa vəli seçməli idi?

Şiələrin əqidəsinə görə, Əli (ə) Allah tərəfindən Peyğəmbərin (s) vasitəsi ilə imamət və rəhbərliyə tə’yin olunmuşdur. Əslində sünnilər Öməri Peyğəmbərin yox, Əbu-Bəkrin xəlifəsi kimi tanımalı və “şəhadət verirəm ki, Ömər Əbu-Bəkrin vəlisidir” deməlidirlər. Əgər belə demirsinizsə, (sünniyə müraciətlə dedim) Ömərin rəhbərliyini inkar edirsiniz.”

Həmsöhbətim gülümsündü və “Səhihe Buxari”dən gətirdiyim dəlil müqabilində bir söz deyə bilmədi. “Bəs Əlinin (ə) Allah tərəfindən tə’yin olunmasına dəliliniz nədir?” –deyə soruşdu. Bildirdim ki, dəlilimiz çoxdur. Nümunə olaraq bir Qur’an ayəsini misal çəkdim: “Sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun rəsulu və iman gətirib namaza duran, rüku halında zəkat verənlərdir.”1

İstər şiə, istər bir çox sünni təfsirçiləri bildirirlər ki, rüku halında üzüyünü fəqirə verən Əlidir və bu ayə onun haqqında nazil olmuşdur.2 Əllamə Əmininin “Əl-ğədir”, Şərəfüddin Amilinin “Əl-müraciat” kitabına baxa bilərsiniz. Sonra həzrət Əlinin (ə) vilayətini sübut edən hədislər misal çəkdim. Həmsöhbətim mübahisəni davam etdirməyə meylli olsa da, onun yoldaşı “daha kifayət edər” deyib, əlindən tutdu və xudahafizləşib getdilər.



Sual 5: Nə üçün biz də sünnilər kimi sübh azanında “əssəlatu xəyrun minənnovm” demirik?

Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə mə’lumat olmadığından onu azanda demək caiz deyil, bid’ətdir. Amma bə’zi qeyri-mö’təbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.1 Bə’zi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.2 Ən əsası isə sünnilərin “Səhihe Buxari”, “Səhihe Müslim” kimi mö’təbər kitablarında bu barədə heç bir mə’lumat verilmir.3 Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.4

Bəli, sünnə əhli öz fiqhini Peyğəmbər Əhli-beytindən (ə) götürmədiyi üçün bir çox xətalara düçar olmuşdur. Allah-təala hər kəsi həqiqi Peyğəmbər (s) sünnəsinə müvəffəq etsin.



Sual 6: Nə üçün sünnilər də bizim kimi azanda “həyyə əla xəyril-əməl” demirlər?

Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə “həyyə əla xəyril-əməl”, yə’ni “əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.5

Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər.



Sual 7: Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?

Cavab: Qur’anda buyurulur: Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.”6 Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mö’təbər kitablarından olan “Səhihe Müslimdə” nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: “Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.”1

Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar. Bu məhrumiyyət Əhli-beytdən uzaq düşənlərin cəzasıdır.



Sual 8: Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə azandan sonra bir qədər səbr edib, namaz qılırlar? Məgər azan deyiləndə hələ namazın şər’i vaxtı olmur, yoxsa başqa bir səbəb var?

Cavab: Onların səbr etməsi nafilə namazının qılınması və namaz qılanların camaat namazına toplanması üçündür. Şiələr də nafilə namazı qıldıqda bu namazdan sonra vacib namazı qılırlar. Ümumiyyətlə, sünnə əhli namazın şər’i vaxtına kifayət qədər diqqətlidir.

İmam Sadiqə (ə) sual verdilər ki, sünnilərin azanı ilə namaz qılmaq olarmı? İmam (ə) buyurdu: “Bəli, onlar namazın vaxtına çox diqqətlidirlər.”2

Bununla belə, azan deyilən kimi namaz qılmaq olar, çünki azan şər’i vaxtda deyilir. Sübh və günorta azanlarından fərqli olaraq, axşam (şam) azanına münasibətdə şiələr və sünnilər arasında ixtilaf var. Sünnilərin nəzərincə, şam namazının və iftarın vaxtı günəş batanda çatır. Ona görə də günəş batan kimi azan deyirlər. Amma şiə fəqihlərinin nəzərincə, günəş batandan sonra şərqdəki qızartı insanın başı üstən keçdikdən sonra azan vaxtı olur. Beləcə, sünnilər şam azanı dedikdə biz namaz qıla bilmərik. Onların azanından təqribən 12 dəqiqə sonra namaz qılıb, iftar edə bilərik.

Sual 9: Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar? Sünnilər isə həmişə cəm halda dayanır və şiələrin bu hərəkətinə e’tiraz edirlər...

Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bə’zən isə tənha duranların namazını batil hesab edirlər.

Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.1 (Mə’lum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir.

Bir daha qeyd edək ki, mö’minlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə