Vəhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani


“Səhİh Buxarİ”dən bİr rəvayət



Yüklə 0,74 Mb.
səhifə9/16
tarix16.11.2017
ölçüsü0,74 Mb.
#10513
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

“Səhİh Buxarİ”dən bİr rəvayət


Sə’d ibn Übadə xəstə olarkən həzrət Peyğəmbər (s) Əbdürrəhman ibn Ovf, Sə’d ibn Vəqqas və İbn Məs’udla onu yoxlamağa getdi.Sə’d ibn Übadənin ailəsi onu dövrəyə almışdı. Peyğəmbər (s) Sə’din əhvalını soruşub ağladı. Həzrətlə gələnlər də ona qoşulub ağladılar. Sonra Həzrət buyurdu: “Allah-taala göz yaşı və kədərə görə kimsəyə əzab verməz. Amma danışılmayası sözlər danışan dilə görə cəzalandırar.” (Rəvayətin ardınca nəql olunur) Həqiqətən də, meyit, əhli ona ağladığı üçün cəzalandırılar. Ömər ibn Xəttab ölüyə ağlayanları əsası ilə kötəkləyərdi...1

Rəvayətdən mə’lum olur ki, Ömər ölüyə ağlayanları çubuq, daş torpaqla susdurarmış. Məsələn, övladını itirmiş ata ağlayanda xəlifə onun göz yaşlarını, cəzalandırmaqla qurudarmış. Bəli, Peyğəmbər (s) ağlayarmış, Ömər isə ağlayanı kötəkləyərmiş! Fiqhə baxın! Əgər bu rəvayət “Səhih Buxari” kimi mö’təbər sayılan bir kitabda olmasaydı, onu nəql etməyə cür’ət olunmazdı. Bir cəmiyyətdə belə bir rəftar adi hesab olunursa, şiələrə qarşı münasibət rəftar gözləməyə dəyməz. Bir şəxs ərəb olması ilə fəxr edərək, Peyğəmbərin (s) ərəblər arasından çıxmasını Allahın lütfü kimi izah etmişdi. Amma nəzərə almamışdı ki, həkim öz işinə ən ağır xəstədən başlayır.


Vəhhabİlİyİn banİsİ


Övliyaların ziyarəti, onların qəbirləri üzərində tikinti aparılmasına qarşı çıxan ilk şəxs İbn Təymiyyə olmuşdur. Onun atası hənbəli məzhəbində idi. Bu əqidəni İbn Təymiyyədən sonra onun şagirdi İbn Qəyyum Cəvziyə davam etdirmişdir.

İbn Təymiyyə düşünürdü ki, İslam dininə yamaqlar vurulmuşdur və onları qoparmaqla ilkin İslama qayıtmaq lazımdır. O, ifrata vararaq, bir çox rəvayətləri nəzərdən qaçırmış və nəticədə, qəbir ziyarətlərini, onların tikintisini bid’ət saymışdır.

Onun şagirdi İbn Qəyyim öz müəlliminin əqidəsini müdafiə edərək, kitablar yazmışdır. Amma bu iki şəxs İslam alimlərinin müqaviməti ilə qarşılaşmışlar. Siyasi adam olan Məhəmməd ibn Əblülvəhhab Nəcdi bu yolu tutana qədər həmin əqidə genişlənməmişdir. Siyasi qrup yaratmağı bacaran bu şəxs özünü dini sima kimi tanıtdıraraq, Səudiyyə Ərəbistanını bu əqidəyə yönəldə bilmişdir. Məhəmməd ibn Əblülvəhhab Mədinəyə gedərək, müsəlmanları ilk dəfə Peyğəmbər (s) qəbrinə təvəssüldən çəkindirmişdir. Nəhayət, qeyd olunan firqə təşkil olunmuşdur. Firqə onun bünövrəsini qoymuş şəxsin şərəfinə “vəhhabilik” adlandırmışdır. Amma bir müddət sonra onlar adlarını dəyişərək, özlərini “sələfi” – yə’ni peyğəmbərin sələfləri kimi tanıtdırmışlar. Tövhid və bə’zi ibadi əməllərdə onlar əksər müsəlmanlarla müxalifdirlər.

Vəhhabilər tövhid əqidəsini müdafiə, şirklə mübarizə şüarları altında müsəlmanlara qarşı hücuma keçib, qırğınlar törətdilər. Kərbəlaya hücum edib, İmam Hüseyn (ə)-ın hərəmini xaraba qoydular, müqəddəs ziyarətgahların var-dövlətini qarət etdilər. Evlərdə talanlar aparıb, Kərbəla əhalisinin bir çoxunu qətlə yetirdilər.

Hicazda böyük İslam şəxsiyyətlərinin, Bəqidə imamların qəbirləri dağıdıldı. Yalnız Həzrət Peyğəmbərin (s) qəbrinə toxunulmadı.1

Əksəri təəssübkeş, tündxasiyyət, inadkar olan vəhhabilər ağıl və məntiqə istinad etmək əvəzinə, bir neçə məsələni (ziyarət, şəfaət və s.) əsas götürərək, müsəlmanları bid’ət və şirkdə ittiham edir, əllərinə fürsət düşəndə müsəlmanların qanını axıdırdılar.2

Onlar öz ardıcıllarını İslamın mühüm məsələlərindən, ictimai ədalət, iqtisadiyyat, siyasət və düşmənin tanınması kimi mövzulardan qəflətdə saxlayır, onları ümumi düşmənə qarşı mübarizədən yayındırırlar.

Həcc və ümrə mərasimlərində, adətən farsdilli vəhhabi əfqanları hazırlayaraq, onları şiələrin izdihamı içinə göndərir, şiəliyin ziddinə tünd və təhqiramiz təbliğatlar aparırlar. “Əl-ğədir”, “Əl-müraciat”, “Pişavər gecələri” kimi kitabların yayılmasının qarşısı alınır. Vəhhabilər Nəcəf, Qum kimi dini mərkəzlərdən gəlmiş şiə alimləri ilə elmi mübahisələrdən qaçır, savadsız müsəlmanlarla mübahisəyə üstünlük verirlər.

Müsəlmanların daha çox ziyarət etdiyi qəbiristanlarda asılmış tablolarda küfr və şirkə aid ayə və rəvayətlər yazır, guya bu yolla, dindən çıxmış adamları İslama də’vət edirlər.

Ayətullah Xoyİnİn bİr hİcaz alİmİ İlə mübahİsəsİ


Ayətullah Xoyi buyurur:

Hicri 1353-cü ildə həcdə idim. Şeyx Zeynəl-abidin adlı bir alim Məscidün-nəbidə möhürlə namaz qılanların möhürünü götürürdü. Ona dedim: “Məgər Rəsulullah (s) müsəlmanların malına icazəsiz toxunmağı haram etməmişdirmi? Təsdiq etdi: “Bəli, haram etmişdir.” Dedim: “Bəs nə üçün onların malını zorla alırsan, axı bu adamlar “əşhədu əlla ilahə illəllah”, əşhədu ənnə Muhəmmədər-rəsulullah deyənlərdir? Dedi: “Bu adamlar müşrikdirlər. Onlar möhürü büt qərar verib, Allaha yox, möhürə səcdə edirlər.” “Bu məsələni müzakirə etməyə hazırsanmı?” –deyə soruşdum. Razılığını bildirdi. Söhbətə başladıq. Nəhayət, səhvini başa düşüb, üzr istədi və tövbə etdi. Xahiş etdi ki, Mədinədə olduğu günlər müxtəlif mövzularda söhbət edim. Belə də etdim. On gün ardıcıl məclis quruldu, müxtəlif məzhəblərdən olan insanlar bu məclislərdə iştirak etdilər. Həmin hicazlı alim bu məclislərdəki söhbətləri mətbuatda verəcəyini və’d etdi...

Çox güman ki, bu şəxs vəhhabi deyildi. Çünki vəhhabilər heç vaxt şiə alimləri ilə müzakirəyə razı olmurlar. Hətta şiə alimlərin kiminləsə söhbətinə şahid olduqda bu söhbətə mane olurlar.

Məscidün-nəbidə dəfələrlə şahid olmuşuq ki, vəhhabilər şiələrin ayağı altından onların səccadəsini çəkir. Bə’zən isə iş şiələri cəzalandırmaq həddinə çatır. Özlərini Peyğəmbər (s) sələfi hesab edən bu adamlar anlamırlar ki, müsəlmanlarla, Peyğəmbərin (s) qonaqları ilə, üzünü qibləyə tutub namaz qılan insanlarla belə rəftar etmək olmaz. Məgər Peyğəmbər (s) belə buyurubmu?


Bİr söhbət


Şiələrlə qaba rəftarın şahidi olmuş bir vəhhabiyə dedim: “Məgər siz Peyğəmbər (s) sünnəsini qəbul etmirsiniz? Məgər “Səhih Buxari”, “Səhih Müslüm”ü mö’təbər kitab saymırsınız? “Elədir ki var” –deyə müsahibim cavab verdi. Ona “Səhih Buxari”də Ömər ibn Xəttabdan nəql olunmuş bir hədisi xatırlatdım: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənə əmr olunub ki, insanlar “la ilahə illəllah” deyənədək onlarla döyüşüm. Hər kəs “la ilahə illəllah” desə, malı və canı mənim tərəfimdən amandadır...”1 Bu hədis "Səhih Müslim”də də nəql olunmuşdur.2

Sonra dedim: “Belə hədislər nəql olunduğu halda, Peyğəmbərin (s) hüzurunda “la ilahə illəllah, muhəmmədən rəsulullah” deyən namazqılana hansı əsasla əziyyət verir, onun malını əlindən alırsınız?” O, başını aşağı salıb susdu. Mən davam etdim: “Şiələr yalnız dava-dalaş düşməməsi üçün, Peyğəmbər (s) və əhli-beytin ziyarətinə nail olmaq xatirinə bu kobudluqlara, təhqirlərə dözürlər.” Müsahibim dedi: “Haqlısınız, İslam icazə vermir ki, müsəlman kiminləsə belə rəftar edə.” Sonra üzr istədi və sağollaşıb getdi.

Qeyd edim ki, belə qaba rəftarlar yalnız səccadə və ya möhürlə bağlı deyil. Vəhhabilər məktəbli gəncləri şiələrə qarşı düşmən ruhda tərbiyə edir, onları inandırırlar ki, şiələr müşrikdir. Məscidün-nəbidə dəfələrlə vəhhabi gənclərin təhqirləri ilə qarşılaşmışam.

Daha ağır hadisələr hicri 1349-cu ildə baş vermişdir. Məscidün-nəbidə bir vəhhabi bir şiənin həsir yelpincə səcdə etdiyini görür. Yaxınlaşıb ayağını onun boynuna qoyub sıxır. Şiə müsəlman səcdə halında özündən gedir... O vaxtlar Səudiyyə Ərəbistanı dövlətinin şiələrə münasibəti pis olduğundan bu məsələyə görə e’tiraz etmək mümkün olmur. Hal-hazırda isə vəhhabilər dövlətləri ilə hesablaşaraq bir o qədər də tündlük etmirlər.

Yuxarıda qeyd etdiyimiz xoşagəlməz hadisə bizə ilkin İslam dövründən bir hadisəni xatırladır. Həzrət Peyğəmbər (s) Məscidül-Həramda namaz qıldığı vaxt səcdə edərkən müşriklərdən biri ayağını Həzrətin başına qoyub, yerə sıxır... Bəli, bu günkü zülmlərin kökü bir vaxt Peyğəmbərə (s) və Əhli-beytə (ə), eləcə də onların şiələrinə edilən zülmlərdir.

Sual 36: Nə üçün şiələr mübarək ramazan gecələrinin müstəhəb namazlarını cəm halda qılmırlar?

Cavab: Şiə fiqhində müstəhəb namazı cəm halda qılmaq bid’ət və haramdır. Ramazan gecələrinin müstəhəb namazları ilə digər müstəhəb namazlar arasında bu məsələdə fərq yoxdur. Sünnilər isə həmin namazları cəm halda qılır və “təravih” namazı adlandırırlar.1 Onların iki mö’təbər kitabında bildirilir ki, Peyğəmbər (s) dövründə, Əbu-Bəkrin hakimiyyəti zamanında, Ömər hökuməti vaxtı təravih namazı cəm halda qılınmamışdır.2

Ömər bir dəfə məscidə daxil olarkən adamların pərakəndə halda namaz qıldığını, bir dəstə adamın isə cəm halda namaza durduğunu görür. Qərara gəlir ki, hamı cəm halda namaz qılsa, daha yaxşı olar və bu barədə göstəriş verir. Səhəri gün məscidə daxil olanda hamının cəm halda namaz qıldığını görüb deyir: “Bu yaxşı bir bid’ətdir.”3

Onlara məxsus bə’zi rəvayətlərdə isə nəql olunur ki, həzrət Peyğəmbər (s) iki-üç gecə nafilə namazını məsciddə qıldı və bir dəstə müsəlman ona iqtida etdi. Növbəti gecələrdə adamlar artsa da, həzrət nafilə namazı üçün məscidə gəlmədi və sübh namazında belə buyurdu: “Mən cəmiyyətin artdığını gördüyüm üçün gəlmədim. Qorxdum ki, gecə nafiləsini cəm halda qılmaq sizə vacib olar.” Nə qədər ki, Peyğəmbər (s) sağ idi, nafilələr cəm halda qılınmadı.1

Başqa bir mənbədə həmin rəvayət başqa bir məzmunda nəql olunur: “Cəm halda qılınması müstəhəbdir. Lakin səhabələr dövründə artırılıb, iyirmi rəkət qılınmışdır. Ömər ibn Əbdül-əziz dövründə bir daha artırılaraq, otuz altı rəkətə çatdırılmışdır. Amma şər’ən iyirmi rəkətdir. Müstəhəbdir ki, ramazan ayının sonunadək təravih namazında bütün Qur’an oxunsun.2

Xatırlatmalıyıq ki, Peyğəmbərin (s) üç gecə qıldığı nafilələr ramazan ayına təsadüf etmir. Bu nafilələr on bir rəkətdən çox olmamışdır. Eləcə də Ömər bu işin (bid’ətin) onun tərəfindən həyata keçirildiyini bildirir. Onun sözlərindən mə’lum olur ki, bu hökmü verərkən həzrət Peyğəmbərə (s) istinadən etməmişdir. Bundan əlavə, Ömər deməmişdi ki, nafilə iyirmi rəkət qılınmalıdır və bir Qur’an xətm olunmalıdır.

Bəli, vəhhabilər bir şəxsin istəyi əsasında bid’ət edir, amma təbərrük qəsdi ilə deyilən “əliyyən vəliyyullah” sözlərinə görə şiələri müşrik sayırlar. “Həqiqətən, bu təəccüblü bir şeydir.”3



Sual 37: Nə üçün şiələr sünnilərdən fərqli olaraq, Peyğəmbər (s) əhli-beytini mə’sum sayırlar?

Cavab: Şiələr bir çox əqli və nəqli dəlillərə əsasən, Peyğəmbər (s) Əhli-beytini (ə), imamları mə’sum hesab edirlər. Sünnə əhlinin inkar edə bilməyəcəyi bir dəlil isə budur: “Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”1 "Səhih Müslim"də nəql olunur ki, Ayişə dedi: “Bir gün Peyğəmbər (s) əynində qara yun əba hücrədən çıxdı. Əli oğlu Həsən Həzrətə yaxınlaşdı və həzrət onu əbasının altında aldı. Sonra Hüseyn (ə), daha sonra isə Fatimə və Əli əbanın altına daxil oldular. Həzrət (ə) buyurdu: “Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”2

Əhməd ibn Hənbəlin “Müsnəd"ində nəql olunur: “Peyğəmbər (s) altı ay müddətində sübh namazı üçün Fatimənin qapısından keçər və deyərdi: “Namaz! Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”3

"Səhih Müslim"də nəql olunur:

“Zeyd ibn Ərqəm dedi: “Bir gün Peyğəmbər (s) Məkkə və Mədinə arasındakı “Xumm” adlanan su kənarında xütbə oxudu və Allaha həmd-sənadan sonra buyurdu: “ Ey camaat, mən bir bəşərəm, tezliklə Allahın mə’muru gələr və mən onun də’vətini qəbul edərəm. Mən sizin üçün iki qiymətli əmanət qoyub gedirəm: biri hidayət və nur olan Allah kitabı, digəri isə mənin əhli-beytim...” Həzrət bu cümləni üç dəfə təkrar etdi. Əhli-beyt (ə), and olsun Allaha ki, həzrətin arvadları deyil. Qadın bir vaxt ərdə olub, boşanaraq atasının yanına qayıda da bilər. Əsil kişinin əhli-beyti onun kökü, ardıdır. Əhli-beyt o kəslərdir ki, Peyğəmbərdən (s) sonra sədəqə onlara haramdır.”

“Zeyd ibn Ərqəmdən soruşdular ki, Peyğəmbərin (s) sifariş etdiyi əhli-beyt kimdir? Dedi: Əhli-beyt (ə) sədəqənin haram edildiyi Əli (ə) ailəsidir.”4

Şərif ayədən və mö’təbər sünni kitablarında nəql olunmuş rəvayətlərdən mə’lum olur ki, Allah-taala Peyğəmbər (s) əhli-beytini paka çıxarmaq istəmişdir. “Səqəleyn” hədisində həzrət Peyğəmbər (s) əhli-beytin adını Qur’ani-kərimlə yanaşı çəkir, hər ikisini xalqa Allahın dəlili kimi tanıtdırır.

Qur’an xətadan uzaq olduğu kimi, Əhli-beyt də xətadan uzaqdır. Bütün deyilənləri əsas götürərək, şiələr Əhli-beyti mə’sum, günahsız sayırlar.

Amma sünnə əhlinin qəbul edib, könül verdiyi adamların hər biri açıq-aşkar nöqsanlıdır, bə’ziləri isə hətta şirk və küfrə yol vermişdir. Əbu Bəkr və Ömərin bir vaxt bütpərəst olduğu kimsədə şübhə doğurmur. Ayişə kimi bir qrup müsəlmanlar isə Allahın göstərişlərinə zidd hərəkətlər etmişlər. Ayişə Allahın əmrinə itaət edib, evdə oturmaq əvəzinə Peyğəmbərin (s) xəlifəsi, dövrün imamı Həzrət Əliyə (ə) qarşı çıxmış, Cəməl döyüşünə rəhbərlik etmişdir. Cəməl döyüşü müsəlmanlar arasında baş vermiş ilk döyüşdür və bu döyüşdə minlərlə müsəlman qətlə yetirilmişdir. Təlhə də Zübeyr də, Müaviyə də eyni cür hərəkət etmiş, böyük günahlara batmışlar. Sünnə əhli nə bu adamların günahını, nə də Əhli-beytin paklığını inkar edə bilər.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə