Vəhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani


Vəhhabİlər nəyİ bİd’ət hesab edİrlər?



Yüklə 0,74 Mb.
səhifə5/16
tarix16.11.2017
ölçüsü0,74 Mb.
#10513
1   2   3   4   5   6   7   8   9   ...   16

Vəhhabİlər nəyİ bİd’ət hesab edİrlər?


Ərəbistan müftisi və hicaz vəhhabilərinin rəhbəri İbn Baz bid’ətə belə tə’rif verir:

“Keçmişdə oxşarı olmayan hər bir yenilik bid’ətdir.”1

Elə bu tə’rifə əsaslanaraq vəhhabilərin və digərlərinin bid’ətlərini iki qrupa ayıra bilərik: Onların öz fiqhinə əsasən bid’ət sayılan işlər və şiə fiqhinə əsasən bid’ət sayılan işlər.

Vəhhabİlər öz fİqhİnə əsasən yol verdİklərİ bİd’ətlər


Onların nəzərincə, Peyğəmbər (s) və səhabələrdən sonra baş vermiş yeniliklər bid’ət və haramdır, şirk və küfr səbəbidir. İbn Baz öz mövqeyinin sübutu üçün Peyğəmbərdən (s) bir rəvayət də sitat gətirir. Elə həmin rəvayətə əsasən də vəhhabilərin bid’ətlərinə nəzər salaq:

1.Müsəlmanları müşrik və kafir saymaq;

Peyğəmbər (s) və onun səhabələrinin dövründə belə bir münasibət yox idi. Hansı ki, fikir ayrılığı da olurdu, səhabələr mübahisə də edirdilər, savaş vəziyyəti də yaranırdı, hətta müsəlmanlar xəlifə saydıqları Osmanı öldürüb, yəhudi qəbiristanlığında basdırmışdılar. Bütün bunlara baxmayaraq, kimsə kimsəni kafir saymırdı. Vəhhabilər isə öz fiqhinə əməl edən, onlarla eyni fikirdə olmayanları şirk, küfr və dindən çıxmaqda ittiham edirlər. Onların bu işinin Qur’ana zidd olması ayələrdən aşkar görünür: “Müsəlmanlığını bildirənə kafir deməyin.”1 Bəli, vəhhabilərin aşkar bid’ətlərindən biri müsəlmanları kiçik işlərə görə şirk və küfrdə ittiham etmələridir. Onlar şərif ayə və öz nəql etdikləri rəvayətlərin ziddinə hərəkət edirlər.

2.Bəqi, Ühüd və Əbu Talib qəbiristanlıqlarına göstərilən münasibət;

Onlar qəbiristanlıqları hasara salır, gecələr və günün müəyyən saatları onların qapısını bağlamaqla qəbir ziyarətinə mane olur, qəbiristanlarda tablolar asıb, qeyri-münasib sözlər yazır, qəbirlər üzərində nəzarətçilər qoyurlar. Bütün bunlar bid’ətdir. Peyğəmbər (s) və onun səhabələri dövründə sadalanan işlərin heç biri mövcud olmamışdır. Mö’təbər sünni mənbəyində nəql olunur: “Rəsulullah (s) gecə yarı, Ayişə yatdığı vaxt Bəqiyə qəbir əhlinin ziyarətinə gedirdi.” 1 Başqa bir rəvayət: “Bə’zən ölülər gecə dəfn olunar və Rəsulullah (s) növbəti gün onların qəbrinə namaz qılardı.”2

Ən çirkin bid’ətlərdən biri budur ki, Ühüd şəhidlərinin qəbirlərini hasarlayıb, möhtərəm zəvvarların qəbiristana daxil olmasına mane olurlar. Ziyarət vaxtı səs gücləndiricilər ətrafda sakitliyi pozur, ziyarətçilərin hissləri təhqir olunur. Məgər müsəlman ziyarətçilərlə belə rəftar etmək bid’ət deyilmi?! Ziyarətçilərə bir belə maneə yaradanları Peyğəmbər (s) ardıcılı saymaq olarmı?

3.Məscidül-həram və Məscidün-nəbidə cənazə namazı qılmaq;

Cənazələri adı çəkilən məscidlərə daxil edib, meyit namazı qılan vəhhabilər belə bir rəvayət nəql edirlər:

Ayişə göstəriş verir ki, Sə’d ibn Əbu Vəqqasın cənazəsi məsciddən aparılsın və özü də ona namaz qılır. Müsəlmanların e’tirazı ilə qarşılaşan Ayişə deyir: “Peyğəmbərin (s) məsciddə Süheylə namaz qılmasını müsəlmanlar nə tez unutdu!”3 “Səhih Müslim”dən daha mö’təbər sayılan “Səhih Buxari”də bu məsələ açıqlanmır. “Əl-fiqh ələl-məzahibul-ərbəə” kitabının 1-ci cildində deyilir: “Məsciddə meyit namazı caizdirmi? – Məsciddə meyit namazı məkruhdur, hətta məscidin kənarında da – bu hənəfilərin və malikilərin mövqeyidir. Bildirilir ki, meyitə namaz qılınmamış onu məscidə daxil etmək məkruhdur. Hənbəlilər bu işi mübah, şafeilər isə müstəhəb sayırlar.” Başqa bir sünni kitabında mənbə göstərilmədən nəql olunur ki, Əbu Bəkr və Ömərin cənazə namazları məsciddə qılındı. 1 İbn Baz deyir: “Məsciddə cənazə namazı caizdir. Bu namazı bayram namazı qılınan yerdə qılmaq əfzəldir.”2

İndi özünüz qərara gəlin, məsciddə cənazə namazı qılınmasında təkcə bir rəvayətə istinad olunur və bu rəvayətdən də mə’lum olur ki, uyğun iş Peyğəmbər (s) dövründə adi sayılmışdır. Əgər bu rəvayəti düzgün saysaq, yalnız bir dəfə Peyğəmbər (s) məsciddə cənazə namazı qılmışdır. Sonra isə yenə də bircə dəfə Ayişə məsciddə meyit namazını yerinə yetirmişdi. Səhabələr dövründə belə bir namaz yalnız Ayişənin qıldığı namazdır və həmin namaz da e’tirazla qarşılanmışdır.

Mö’təbər vəhhabi mənbələrindən mə’lum olur ki, onlar meyit namazında Qur’an və Peyğəmbər sünnəsinə zidd beş bid’ətə yol verirlər:

1.Dəlil göstərilən rəvayətdə Peyğəmbər (s) və Ayişənin Məscidün-nəbidə cənazə namazı qıldığı bildirilir. Bu rəvayətə əsasən Məscidül-həramda cənazə namazı qılınmasını caiz saymaq olmaz. Meyiti Məscidül-hərama daxil edib, meyit namazı qılmaq vəhhabilərin öz məntiqinə görə bid’ətdir.

2.Rəvayətdə həm Peyğəmbər (s), həm də Ayişənin cəmi bir dəfə bu işi gördüyü bildirilir. Rəvayətdən bu nəticə çıxmır ki, gündə məsciddə meyit namazı qılınmalıdır.

3.Rəvayətdə meyit namazının camaat namazından sonra qılındığı bildirilmir. Hansı əsasla bu namaz camaat namazından sonra qılınır?

4.Namazın tə’qibatı və nafilə namazları daha çox tapşırıldığı halda, meyit namazlarının hesabına müsəlmanlar bu işə imkan tapmırlar.

5.Meyit namazında azançı “əssəlatu ələl-əmvat” deyə Peyğəmbərin (s) kənarında haray salır. Hansı ki, vəhhabilər başqalarını həmin yerdə səsini çıxarmağa qoymurlar.

Cənazəni imkan daxilində tez dəfn etmək tapşırıldığı halda, sübh namazından sonra ölmüş adam dəfnə hazır olsa da, onu günortaya saxlayırlar ki, günorta namazından sonra meyit namazı qılıb, dəfn etsinlər. Bu iş əsil bid’ətdir. İndi özünüz görün ki, bu adamlar öz fiqhləri baxımından nə qədər bid’ətə yol verirlər.

Vəhhabİlərİn məscİdlə bağlı bİd’ətlərİ


Vəhhabilərin məscidlərlə, xüsusi ilə də Məscidül-həram və Məscidün-nəbi ilə bağlı bid’ətlərinə nəzər salaq:

1.Çox uca və çoxsaylı minarələrin tikilməsi;

2.Çoxsaylı günbəzlərin tikintisi, xüsusi ilə Məscidün-nəbinin 21-ci qapısı üzərindəki 7 oxşar günbəz;

3.Qapı və divarların, tavanın müxtəlif naxışlarla zinətləndirilməsi;

4.Məscidin qapı və divarlarının yazılması;

5.Gecənin bir hissəsi Məscidün-nəbinin qapılarını bağlamaqla namaz qılanlara maneçilik;

6.Məscidün-nəbidə çoxsaylı kitabxanalar;

7.Məscidül-həram və Məscidün-nəbidə süfrə açılması (xüsusi ilə ramazan ayında)

8.Ölülərin məscidə daxil edilməsi və məsciddə cənazə namazı qılınması;

9.Qadınlara qəbir ziyarətini haram bildikləri halda, gündə iki növbə onların Məscidün-nəbiyə buraxılması;

10.Məscidlərin sü’ni və rəngarəng xalılarla döşənməsi, hansı ki, bu, diqqəti dünyaya yönəldir;

11.Çoxlu qəbirlər olan Məscidül-Həramda və Məscidün-nəbidə namaz qılınması Müfti ibn Bazın fətvalarına ziddir. 1

Əgər dəqiq araşdırsaq, məscidlə bağlı daha çox bid’ət üzə çıxar. Sadaladıqlarımız vəhhabilərin öz fiqhinə əsasən bid’ət sayılır. İndi onların öz kitablarından bə’zi rəvayətləri nəzərinizə çatdırırıq:

İbn Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Məscidlərin çox ucaldılmasını və genişləndirilməsini əmr etmirəm.” 1

İbn Abbas müsəlmanların gələcəyindən xəbər verərək deyir: “Yəhudilər və məsihilər kimi məscidləri bəzəyib, qızıla tutacaqsınız.”2 Ömər ibn Xəttab da məscidlərin zinətləndirilməsini pisləmişdir.3

Belə bir rəvayət də var: “Peyğəmbər (s) zamanı Məscidün-nəbinin divarı çiy kərpicdən, sütunları xurma ağacından, tavanı isə xurma budaqlarından idi. Əbu Bəkrin vaxtında da belə idi. Ömər ibn Xəttab əvvəlki şəkildə məscidi təzələdi. Amma Osman məscidi genişləndirib, divarları və sütunları rəngli daşlarla hördürdü, tavanı isə Hindistandan gətirilmiş xüsusi ağaclarla örtdü.”4

İbn Baz deyir: “İnsanlar evlərini gözəl tikdiyi bir vaxt qədim binalardan uzaq gəzir, belə məscidlərdə yığıncaq və namazdan çəkinirlər. Belə vaxtlarda xalqı məscidə rəğbətləndirmək üçün onu rəngli daşlardan tikmək olar, necə ki, Osman belə etdi.”5

Bu rəvayətlərin mö’təbərliyini araşdırmadan vəhhabilərdən və İbn Bazdan soruşduq ki, nə üçün öz mö’təbər kitablarına, Ömər və İbn Abbasın, həzrət Peyğəmbərin (s) qadağalarına əhəmiyyət vermirlər? Necə olur ki, başqalarını şirkdə və küfrdə ittiham edərkən dəlil göstərilən rəvayətlər vəhhabilərin öz bid’ətlərinin qarşısını almır? Necə ola bilər ki, xalqı məscidə rəğbətləndirmək üçün İslamda olmayan, bid’ət işlərə yol verilə? Hansı ki, İslam şəxsiyyətlərinə məqbərə tikilməsi, uçulmuş binaların tə’miri birtərəfli qaydada bid’ət sayılır. Onların nəzərincə, Bəqidəki imam qəbirlərinin təmizlənməsi, Ühüd şəhidlərinin qəbirlərinin səliqəyə salınması bid’ət, şirk və küfrdür!



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə