Vəhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani


Onlar zİyarət səfərİnİ bİd’ət sayırlar



Yüklə 0,74 Mb.
səhifə14/16
tarix16.11.2017
ölçüsü0,74 Mb.
#10513
1   ...   8   9   10   11   12   13   14   15   16

Onlar zİyarət səfərİnİ bİd’ət sayırlar


Xatırlatmalıyıq ki, vəhhabilər müsəlmanların həzrət Peyğəmbər (s), Bəqi imamları (ə), Ühüd şəhidləri və sair övliyaları ziyarət məqsədi ilə səfərə çıxmasını caiz bilmir və Peyğəmbərdən (s) o belə bir rəvayət nəql edirlər: “Məscidül-Həram, Məscidün-nəbi və Məscidül-əqsadan savayı bir yerə səfərə çıxma.”2

Bu hədisi doğru hesab etsək, deməliyik ki, ziyarət, səyahət, yaxınları yoxlamaq, elm öyrənmək, cihad məqsədi ilə səfərə çıxmaq olmaz. Hansı ki, müxtəlif ayə və rəvayətlərdə bu işlər caiz sayılır, bə’zən müstəhəb, bə’zən isə vacib hesab olunur. Demək, həmin rəvayət doğru deyil və həzrət Peyğəmbər (s) belə bir göstəriş verməmişdir.

Ya da uyğun göstərişi zahiri mə’nasına görə yox, xüsusi bir izahatla qəbul etməliyik. Rəvayətdə məqsəd bu ola bilər ki, həmin üç məscidə səfər başqalarından daha fəzilətlidir. Amma bu o demək deyil ki, başqa səfərlər caiz deyil. Əgər bu izahat qəbul edilməsə, həmin rəvayəti qəbul etməmək məcburiyyətində qalırıq. “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə (s) və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barədə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə (s) həvalə edin. Bu daha xeyirli və daha yaxşı olar.”1

Şiə mənbələrində həzrət Əlidən (ə) oxşar məzmunda bir hədis nəql olunmuşdur.2 Amma həmin hədisdə “Məscidül-əqsa” əvəzinə “Məscidi-Kufə” ifadəsi işlədilmişdir. Həmin rəvayətdən belə bir nəticə əldə olunur ki, həmin üç məscidə səfər şər’ən fəzilətlidir. Amma bu rəvayət başqa səfərlərin caiz olması üçün dəlil ola bilməz!



Sual 44: Nə üçün biz "şiələr" həsir səccadə üzərində namaz qılırıq, onlar isə...?

Cavab: Məscidun-Nəbidə (Peyğəmbər məscidində) səcdəgahı həsir olan bir səccadə üzərində namaz qılırdım. Yanımda əyləşən bir gənc Qur’an oxuyur və gözaltı mənə baxırdı. Namazdan sonra həsiri göstərərək dedi: "Bu nədir? Nə üçün xalçaya səcdə etmirsən?" Mən: "Sualınıza cavab verirəm, amma mənim də iki sualım var. Cavab verməniz lazımdır". – dedim

Gənc:


– Sualınıza cavab verməyə hazıram.

– Sizin kitablarınızda – "Əhli-sünnə" qaynaqlarında – qeyd olunur ki, Allahın rəsulu (s) həsir səccadə salar və üstündə namaz qılardı3. Biz, Peyğəmbərin (s) bu növ xalçalar üzərində namaz qılmadığına, bunlara səcdə etmədiyinə əminik. Ən azı ona görə ki, o zaman, bu xalçalar olmayıb. Bu xalçalar, təqribən, əlli il bundan qabaq, neftdən hazırlanmışdır. Bütün bunları nəzərə alaraq, tam əminliklə demək olar ki, həsirə səcdə etmək tamamilə düzgün, xalçaya səcdə etmək isə, nəinki şübhəli, əksinə bid’ətdir. Təbii ki, hər bir bid’ət azğınlığa və cəhənnəmə açılan bir qapıdır.

Sözlərim onun üçün gözlənilməz olan gənc, əlini xalçanın üstünə qoyub, əsəbi görkəm alaraq dedi:

– Xalça üstünə səcdə edin və doğru yolla gedin. Behiştin yolu həmin doğru yoldur.

– Həsirə səcdə etməyin nə eybi var? Bunun harası doğru deyil? Həzrət Peyğəmbərin (s) səcdə etdiyi həsirə səcdə etmək doğru deyilmi?

O, həsirə baxır və susurdu. Çünki həsirə səcdə etməyin doğru olmadığını deyə bilmirdi. Bu arada mən sözümə davam etdim.

– Həsirə səcdə etmək Peyğəmbərin (s) sünnəsi və onun getdiyi yoldur. Ona görə də bu əməlin düzgünlüyünə heç bir şübhə yoxdur. Xalçaya səcdə etmək isə, ən azı şübhəlidir. Biz heç bir şəkk-şübhəsi olmayan əməli həyata keçiririk. Biz Peyğəmbərin (s) gördüyü işi görürük. Biz şiələr, fiqhimizi, ibadətlərimizin keyfiyyətini Allah kitabından, Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) kəlamlarından alır və onların buyruqlarına uyğun olaraq əməl edirik.

"Səqəleyn" hədisini (həzrət Peyğəmbərin (s) "iki mühüm əmanət" – Qur’an və Əhli-beytlə bağlı vəsiyyətini) oxuyub dedim:

– Biz şiələrin hədis kitablarında belə bir rəvayət qeyd olunmuşdur:

Hişam ibn əl-Həkəm adlı bir şəxs, (Əhli-beytdən olan) İmam Sadiqə (ə) dedi: "Mənə nəyə səcdə etməyin düzgün olub, nəyə düzgün olmadığını de". Həzrət: "Səcdə yalnız torpağa və torpaqdan cücərən, lakin yeməli, geyinməli olmayan şeylərə olmalıdır". – deyə buyurdu. Hişam ibn əl-Həkəm o həzrətə dedi: "Sənə fəda olum, bunun səbəbi nədir?" Həzrət cavabını açıqlayaraq buyurdu: "Səcdə, Tanrı qarşısında acizlik, təvazökarlıqdır. Yeməli, geyinməli əşyalara səcdə etmək düzgün deyil. Çünki dünyaya bağlı kimsələr – dünyapərəstlər – yedikləri, geyindikləri əşyalara bəndəlik edirlər. Allah bəndəsi isə səcdə edərkən Allaha ibadət edir. Buna görə də alını məğrur dünyapərəstlərin məhəbbət bəslədiyi əşyaların üzərinə qoymayı düzgün deyil".

Bu rəvayəti dedikdən sonra gənc, başını aşağı salıb fikrə daldı. Ona dedim:

– İndi iki sualım var. Birincisi budur ki, nə üçün bu xalçalara səcdə edirsiniz? Bir halda ki, "Səhih-Buxari"də1 yazılır: Həzrət Peyğəmbər (s) buyurdu:

"Yer mənim üçün səcdəgah və pak olaraq yaradıldı".

Bundan başqa, "Səhih-Müslim"də2 yazılır: Həzrət Peyğəmbər (s) səcdə edərkən alnını torpağa qoyardı".

İkinci sualım budur ki, nə üçün namazın "salam"larını dedikdə üzünüzü qiblədən çevirirsiniz? Halbuki, Allah-taala Qur’anda Peyğəmbərə (s) buyurur:

"Üzünü Məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!"3

O, ilk sualıma cavab olaraq dedi:

– Xalça yerdəndir. Onlara səcdə etmək yerə səcdə etmək sayılır. Bunun (yerə səcdə etməklə) heç bir fərqi yoxdur.

İkinci sualıma isə belə cavab verdi:

– Bizim – əhli-sünnə – fiqhində sübuta yetirilmişdir ki, namazın sonunda salam verərkən üzü sağ və sol tərəfə çevirmək lazımdır. Səbəbini isə bilmirəm.

– Birincisi, xalça yer deyil. Bu xalçalar neftdən düzəldilib. Əgər biz şiələr kimi həsirə və yaxud məscidin döşəməsinə səcdə etsəydiniz mütləq düzgün olardı. İkincisi, Qur’an, üzünüzü "Məscidül-həram"a – Kə’bəyə doğru tutmağı tapşırmışdır. Siz isə Quranın buyruğunun əksinə əməl edir və üzünüzü "Məscidül-həram"a deyil, "Məscidül-həram"dan döndərirsiniz. Təbii ki, bu, namazın batil olmasına gətirib çıxarır.

– Biz öz fiqhimizə uyğun şəkildə əməl edirik. Mən (bütün bunların dəlillərini) bilmirəm.

– Sizin fiqhiniz olduğu kimi bizim də fiqhimiz var. Bu fiqh sizin fiqhinizdən fərqli olaraq, Əhli-beytə (ə) əsaslanır. Hansı ki, Peyğəmbər (s) onları dinin qaynaqları kimi təqdim etmiş və müsəlmanlara onlara müraciət etməyi tapşırmışdır. Amma sizin fiqhiniz yadlara əsaslanır. Hansı ki, Peyğəmbər (s) onları dinin qaynaqları kimi təqdim etməmiş və müsəlmanlara onlara müraciət etməyi tapşırmamışdır.

Bu söhbətdən sonra məlum gənc fikrə daldı və bir kəlmə də danışmadı. Buna görə də onun üçün dua edərək: "Allah hamını doğru yola hidayət etsin!" – dedim və beləcə onun əlini sıxıb sağollaşdım.

Salam olsun hidayət əhlinə!



45-ci sual və cavab: (Xüms haqqında.) Mədinə şəhərində bə’ziləri e’tiraz və irad olaraq deyirdilər: “Siz “ruhanilər” camaatın malına və gəlirinə xüms düşdüyünü deyir və onlardan xüms alırsınız.” Onlar bu məsələni bir eyb kimi, bizim zəif cəhətlərimizi göstərmək məqsədi ilə üzə vururdular. Mən aşağıdakı şəkildə, hər bir fərdin özünə uyğun olaraq cavab verirdim:

“Camaata xüms vermələrini biz yox, Allah-taala, Qur’anda bütün mö’minlərə müraciət edərək, tə’kidlə buyurur:



"Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!"1

Əgər siz – “əhli-sünnə” – camaatın xüms verməsini istəmirsinizsə bu ayəni Qur’andan götürün.

Xüms, sizin – "əhli-sünnənin" – ən mö’təbər kitablarında vaciblər sırasında qeyd olunmuş, xüms vermək isə din və dindarlığın bir hissəsi kimi dəyərləndirilmişdir. Belə ki, Səhih-Buxaridə “Kitabu fərzil-xüms” (Xümsun vacib olması) adlı bir fəsil mövcuddur. Bu fəsildə iyirmi hissədən ibarət xüms, xüms verməyin vacibliyi, xümsün xərclənilməsi və s. mövzularda çox sayda rəvayətlər qeyd olunmuşdur. Bu fəslin ikinci hissəsi belə başlanır:

2-ci hissə. Xüms vermək dinin bir hissəsidir.

Bu hissənin başlanğıcında İbn Abbasdan belə bir rəvayət nəql edilir:

Əbdül-Qeys qəbiləsi tərəfindən gələn nümayəndə hey’əti Peyğəmbərin (s) huzuruna gəlib dedi: Ey Allahın rəsulu! Bizimlə sənin aranda "Muzərə" kafirləri var. Biz sizin yanınıza, yalnız (hamının təhlükəsizliyi tə’min olunduğu) haram aylarda gəlirik. Bizə tə’limat ver. Həm özümüz əməl edək, həm də bizimlə gəlməyən, (amma bizdən söz eşidən ) tərəfdarlarımıza öyrədək.

Həzrət Peyğəmbər (s) buyurdu: “Sizə dörd şeyi həyata keçirmənizi, dörd şeydən isə uzaq durmanızı əmr edirəm. İlk öncə, “Allahdan başqa Tanrı yoxdur!” deyərək Allaha iman gətirmənizi, namaz qılmağınızı, zəkat vermənizi, oruc tutmanızı və əldə etdiyiniz hər bir gəlirin xümsünü vermənizi əmr edirəm”1

Sanki, xüms alıb onu lazımı (şəriətdə müəyyən olunmuş çərçivədə) yerə xərcləmək dinə zidmiş kimi, “nə üçün xüms alırsınız?” deməyinizə gəlincə, bilməlisiniz ki, şəriət tə’limləri sizin dediklərinizin tam əksidir. Xüms, dinimizdə olduqca faydalı və təqdirəlayiq əməllərdəndir. Belə ki, Allah-taala şəxsən Peyğəmbərin (s) özünə əmr edərək buyurur:



"(Ya Peyğəmbər!) Onların mallarından sədəqə al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlar üçün dua et, çünki sənin duan onlar üçün bir aramlıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir".1

Bütün bunlar belə deməyə əsas verir ki, camaatdan xüms (vergi) alaraq, ondan şəriətdə tə’yin olunmuş şəkildə istifadə etmək heç də eyb deyil.

Beləcə onlara başa saldım ki, xümsün vacib olması İslamın sübuta yetirilmiş (öz həllini tapmış) zəruri məsələlərindəndir. Belə ki, onu inkar etmək Qur’anı, Peyğəmbərin (s) hamı tərəfindən qəbul olunaraq təsdiqlənən sünnəsini inkar etmək, küfrə doğru yönəlmək deməkdir. Heç bir kimsə cüz’i məsələlərində fikir ayrılığı olmasına baxmayaraq, xümsün vacibliyinə şübhə ilə yanaşa bilməz.

Onların bə’ziləri deyirdilər: "Sözügedən ayə hər bir qənimət və gəlirə aid edilə bilməz. Burada, məqsəd yalnız müharibədə əldə olunan qənimətlərdir".

Mən isə belə cavab verirdim: "Bu sözü hansı dəlilə əsaslanıb deyirsiniz? Fərz edək ki, mə’lum ayənin nəyə aid olduğuna şübhə ilə yanaşırsınız. Amma Səhih-Buxaridə qeyd olunan rəvayətə şübhə ilə yanaşa bilməzsiniz. Çünki, bu rəvayətin müharibə ilə və mühaibədə əldə olunan qənimətlərlə heç bir əlaqəsi yoxdur və Peyğəmbər (s) heç bir müqəddimə olmadan hər bir gəlirin, qazancın xümsünü ödəməyi tapşırır və bunu Allaha iman, namaz, oruc və zəkat cərgəsinə daxil edir".

Bə’zilərinə isə dedim: "Mə’lum ayədən başqa, bizim kitablarımızda Peyğəmbər (s) Əhli-beytinin çox sayda rəvayətləri qeyd olunaraq xümsün ödənilməsinin vacibliyi, onun müsbət tə’sir və faydaları haqqında ətraflı mə’lumat verilmişdir. Belə ki, rəvayətlərin bə’zisində deyilir: “Bir dirhəm, yaxud ondan az miqdarda xümsün ödənilməsindən boyun qaçıran kimsə, Peyğəmbərə (s) və onun övladlarına zülm edənlər sırasındadır”1.

Digər rəvayətdə isə deyilir: İmam Riza (ə) fars tacirlərindən birinin məktubuna cavab olaraq buyurur: “Həqiqətən, biz xüms vasitəsi ilə dinimizi möhkəmlətmək, himayəmizdə olanların və şiələrimizin ehtiyaclarını tə’min etmək, öz abrımızı düşmənlər qarşısında qorumaq imkanına malikik. Xümsü bizdən əsirgəyib özünüzü bizim duamızdan məhrum etməyin. Mə’lumatınız olsun ki, xümsünüzü ödəmək ruzinizi çoxaldar, günahlarınızın bağışlanmasına səbəb olar və axirətdə dadınıza çatar. Müsəlman, dildə deyərək ürəkdə inanmayan yox, Allahla bağladığı əhdə-peymana vəfa qılan kimsədir”.2

Bəli, hər bir müsəlman bilməlidir ki, qazandığına aid olan xüms onun malikiyyətindən çıxmışdır. Gəlirinin bu hissəsi, artıq onun ixtiyarı xaricindədir.

Xümsünü ödəmədən öncə, bu maldan hər növ istifadə haramdır. Əgər həmin maldan istifadə edərək namaz qılınarsa, namaz batildir. Bu kimi mallar qəsb olunmuş mallar sırasındadır.

46-cı sual və cavab: Onların bə’ziləri soruşurdular: “Nə üçün bə’zi şiələr ya iqtida etmirlər, yaxud (iqtida edir,) sonra namazlarını təzələyirlər ?”

Mən sual verənlərin hər birinin özünə uyğun şəkildə, müxtəlif cavablar verirdim. Nəhayət, bir nəfərə belə cavab verdim :

– Mən digər ölkələrdən ziyarətə gələn, bir çox qeyri-şiələrin – “əhli-sünnənin” Peyğəmbər (s) məscidində sizə iqtida etmədiklərinin, yaxud iqtida edib sonra namazlarını təzələmələrinin şahidi olmuşam. Bunun səbəbi nədir?

– Əhli-sünnənin fiqhində camaat namazının və iqtida etməyin bir sıra şərtləri var. Bu şərtlərdən biri odur ki camaat namazını qılan imamın namazı mə’mumun (iqtida edənin) məzhəbində batil hesab olunmasın. Məsələn, Hənəfi məzhəbində burundan gələn qan dəstəmazı batil etməsi, Şafe’i məzhəbində isə batil etməməsi və s. kimi ixtilaflar. Bu növ ixtilaflı məsələlərdə, öz məzhəblərinin tə’limlərinə uyğun olaraq, camaat namazı qılan imamın namazını düzgün hesab etmir və buna görə də iqtida etmirlər.

(Əl-Fiqhü ələl-məzahibil ərbəə’ kitabının 1-ci cildində, “fərqli məzhəbə mənsub olanların arxasında namaz qılmaq” bölməsində bu haqda ətraflı mə’lumat verilmişdir.) Çox güman ki, sizin şahidi olduğunuz məqam bu qəbildənmiş.

– Şiə fiqhində də camaat namazı və camaat namazını qılan imamla bağlı bir sıra şərtlər tələb olunur. Şiə məzhəbinə görə sizin namazınız bir çox səbəblərə görə batildir. Misal üçün, sizin “Əhli-beyt”in haqqında imamət və vilayət prinsipini qəbul etməməniz, dəstəmaz alarkən ayaqlara məsh çəkmək əvəzinə onu yumanız, cərgələr arasındakı hədsiz fasilə qoymanız, "Bismillah" deməməniz, namazı əli bağlı qılmanız, xalçaya səcdə etməniz, namazın salamında üzünüzü qiblədən döndərməniz və s. kimi səbəblər. Bax, sizin namazlarınız şiə məzhəbi və fiqhinə görə bu və ya digər səbəblər üzündən batil hesab olunur. Ona görə də şiələr ya iqtida etmirlər, yaxud da (İslam ümmətinin vəhdəti xatirinə) iqtida edir, sonra yenidən qılırlar. Əgər iqtida edib, sonra yenidən qılmırlarsa, deməli təqiyyə edirlər”.

Söhbətin bu yerində həmsöhbətim fikrə dalaraq məndən ayrıldı.

Sual 47: Nə üçün biz şiələr təvaf edərkən ehram libasını çiyinlərimizə atırıq. Belə ki, iki çiynimiz və qollarımız örtülür? Halbuki, əhli-sünnə kişilərinin bir çoxu təvaf zamanı ehram libasını sağ qollarının altından sol çiyinlərinə atırlar. Belə ki, sol çiyinləri örtülür, sağ çiyinləri isə açıq qalır. Bundan başqa onlar təvaf zamanı "hərvələ" (tez-tez hərəkət) edirlər.

Cavab: "Mənasiki-mühəşşa" kitabında yazıldığına görə ehtiyat (müstəhəb, yaxud vacib) odur ki, ehram libasını libas deyiləcəyi şəkildə, çiyinləri və qolları örtərək çiyinə atmaq lazımdır. – Əlbəttə, qeyd etmək lazımdır ki, əks-təqdirdə təvaf batil olmur. – Bundan başqa təvaf edərkən vüqarla, aram-aram addımlamaq müstəhəbdir.1

Lakin əhli-sünnənin bə’ziləri kişilərin ehram libasını yuxarıda qeyd olunduğu şəkildə geyinmələrini və təvafın bir neçə dövrəsini "hərvələ" etməyi müstəhəb hesab edirlər.2

Çox güman ki, bu növ təvaf Həzrət Peyğəmbərin (s), hicrətin 7-ci ilində "Ümrətül-qəza"da verdiyi göstərişə əsasən edilir. Həzrət Peyğəmbər (s) "Məscidül-həram"a daxil olduğu an müşriklər məscidin ətrafından onlara baxırdılar. Peyğəmbər (s) müşriklərin müsəlmanları zəif və süst sanmamaları üçün ehram libasını sağ qolun altından çıxarıb sol çiyinə atmaqları və "hərvələ" etmələri (təvaf edərkən tez-tez addımlama) fərmanını verdi. Qeyd etmək lazımdır ki, bu növ təvaf yalnız "Ümrətül-qəza"da, düşmənlərin müsəlmanları zəif və süst sanmamaları üçün icra edilmişdir. Həzrət Peyğəmbər (s) "Vida həcci" zamanı nə belə təvaf etdi, nə də kimsəyə belə təvaf etməyi tapşırdı. İmamlar da bu şəkildə təvaf etməmiş və ümumiyyətlə bu şəkildə təvaf olunmasını məqbul hesab etməmişlər. Yalnız əhli-sünnənin bə’ziləri "Ümrətül-qəza"da icra olunan təvafı olduğu kimi qoruyub saxlamış və bu gün də həmin keyfiyyəti davam etdirirlər.1

Sual 48: Nə üçün biz şiələr miqatlarda, xüsusilə də Şəcərə məscidində ehram bağladıqdan sonra "təlbiyəni" uca səslə, bə’zən də kollektiv şəkildə oxuyuruq?

Təvaf zamanı duaları ucadan, bə’zən də qadın və kişi birgə oxuyuruq. Bə’ziləri "sə’y" zamanı da bu işi görürlər. Belə ki, bu əməlləri ilə digərlərini narahat edir və hüquqlarını tapdayırlar. Halbuki, əhli-sünnənin əksəriyyəti ehramı sakit və olduqca aram şəkildə bağlayır, təvaf və "sə’y" edirlər. Bizim bu əməlimizə görə narahat olur və öz e’tirazlarını bildirirlər. Bizim bu əməlimizin (hər hansısa bir) şər’i əsası varmı? Dua və təlbiyələri miqatda, yaxud digər məqamlarda ucadan oxumaq müstəhəbdirmi? Qadınların ehram bağlayarkən təlbiyəni naməhrəm kişilərin eşidəcəyi şəkildə ucadan deməyi düzgündürmü?



Cavab: Mən dəfələrlə bu məsələyə toxunmuş və demişəm ki, miqatlarda təvaf və sə’y zamanı təlbiyə və duaları səssiz deyin. Amma təəssüflər olsun ki, bə’zən diqqətsizlik, bə’zən də bu şəkildə ehram bağlamağın, duaları miqat və digər məqamlarda ucadan oxumağın bir çoxlarının işinin bir hissəsi kimi qiymətləndirildiyindən dua və təlbiyə oxumağın qayda-qanunlarına lazımınca riayət olunmur. Hər-halda bu suala, xüsusilə də qadınların təlbiyə deməsi məsələsinə diqqət yetirməli və haqqında tədqiqatlar aparılmalıdır.

Burada sözügedən sualın müxtəlif cəhətlərini araşdırır və əziz oxucuların diqqətini aşağıdakı məqamlara cəlb edirəm;



a) Əfzəl və yaxud əhvət, miqatda təlbiyənin yavaş deyilməsidir.

Mərhum Seyyid "Ürvətül-vüsqa" kitabında1 təlbiyə demək haqqında müxtəlif fikirləri qeyd etdikdən sonra təlbiyənin miqatdan sonra deyilməsi ilə bağlı rəvayətlər arasındakı ortaq nöqtəyə toxunaraq yazır: "Əfzəl odur ki, Mədinə miqatında təlbiyə niyyət və iki ehram libası geyildikdə astadan deyilsin. Təlbiyəni ucadan demək isə "Beyda"ya çatana qədər tə’xirə salınsın. Beydaya (hansı ki, Hüleyfədən Məkkəyə tərəf bir mil – təqribən 2 km-lik fasilədə yerləşir) çatdıqda təlbiyə deyərək səslər ucalsın".

Mərhum İmam Xomeyni (r) "Ürvətül-vüsqa" kitabının çıxarışında "əfzəl" sözünün yerinə "bəl əhvət" – yə’ni əksinə, çox ehtiyat – sözündən istifadə edir. Mərhum Gülpayqani (r) yazır: "Onun daha fəzilətli olması aydın deyil, amma əhvət ola bilər. Tə’xirə salmağın daha fəzilətli olması isə ehtimal olunandır". (Əlbəttə, burada sözügedən ehtiyat, ehtiyat müstəhəbdir.) O, fars dilində qələmə aldığı "Mənasik" əsərinin 185-ci məsələsində yazır: "Mədinə yolu ilə həccə getmək istəyən zəvvarların təlbiyəni Beydaya – hansı ki, Zül-Hüleyfədən bir millik fasilədə yerləşir – çatana qədər tə’xirə salması daha yaxşıdır. Digər yollarla gedənlər isə təlbiyəni bir az yol getdikdən sonra deməlidirlər.

Məkkədən həccə gedənlər isə "Rəqta"ya – hansı ki, adı "Məda’" və "Rədm"dən qabaqdır – çatana qədər tə’xirə salsınlar. Lakin ehtiyat odur ki, ehram bağladığı yerdən başlayaraq təlbiyə yavaş deyilsin və yuxarıda qeyd olunduğu yerlərə çatdıqdan sonra ucadan deyilsin2".

Bir çox "Mənasiklər" (həcc əməlləri haqqında qələmə alınan əsərlər) ehramın keyfiyyətini və təlbiyə ilə bağlı məsələləri qeyd etməklə yanaşı İmam Xomeyninin (r) "Mənasik" əsərinə oxşar ibarələrlə yazılmışdır.

b) Qadın təlbiyəni naməhrəm eşitdiyi halda ucadan deyə bilərmi?

Qadınların təlbiyə deməsi və naməhrəmlərin eşitməsi ilə bağlı Ayətullah Gülpayqaniyə (r): "Qadının ehram bağladığı zaman yad bir kişinin (naməhrəmin) eşitdiyi halda ucadan deməsi icazəlidirmi? – deyə sual verilir. Ayətullah Gülpayqani (r) suala cavab verərək buyurur: "Əgər qadın, yad (kişinin) eşitdiyi halda ucadan təlbiyə desə, əhvət budur ki, əməlini təzələsin".1

Bə’zi mərcəi-təqlidlər deyirlər: "Heç bir yerdə və heç bir şəraitdə qadının təlbiyə deyərkən səsini ucaltması istənilməmişdir".

Bə’ziləri isə deyirlər: Əgər səsləri təhrikedicidirsə ehtiyat budur ki, yavaş desinlər".


v) Ən yaxşı dua "xuşu" ilə və gizlində olunan duadır.

Allah-taala Qur’anda uca səslə dua oxumaq haqqında buyurur:



"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!"2

Həmçinin həzrət Peyğəmbərə (s) xitabən buyurur:



"Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et!"3

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

"Ən yaxşı dua və zikr gizlində edilən dua, ən yaxşı ruzi isə ehtiyacları ödəyəcək miqdarda olan ruzidir4".

Həzrət imam Riza (ə) buyurmuşdur:

"Bəndənin bir gizli duası yetmiş aşkar duasına bərabərdir". Yaxud "bir gizli dua Allah yanında yetmiş aşkar duadan əfzəldir1".

Bir hədisdə deyilir: Camaat uca səslə dua edir və zikr deyirdilər. Bunu müşahidə edən Peyğəmbər (s) buyurdu: "Ey insanlar! Özünüzə gəlin. (Fikirləşin.) Siz, eşitməyən, qeybətdə olan birini çağırmırsınız. Çağırdığınız kimsə eşidən, yaxın və sizinlə birlikdədir2".



q) İnsanların hüququnu qorumaq Allahın hüququndan öndə durur.

Yuxarıda qeyd olunan rəvayətlərdən göründüyü kimi yavaş və astadan dua oxumaq, uca səslə dua oxumaqdan fəzilətlidir. Bundan başqa, insanların hüququnu qorumaq uca səslə dua oxumaqdan mühümdür. Rəvayətlərdən istifadə edilir ki, insanların hüququ Allahın hüququndan öndə durur. Allah-taala uca səslə dua oxuyaraq digərlərini narahat edib əsəblərini gərginləşdirməyə razı deyil. Allahın razılığı olmayan dua ilə onun rizayərtini necə cəlb edib dərgahına yol tapmaq olar.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə