V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan



Yüklə 316 Kb.
səhifə8/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
5Mühazire

Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu an­la­yışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulum­la­rın keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bü­tün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möh­kəmliyini, davamlığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan, bacarıq, vərdiş və qabiliyyətlər ar­xa plana keçir, fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi ço­xalır. Şa­girdlər özlərinə praktik cəhətdən lazım olmayan funda­men­tal bilikləri öyrənmək məcburiyyətində qalırlar. Belə kuriku­lum­lardan daha çox ixtisaslar, təmayüllər üzrə təhsilalma prosesində is­tifadə olunur. Eyni zamanda onlara ali təhsilin bakalavr və magistr pil­lələrində məz­mu­nun formalaşdırılması, müxtəlif elm sahələrinə aid fənlərin məz­mu­nu­nun müəyyənləşdirilməsi zamanı müraciət edi­lir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vər­dişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə in­sa­nın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vər­diş­lər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin for­ma­laş­ması ön plana çəkilir. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə se­çi­lir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdiril­mə­sində şəxsiyyətin formalaşması üçün lazım olan tələblər əsas gö­tü­rülür. Kurikulumların inteqrativ məzmunda hazırlanması onun bir neçə cəhətdən keyfiyyətinin yüksəlməsinə təsir göstərir. Birin­ci­si, fənlərin inteqrasiyası onların saylarının azalması ilə nəticələnir. Məz­munca yaxın fənlər sintez edilir. İkincisi, fənlərin inteqrasiyası həf­təlik saatların minimum səviyyəyə endirilməsinə imkan yaradır. Bu isə təlim yükünün, məşğələlərin sayının azalmasına gətirib çı­xa­rır. Üçüncüsü, şagirdlərin həyati əhəmiyyəti olan bilik, bacarıq və vər­dişlər qazanmalarına, onların şəxsiyyətinin formalaşması üçün ən zəruri paktik işlərin həyata keçirilməsinə imkan yaranır. Bütün bun­lar bütövlükdə təhsilin humanist prinsip əsasında qurulmasına tə­minat verir. Azərbaycanda kurikulumlara ciddi konseptual bir sənəd kimi ya­naşılır. Onun fənn üzrə bütün fəaliyyətləri istiqamətləndirə bilə­cək bir sənəd olması vacib hesab edilir. Ona görə də orada ilkin ola­raq fənnin məzmununa yer ayrılır. Şagirdlərin əldə edəcəkləri nəti­cə­lər təhsil pillələri və siniflər üzrə müəyyənləşdirilir. Onlar zəruri məz­mun standartları kimi kurikulumlara daxil edilir. Şagirdlərin, da­ha geniş mənada, məktəbin nailiyyətlərinin müəyyən olun­ma­sın­da onlar əsas vasitə kimi çıxış edir. Kurikulumlar hazırlanarkən, məzmuna uyğun müvafiq stra­te­gi­yaların müəyyən olunmasına diqqət yetirilir. Gözlənilən nəticə­lə­rin daha uğurlu əldə olunması baxımından bu, əhəmiyyətli hesab edi­lir. Ümumiyyətlə, dünya ölkələrinin təcrübəsində qiy­mət­ləndirmə məsələlərinin kurikulumlarda əhatə olunmasına xüsusi diq­qət yetirilir. Ona nailiyyətlərin obyektiv və real qiymətlən­diril­mə­­si vasitəsi kimi baxılır. Hər bir fənn kurikulumunda sonuncu bölmə kimi təqdim olu­nan qiymətləndirmə hissəsi mahiyyət etibarilə Azərbaycan təhsilin­də yeni yanaşma tərzidir. Bu sistemdə qiymətləndirmənin müxtəlif növ­ləri, formaları və vasitələrinin özünəməxsusluğu nəzərə alınır. Fənn kurikulumları bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.


Yüklə 316 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə