V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan


Şagirdlərin tədris fəaliyyətinə nəzarət



Yüklə 316 Kb.
səhifə60/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   ...   52   53   54   55   56   57   58   59   60
5Mühazire

Şagirdlərin tədris fəaliyyətinə nəzarət təlimin vacib mərh­ə­lə­lə­rin­dən biridir. Təlim zamanı şagirdlərin mənimsəmə fəaliyyətinə nə­zarət imkan verir ki, müəllim onların bilik və bacarıqlarının möv­cud vəziyyətindən hali olsun, ehtiyac duyan, çətinlik çəkən şa­gird­lərə lazımi köməklik göstərsin, müvafiq istiqamət versin; yaxud dərs­dən sonra belə şagirdlərlə fərdi şəkildə əlavə iş aparsın. Şa­girdlərin tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mə­nim­səmə səviyyəsini üzə çıxarmayan və həmin səviyyənin ne­cə­li­yi­ni sonrakı işində nəzərə almayan müəllim təlimdə tam mü­vəf­fə­qiy­yət qazana bilmir. Nəzarətin müxtəlif növləri var: gündəlik nəzarət, tematik nə­za­rət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinə nə­zarət onun xüsusiyyətlərini qiymətləndirmək və hesaba almaqla üz­v şəkildə əlaqədardır. Nəzərə alınmalıdır ki, şərh olunan mərhələlər təlim prosesində bir-birindən tam ayrılıqda cərəyan etmir, onlar bir-biri ilə qarşılıqlı əla­qədə olur, hətta bir-birinə çevrilə bilir, biri digərində iştirak edir. Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla ya­na­şır. Çünki fənnin və mövzunun, habelə qarşıya qoyulmuş didaktik və­zifənin xarakterindən asılı olaraq mənimsəməni cisim və ha­disələrin qavranılmasından deyil, anlayışların dərk olunmasından baş­lamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Tə­l­imdə bu cəhət də nəzərə alınmalıdır.

Suallar və tapşırıqlar:

1. Təlimin inkişafetdirici funksiyası nədə ifadə olunur?

2.İdraki motivlərin hansı növləri vardır?

3.Təlimin funksiyaları hansılardır?





Yüklə 316 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə