V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan



Yüklə 316 Kb.
səhifə7/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   2   3   4   5   6   7   8   9   10   ...   60
5Mühazire

1. Millilik və bəşərilik probleminin həllinin labüdlüyünü əsaslan­dır­maq çətin deyil. Müasir dövrdə təhsilin əsas vəzifəsi vətəndaş cəmiy­yə­tində yaşayacaq insanın formalaşmasının vasitə və yollarını müəyyən­ləşdirmək, onu yüksək mənəvi ideallara və dəyərlərə yiyələnmək, insan həyatının mənasını anlamaq və dərk etməyə, öz şəxsi həyatında daim nailiyyətlər əldə etməsi üçün səy göstərməyə hazırlamaqdır. Bu tələblərə cavab verən insan ilk növbədə milli dəyərlər əsasında tərbiyə almalıdır. Eyni zamanda unudulmamalıdır ki, inkişafa istiqamətlənmiş cəmiyyətin fəaliyyə-tini dünya mədəniyyəti və təhsilindən ayrı, təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyil. Qloballaşma dünya mədəniyyətinə və təhsil sisteminə inteqrasiyanı tələb edir. 2. Qabaqlayıcı təhsilvermə. Bu problemin labüdlüyü onunla şərtlənir ki, cəmiyyətin inkişafı böyük sürətlə və əsaslı dəyişikliklər şəra­itin­də davam edir. Belə şəraitdə ictimai şüur dünyada baş verən ciddi qlo­bal dəyişikliklərdən xeyli geri qalır. Buna görə də aldığı təhsil insanları yaxın gələcəkdə cəmiyyətdə olacaq əsaslı dəyişikliklərə qabaqcadan hazırlamalıdır. 3. Universal biliklərə yiyələnmə. Qlobal problemlərin həlli yalnız beynəlxalq ictimaiyyətin birgə səyi ilə yerinə yetirilə bilər. Bu isə qloballaşan dünyamızda yaranmış problemlərdən baş çıxa-ran, bütöv, universal elmi dünyagörüşə malik, fundamental elmlərin son nailliy­yət­lərinə bələd olan, müasir təfəkkürlü gənclərin hazırlan­masını tələb edir. Hazırda alimlər və pedaqoqlar qarşısında duran ən mühüm vəzifə, hər bir fundamental elmin bütövlüyü və tamlığını müəyyənləşdirib, sonra təbiət elmlərinin, humanitar elmlə­rin daxili əlaqələrini nəzərə alaraq son mər­hələdə fənlərin tədrisinin yeni fun­damental, bütöv sistemini və məz­mununu yaratmaqdır. XXI əsrdə pedaqoji, psixoloji yanaşmaların əsasını “təhsil alanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir. 4. Bütün həyat boyu təhsilalma. Cəmiyyətin inkişaf tenden-siyası in­sanları biliklərinin sərhəddini, ixtisasını dəyişmək məc­buriyyətində qoyur. İndiki şərait tələb edir ki, insan özünü tez-tez kəskin şəkildə refleksiya etsin, imkanlarını (intellektual, mədəni, fəaliyyət) müəy­yən­ləş­dir­sin, yeniliyin xüsusiyyətlərini anlamağa ça­lış­sın, effektiv şəkildə kom­munikativ və kooperativ əlaqələr qursun. Bu isə insandan bütün həyatı boyu təhsil almağı tələb edir. Ömür boyu fasiləsiz təhsilalmanın vacibliyi XXI əsrdə ixtisaslı kadrların yenidən hazırlanmasını, iqtisadiyyatın və cəmiyyətin tələ­binə uyğun öz ixtisasını müntəzəm artırmasını, təkmil­ləşdirməsini ön plana çəkir. XXI əsrin təhsil sistemi kifayət dərəcədə novator xarakterli, çevik və yaradıcı keyfiyyətlərə malik olmalıdır. 5. Yeni maliyyələşmə modelinə keçid. Hamının keyfiyyətli təhsil ala bilməsinin, təhsilin normal təşkili və inkişafa istiqamət-lənmiş olma­sı­nın əsas təminatı dövlətin hər adambaşına maliyyələş-dirmə öhdəliyini necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır. Xarici ölkə­lərin təcrübəsi göstərir ki, təhsil müəssisələrində adambaşına ma­liy­yələşmə normativinə keçilməsi aşağıdakı üstünlüklərə ma­likdir: 1) təhsil müəssisəsinin maliyyə prob­lem­ləri tam aydın­laşır, maliyyə müstəqilliyi təmin olunur, ictimaiyyətdən, digər mənbə­lərdən əlavə vəsait almaq ehtiyacını müəyyənləşdirir və onu leqal­laşdırır, yer­ləşdiyi bölgənin ona nə qədər maliyyə vəsaiti ayırmasını müəy­yən etməyə imkan yaradır; 2) təhsil müəssisəsi iqtisadi cəhətdən qo­ru­nur, bütün uşaqların keyfiyyətli təhsil alması təmin edilir; 3) ma­liy­yə resurslarının məktəblər üzrə paylanmasında yol verilən subyektiv amillər minimuma endirilir; 4) təhsil müəssi-sələrinin onun üçün ayrılan vəsait­lərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşa­ğı­da­kı­lardır:

  • təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rə­qa­bət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəal­iy­yət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

  • öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qə­bu­lun­da, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak et­mək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş for­malaşdırmaq;

  • təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, mü­as­ir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələn­mə­si­ni, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi in­kişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər im­kanlı olmasını təmin etmək;

  • yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, ye­ni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqa­mət tapmaq bacarığını formalaşdırmaq;

  • cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr po-ten­sialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;

  • təhsil müəssisələrində tədris prosesinin təhsilalanların və təh­­silverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmas­ı­nı təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zo­ra­kı­lığa yol verməmək.

Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil haq­qında Azərbaycan Respublikasının Qanunu” və digər normativ hü­quqi aktlarla tənzimlənir. Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində öy­rənmək üçün seçilmiş biliklər, baca­rıqlar sistemi başa düşülür. Təh­silin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən ayrıl­mazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaş­dır­maq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə ha­zır­la­maq ümumi təhsilin məzmunun əsasını təşkil edir. Məzmun təh­silin məqsədlərini həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və həm də ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks et­dirir. Məzmunun formalaşdırılmasını, onun müxtəlif tipli və səviy­yə­li tədris müəssisələrinin proqramlarına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir. Başqa sistemlərdən asılı olan, onlardan tö­rəyən məzmun bir sistem kimi çətin formalaşır. Bununla əlaqədar ola­raq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji mü­barizə mövzusu olmuşdur. Qeyd edək ki, həmişə bir-birinə zidd qüvvələr məktəbə və onun vasitəsilə bütün cəmiyyətə təsir etməyə cəhd göstərmişdir. Bu amil daimi xarakter daşıdığından təhsilin məz­munun forma­laş­masının qanunauyğunluqlarından biri hesab edilir. Təhsilin məz­mununun formalaşmasını şərtləndirən sistemlər içərisində qəbul olun­muş məqsədlər, sosial tələbatlar, sosial və elmi nailiyyətlər, şəx­si tələbatlar, pedaqoji imkanlar və s. seçilir. Sosial və şəxsi tələbatlar sistemi məqsədlər sistemi ilə qırıl­maz surətdə bağlıdır Təhsil yeni məktəb quruculuğunun indiki mər­hə­ləsində demok­ra­tik dövlətin yaradılmasının, onun mədəni və mə­nəvi intibahının, ba­zar münasibətlərinin təşəkkülünün, elm və tex­ni­ka­nın inkişafının əsa­sında durmalıdır. Təhsildə ictimai və şəxsi ma­raqları necə birləş­dir­mək problemi həll olunmalıdır, yəni bir tərəf­dən ictimai tələbat­lar ödənilməli, o biri tərəfdən isə təhsil hər bir insan üçün zəruri və cəlb­edici olmalıdır. Məktəb təhsilinin məzmu­nu­­nu formalaşdırmaq üçün ənənəvi olaraq sosial və elmi nailiyyət­lər sistemi böyük əhə­miy­yət kəsb edir. Təhsilin məzmununda elmi nailiyyətlərin impli­ka­siyası (tətbiqi) sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana gəlməsi ilə onun məktəbdə sis­temli öyrənilməsi arasındakı vaxt müddəti durmadan azalır. Pe­da­qoji imkanlar sistemi təhsilin məz­mununa məlumatların daxil ol­ma­sına yol vermək və ya ona qadağa qoymaq rolunu oynayan tən­zim­ləyicidir. Başa düşmək, anlamaq, mənimsəmək üçün müəy­yən inkişaf səviyyəsi lazımdır. Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tə­ləb­lər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur. Təh­silin məzmununda iki aspekt gözlənilir: milli və ümum­bə­şə­ri. Mək­təb təhsilinin məzmununun müəyyənləşdirilməsinin ümumi əsas­ları bunlardır: humanistləşdirmə, diferensiallaşdırma, inteqrasi­ya­­laş­dırma, yeni informasiya texnologiyalarının geniş tətbiqi, ya­ra­dı­cı şəxsiyyətin formalaşdırılması. Tədris prosesinin məzmunu bir sistem kimi müxtəlif struk­tur­da təqdim edilə bilər. Strukturun elementləri ayrı-ayrı biliklər və ya onların elementləridir. Hazırda təhsilin məzmununun xətti , kon­sent­rik, spiralvari və qarışıq strukturları geniş yayılmışdır. Xətti struk­turda tədris materialının ayrı-ayrı hissələri bir-biri ilə sıx əla­qə­də, fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öy­rədilir. Bu strukturu əsas götürəndə ardıcıllıq, tarixilik, sis­tem­lilik, müvafiqlik tələblərinə riayət etmək lazımdır. Konsentrik struk­tur əvvəl öyrə­nilən biliklərə qayıtmağı nəzərdə tutur. Eyni bir ma­terial bir neçə dəfə təkrar olunur, həm də materialın məzmunu ya­vaş-yavaş geniş­lənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zən­gin­ləşir. Təlimin ilk mərhələlərində elementar təsəvvürlər verilir, biliklər və idraki imkanlar artdıqca onlar dərinləşdirilir və genişlən­di­rilir. Spiralvari strukturun xarakterik xüsusiyyəti odur ki, bu­ra­da şagirdlər baş­lan­ğıc problemi diqqətdən kənarda qoymur, onunla bağ­lı olan bi­lik­lərin dairəsini yavaş-yavaş, tədricən genişləndirir və dərinlə­şd­i­r­irlər. Spiralvari strukturda konsentrik və biliklərin bir dəfə öyrə­nil­məsi də baş vermir, onların daha geniş öyrənilməsi davam edir. Qa­rışıq strukturun imkanlarından daha çox istifadə olunur. Tədris prosesinin məzmunu tədris planı, fən­lər üzrə tədris proq­ramları ilə müəyyən olunur və dərs ki­tab­la­rın­da, informasiyanı top­layıb saxlayan elektron avadanlıqlarda əks olu­nur. Tədris sis­te­mi­nin əhatə etdiyi hər tədris müəssisəsinin özünə­məx­sus tədris planı olur. Müxtəlif tipli tədris müəssisələrinin qarşı­sın­da qoyulan və­zi­fə­lər başqa-başqa olduğundan onların tədris plan­ları da müxtəlifdir. Tədris müəssisələrinin tiplərindən və formalarından asılı ola­raq tədris planları nə qədər müxtəlif olsa da, onların ümumi cəhət­ləri də vardır. O:

1) tədris ilinin, rüblərin və tətillərin müddətini;

2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını;

3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;

4) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənil­mə­sinə ayrılan saatların miqdarını;

5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miq­da­rı­n­ı;

6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir.

Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil-tərbiyə idealı, mü­əy­yənləşdirmiş məqsədlər, təhsilin məzmununun formalaşdırı­l­ma­sı konsepsiyası öz əksini tapır. O, təlim-tərbiyə prosesinin qanu­na­uyğunluqlarını, sanitar-gigiyenik və təşkilati tələbləri, yaranmış ənə­nələri nəzərə almaqla işlənib hazırlanır. Tədris planına daxil edilən fənlər məcburi və fakültativ (seç­mə) fənlərə ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azər­bay­canda da tədris planları, mərkəzi təhsil orqanları tərəfindən işlə­nib hazırlanır və təsdiq olunur. Deyilənlərdən aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların siniflər üzrə ardı­cıl­lı­ğı­nı, hər fənnə verilən saatların miqdarını, təhsilin müd­dətini, şa­gird­lərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir.

Tədris planı əsasında bütün fənlər üz­rə tədris proqramları tər­tib olunur. Tədris proqramlarında aşağı­da­kılar öz əksini tapır:

1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şa­gird­­lərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olu­nan forma və metodları;

2) öyrənilən materialın tematik məzmunu;

3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edə­­cəyi saatların təxmini miqdarı;

4) dünyagörüşünün əsas elementlərinin siyahısı;

5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün gös­tə­riş­l­ə­r;

6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;

7) tövsiyə edilən ədəbiyyat.

Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar ola­­raq tədris proqramlarının müxtəlif variantları (alternativ variant­la­rı) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin ma­raq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proq­ram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan is­ti­fadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yarat­maq haqqında qərarı məktəb şuraları verir. Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elm­lər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əla­­qələr də tədris proqramında nəzərdə tutulur. Deməli, tədris planına əsasən fənnin hissələrini və ya böl­mə­­lərini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat və­­rəqinə malik olan sənədə tədris proqramı deyilir.

Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhə­miy­yətli resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında dərs­liklər mühüm rol oynayır. Şagirdlərin təfəkkürünü inkişaf et­dir­mək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərs­lik­lər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də təhsil isla­hat­ları çərçivəsində həmişə dərsliklərin yaradılmasına xüsusi müs­tə­vi­də yanaşılmış, hökumət səviyyəsində dərslik siyasəti hazırlanaraq tət­biq olunmuşdur. Dərslik siyasətinin məqsədi məktəbliləri stan­dart­lara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, xal­qına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri də­yər­lər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müs­­təqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetiş­dirməkdir. Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nə­zəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir.



Psixoloq və pedaqoqların fikrinə görə, fəaliyyətlər üç isti­qa­mət­­də qruplaşdırılır: idraki, informativ-kommunikativ, psixomotor. Bu fəaliyyətlərə uyğun da bacarıqların olduğu göstərilir. Şagird şəx­siy­yətinin inkişafı həmin bacarıqların fonunda tənzim olunur .

Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, döv­lə­tin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında ha­zır­la­nan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tə­ləb­lərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil stan­dartları təhsil sahəsində sınanmış mütərəqqi meyarlar, milli və ümum­bəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təh­sil standartları və onların qüvvədə olan müddəti müvafiq icra haki­miy­yəti orqanı tərəfindən müəyyən olunur. Dövlət təhsil standartları təh­silin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris ba­za­sını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin sə­viyyəsini müəyyənləşdirir. Təhsil müəssisəsinin fəaliyyətinin, təh­­silin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətlən­di­ril­məsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil stan­dartları əsas götürülür. Sağlamlıq imkanları məhdud şəxslərin təh­sili üçün xüsusi dövlət standartları müəyyən edilir. Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uy­ğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Təhsil proqramına təd­ris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı töv­siy­ələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları da­xil­dir. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və sə­viy­yələrini əhatə edən təhsil proqramları həyata keçirilir, onun müd­də­ti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əla­və təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün mü­vafiq təhsil proqramları tətbiq edilir. Yuxarıda qeyd olunduğu kimi, sağlamlıq imkanları məh­dud, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, mü­a­licəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nə­zərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir və hə­ya­ta keçirilir. Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da hə­yata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis ha­zır­lığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamna­mə­si­nə əsasən tənzimlənir. Təhsil kurikulumları xarakterinə görə iki ye­rə ayrılır: fənyönümlü və şəxsiyyətyönümlü.


Yüklə 316 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə