V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan


Ə. Paşayev, F. Rüstəmov “Pedaqogika” Bakı 2002



Yüklə 316 Kb.
səhifə2/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   2   3   4   5   6   7   8   9   ...   60
5Mühazire

4. Ə. Paşayev, F. Rüstəmov “Pedaqogika” Bakı 2002;

5. Sadıqov F.B. Pedaqogika (Dərs vəsaiti). Bakı, 2009, səh. 149-162

6. N. Kazımov “Məktəb pedaqogikası” Bakı 2009. səh. 144-159
1.Pedaqogikada sübut olunmuşdur ki, pedaqoji proses hadisələrində, o cümlədən təlim hadisələrində səbəb və nəticə arasında davamlı təkrar olunan asılılığın mahiyyətinin aydın və dəqiq ifadəsi pedaqoji prosesin qanunauyğunluğudur. Onun yığcam ifadəsi isə qanundur. Təlimin bir sıra ünsürləri, (təlimdə müəllim və şagird fəaliyyəti; təlimin vəzifələri; təlimin məzmunu; təlimin maddi-texniki bazası; təlimin mənəvi-psixoloji mühiti) arasında qarşılıqlı əlaqə və asılılıqlar mövcuddur: müəllim və şagird fəaliyyətinin bir-birindən asılılığı; təlim məzmununun vəzifələrdən asılılığı və s. Təlimin qanunauyğunluqları məhz bu qarşılıqlı əlaqələr və asılılıqlarda təzahür edir. Pedaqogika təlimin qanunauyğunluqlarını həmin əlaqələr üzrə səciyyələndirir.

1.Təlimdə mənimsəmənin səviyyəsi ilə mövzunun tədrisinin həyatla əlaqələndirilməsi vəziyyəti arasında qanunauyğun əlaqə vardır. Təlimdə bu qanunauyğun əlaqənin mahiyyəti belədir: mövzunun tədrisi həyatla, istehsalatla nə qədər ətraflı əlaqələndirilsə, həmin mövzu üzrə şagirdlərin mənimsəmə səviyyəsi bir o qədər yüksək olur. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimin həyatla qarşılıqlı əlaqəsi qanunu.

2.Məktəbdə hökm sürən psixoloji mühit: müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında münasibətlərin xarakteri də təlimin səmərəliyində əks səda verir, şagirdlərin təlimə marağını gücləndirir və ya zəiflədir. Toplanan faktlar əsasında belə bir qanunauyğunluq müəyyənləşir: təlim münasib maddi-texniki və mənəvi-psixoloji şəraitdə cərəyan etdikdə şagirdlərin mənimsəmə keyfiyyəti yüksəlir. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: konkret tədris şəraitindən təlimin asılılığı qanunu.

3.Təlimlə şagirdlərin tədris imkanları arasında asılılıq vardır: şagirdlərin tədris imkanları, yəni onların əqli və iradi inkişaf səviyyəsi, təlimə marağı və işgüzarlığı yüksəldikcə təlimdə müvəffəqiyyət səviyyəsi də artır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: şagirdlərin tədris imkanlarından təlim səviyyəsinin asılılığı qanunu.

4.Təlim zamanı müəllim şagirdlərin mənimsəmə xüsusiyyətlərini nə qədər ətraflı və diqqətlə nəzərə alırsa, şagirdlər bir o qədər müvəffəqiyyətlə oxuyur; şagirdlər təlimdə nə qədər müvəffəqiyyətlə oxuyarsa, müəllim də bir o qədər səmərəli işləyir. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimdə müəllim və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi qanunu.

5.Dərsdə müəllimin fəallıq dərəcəsi artdıqca şagirdlərin fəallığı azalır və əksinə, şagirdlərin fəallığı artdıqca müəllimin fəallığı azalır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: dərsdə müəllim və şagird fəallığı dərəcəsinin tərs mütənasibliyi qanunu.

6.Təlimin hərəkətverici qüvvələri olan ziddiyyətlərin şagirdlər tərəfindən duyulması, qəbul edilməsi və dəf olunmasına səy göstərilməsi mənimsəmənin və inkişafın səviyyəsini artırır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: ziddiyyətlərin şagirdlər tərəfindən duyulması, qəbul edilməsi və aradan qaldırılması qanunu.

7.Təlimin məzmunu və gedişi elmi cəhətdən nə qədər zəngin və əsaslı olursa, mənimsəmənin səviyyəsi bir o qədər yüksəlir. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimin məzmununun və gedişinin elmiliyi qanunu.

8.Təlim təhsilin həyata keçirilməsi prosesi, təhsil isə bir halda təliminin

əsası, digər halda nəticəsidir. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimin təhsillə qarşılıqlı əlaqəsi qanunu.

9.Təlimin məzmununda və təşkilində, müəllimin davranışı və görkəmində tərbiyəvi imkanların olduğunu bildikdə və bu imkanlardan istifadə etdikdə təlim-tərbiyə işinin səviyyəsi yüksəlir. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimin tərbiyələndirici imkanlarından istifadə qanunu.

10.Dərsliyin mətnlərindəki mühakimə formalarına şagirdlərin diqqəti xüsusi olaraq cəlb edildikdə, müəllimin öz mühakimələri məntiqli qurulduqda və şagirdlərin məntiqli danışıq tələb edildikdə onların əqli inkişaf sürəti artır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimin inkişafetdirici imkanlarından istifadə qanunu.

11.Əyani vasitələrin tətbiqi zamanı şagirdlərin diqqəti yalnız müşahidə olunan konkret obyektlərin əlamətlərinə yönəldikdə əsasən qavrayış təsəvvürlərin formalaşmasına, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə anlayışların formalaşmasına imkan yaranır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimdə konkret və mücərrəd anlayışların vəhdəti qanunu.

12.Tədris mövzusunun xarakterindən asılı olaraq tətbiq edilən təlim üsullarının müxtəliflik dərəcəsi artdıqca, şagirdlərin mənimsəmə səviyyəsi yüksəlir. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlim üsullarının müxtəlifliyindən mənimsəmənin asılılığı qanunu.

13.Unudulmanın qarşısı alındıqda, vaxtaşırı şüurlu təkrar təşkil edildikdə, eyni bilikdən müxtəlif şəraitdə istifadə olunduqda şagirdlərin bilik və bacarıqlarının ömrü artır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: təlimdə biliyin möhkəmliyi qanunu.

Deyilənlərdən aydın olur ki, pedaqogikada təlimin xeyli qanunauyğunluqları öyrənilmiş və müvafiq formada ifadə edilmişdir. Lakin bu o demək deyil ki, təlimin başqa qanunauyğunluqları yoxdur. Əminik ki, gələcəkdə təlimin bir çox digər qanunauyğunluqları da aşkar ediləcəkdir. Şərh olunan fikirlərdən iki nəticə irəli gəlir. Birincisi, təlimin qanunauyğunluqlarını bilməyin və fənnin tədrisi zamanı onlara istinad etməyin müstəsna əhəmiyyəti vardır. Şagirdlərin mənimsəmə fəaliyyətini yüksəltməyin vacib şərtlərindən birisi məhz təlimin qanunauyğunluqlarını müəllimin bilməsi və öz işində nəzərə alınması ilə bağlıdır. İkincisi, təlimin qanunauyğunluqları təlim prinsiplərinin elmi əsaslarını təşkil edir; təlim prinsipləri təlimin qanunauyğunluqlarından törəmədir.


2.Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təc­rü­bə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir.

Təhsilə belə bir tərif vermək daha doğru olar: “Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiy­yətin in­tellektual və emosional sferalarının inkişaf etdirilməsi və hə­ya­ta ha­zır­lan­ması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təc­rübə və vərdişlərin mə­nim­sənilməsi prosesi və onun nəticəsidir.” Təhsil prosesində insan mədəni dəyərləri (elm, incəsənət, memarlıq, tarixi irs və s.) mənimsəyir, nəticədə qarşılıqlı təsirlər nəzərə alınaraq müxtəlif mədəniyyətlər əsasında mədəni dəyərlər vasitəsilə gənc nəslin təhsili və tərbiyəsi prosesinin elmi əsaslarla həyata keçirilməsi təmin edilir. Bu halda qarşılıqlı təsir, insanlar tərəfindən yeni mədəni dəyərlərin mənimsənilməsi və yenidən qurulması çərçivəsində əsl yaradıcılıq prosesi kimi qəbul edilir və mədəniyyətin dinamik aspektilə birbaşa bağlı olur. Təhsil uzun illər ərzində nəsillər tərəfindən toplanmış bilik və mədəni dəyərlərin ötürülmə prosesi olduğundan, ona aşağıdakı aspektlərdən yana­şılması daha məqsədəmüvafiqdir:

- pedaqoji sistemin kultroloji paradiqması çərçivəsində;

- çoxmədəniyyətli təhsilin formalaşdırılması əsasında;

- təhsil sisteminin mədəni-tarixi formasının təşkili şəraitində;

- tədris fənlərinin təhlilinin kultroloji istiqamətlilik bazasında;

- təhsil subyektlərinin mədəni səviyyəsinin (öyrənənlərin pedaqoji və əqli mədəniyyəti) inkişaf yolları və vasitələri əsasında;

- xalqın, millətin, etnosun mədəni təhsil ənənələrinin ümu­mi­ləş­dirilməsi, saxlanılması və dirçəldilməsi əsasında.


1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə