Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

barəsində şəkilli bir məqalənin dərc olunması üçün qəzet müxbirini dəvət etməyi təklif 

edərdik.


7-ci sinif

MƏNİM İSTƏDİYİM MƏNƏ LAZIM OLANDIRMI?

Dərsin planı

Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


Mənim arzularım 

hansılardır?

Şagirdlər öz arzularını 

söyləməklə bir-birlərinin 

arzularından xəbərdar olurlar.

Şagirdləri qruplara 

bölmək üçün şəkillər

Dərs 2


İnsanlar nəyə ehtiyac 

duyurlar?  Nəyə sahib 

olmaq yaxşı olardı?

Şagirdlər arzularla ehtiyacları 

və ən vacib ehtiyaclarla 

məmnunluq ehtiyaclarını bir-

birindən fərqləndirməyi 

öyrənirlər.

Ev tapşırığı olaraq, 

şagirdlər evdə bunları 

toplayırlar:

-- köhnə jurnallar

-- hər qrup üçün bir 

cüt qayçı

-- yapışqan

-- bir neçə vərəq

-- istifadə olunmuş 

böyük zərf

-- təqribən 4 metr 

uzunluğunda ip

-- 10 ədəd paltar 

şpilkası


Dərs 3

İstək nədir? Ehtiyac 

nədir?

Şagirdlər bu kriteriyalar üzrə 



ən vacib hesab etdikləri 10 

istək və ehtiyac barəsində 

razılığa gəlirlər.

Şagirdlərin 

gətirdikləri 

materiallar

Dərs 4

Uşaq hüquqları bizim 



istək və ehtiyacla bağlı 

fikirlərimizə uyğun 

gəlirmi?

Şagirdlər öz ideyalarını uşaq 

hüquqları ilə tutuşdurur və 

Uşaq Hüquqları Günü üçün 

təqdimat plakatları 

hazırlayırlar.

Hər qrup üçün Uşaq 

hüquqları haqqında 

Konvensiyanın bir 

nüsxəsi; flipçat 

vərəqi

Dərsin məqsədləri

Uşaq və insan hüquqlarını başa düşmək üçün şagirdlər öz şəxsi ehtiyaclarını və arzularını 

bildirməli, həmin an  həyatdan nə gözlədiklərini özləri üçün yəqin etməlidirlər. İlk mərhələdə 

onlar öz arzuları və ehtiyacları haqda, bu arzu və ehtiyacların nə dərəcədə qeyri-ciddi görünüb-

görünməyəcəyindən asılı olmayaraq, tam sərbəst düşünməli və onları açıq ifadə etməlidirlər.



İkinci   mərhələdə   isə   onlar   həyatda   arzularla   real   ehtiyaclar   arasındakı   fərqi   öz 

düşündükləri şəkildə izah etməlidirlər. Bu cür seçim demək olar bütün hallarda şagirdləri Uşaq 

hüquqları haqqında Konvensiya ilə onlara verilmiş hüquqlara aparıb çıxaracaq.

Hər iki mərhələdə müəllimin müzakirələri təşviq və idarə etməsi lazımdır. O, şagirdləri 

“doğru” ideyalara inandırmaq kimi xeyirxah niyyət güdüb, öz dəyər və normaları ilə onlara 

müdaxilə və təsir etməkdən özünü saxlamalıdır. Axı, yaxşı idarə olunan müzakirələrdə şagirdlər 

çox vaxt bir-biri ilə ziddiyyət təşkil edən anlayışları və dəyərləri özləri aşkar edirlər.

Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Bu bölmə şagirdlərə özlərinin 

şəxsi arzularını və 

ehtiyaclarını ifadə etməsinə 

imkan yaradır. Şagirdlər 

görürlər ki, onlara diqqətlə 

qulaq asırlar və onların 

söylədikləri ciddi qəbul 

olunur. Onlar sağ qalmağımız 

üçün zəruri olan əsas 

ehtiyaclarla azruladığımız 

şeylər arasındakı fərqi 

öyrənirlər.

Şagirdlər hər gün həyatın 

əsas məsələləri/problemləri 

ilə qarşılaşdıqlarını və belə 

məsələlərin/problemlərin 

həllində cəmiyyətin öz 

üzvləri üçün qeyri-bərabər 

şərait yaratdığını 

bilməlidirlər.

Şagirdlər öz arzularının əsiri 

olmamalı, bununla belə, 

onları müdafiə etməyi, öz 

arzularının arxasında 

durmağı öyrənməlidirlər.

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?


Mən öyrəndim ki, uşaq 

hüquqları əsas diqqəti mənim 

ən vacib ehtiyaclarıma – 

iştirak etmə, inkişaf etmə, 

sağ qalma və müdafiə 

olunma kimi ehtiyaclarıma 

yönəldir və onlar mənim 

gündəlik həyatımla çox sıx 

bağlıdır.

Mən yalnız sinif yoldaşlarıma 

və müəllimimə inandığım 

təqdirdə öz arzularımı açıq 

söyləyə bilirəm. Mən 

öyrəndim ki, qapalı olmamaq 

və başqalarının da belə 

etdiyini görmək üçün səy 

göstərməyinə dəyər.

Mən istəklər və ehtiyaclar 

arasındakı fərqə daha artıq 

diqqət etməyə çalışacağam. 

Mən öz arzularımı və 

xəyallarımı gizlətməyəcək 

və ya onları inkar 

etməyəcəyəm. Ancaq onları 

həyata keçirərkən də 

başqalarının ehtiyaclarına 

xələl gətirməməyə 

çalışacağam. 




Əyani vasitələr

Uşaq hüquqları kartları;

Şagirdlərin gətirdikləri şeylər:

çoxlu şəkilləri olan bir neçə köhnə jurnal, məsələn, gənclər üçün jurnallar və ya moda 



jurnalları

hər qrup üçün bir cüt qayçı



yapışqan


bir neçə vərəq

istifadə olunmuş böyük zərf



təqribən 4 metr uzunluğunda ip

10 ədəd paltar şpilkası.



Prosedur

Dərs 1


Müəllim qəşəng avtomobillərin, müxtəlif moda ləvazimatlarının və ya cəlbedici istirahət 

yerlərinin şəkillərini götürüb onları qayçı ilə dörd hissəyə kəsir və yaranmış kağız parçalarını 

qarışdırıb şagirdlər arasında paylayır. Şəklin ona düşən hissəsinə əsasən hər bir şagird şəklin 

digər hissələrinin kimlərə düşdüyünü axtarıb tapmaqla öz partnyorlarını müəyyən edir və onlarla 

birlikdə işçi qrupu formalaşdırır. Əgər qrupları üç, yaxud beş üzvdən ibarət formalaşdırmaq 

lazımdırsa, onda müəllim şəkilləri müvafiq olaraq üç, yaxud beş hissəyə kəsir.

Qrupların iş prinsipinə dair bəzi məlumat:

Hər qrup öz sözçüsünü və rəhbərini seçir. Sözçü öz qrupu adından danışır. Onun vəzifəsi 

özünün yox, qrupun rəyini – qruplar səviyyəsində iş gedərkən başqa qruplara, sinif səviyyəsində 

ümumi müzakirə başlayanda isə müəllimə – çatdırmaqdır. Qrup rəhbəri isə iş prosesini təşkil 

edir, bütün üzvləri bir araya gətirir və vaxta nəzarət edir.

Şagirdlər özlərinin hansı arzularını xatırlayırlar? Onlar balaca olanda ən böyük arzuları 

nə olub?

Təxminən 7-10 yaşlarında olarkən nə onların xüsusilə sevincinə səbəb olub? Bəs görəsən 

indi nə onların əsl sevincinə səbəb olar?

Onların fikrincə, böyüklərin nə kimi arzuları olur?

Hər qrup öz şəklini bir vərəqə yapışdırır və aşağısına yaş dövrünə uyğun arzuları yazır.

Qruplar öz işlərinə başlıq seçir və sinifdə təqdimatını keçirirlər.

Hazırlanmış mini-plakatlar sinif otağından asılır.

Gələn həftə üçün şagirdlərə aşağıdakı tapşırıq verilir:

Hər qrup aşağıdakı şeyləri gətirməlidir (qrup üzvləri öz aralarında kimin nə gətirəcəyini 

razılaşdırırlar):

çoxlu şəkilləri olan bir neçə köhnə jurnal, məsələn, gənclər üçün jurnallar və ya moda 



jurnalları

hər qrup üçün bir cüt qayçı



yapışqan



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə