Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

Hər hansı şifahi və ya yazılı fikir yalnız tam başa düşüldüyü təqdirdə rəsm əsərində ifadə 

oluna bilər.

Şəkillərin   noyabrın   20-də,   Beynəlxalq   Uşaq   Hüquqları   Günü   məktəbdə,   bələdiyyədə, 

yaxud başqa ictimai binada nümayiş etdirilə bilməsi üçün biz tədris proqramını xeyli qabaqcadan 

planlaşdırmağı məsləhət görürük.

Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Xüsusilə rəsm dərslərində 

şagirdlər anlayırlar ki, onların 

öz individual özünüifadə 

vasitələrini inkişaf etdirmələri 

həm mümkün, həm də 

vacibdir. Onlar incəsənət 

vasitəsilə müxtəlif uşaq 

hüquqları maddələrini təqdim 

etməyin individual yollarını 

tapırlar.

Şagirdlər uşaq hüquqlarının 

pozulması hallarını hiss 

etməyi və həmin hallara 

qiymət verməyi bacarırlar. 

Onlar bu qabiliyyətlərini 

həmin pozuntuları öyrənmək 

və təqdim etmək məsələsinə 

fərdi yanaşmaları sayəsində 

inkişaf etdirirlər.

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?


Mən sinif yoldaşlarımla 

birlikdə uşaq hüquqlarını 

daha dərindən öyrəndim. 

Çoxlu suallar verdim və 

anladım ki, uşaq hüquqları 

konvensiyasının hər hansı 

maddəsini bilmirəmsə, 

bundan narahat olmağına 

dəyməz. Axı mən hələ bu 

sahədə öyrənməyə davam 

edəcəyəm.

Bu layihə sayəsində sinif 

otağı və bütövlükdə məktəb 

binası bəzədilməsində iştirak 

etdiyim və özümü həqiqətən 

evdəki kimi rahat hiss etdiyim 

bir yerə çevrildi. Mən öz fərdi 

xarakterimi nümayiş etdirə 

bilirəm və mən bir fərd kimi 

qəbul olunuram.

Mən incəsənət sahəsində 

olan istedadımdan daha 

yaxşı xəbərdar oldum. İndi 

bu istedadımdan istifadə 

etməkdə və bu sahədə 

özümü yoxlamaqda daha 

cəsarətliyəm. Bu istedadım 

mənim xarakterimin bir 

hissəsidir və bu istedadım 

bəzən mənim özümü ifadə 

etməyimə daha çox kömək 

edir, nəinki söylədiklərim və 

ya yazdıqlarım. Mən 

dostlarımla birlikdə uşaq 

hüquqlarına dair bənzər 

incəsənət layihələri fikirləşə, 

bu layihələr çərçivəsində 

çəkdiyimiz bəzi rəsm 




əsərlərini sata və əldə 

etdiyimiz vəsaitlə uşaqlara 

dair layihələrə dəstək ola 

bilərəm.


Əyani vasitələr

Uşaq   hüquqlarına   dair   vəsaitlər   (Aydın   de!   BMT-nin   Uşaq   hüquqları   haqqında 

Konvensiyasının   Kanada   gəncləri   üçün   hazırlanmış   sadələşdirilmiş   versiyası   və   1989-cu   il 

konvensiyası).



Prosedur

Dərs 1


Müəllim yeni layihə haqqında sinfə ətraflı məlumat verir.

Uşaqların bu layihənin təməl prinsipini başa düşmələri, onlardan nə tələb olunduğunu 

aydın dərk etmələri və uşaq hüquqlarının obrazlı şəkildə illüstrasiyalı təsvirinə dair nümunələrlə 

qabaqcadan tanış olmaları çox vacibdir.

Ancaq müəllim uşaqlara müxtəlif insan və uşaq hüquqlarının obrazlı təsviri nümunələrini 

göstərməklə   kifayətlənməməli,   həmçinin  özünüifadənin   fərdi   üsullarını   tapmaqda   onlara 

yardımçı olmaq üçün işə müxtəlif yanaşma tərzlərini nümayiş etdirməlidir.

Müəllim bu layihədə rəsm müəllimi və ya yeli bir rəssamla əməkdaşlığı da nəzərdən 

keçirə bilər. Hərçənd bu işdə təşəbbüs və fəaliyyət müstəsna olaraq şagirdlərin ixtiyarına da 

verilə bilər.

Müəllimin verdiyi girişdən sonra şagirdlər layihənin həyata keçirilməsini planlaşdırmaq 

üçün kiçik qruplara bölünürlər.

Bu qruplar bu kimi məsələləri müzakirə edirlər:

materiallar



boyalar


alətlər


vaxt cədvəli

şəklin ölçüsü, rəssamlıq anlayışı



sərginin planlaşdırılması

Qruplar müzakirə nəticəsində gəldikləri qənaəti siniflə bölüşürlər.

Dərsin   sonunda   şagirdlərin   hər   birinə  obrazlı   şəkildə   rəsmini   çəkməli   olduğu   uşaq 

hüququ   elan   edilir.   Uşaq   hüquqları   sinifdəki   uşaqların   sayından   çox   olduğundan   müəllim 

aşağıdakı üsullardan faydalana bilər:

şagirdlərə uşaq hüquqlarının heç də hamısı yox, bəziləri tapşırılır;



daha sürətli işləyən şagirdlərə rəsmini çəkmək üçün bir yox, bir neçə hüquq tapşırılır;

böyük həvəsi olan uşaqlar bir neçə hüquq seçə bilərlər;



bir sinif başqa siniflə birlikdə işləyə və hüquqları bölüşdürə bilər.

Hər şagirdə bütün uşaq hüquqlarının bir nüsxəsi verilir.



Şagirdlərə gələn həftəki dərsədək yerinə yetirməli olduqları aşağıdakı kimi ev tapşırığı 

verilir:


Rəsmini çəkdiyiniz / sizə tapşırılan uşaq hüququnu oxuyun və təhlil edin.

Həmin hüququ incəsənət vasitəsilə təqdim etməyin yollarına dair təxmini fikirlərinizi 



hazırlayın.

Təsvir   etməyin   müxtəlif   yollarını   göstərmək   üçün   jurnallardan,   qəzetlərdən   və 



kitablardan nümunələr toplamayın.

Dərs 2


Şagirdlər öz fikirlərini bir-birləri ilə bölüşür və izah edirlər. Şagirdlərin uşaq hüquqlarını 

başa   düşmələri   çox   vacibdir,   onlar   bu   hüquqların   sinifdə   necə   həyata   keçirildiyinə   dair 

nümunələr gətirməyi bacarmalıdırlar. Müəllim uşaq hüquqlarını və onların təsviri yollarını izah 

etməyi şagirdlərdən israrla xahiş etməlidir.

Müəllim uşaqların fikirləri ilə əlaqədar öz rəyini qısa olaraq bildirə bilər.

Şagirdlər öz fikirlərini təkcə sözlərlə ifadə etmirlər. Onlar məsələn, plakatlar hazırlayıb 

sinifdən asmağa və çəkdikləri təsvirləri müqayisə və müzakirə etməyə  həvəsləndirilirlər. Elə 

edilməlidir ki, bu proses darıxdırıcı keçməsin.

Dərs 2-4

Şagirdlər ikinci dərsin ikinci yarısını və növbəti iki dərsi öz layihələrini işləməyə həsr 

edirlər. Təcrübə göstərir ki, şagirdlər bir-birlərindən təcrid olunmuş şəkildə işləmədikdə daha 

həvəsli olurlar. Müəllim onları ağıllarına gələn ilk fikirlə qane olmamağa, yeni-yeni ideyalar 

düşünməyə ruhlandırır.

Müəllim  daim   əlinin   altında   rəsm   plakatları,   qəzet   və   jurnallardan   kəsilmiş   müxtəlif 

diaqramlar,   qrafiklər,   reklam   illüstrasiyaları   saxlayır   və   onlardan   istifadə   etməklə   şagirdlərə 

dəstək  olur.  Şagirdlər   özləri  də  evlərindən   illüstrasiyalı   kitab   və  jurnallar   gətirə  bilərlər.   Bu 

illüstrasiya kolleksiyasının uşaq hüquqları mövzusu ilə bağlı olması vacib şərt deyil.

Şagirdlərin işə başlamazdan qabaq aşağıdakıları ətraflı müzakirə etməsi lazımdır:

Mən bu hüququ necə başa düşürəm?



Bu hüquqa hansı rəng uyğun gələr?

Mən bu hüququ nə ilə əlaqələndirə, assosiasiya edə bilərəm?



Bəzi ipucları:

Əgər siz sinif otağında, məktəb binasında və ya hər hansı ictimai binada sərgi təşkil 



etməyi planlaşdırırsınızsa, onda kağızın ölçüsü və bu kağız üzərində yazılacaq hərflərin 

ölçüsü və forması ilə bağlı şagirdlərin razılığa gəldiyinə əmin olun

Şagirdlərin  öz  işlərində  bir-birlərinə  kömək  etməsinə   imkan  yaradın.   Bunun  üçün  ya 



əlavə dərsdə, ya da evdə əlavə vaxt nəzərdə tutun.

Xüsusi   istedadı   olan   şagirdlərə   xüsusi   vəzifə   və   ya   tapşırıqlar   verməkdə   tərəddüd 



etməyin.   Sinfə   dəstəkləməsi   və   ilhamlandırması   üçün   yerli   bir   rəssamı,   yaxud 

şagirdlərinizin tanıdığı bir kəsi dərsə dəvət edə bilərsiniz.

Müsabiqə keçirməyin və ən yaxşı işlər üçün mükafatlar təqdim etməyin məqsədəuyğun 



olub-olmadığını   diqqətlə   götür-qoy   edin.   Biz   hətta   yerli   qəzetlərdən   birində   layihə 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə