Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

Əlbəttə, uşaqların uşaq hüquqları haqqında biliyə sahib olması həlledici məsələdir. Ancaq 

bunun  üçün   şagirdlərə   imla   yazdırmağa   və  bununla   da  onların   tapşırıq   dəftərlərini   daha   bir 

darıxdırıcı səhifə ilə məşğul etməyə ehtiyac varmı? Uşaq hüquqları haqqında imla yazdırmaqdan 

daha çox onları üzə çıxarmaq və araşdırmaq lazımdır. Uşaqlar gərək əsas məsələləri müəyyən 

etsin, onlar barəsində informasiyalar toplasın və bu informasiyaları təhlil etsinlər. Yəni həmin 

informasiyalar işlənməlidir; bunu edərkən isə uşaqlar gərək öz təcrübələrini müzakirə etsinlər və 

onları   təməl   informasiya   və   kateqoriyalarla   tutuşdursunlar.   Şagirdlər   qaydaların,   anlayış   və 

prinsiplərin mahiyyətinə varmalıdırlar. Bir sözlə, bir şeyi dərk etmədən onun haqqında biliyə 

sahib   olmaq   mümkün   deyil.   Bu,   təkcə   uşaq   hüquqlarına   deyil,   tədris   predmeti   olan   bütün 

mövzulara aiddir.



Bacarıq

Şagirdlərin   öz   biliklərini   və   başa   düşdüklərini   fəal   surətdə   tətbiq   etməsinə   imkan 

yaradılmalıdır,   başqa   sözlə   desək,   tədris   layihə   elementlərini   özündə   ehtiva   etməlidir.  Əks 

təqdirdə, bütün iş real həyatda çox uzaq, uydurma kimi görünəcək. Uşaq hüquqları real və çox 

vaxt ciddi məsələlərə toxunur və bununla da şagirdləri ədalət və sosial dəyişiklik uğrunda bəşəri 

səylərdə   iştiraka   həvəsləndirir.   Bu   istiqamətdə   onlar   ilk   addımlarını   yaşadıqları   yerlərdə   və 

öyrənmə mühitində atmalıdırlar. Məktəb həyətini necə bəzəməli və təmiz saxlamalı, uşaqların 

məktəbə getməsinə, narkotik vasitələrdən istifadənin qarşısının alınmasına, sinifdə müzakirələr 

zamanı özünü aparmağa, sinifdəki qaydalara, asudə vaxt imkanlarına və sair necə nəzarət etməli? 

Bütün siniflər üçün və bütün sahələr üzrə çoxlu müxtəlif mövzular tapmaq mümkündür. Ancaq 

bu mövzularla bağlı aparılan hər hansı işin uşaq hüquqları konvensiyasının prinsipləri ilə aydın 

və düşünülmüş şəkildə əlaqələndirilməsi çox vacibdir. Müəllimlərin çoxu bu qaydada işləsə də, 

çox vaxt nə etdiklərini özləri də bilmirlər.

Baxışlar

Bir şey haqqında biliyə yiyələnmək və bu biliyi tətbiq etmək hələ işin yarısıdır.  Şagird 

mövzu ilə bağlı öz şəxsi fikrini aydınlaşdırmasa və ya ona öz baxışlarını ifadə etmək və bəlkə də 

əvvəlki baxışlarını dəyişmək imkanı yaradılmasa, o, öyrəndiklərini çox keçmədən yadırğayacaq.

Rol oyunlarında müxtəlif fikirlər yoxlanılmalıdır.  Mübahisələrə və fikir ayrılıqlarına da 

yer verilməlidir. Müəllim doğru fikrin və baxışın necə olduğunu müəyyən etməməlidir.



Kiçik addımlar atın, yetər ki, atın

Gəlin,   sonda   yenidən   üçüncü   sinifdəki   şarlar   misalına   qayıdaq.   Biz   bu   nümunəyə 

yuxarıda   haqqında   bəhs   edilmiş   “mürəkkəb,   çoxölçülü   tədris   yanaşması”   anlayışı   nöqteyi-

nəzərindən qiymət verək. Bu anlayışda ayrı-ayrılıqda bilik, biliyin tətbiqi bacarığı, baxışların 

inkişafı və fikrin ifadə olunması göstərilir. Sözügedən nümunəyə bu standartların prizmasından 

baxdıqda görərik ki, çox şey buraxılıb. Ancaq məsələ də ondadır ki, bu kriteriyaları mexaniki 

olaraq   tətbiq  etmək  olmaz.  Məsələn,   biz  əvvəl  nə  olduğunu   və  sonrakı  dərsdə  nə   olacağını 

bilmirik.   Ən   əsası   da   odur   ki,   müəllimlə   birgə   uşaqların   hamısı   fəal   şən   keçən   dərsə   cəlb 

olunmuş, ondan zövq almışlar. Həmin vaxtdan etibarən, şagirdlər uşaq hüquqlarını rəngli şarlarla 

assosiasiya edəcək, gülümsəyərək və qürrələnərək xatırlayacaqlar, hətta hər şeyi başa düşməmiş 

olsalar da belə.

Daha   bir   məqama   toxunaq.   Nümunə   gətirilən   dərs   1998-ci   ilin   payızında   Qoradze 

şəhərində keçilib. Bosniya-Herseqovinanın şəhəri olan Qoradze müharibə vaxtı dünyadan əlaqəsi 

kəsilmiş, təcrid olunmuş və demək olar ki, yaddan çıxarılmış bir şəhər olub. Həmin vaxt şəhərin 

məktəbində dini inanc azadlığı, azlıqların qorunması kimi mövzuların keçildiyini görmək fərqli, 

çox   xoş   hisslərdir   və   bu,   şagirdlər   və   müəllimlər   üçün   heç   də   asan   olmayıb.   Sonda   həmin 




dərsdən daha bir detala baxaq. Zəngin vurulmasına az qalmış, müəllim özünün üçüncü sinif 

şagirdlərindən bu dərsdə nə öyrəndiklərini soruşur. Dovşanlardan zirək bir qızcığaz əlini qaldırıb 

deyir: “Mən öyrəndim ki, “31-ci maddə” deyilən bir şey var və orada deyilir ki, mənim istirahət 

etmək   və   asudə   vaxt   keçirmək   hüququm   var.   Bu   o   deməkdir   ki,   mənim   tənəffüsə   çıxmaq 

hüququm var, elə deyilmi?”. Bütün sinif gülüşür.

Uşaq   hüquqlarının   tədrisi:   tədris   metodlarının   seçiminə   bələdçilik   edən   əsas 

məsələlər 

Bu dərslikdə biz çalışmışıq ki, qeyd olunan yanaşmanın – tapşırıqlarla öyrənmə, diqqətin 

problemlərin  həllinə  yönəldilməsi, interaktiv  öyrənmə  və  “tədrisin  mərkəzində  şagird durur” 

prinsipi ilə öyrənmə – müəllim tərəfindən başqa tapşırıq və mövzulara keçirilə bilməsi üçün uşaq 

hüquqlarının tədrisi üçün kiçik layihələr təsvir edək. Bu yanaşmada tədris metodları işin mühüm 

hissəsini təşkil edir və məzmunu və öyrənməni dəstəkləyən metodları seçmək qabiliyyəti tədris 

metodlarının   seçilməsi   ilə   bağlı   olan   əsas   məsələlərin   bu   kitabdakı   layihələrdə   necə   həllini 

tapdığını göstərir. Gələcəkdə bu tip layihələri planlaşdırarkən bu əsas məsələlər bələdçi rolunda 

çıxış edə bilər.

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası ilə bağlı tez-tez verilən suallar

BMT-nin   Uşaq   hüquqları   haqqında   Konvensiyası  uşaqlar   və   yeniyetmələr   haqqında 

beynəlxalq   insan   hüquqları   müqaviləsidir.   Bu   müqavilə   1989-cu   ildə   BMT-nin   Baş   Məclisi 

tərəfindən   qəbul   olunub,   1991-ci   ildə   isə   Kanada   tərəfindən   ratifikasiya   edilib.   Konvensiya 

uşaqlar və yeniyetmələrin hüquqlarından bəhs edən 41 maddədən, ictimai maarifləndirmə və 

təhsil haqqında bir maddədən və bu Konvensiyaya nəzarət edilməsinə, onun ratifikasiyasına və 

tətbiqinə   dair   12   maddədən   ibarətdir.   Digər   beynəlxalq   insan   hüquqları   müqavilələri   ilə 

müqayisədə   Uşaq   hüquqları   haqqında   Konvensiyanı   daha   çox   ölkə   qəbul   edib.   1996-cı   ilin 

yanvarına olan məlumata görə, 187 ölkə bu Konvensiyanı imzalayıb və ya ratifikasiya edib.

Konvensiyaya görə uşaq kimdir?

BMT “uşaq” deyəndə, yaşı 18-dən aşağı olan bütün gənc adamları nəzərdə tutur, bir 

şərtlə ki, həmin adamlar yetkinlik yaşına (uşağın böyük sayılmağa başladığı yaşa) 18 yaşından 

daha əvvəl çatmış olmasınlar. 1-ci maddə məhz bu barədədir.



Konvensiya necə işləyir?

Bu   Konvensiya   Kanadanın   qanunu   olmasa   da,   onun   prinsipləri   Kanadanın 

qanunvericiliyində,   siyasətində   və   proqramlarında  əks   olunmalıdır.   Həmçinin   hökumətlər   bu 

Konvensiyanın yerinə yetirilməsindəki nailiyyətləri haqqında mütəmadi olaraq BMT-yə hesabat 

təqdim etməlidirlər. Bu hesabat vermə sistemi öz-özlüyündə hökumətlərə təzyiq edir ki, onlar 

uşaqların hüquqlarına hörmət göstərsinlər.



BMT-nin konvensiyası bizim həyatımızda hər hansı dəyişikliyə səbəb olurmu?


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə