Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Bu bölmədə şagirdlər birlikdə 

yaşamaq üçün qaydaların 

zəruri olduğunu konkret öz 

təcrübələrində hiss edir və 

uşaq hüquqlarının məhz belə 

bir qaydalar sistemi müəyyən 

etdiyini anlayırlar.

Şagirdlər demokratiyada 

qaydaların necə 

yaradıldığını başa düşürlər. 

Onlar qərarın demokratik 

qəbulu prosesində iştirak 

etməyi bacarırlar.

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?


Mən indi bilirəm ki, sinfimiz 

üçün qaydaların işlənib 

hazırlanmasında iştirak 

etmək hüququm var. Mənə 

aydın oldu ki, uşaq hüquqları 

konvensiyasının hazırlanması 

da buna bənzər bir proses 

olub.


Şagirdlər anlayırlar ki, hüquq 

və vəzifə bir-biri ilə ahəng 

təşkil edir. Onlar dərk edirlər 

ki, qaydaları insanlar özləri 

üçün yaradıblar, bu qaydalar 

dəyişdirilə bilər və müəyyən 

bir qrupda hər kəs üçün 

məcburi olacaq hansısa bir 

qaydanı razılaşdırmaq asan 

məsələ deyil.

İndi mən öz ailəmdə, bizim 

idman klubunda, yaxud 

dostlarımla rəftarımda oxşar 

qaydalar tapmağa 

çalışacağam. Biz bu cür 

qaydaların müəyyən 

olunması prosesində 

mümkün qədər çox adamın 

iştirak etdiyinə və 

kompromis yolu ilə razılığa 

gəlindiyinə əmin olmalıyıq.

Əyani vasitələr

Jurnal və qəzetlərdən kəsilmiş şəkillər

Qayçı

Yapışqan


Jurnallar

Vərəqlər


Prosedur

Dərs 1


Müəllim layihəyə giriş verir.

O, “hüquq və vəzifə” məsələsini şagirdlərlə müzakirə edir.




Sonra dərs Avropa Şurasının vəsaitində müəyyən edilmiş mərhələlərlə davam edir.

1.

Qrup yaratma “oyunu”ndan (məsələn, janqlyorlar, skripkaçılar və sair qruplar 



formalaşdırmaq üçün həmin peşələrə xarakterik olan əşyaların təsvir olunduğu 

və ya adı yazıldığı kartların paylanması) istifadə etməklə, sinifdəki şagirdlər 

sayından asılı olaraq, üç, altı və ya doqquz qrupa bölünürlər. Çalışın ki, hər 

qrupda   beş   nəfərdən   artıq   şagird   olmasın.   Qruplar  A,   B,   yaxud   C   qrupu 

adlandırılır.

2.

Hər   qrup   öz   sözçüsünü   təyin   edir.   Onlardan   sözçünü   necə   seçdiklərini 



soruşun.

3.

Hər   qrupda   üç   hissəyə   bölünmüş   bir   vərəq   kağız   olur.   Vərəqin   ən   üst 



hissəsində   şagirdlər   sinifdəki   hər   kəsin   (o   cümlədən,   müəllimin)   malik 

olduğunu   düşündükləri   hüquqları   yazırlar.   Onlar   sinifdəkilərin   “hüquqları” 

kimi başa düşdükləri hər bir təklifi vərəqə yazmalı və nömrələməlidirlər.

4.

Şagirdlərdən   bu   tapşırığın   öhdəsindən   nə   dərəcədə   gələ   bildikləri   barədə 



fikirlərini soruşun. Sizə nələr kömək oldu? Bəs nələr mane oldu?

5.

Vərəqi növbəti qrupa ötürün (A qrupu B-yə, B qrupu C-yə, C isə A-ya ötürür).



6.

Şagirdlər   əvvəlki   qrupun   yazdığı   hüquqları   nəzərdən   keçirirlər.   Həmin 

hüquqlara hörmət etmək üçün biz hansı vəzifələr, yəni öhdəliklər daşıyırıq? 

Biz nə etməli, necə hərəkət etməliyik? Məsələn, “Hər kəsin eşidilmək hüququ 

var”, deməli, “Bizim eşitmək öhdəliyimiz/vəzifəmiz var”.

Vərəqin üst hissəsinə yazılmış hüquqların hər birinə uyğun gələn vəzifələr 

vərəqin orta hissəsində yazılır.

Dərsin   sonunda   müəllim   bütün   vərəqləri   toplayır   ki,   gələn   dərsədək   onları   nəzərdən 

keçirsin.

Dərs 2


Müəllim qaydalarla bağlı əsas məsələləri müzakirə etməyə ruhlandırır:

Qaydalarla bağlı məni narahat edən nədir?



Qaydalarla bağlı məni sevindirən nədir?

Qaydaları kimlər yaradır?



Qaydaları kimlər tətbiq edir?

Aşağıdakı   mətn   və   ya   onun   ixtisar   olunmuş   variantı,   yaxud   müəllimin   şifahi 

informasiyası ilk iki suala cavab tapmağa kömək edə bilər.



Demokratik nöqteyi-nəzərdən nizam və intizam

1.

Bütün   hallarda   və   şəraitlərdə   nizam   vacibdir.   Nizamsız   və   əsas   qaydalarsız   qrup 



demokratik qrup ola bilməz.

2.

Qadağaların olması da vacibdir. Qaydalar yanlış və ya əlverişsiz ola bilər, fəqət nə qədər 



ki   həmin   qaydalar   dəyişdirilməyib,   onlara   hörmət   olunmalıdır.   Ancaq   onların 

dəyişdirilməsi də qeyri-mümkün olmamalıdır.




3.

Uşaqlar lap erkən yaşlarından qaydaların yaradılmasında və onların tətbiq edilməsində 

iştirak etməlidirlər. Yalnız bu yolla onlar qaydalarla yaxından tanış olurlar.

4.

Şagirdlərin bir-birinə qarşılıqlı inamı və hörməti olmasa, sinif bir icma kimi fəaliyyət 



göstərə bilməz. Bəzi hallarda sinifdə belə bir mühit yaratmaq müşkül ola bilər.

5.

Sinif otağında komanda ruhu rəqabət hissini əvəz etməlidir.



6.

Sinifdə   mehriban   əhval-ruhiyyənin   olması 

olduqca mühüm əhəmiyyətə malikdir.

7.

Müəllimin   sosial   qabiliyyətləri



 sinifdə 

aşağıdakılara   nail   olmaqda   ona   böyük   yardım 

edir:   demokratik   idarəçilik,   qrupa   aid   olmaq 

hissinin aşılanması, ünsiyyət qurulması və sair.

8.

Ünsiyyət demokratik idarəçiliyin hökm sürdüyü 



sinifdə daima müşahidə olunan reallıqdır.

9.

Şagirdlər   –   həm   qızlar,   həm   də   oğlanlar   yeni-



yeni   şeylər   öyrənməyə   və   səhvlərdən   nəticə 

çıxarmağa həvəsləndirilməlidirlər.

“Nizamsız və əsas 

qaydalarsız qrup 

demokratik qrup 

ola bilməz”

10. Qoyulmuş məhdudiyyətlər çərçivəsində belə, müəyyən azadlıqlar olmalıdır. Yalnız bu 

halda fərdi məsuliyyəti inkişaf etdirmək olar.

11. Nizam və intizam yalnız o halda böyük istəklə qəbul edilib yerinə yetirilər ki, bu nizam 

və intizam hər bir fərdin özünü ifadə etməsinə kömək etsin və qənaətbəxş əlaqələri və iş 

şəraitini yaxşılaşdırmaqda qrupa yardımçı olsun.

Sinif  əvvəlki dərsdə olduğu kimi qruplara bölünür, hər kəs öz əvvəlki qrupunda yerini 

alır. Müəllim nəzərdən keçirdiyi vərəqləri qruplara paylayır və izahat verir.

7.

Müəllimin izahı. Qaydalar üçün qaydalar.



Sinifdə daha çox müşahidə olunan bir neçə qayda seçin.

Onlar   pozitiv   şəkildə   ifadə   olunmalıdır,   yəni   “nəyisə   etməyin!”   yox,   “nəyisə   edin!” 



formasında.

Onlar konkret olmalı və tələb olunan hərəkəti və ya rəftarı təsvir etməlidir; məsələn, 



eşidilmək hüququ; bizim eşitmək vəzifəmiz; qayda – başqaları danışanda sakit olun.

8.

Vərəqləri  bir  daha  qruplar  arasında  dəyişdirin.  Hər  qrup o  biri  iki  qrupun 



yazdıqlarını nəzərdən keçirir. Ən çoxu beş qayda üzərində razılığa gəlinir və 

bunlar vərəqin aşağı hissəsində iri hərflərlə yazılır. Vərəqin bu hissəsini kəsib 

divara yapışdırın. Hə qrupun sözçüsü qaydaları bütün sinfə izah edir.

Müəllim şagirdlərin qaydalarla bağlı sonrakı seçimlərinə də nəzarət edir,  bir-

birinin eyni olan və ya üst-üstə düşən qaydaları ixtisar edir. (Bəzi qruplar 

təklif   etdikləri   müəyyən   bir   qaydanın   ixtisara   salınması   ilə   razılaşmaya 

bilərlər;   belə   vəziyyətdə   sözügedən   qaydanın   təklif   olunan   versiyaları 

müqayisə olunur, versiyalarda eyni, yoxsa fərqli qaydalardan bəhs olunduğu 

aydınlaşdırılır və bu işdə danışıqlar aparmaq və arqumentlər gətirməklə qarşı 

tərəfi inandırmaq bacarığı tələb olunur.)

9.

Qaydaların səsə qoyulması. Hər şagirdin sinifdə tətbiqini lazım bildiyi bu və 



ya  digər  qaydaya  “xərcləmək”  üçün  dörd jetonu   olur.  O,  hər  jetonunu  bir 

qaydaya verməklə dörd qayda da seçə bilər, dörd jetonun dördünü də eyni bir 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə