Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

müəllimləri   münsif   rolunda   çıxış   edərək,   ən   yaxşı  plakatları   müəyyən   edə   və   onları   kiçik 

hədiyyələrlə (misal üçün, kinoteatra biletlər, kitablar) mükafatlandıra bilərlər.

Yerli və ya beynəlxalq həyatdan nümunələr şagirdlərin məktəbə gətirdikləri müxtəlif çap 

mediasından götürülməlidir. Ona görə də qəzet və jurnalları oxumaq hazırlıq prosesinin özəyini 

təşkil   edəcək.   Kooperativ   öyrənmə   (kiçik   layihə   qruplarında   işləmə)   olmadan   şagirdlər   öz 

məqsədlərinə çata bilməyəcəklər. Bu, layihənin növbəti tədris hədəfidir.

Layihə təqribən dörd dərsi əhatə etməlidir. Oxucu özü görəcək ki, hər dərs ayrı-ayrılıqda 

bir tam təşkil etmir, əksinə dərslərin hamısı bir-birinə bağlıdır. Qruplar daxilində şagirdlərə özləri 

üçün ağlabatan iş cədvəli (planı) tərtib etmək imkanı verilməlidir.

Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Şagirdlər sistematik 

yanaşmadan istifadə etməklə 

uşaq hüquqlarını analiz 

etməyi öyrənirlər.

Şagirdlər sinfi və məktəbi 

şirnikləndirici öyrənmə 

mühiti kimi qəbul edirlər. 

Gündəlik qəzetlər iş üçün 

materiala çevrilir və bununla 

da, məktəb elə bir yerə 

çevrilmiş olur ki, orada 

şagirdlər öz gündəlik 

həyatlarına nəzər sala bilirlər.

Hazırladıqları məhsulun 

(burada konkret olaraq, 

söhbət plakatdan gedir) 

təqdimatını necə keçirməyi 

öyrənməklə, onlar 

məktəbdən kənardakı 

mühüm məsələləri müşahidə 

edib sonra təqdim etmək 

bacarığına yiyələnirlər.

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?

Mənim uşaq hüquqları 

konvensiyasındakı 

maddələrin nə qədər dəqiq 

ifadə olunduğu və onlarda nə 

qədər çox aspektlərin 

gizləndiyi barədə məlumatım 

oldu. Mən bu maddələri 

analiz etməyi və onlar 

haqqında fikirləşməyi 

öyrəndim.

Mən sinif yoldaşlarımın və 

müəllimimin həm məni 

ruhlandırdığını, həm də 

yarışmaq üçün 

qıcıqlandırdığını təcrübəmdə 

yaşadım. Qarşılıqlı əlaqənin 

hər iki üsulu məni 

dəstəkləmək üçündür.

Mən başa düşdüyüm 

məsələlərə dair ictimai 

müzakirələrdə iştirak etməyə 

hazıram. Mən uşaq və insan 

hüquqları ilə bağlı öz fikrimi 

əsaslandırmaq və həmçinin 

başqalarının bu barədə 

fikirlərini dinləmək 

istəyirəm.



Əyani vasitələr

Böyük ölçülü vərəqlər




Rəngbərəng kağız

Flomaster

Qayçı

Köhnə jurnallar və qəzetlər



Şəkillər və fotoşəkillər

Uşaq hüquqları haqqında Konvensiyanın mətni

Uşaq hüquqları kartları

Prosedur

Dərs 1-3


Əvvəlcə müəllim dörd dərsin tam planı haqqında şagirdlərə məlumat verir. Şagirdlər başa 

düşməlidirlər ki, onlar uşaq hüquqlarını tərənnüm edən plakatlar hazırlamalıdırlar, ola bilsin, bu, 

müsabiqə şəklində olsun.

Şagirdlər   üç   nəfərlik   qruplar   şəklində   işləməlidirlər.  Qrupların   yaradılması   və 

təşkilatlanması   ilə   bağlı   ipucları   aşağıda   verilib.   Uşaq   hüquqları   haqqında   Konvensiya 

bütövlükdə 54 maddədən ibarətdir ki, bunların da ilk 41-i, müəyyən mənada 42-si şagirdlər üçün 

birbaşa əhəmiyyətə malikdir. Müəllimin həmin 41, yaxud 42 maddəni qruplar arasında necə 

paylaşdırmasından   asılı   olmayaraq,   bu   dəqiq   bəllidir   ki,   hər   qrup   bir   yox,   bir   neçə   maddə 

üzərində işləməli olacaq.

İlk öncə şagirdlərin hər biri konvensiyanın bütün mətnini oxumalı və özü üçün xüsusilə 

əhəmiyyətli hesab etdiyi üç maddəni seçməlidir. Üzərində maddələrin nömrələri yazılmış kartlar 

(və ya kağız lentlər) nömrə ardıcıllığı ilə skotçla yazı taxtasına yapışdırılır. Şagirdlər bir-bir 

lövhəyə yaxınlaşmaqla, seçdikləri kartlara işarə qoyurlar. Sonra bu işarələr hesablanır və hər 

kartın nəticəsi onun üzərinə yazılır. Müəllim kartları indi yeni ardıcıllıqla – topladığı işarələrin 

sayına uğun ardıcıllıqla düzür.

Bundan sonra isə müəllim şagirdlər arasında qısa fikir mübadiləsi aparır və bu zaman hər 

bir şagirdin fikir mübadiləsində iştirakını və başqalarının ona qulaq asmasını təmin edir.

Bu seçilmiş maddələr uşaqların və yeniyetmələrin real vəziyyətini nə dərəcədə tam əks 



etdirir?

Burada hansısa bir model, yaxud təməl prinsip görə bilirsinizmi?



Hansı elementlər diqqətdən kənarda qalıb?

İndi isə qruplar formalaşdırılır. Bu, üç müxtəlif yolla edilə bilər, seçim müəllimindir.

Birinci halda, qruplar təsadüfi seçmə yolu ilə yaradılır.

İkinci halda, öz partnyorlarını seçmək ixtiyarı şagirdlərə verilir. Bu variantda qrupun 

dinamikası və sinifdə şagirdlərarası münasibətlər (bu münasibətlərin hansı formalarda, məsələn, 

qızlarla oğlanlar arasında özünü büruzə verməsindən asılı olmayaraq) məsələləri, bəzi şagirdlərin 

təklənməsi halları, yaxud mümkün qarmaqarışıqlıq və gərginlik halları üzərində işləmək əzmi 

tələb olunur. Müəllimin bu kimi problemlərlə məşğul olmaq qərarına gəlməsi sinfin ehtiyaclarına 

cavab vermiş olar, ancaq bu, müəllimdən əlavə vaxt və enerji tələb edir.

Üçüncü halda, qrupları hansı üsulla yaratmaq müəllimin ixtiyarına verilir. Ancaq müəllim 

onun seçdiyi üsulun aydın olduğuna və şagirdlər tərəfindən başa düşüldüyünə əmin olmalıdır.

İşə   başlamazdan   qabaq,   qruplar   təşkilatlanmanı   başa   çatdırırlar.   Belə   ki,   şagirdlər   öz 

qruplarına ad qoyur və qrup daxilində üç vəzifəni öz aralarında bölüşdürürlər: vaxt üzrə menecer, 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə